Məhkəmə qərarları › İş №2-1(102)-2307/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2307/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2307/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı QƏRARDAD GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Əsgərov Anar Əliağa oğlunun katibliyi, iş üzrə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh hakimi X1 qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-753/2019 nömrəli, 23 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə 04 sentyabr 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ H İSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh hakimi X1 (bundan sonra - cavabdeh) qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən Cavabdeh hakimi tərəfindən 2-1(81)-1437/2016 saylı işə, həmin işə baxmaq hüququ olmadan baxılıb 04 may 2016-cı il tarixli qərar çıxarılması nəticəsində vurulmuş ziyana, Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsindən irəli gələn məhkəmə müdafiəsindən istifadə etmək hüququnun dörd il müddətində pozulmasına və iş vaxtının dörd il müddətində itirilməsinə görə iddiaçıya dövlət tərəfindən şərti maliyyə vahidi məbləğinin min misli miqdarında kompensasiya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-1(82)-103/201019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.M.Tağıyev) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-753/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-103/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-753/2019 saylı iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadının ləğv olunmas ını xahiş etmişdir. Sonra iddiaçı apelyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-753/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə 25 iyun 2019-cu il tarixdə, 2-1(103)-753/2019 nömrəli məktubla baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2307/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra iddiaçının vəkil tərəfindən tərtib olunub imzalanmış kassasiya şikayəti təqdim etməsi üçün onun dinlənilmə hüququnun təmin edilm əsi məqsədi ilə, verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 04 sentyabr 2019-cu il tarixinə təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bildirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuşdur. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq iddiaçı tərəfindən aradan qaldırılmamış, qanunla müəyyən edilmiş tələblərə cavab verən, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin ver ilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edili r. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə m inir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-753/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar