Məhkəmə qərarları › İş №2-1(102)-2307/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2307/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2307/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 2-1(103)-1590/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi ödəyicisi olan İddiaçı (iddiaçının) əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olmuş, lakin onun fəaliyyəti xx.xx.2023-xx.xx.2026-cı il tarixədək dayandırılmışdır.

2. İddiaçıda xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə san ksiyalarının qaytarılması” barədə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək vergilər, faizlər və maliyyə sanksiyaları üzrə xx.xx.2022-ci il tarixinə yaranmış cəmi 980,87 (doqquz yüz səksən manat səksən yeddi qəpik) artıq ödəmənin qaytarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Müraciətin araşdırılması zamanı, onun şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə “Əlavə dəyər vergisi”, 2022-ci il üzrə “Gəlir vergisi” və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannaməsinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumata əsasən əlavə vergi məbləği hesablana bilər. Qeyd olunan hallarla bağlı təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artı q ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 980.87 manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda şəxsi hesab vərəqəsində 980.87 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq tərəfindən artıq ö dənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. İddiaçı tərəfindən həmin göstərilən artıq ödəmə məbləğinin geri qaytarılması barədə vergi orqanına Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin vergi orqanı tərəfindən ona rəyin verilməsi təmin edilməmiş və bu barədə vergi orqanı tərəfindən imtina məktubu ünvanlanmışdır. İmtinanın əsası kimi şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə; Əlavə dəyər vergisi; 2022-ci il üzrə; G əlir vergisi; və 2022-ci ilin üçüncü rübü üzrə; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat); bəyannamələrinin təqdim edilmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Odur ki, şəxsi hesab vərəqəsində yaranmış 980.87 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olduğu və xx.xx.2023-cü il tarixli fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarix ədək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Hazırkı dövrə vergi ödəyicisində xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə "Əlavə dəyər vergisi", 2022-ci il üzrə "Gəlir vergisi" və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələri təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət olunmuşdur. xx.xx.2023-cü il (AVİS **********975100) tarixli cavab məktubunda şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxılacağı bildirilsə də vergi ödəyicisi tərəfindən qeyd olunan bəyannamələr təqdim edilməmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1 -ci bəndinə əsasən vergi ödəyicisi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Həmçinin, Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində fai z ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 4.1.1-ci bəndində deyilir ki, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(112)-10 744/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən artıq ödənilmiş 980.78 (doqquz yüz səksən manat yetmiş səkkiz qəpik) manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdi ki, “...təqdim olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, çap tarixinə (xx.xx.2023-cü il) saldo 980,78 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş 980,78 manat məbləğində artıq ödəməsi vardır. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır. Cavabdehin hazırkı artıq ödənilmiş məbləğin geri qaytarılmaması əsası kimi 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə "Əlavə dəyər vergisi", 2022-ci il üzrə "Gəlir vergisi" və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim etmədiyinə istinad etmişdir. İşin hallarından görünür ki, iddiaçının artıq ödəməsi xx.xx.2018-ci il tarixdən yaranmış, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin qaytarılmasını xahiş etmişdir. İddiaçının müvafiq vergi bəyannamələri təqdim etməməsi cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə vergi məbləği hesablamasına mane olmadığı kimi, iddiaçının xx.xx.2023-xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı halda 2018-ci ildən yaranmış artıq ödəmənin 05 il tələbetmə müddəti keçmədən ona geri qaytarılmasını tələb etmək hüququna da təsir etmir.”

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1590/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, E.Əliyev və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnziba ti Məhkəməsinın 20 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 15.1.4, 25.0.10, 59.3, 85.5, 87.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.3-1, 4.2.4, 4.5, 6.1, 6.2-ci bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassatorun əsas dəlilləri aşağıdakı kimidir: -İddiaçının şəxsi hesab vərəqəsi üzrə borcları müəyyən edilərkən məhkəmə "Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS)" hissəsində 250,0 manat əsas borc, 91,38 manat penya borcu, "Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan" hissəsində 20,21 manat əsas borc, 6,14 manat penya borcu, "Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik)" hissəsində isə 8,26 manat əsas borc, 3,02 manat penya borcunu nəzərə almamışdır. -Uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci il üzrə dövriyyə yaradan qaimələrinin olması müəyyən edilmiş, buna baxmayaraq həmi dövr üzrə bəyannamələr təqdim edilməmişdir. Belə ki, vergi yoxlamaları zamanı borc və ya artıq ödəmə faktlarının müəyyənləşdirilməsi məqsədilə keçmiş və cari hesabatlardakı məlumatlar yoxlanılır. Belə olan halda, vergi ödəyicisinin bəyannamə təqdim edilməmiş dövrü üzrə borcunun olubolmamasını müəyyən etmək mümkün deyil.

15. Cavabdeh apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 16.3, 85.5, 87.4-cü maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.2.1, 4.2.2, 4.2.3, 4.2.4, 6.1-ci bəndlərinin tələbləri pozulduğunu qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi: Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;... Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış verg ilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və mal iyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə

87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə s onrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3 Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Bənd

1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Ve rgi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarıl ması qaydalarını müəyyən edir. Bənd

2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd

3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, fa izlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Bənd

4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin e dən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə t utulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində ve rgi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:... 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib ed irlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir.... 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Bənd

6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. M addə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında ve rilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə o lunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bunu nla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı artıq ödənilmiş 980.87 manat vergi məbləğinin geri qaytarılması barədə rəyin verilməsinə yönəlmişdir.

27. Cavabdehin imtinasının eləcə də apelyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmir və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə “Əlavə dəyər vergisi”, 2022-ci il üzrə “Gəlir vergisi” və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçının artıq ödəm əsi xx.xx.2018-ci il tarixdən yaranmış və o, xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir.

29. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının müvafiq vergi bəyannamələri təqdim etməməsi cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə vergi məbləği hesablanmasına mane olmadığı kimi, iddiaçının xx.xx.2023- xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı halda 2018-ci ildən yaranmış artıq ödəmənin 5 il tələbetmə müddəti keçmədən ona geri qaytarılmasını tələb etmək hüququna da təsir etmir.

30. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya əlavə vergi borcu hesablanmamış və bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır.

31. Həmçinin qeyd edilməlidir ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.

32. Beləliklə iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi işin araşdırılmış halları ilə sübut olunduğundan, cavabdeh həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hü quqlarını pozmuşdur.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-19a bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1590/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar