Məhkəmə qərarları › İş №2-1(102)-2308/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2308/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2308/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nabizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi nə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1076/2021 nömrəli iş üzrə 27.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 dekabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci anadan olmuş. 25.08.1986-21.11.1986-cı il tarixləri arasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək İİ qrup əlil olmuşdur. İddiaçıya 24.06.1992-ci il tarixdə Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi pensiya təyin edilmişdir. İddiaçı Dövlət Sosial X1 rayon Şöbəsinə müraciət edərək ona təyin edilmiş pensiyanın məbləğinin Çernobılda aldığı əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanmasını xahiş etmişdir. Şöbənin iddiaçıya ünvanl adığı 27.12.2017-ci il tarixli, 12/10511 №-li məktubda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanuna 01.01.2010-cu il tarixdə edilmiş dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 01.01.2006-cı ildən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətn də birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, o Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə əlil olmuşdur. İddiaçıya pensiya təyini zamanı həmin dövrdə alınmış yüksək əmək haqqı yox, müxtəlif dövrlərin orta aylıq əmək haqqı nəzərə alınmışdır.

4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu 03.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsinin 16.08.2018-ci il tarixli, 2-1(81)859/2018 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçının pensiyasının məbləğinin 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş hesablama qaydasında hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara almışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.06.1994cü il tarixdən əlil kimi tanındığını və həmin dövrdən əlilliyə görə əmək pensiyaçısı olduğunu nəzərə alaraq, cavabdehin imtinası AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri baxımından əsaslı olmamışdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2-1(81)-859/2018 nömrəli qərarının ləğv edilməsini, iddia tələ binin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.06.2018-ci il tarixli, 2-1(103)-1261/2018 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.08.2018-ci il tarixli, 2-1(81)-859/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi 01.01.2010-cu il tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl, yəni 01.01.2006-cı il tarixdən əmək pensiyası almaq hüququna malik olmuşdur.

10. Cavabdeh həmin qərar dan kassasiya şikayəti verərək 07.06.2018-ci il tarixli, 2-1(103)-1261/2018 nömrəli qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilmişdir kassasiya instansiyası məhkəməsindəki icraat

11. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2018-ci il tarixli, 2-1(102)-1865/18 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 07.06.2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

12. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddiaçıya artıq təyin edilmiş pensiyanın yenidən hesablanmasına yönəldiyindən məhkəmə işin hallarını dəqiq müəyyən etmək üçün pensiya işini cavabdehdən tələb edib tədqiq etməli olduğu halda, bunu etməmişdir. Həmçinin iddiaçının pensiya işi tələb olunub tədqiq edilmədiyindən ona hansı vaxtdan pensiya təyin edildiyi, eləcə də həmin pensiyanın hansı qaydada hesablandığı qeyri-müəyyəndir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli 2-1(103)-21/2019 nömrəli qərardadı qərarı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 16.02.2018-cu il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən pensiyanın yenidən hesablanması ilə bağlı heç bir sübut araşdırmadan yekun məhkəmə aktı q əbul etmişdir. birinci instansiya məhkəməsindəki ikinci icraat

15. Birinci instansiya məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)2081/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçıya 01.01.2006-cı ildən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 29.08.1995-ci il tarixə olan redaksiyasının 83.2-ci maddəsinin tələblərini pozaraq, iddiaçıya pensiya hesablanan zaman 4 qa t əmək haqqını nəzərə almamışdır.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)-2081/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.06.2020-ci il tarixli, 2-1(103)-985/2020 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71, 80, 81 və 83.2-ci maddələrini tətbiq etmişdir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(102)- 1862/2020 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 10.06.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

22. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanuni və əsaslı nəticəyə gəlmək üçün işin halları apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamış, ziddiyyət li hallar aradan qaldırılmamışdır. apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 2-1(103)-1076/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2-1(81)- 2081/2019 nömrəli qərarı qismən “01.01.2006-cı ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 08 dekabr 2017-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara almışdır.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının pensiyanın yenidən hesablanması barədə ərizəsini icra etməkdən imtinası əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya təyin edilərkən qanunvericiliyin tələbləri əsasında pensiya hesablanması müəyyən edilmişdir. Sübutlar iş materiallarına əlavə olunsa da düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən, yenidən eyni qaydada pensiya təyin edilməsinə zərurət yoxdur. Pensiyanın bir növündən başqa növünə keçirilmə və ya məbləğinin düzgün hesablanmaması mübahisələndirilmədiyindən iddia tələbi ilə qanunvericiliyin tələbləri uzlaşmadığı halda məhkəmə işin faktiki hallarını lazımi qaydada araşdırmamış və gəldiyi nəticəni hüquqi əsaslandırmamışdır. İş materiallarından da göründüyü kimi prosessual pozuntular da baş vermiş, təqdim edilmiş pensiya işində əmək haqqının məbləği müəyyən edilmədiyi halda cavabdeh orqanın üzərinə yenə də pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmuşdur. Maddi hüquq normalar yoxlanılarkən apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir.

26. Halbuki, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, Çernobıl AES-de işləmiş şəxslərin əmək pensiyası onların aldıqları əmək haqqının 4 qat misli əsas götürülməkls təyin olunur. Ha belə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Lakin əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqına istinad olunması istisna edilir və vətəndaşın ümumi iş stajının hər ili üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən edir. Məhkəmə isə bu dəlillə razılaşmamışdır.

27. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(103)-1076/2021 nömrəli qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək, cavabdeh kassasiya şikayəti ilə əlaqədar qeyd etmək istəyir ki, onun tələbinin əsasını yenidən eyni qaydada pensiyanın teyin edilməsi yox, vaxtilə ona pensiya təyinatı aparılan zaman Çemobl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ona ödənilən 4 qat əmək haqqının nəzərə alınmaması təşkil edir. Bundan başqa cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçıya teyin edilmiş pensiyanın qanunvericiliyin tələbləri əsasında hesablandığı müəyyən edilmişdir. Sübutlar iş materiallarına əlavə edilsə də düzgün qiymətləndirilməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, ona pensiya teyin edilərkən əmək haqqının 4 qat mislinin nəzərə alınmadığı cavabdehin özü tərəfindən etiraf edilir.

29. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 iyun 2021-ci il tarixli ********** saylı xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası teyin olunanda və yenidən hesablanma zamanı dördqat əmək haqqı məbləği nəzərə alınmamışdır. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iş materiallarında əmək haqqı məbləği məlum deyil. Halbuki, iş materiallarından da göründüyü kimi ona ödənilən 4 qat əmək haqqı məbləği ilə bağlı arayışları cavabdehə təqdim etmişdir. Cavabdeh həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyi n qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqına istinad olunmasını istisna etmiş və vətəndaşın ümumi iş stajının hər il üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən etmişdir. Bildirmək istiyir ki, pensiyaların əmək haqqı əsas götürülməklə hesablanması qaydaları 01.01.2010-cu il tarixinədək qüvvədə olmuşdur. Əmək pensiyalarının ümumi iş stajının hər il üçün müəyyən pensiya kapitalı əsasında hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişiklikdən sonra həyata keçirilir. Qeyd olunan dəyişiklik onun hüququ vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmadığına görə həmin akt ona münasibətdə geriyə şamil edilə bilməz.

30. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı ape lyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(103)-1076/2021 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu:

32. Maddə 80.... iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin maddəyə 13.06.1997-ci il tarixində edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

33. Maddə 81.... bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir.

34. Maddə 83.... pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AESdə və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən 35. “Əmək pensiyaları haqqında” Qanun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada):

36. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

37. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 38. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1- 18 saylı 10 sentyabr 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasi rləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür

40. İnzibati Prosessual Məcəllə:

41. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

43. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

44. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, Çernobıl AES-de işləmiş şəxslərin əmək pensiyası onların aldıqları əmək haqqının 4 qat misli əsas götürülməklə təyin olunur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Lakin əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqına istinad olunması istisna edilir və vətəndaşın ümumi iş stajının hər ili üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən edir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd edilən dəlili əsassızdır.

50. Belə ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 25.08.1986- 21.11.1986-cı il tarixləri arasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək İİ qrup əlil olmuşdur. İddiaçıya 24.06.1992-ci il tarixdə Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi pensiya təyin edilmişdir. İddiaçı Dövlət Sosial X1 rayon Şöbəsi nə müraciət edərək ona təyin edilmiş pensiyanın məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Şöbənin iddiaçıya ünvanladığı 27.12.2017-ci il tarixli, 12/10511 №-li məktubda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanuna 01.01.2010-cu il tarixdə edilmiş dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmamışdır. İddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar əlil olması və ona Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi 24.06.1992-ci il tarixdə pensiya təyin edilməsi işin mübahisəsiz hallarına aiddir.

51. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər.

52. Həmin Qanunun 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir.

53. Həmin 83-cü maddəsinə müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bil ər: 54. 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 55. 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AESdə və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən.

56. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 14 iyun 2021-ci il tarixli **********9 saylı xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunanda və yenidən hesablama zamanı dördqat əmək haqqı məbləği nəzərə alınmamışdır. 57. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

58. Hazırkı işin halları ilə oxşar lıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

59. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08.10. 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qa nunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

61. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 01 iyul 2017-ci il tarixdən sonra – 08 dekabr 2017-ci il tarixdə müraciət etdiyindən, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-c i maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası ona münasibətdə də tətbiq edilməlidir.

62. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 27.07.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur

63. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 21(103)-1076/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar