Məhkəmə qərarları › İş №2-1(102)-2306/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2306/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2306/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; bağın istifadəyə verilməsi haqqında müqavilə əsasında) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Suraxanı rayonu Hövsan ərazisində yerləşən, ümumi sahəsi 0,12 ha olan 2643 C nömrəli bağ sahəsinin dövlət qeydiyyatına alınması, adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1135/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamen ti X1 və İstismarı Birliyinin “Hövsan ərazisindəki 2643 (C) nömrəli bağın istifadəyə verilməsi haqqında” 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən 2643 (C) saylı, ümumi ölçüsü 0,12 ha olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının adına verilən Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 2643 (C) saylı bağ sahəsinə dair 8265 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilənin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Hövsan ərazisində yerləşən, ümumi sahəsi 0,12 ha olan 2643 C nömrəli bağ sahəsinin dövlət qeydiyyatına alınması, adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində ümumi sahəsi 0.12 ha olan 2643 (C) nömrəli bağ sahəsinə dair onunla X1 və İstismarı Birliyi arasında 8265 saylı, xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, həmin bağ onun istifadəsinə verilmişdir. Hazırda bağ onun istifadəsindədir. Adına çıxarışın və texniki pasportun alınması üçün cavabdehə yazı lı ərizə ilə müraicət etmiş, lakin heç bir cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

4. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2-1(112)-3008/2022 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yerləşən 2643 (C) saylı 0.12 ha bağ sahəsinin iddiaçının adına (mülkiyyət hüququ üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqavilə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 0,12 ha sahəsi olan 8265 saylı bağ torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən aktdır. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, müqavilə mötəbər sübut kimi qiymətləndirilir. Həmin müqavilənin surətinin (nüsxəsinin) DƏDRX-nin arxiv sənədlərində aşkar edilməməsi iddiaçının iradəsindən asılı olmamışdır və müqavilənin mötəbərliyinə təsir edə bilməz. Bu xüsusat iddiaçının mülk iyyət hüquqlarının qeydiyyatından imtina olunması üçün əsas kimi çıxış edə bilməz. Bu səbəbdən də, cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1135/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3008/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

8. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin torpaq sahəsinin iddiaçının qanun istifadəsində olmasını təsdiqləyən akt olduğunu və mötəbərliyinə şübhə olmadığını qeyd etmişdir. Lakin yeganə hüquqmüəyyənedici sənəd kimi təqdim edilmiş 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqaviləyə diqqət edildikdə aydın olur ki, müqavilə 2005-ci il tarixli olsa da, müqavilənin 18-ci bəndində tərəflərin ünvanları bölməsində İstifadəçinin pasport seriyası, nə vaxt və kim tərəfindən verilməsi hissələrindən göründüyü kimi, qeyd edilən rekvizitlər 2019-cu ilə aiddir. Bu da sözügedən müqavilənin mötəbərliyinə şübhə yaradır.

9. Bundan başqa, apellyasiya araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inziba ti orqanın təqdim etdiyi “Kondisioner” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğuna baxış keçirilmiş, bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı və ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) aşkar olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı ümumiyyətlə Hövsan ərazisindəki 2643 (C) nömrəli bağ sahəsinə dair heç bir məlumat aşkar edilməmişdir. İddiaçının istinad etdiyi yeganə sənəd Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və İstismarı Birliyinin “Hövsan ərazisindəki 2643 (C) nömrəli bağın istifadəyə verilməsi haqqında” 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqavilədir, hansı ki, hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.

10. Beləliklə, təkcə iddiaçının təqdim etdiyi bağın istifadəyə verilməsi haqqında müqavilənin bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda və ya arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, müqavilənin mötəbərliyinə şübhə yaranması onu deməyə əsas verir ki, iddiaçının adına bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi qərarında İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6, 15.1, 15.2, 24.1, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 10.2, 12.1, 15-ci maddələrinə və “Yerli i cra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına istinad etmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

14. İddiaçı kassasiya şikayətində Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQU Q 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxa rış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasınd an aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə i lə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və İstismarı B irliyinin “Hövsan ərazisindəki 2643 (C) nömrəli bağın istifadəyə verilməsi haqqında” 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqavilə əsasında istifadəsinə verildiyini iddia etdiyi 0,12 ha bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir.

24. Məhkəmə kollegiyası işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və kassasiya şikayətinə münasibətdə təkrar qeyd edir ki, hüquqmüəyyənedici sənəd qismində məhkəmələrə təqdim edilmiş və istinad edilmiş 8265 nömrəli, 10 aprel 2005-ci il tarixli müqavilənin mötəbərliyi işin halları ilə təkzib olunur.

25. Belə ki, müqavilənin tarixi 2005-ci il tarixli olsa da, müqavilənin 18-ci bəndində tərəflərin ünvanları bölməsindən görünür ki, qeyd olunan şəxsiyyət məlumatları iddiaçının 2019- cu ilə aid məlumatlarıdır.

26. Eyni zamanda apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın təqdim etdiyi “Kondisioner” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğuna baxış keçirilmiş, bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı və ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) aşkar olunmamışdır. Habelə, məhkəmə araşdırması zamanı ümumiyyətlə, Hövsan ərazisindəki 2643 (C) nömrəli bağ sahəsinə dair heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, qeyd olunan hallar təkcə iddiaçı tərəfindən təqdim edilən, digər nüsxəsi aşkar edilməyən bağ sahəsinin istifadəyə verilməsi haqqında təqdim olunan müqavilə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda da cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciətindən imtinası əsaslı olmuşdur.

27. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 16-18 a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuş və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq araşdırılmışdır.

29. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaç ının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-1135/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar