Məhkəmə qərarları › İş №2-1(102)-2306/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2306/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2306/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2-1(103)-824/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1984-cü il 6 avqust tarixdən 2015-ci il 17 noyabr tarixədək hərbi xidmətdə olmuş, 2015-ci il 17 noyabr tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin 0764 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla mürac iətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçı barəsində məhkəmə hökmü çıxarıldığı üçün xidməti qüsursuz hesab edilə bilməz. Odur ki, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin təminatı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının təsiri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddi açı 2020-ci il 21 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçularının siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü il 26 aprel tarixdən 1995-ci il 24 may tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1995-ci il 6 oktyabr tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 42-ci ma ddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası hərbi əməliyyat qurtaranadək təxirə salınmışdır. Naxçıvan Qarnizonu Hərbi Tribunalının 1997-ci il 9 aprel tarixli Qərarı ilə özünü vətənin mətin müdafiəçisi kimi göstərdiyindən həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. 1995-ci il 12 noyabr tarixdən 2015-ci il 17 noyabr tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 il xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0764 saylı 2015-ci il 17 noyabr tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qü vvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2020-ci il 30 iyun tarixli, 11/3291 nömrəli məktubunda onun Müdafiə Nazirliyinin tərkibinə daxil olarkən, yəni 1995-ci il 11 dekabr tarixdə məhkumluğu olan şəxs hesab edildiyindən 1997-ci il 9 aprel tarixədək olan xidmətinin qüsurlu olduğu bildirilmişdir. Bundan əlavə, Müdafiə Nazirliyinin 2020-ci il 4 avqust tarixli, 2752 nömrəli məktubunda onun dövlət vəsaiti hesabına mənzillə təminatının 569 nömrəli Fərmanın təsiri xaricində olduğu qeyd edilmişdir. Halbuki, onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etdiyi 20 təqvim ili ərzində heç bir qüsuru olmamışdır. Odur ki, Müdafiə Na zirliyinin qeyd edilən məktubunda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında törədilmiş qüsurları Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə bağlı qəbul olunmuş sözügedən fərmanın məqsədləri üçün nəzərə alınmasını tamamilə əsassız hesab edir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, 1995-ci il 12 noyabr tarixdən 2015-ci il 17 noyabr tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ümumi xidmət illəri 20 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə aldıqda iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 №-li Fərmanına uyğun deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1995-ci il 6 oktyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 38-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərilməklə hökmün icrası təxirə salınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində həqiqi hərbi xidmət keçərkən 1995-ci il 11 dekabr tarixdən 1997-ci il 9 aprel tarixədək olan dövrdə Azərbaycan SSR Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq döyüşən orduya göndərildiyindən həmin dövr qüsursuz sayılmır. Qeyd edilənlər "İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət etmişdir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 20 il qüsursuz xidməti yoxdur. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. birinci instansiya məhkəməsi nin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, 2-1(112)-5985/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunaraq, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmaqla döyüşən orduya göndərilmişdir. Belə olan halda iddiaçının xidmət illərinin qüsursuz olmadığı müəyyən edilməkdədir. Həmçinin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılmışdır. Qanunvericilik qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə tə min edilməsini istisna etdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 2-1(103)-824/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2020-ci il 16 noyabr tarixli dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarında 1995-ci il 11 dekabr tarixdən 1997-ci il 9 aprel tarixədək olan hərbi xidmət dövrümün qüsurlu olduğu bildirilmişdir. Halbuki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etdiyi 20 təqvim ili ərzində (1995-ci il 12 noyabr tarixdən 2015-ci il 17 noyabr tarixədək) heç bir qüsuru olmamışdır. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında törədilmiş “qüsur”un Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlə bağlı qəbul olunmuş 569 nömrəli Fərmanın məqsədləri üçün nəzərə alınmasını tamamilə əsassız hesab edilməlidir. Bundan əlavə, iddiaçı 1984-1988-ci illərdə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində ali hərbi təhsil almışdır. Qüvvədə olan qanunv ericiliyə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində (Azərbaycan Ali Hərbi Məktəbində) kursantların təhsil aldıqları müddət həqiqi hərbi xidmətin müddətinə daxil edilsə də, onun təsisinə qədər ali hərbi təhsil verən məktəbdə (Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində) təhsil müddəti həqiqi hərbi xidmətin müddətinə daxil edilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanununun 28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti - həqiqi hərbi xidmətin növü kimi müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Ali Hərbi Məktəbində təhsil müddətindən fərqli olaraq Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil müddət i 569 nömrəli fərmanın tətbiqi üçün tələb olunan 20 təqvim ili üçün nəzərə alınmır. Belə olan halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil verən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil müddətinin tələb olunan 20 təqvim ilinə daxil edilmədiyi halda Sərhəd Qoşunlarında xidmət dövründə yol verilmiş qüsurun Müdafiə Nazirliyində hərbi xidmət müddətimə təsirini qanunsuz hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsi qərarında yalnız iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi xidmət etdiyi 20 təqvim ili müddətində 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin və 1995-ci il 11 dekabr tarixdən 1997-ci il 9 aprel tarixədək məhkum olmasının işin mübahisəsiz halları olmasını qeyd etməklə k ifayətlənərək apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Halbuki, məhkəmə qərarında qeyd olunan “qüsur”un iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə heç bir aidiyyəti yoxdur.

14. Apellyasiya şikayətində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının tətbiq edilməməsi üçün əsas götürülmüş “qüsur”un Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətində törədilmədiyi qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmayaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslara istinad etməklə kifayətlənmişdir.

15. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil verən Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil müddətinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının tətbiq edilməsi üçün tələb olunan 20 təqvim ilinə daxil edilmədiyi halda Sərhəd Qoşunlarında xidmət dövründə yol verilmiş qüsurun Müdafiə Nazirliyində hərbi xidmət müddətinə təsirinin qanunsuz olması göstərilmiş, lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd olunan dəlilinə ümumiyyətlə münasibət bildirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ ED İLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi 20 təqvim ili xidmət etməsi müəyyən edilsə də, həmin xidmət illərinin hamısı qüsursuz olmamışdır. Belə ki, iddiaçının xidmət etdiyi həmin müddətdə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 1995-ci il 11 dekabr tarixdən 1997 -ci il 9 aprel tarixədək məhkum olması işin mübahisəsiz hallarıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan məzmunda qərarını əsaslandırarkən Mənzil-istismar idarəsinin və cavabdehin iddiaçıya ünvanlandıqları məktublardakı məlumatlara istinad etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, “məhkumluq” cinayət-hüquqi kateqoriya olduğundan, məhkumluğun yaranması və müddəti, barəsində ittiham hökmü çıxarılmış hansı şəxslərin məhkumluğu olmayan hesab edilməsi, cinayət törətmiş şəxsin məhkumluğunun götürülməsi və ya ödənilməsi əsasları cinayət qanunu ilə müəyyən edilir (2 000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 53-cü maddəsi; 2000-ci il 1 sentyabr tarixdən qüvvədə olan Cinayət Məcəlləsinin 83-cü maddəsi).

25. Cinayət qanununun qeyd olunan normalarının tələbləri nəzərə alındıqda iddiaçının cinayət törətməyə görə cəzaya məhkum olunduğu, təyin olunmuş cəzanın təxirə salındığı və cəzanın çəkilməmiş hissəsindən azad olunduğu Mənzil-istismar idarəsinin və ya cavabdehin iddiaçıya ünvanlandıqları məktublardakı məlumatlara əsasən deyil, məhkəmənin hökmü və ya digər yekun qərarı, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qəbul edilmiş məhkəmə qərarı ilə müəyyən oluna bilərdi. Hazırkı işin materiallarında həmin hüquqi faktları təsdiq edən məhkəmə aktları yoxdur.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli, 21(103)-824/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qala

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar