Məhkəmə qərarları › İş №2-1(102)-2307/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2307/2023

30.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2307/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yataqxanadan qeydiyyatdan çıxarılma 30.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: X19) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2 -1(103)-821/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Üçüncü şəxs X14 münasibətdə

1. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 089/3 №-li Sərəncamı ilə vətəndaş X20 müstəsna hal kimi Azərbaycan EA-nın Şərifzadə küçəsi 12-də yerləşən yataqxanasına pasport qeydiyyatına götürülmüşdür.

2. Azərbaycan MEA X4 üzrə işdən azad olma haqqında xx.xx.2010-cu il tarixli K-217 №-li əmrdən olan xx.xx.2021-ci il tarixli çıxarışla müəyyən edilir ki, 26 saylı labor. böyük elmi işçisi X19 xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.

3. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri A.Quliyev, elektrik S.Sarxanov, fəhlə T.Məlikov tərəfindən 18 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, həmin Yataqxananın 7-ci mərtəbəsində 73A №-li otaqda qeydiyyatda olan X19 həmin ünvanda yaşamır. Otaqda qızı yaşayır.

4. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X19 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının dəlillərinə münasibətdə

5. İddiaçı Rəyasət Heyətinin 25 avqust 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X18 Gəncə şəhərində yerləşən İddiaçı Gəncə Bölməsində əvəzçilik üzrə böyük elmi işçi işləyir.

6. İddiaçı Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X19 (FİN-3C4876S; doğum tarixi-xx.xx.1959) İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır.

7. İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmiş və iddiaçının məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana, ünvan 2aimi qeydiyyata alınmış X9 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın X2 26 saylı laboratoriyasının böyük elmi işçisi vəzifəsində 19 oktyabr 2010-cu il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X1 yataqxanada yaşayış sahəsi kimi 73A nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X9 əmək müqaviləsinə 19 oktyabr 2010-cu il tarixində, AMEA X2 direktorunun 19 oktyabr 2010-cu il tarixli K-217 №-li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın Yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X19 uzun müddətdir qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 7-ci mərtəbəsində yerləşən, 73 A saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 18 mart 2022ci il tarixli aktla müəyyən olunmuşdur ki, X19 həmin 73 A nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 18 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X22, həmin yataqxananın elektriki X11, fəhlə vəzifəsində çalışan X17 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X19 vaxtilə yataqxanada məskunlaşsa da, lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır, otaqdan qızı yaşayış sahəsi kimi istifadə edir. 73A nömrəli otağı ba ğlı saxlamaqda davam edən X19 hal-hazırda AMEA-nın X3 işləmir və sözügedən 73A nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 73A nömrəli otağın X19 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə sənədlər AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə 08-69-/2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavab olaraq, 14 aprel 2022-ci il tarixli 091-22994-1222 nömrəli məktubla AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş məktubda AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, X9 ünvan 6 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd o lunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X9 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmənin xx.xx.2022-ci il tari xli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9181/2022 nömrəli qərarı ilə(hakim X21) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 2-ci maddəsinə, 5-ci maddəsinə, 9-cu maddəsinə, 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 106-108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üz rə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamaması onun həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir.

15. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10 /məruzəçi/, X15 və X16) 23 may 2023-cü il tarixli, 2-1(103)-821/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bak ı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9181/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1, 91.2, 92, 93.1, 93.2, 93.3, 102.1 və 104.2-ci maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 8, 9 və 88-ci maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız olduğunu bildirmişdir.

20. Eyni zamanda şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkə məsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, işə baxarkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipini pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə

105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əla qədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Maddə

106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada q alan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə

107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə

108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddət li əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan): Maddə

92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək m ünasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə

93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə

104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış ye rini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edi ldikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 24 ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbay can Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, A li Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir. 2

7. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, üçüncü şəxslərin yataqxanadan qeydiyyatdan çıxarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İddiaçı kassasiya şikayətində qeyd edir ki, üçüncü şəxsin AMEA ilə olan mülkihüquqi m ünasibətlərinə xitam verildiyindən, vaxtilə ona verilmiş yataqxanadan qeydiyyatdan çıxarılmalıdır. İddiaçı onu da qeyd edir ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə həmin yaşayış sahələrinin hazırda AMEA-da işləyən və təhsil alan şəxslərə verilməsi nəzərdə tutulmuşdur.

34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: - şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — Az ərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki: - Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna x itam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. - Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcu d olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. - Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. - Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur.

36. İstər qanunvericiliyin tələblərini, istərsə də, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyas ı qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12, 73A saylı mənzil AMEA X13 yataqxana və mənzil komissiyasının müvafiq qərarı ilə üçüncü şəxsə verilmiş və üçüncü şəxs həmin mənzildə daimi qeydiyyata alınmışdır. İşin müəyyən edilən hallarına görə, üçüncü şəxs ilə iddiaçı arasında hər hansı mülki-hüquqi münasibətin aradan qalxmasına (əmək müqaviləsinə xitam verilməsinə) baxmayaraq, üçüncü şəxs hələ də həmin mənzildə yaşamağa və aidiyyəti üzrə kommunal ödənişləri öz adına ödəməyə davam edir.

37. Nəzərə almaq lazımdır ki, mənzildən (yataqxanadan) istifadə hüququ həmin mənzildə qeydiyyatda olmaq hüququndan daha geniş anlamda başa düşülməlidir. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının d a məzmununa əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır və bu qətnamələr həm də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

38. İddiaçı kassasiya şikayətinin dəlillərində hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 92-93, 102 və 104-cü maddələrinə istinad etsə də, qeyd edilməlidir ki, üçüncü şəxsə yataqxana otağının verilməsi və onun həmin mənzilə qeydiyyata alınması zamanı (1993-cü il) hazırkı qərarın 22-ci bəndində qeyd edilən Mənzil Məcəlləsi qüvvədə olmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs hal-hazırda vaxtilə ona verilmiş yataqxanada yaşamağa və həmin mənzillərdən istifadə etməyə davam etdiyindən, o nun istifadə hüququna xitam verilməsi və həmin mənzildən fiziki olaraq çıxarılması barədə məsələyə hüquqi qiymət verilmədən onun qeydiyyatdan çıxarılması yolverilməzdir. Əks hal, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə zidd olardı.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşay ış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

41. Hazırkı iş üzrə üçüncü şəxs mübahisəli mənzildə yaşadığına və həmin mənzildən istifadə etdiyinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş olması halı müəyyən edilmir.

42. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçı ərizəsində üçüncü şəxsin vaxtilə ona verilmiş mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməklə yekun olaraq həmin mənzilin AMEA-nın hazırkı əməkdaşlarına vermək istədiyini bəyan edir. Bununla ba ğlı, nəzərə almaq lazımdır ki, üçüncü şəxs hal-hazırda həmin mənzildə yaşamağa davam etdiyindən onun qeydiyyatdan çıxarılması həmin mənzilin fiziki olaraq boşaldılması ilə nəticələnməyəcəkdir. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Ona görə də, üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məsələni mübahisələndirmədən onun qeydiyyatdan çıxarılması iddiaçının arzuladığı hüquqi nəticəyə (mənzilin digər əməkdaşlara verilməsinə) çatmaq üçün uğurlu hesab edilə bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(103)-821/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar