Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2309/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçının vəkili Vəkil3 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı mənzilin ½ hissəsinə çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-376/2019 saylı qərarından üçüncü şəxs X2 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı mənzilin ½ hissəsinə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 saylı evin 11 saylı mənzilin ona məxsus ½ hissəsinə çıxarışın verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 ilə xxxx 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, iki övladı olmuş, nikahları 2014-cü də məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə, 2004-cü ilin payız aylarında ünvan 1 ünvanında yerləşən «xxxx» MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində erləşən, ümumi sahəsi 147,74 kv.m. olan 3 otaqlı, 11 saylı mənzili əldə etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(011 )-3526 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmadığına görə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli2(103)-8608/17 saylı qətnaməsinə əsasən birinci instansiaya məhkəməsinin xxxx 2017-ci il tarixli, 2 (011)-3526 saylı qətnaməsi ləğv edilmiş və ünvan 1 saylı evin 11 saylı mənzilinə onun və cavabdehin 1/2 hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2(102)-2319/2018 saylı qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(103)-8608/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 1 saylı evin 11 saylı mənzili üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xxxx 2018-ci il tarixdə cavabdeh inzibati orqana yazılı ərizə ilə müraciət olunmuşdur. Cavabdehin xxxx 2018-ci il tarixli, **********saylı bildirişinə əsasən aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən daşınmaz əmlaka baxış ke çirilməsinə şərait yaradılmadığı müəyyən edilmiş (sözügedən mənzildə yaşayan keçmiş qaynı X3 DƏDRX-nin əməkdaşları üçün mənzilin giriş qapısını açmamışdır) və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı ərizəsində Azərbaycan Respublikası İPM-nin 33, 73-cü maddələrinə istinad edərək, tələbinin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4071/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 saylı evin 11 saylı mənzilin İddiaçı məxsus hissəsinə çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər K.N.Abıyeva (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) xxxx 2019-cu il tarixli, 2-1(103)376/2019 saylı qərarı, üçüncü şəxs X1 apel lyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs X2 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın mümkün hesab olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etsə də həmin müddəaları düzgün təfsir etməmiş, iddiaçı sözügedən mənzilə pay hüququnun qeydə alnması üçün 1 saylı Bakı Ərazi İdarəsinə yazılı ərizə ilə müraciət etmiş, idarənin mütəxəssisləri yoxlama-ölçmə işlərinin aparılması üçün mənzilə baxış keçirmək istəsələr də bu, mümkün olmadığından ərizənin icrası mümkün olmamış və iddiaçıya bu barədə müvafiq məktubla məlumat verilmişdir, cavabdeh əslində, ərizəni icra etmək və üzərinə düşən öhdəliyi icra etmək üçün tədbir görmüş, lakin ondan asılı olmayan səbəblərə görə icra edə bilməmişdir və öhdəliyini icra etmək üçün vasitələr tükənmədiyindən, məhkəmə işin mühüm əhəmiyyət kəsb edən bu halını nəzərə alaraq, cavabdehin həmin hərəkətini öhdəliyin icrasından qəti şəkildə imtina kimi qiymətləndirməməli və iddianın mümkün hesab olunmaması barədə qərardad qəbul etməli idi. Bundan başqa, iddianın mümkün hesab olunmamasının digər şərtlərindən biri də iddia tələbinin düzgün qoyulmamasıdır. Belə ki, iddiaçı mənzilin ona məxsus olan hissəsi nə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Halbuki, mülki qanunvericilik və dövlət reyestri haqqında normativ aktlarda müəyyən olunmuş ardıcıllığa əsasən, ilk növbədə daşınmaz əmlaka dair hüqüq müvafiq qaydada qeydə alınmalı və məhz, bundan sonra çıxarış verilməlidir. Lakin iddiaçı tələbini həmin ardıcıllığa əməl etmədən qoymuş, məhkəmə isə buna əhəmiyyət vermədən iddianı təmin etmişdir. Belə olan vəziyyətdə işə baxan məhkəmələrə lazım gəlirdi ki, iddianın forma və məzmununun qanunun tələblərinə uyğunlaşdırılmasını iddiaçıdan tələb etsin, iddiaçının buna əməl etmədiyi təqdirdə isə iddianı mümkün hesab etməsin. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmaq əvəzinə özü də İPM-nin t ələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etira edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə i craatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı X1 və vəkili Vəkil3 məhkəməyə kassasiya şikayətinə dair yazılı etiraz göndərərək, apellyasiya məhkəməsinin xxxx 2019-cu il ta rixli qərarının dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil3 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)376/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MTK ilə X1 arasında bağlanmış xxxx 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda tkintisi həyata keçirilən 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə, Alıcıya satılmasın, Alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 saylı öhd əliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini alıcının ödəniş qrafikinə uyğun ödəməsi razılaşdırılmış, “xxxx” MTK tərəfindən verilmiş xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı “xxxx” MTK-nın Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa etdiyi kooperativ yaşayış binasında ev 70, giriş 1,11 saylı 3 otaqlı mənzilin 73,78 kv.m. sahəsinin dəyərini tam olaraq ödəmiş və MTK-ya borcu yoxdur, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(103)-8608/2017 saylı qətnaməsi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3526/2017 saylı iş üzrə xxxx 2017-ci il tarixli qətnaməsi qismən (ilk iddia hissədə) ləğv edilərək, bu hissədə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147.74 kv.m. olan 3 otaqlı, 11 saylı mənzilə İddiaçı və cavabdeh X1 ½ hissədə payları müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2018- ci il tarixli, 2(102)-2319/2018 saylı qərarı ilə X1 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsnin Mülki Kollegiyasının xxxx 2017-ci il tarixli qənaməsi dəyişdirilmədən saxlanılmış, **** saylı, xxxx 2017-ci il tarixli «Tikinti obyektinin istismarına icazə»yə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ***** məhəllədəki 70 saylı yaşayış binasının istismarına icazə verilmiş, İddiaçı Əmirulla qızı tərəfindən ünvan 4 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın ması ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdeh tərəfindən xxxx 2018-ci il tarixli məktubla, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı üçün ərizənin icrasının mümkün olmadığı qeyd edilməklə müraciətin təmin edilməsindən imtina olunmuşdur. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə ünvan 3 ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147.74 kv.m. olan 3 otaqlı, 11 saylı mənzilə iddiaçı X1 1/2 hissədə payı müəyyən edilmiş, “xxxx” MTK-nın üzvlərinin xxxx 2018-ci il tarixli, 244 saylı prokolundan çıxarışla İddiaçı X1 “xxxx” MTK-ya qəbul ed ilməsi və 11 saylı mənzilin 1/2 hissəsinin İddiaçı, digər hissəsinin X1 verilməsi qərara alınmış, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası istismara qəbul edilmişdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdi kdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1 -ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 -ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ü nvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat ı üçün əsasdır. Məhkəmələr iş materiallarına istinad etməklə, iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının çoxmənzilli binada yerləşən mənzilin ½ hissəsinə pay hüququnun olmasının təsbit edildiyini, iddiaçının ona aid pay haqqını ödədiyini, mənzilin yerləşdiyi yaşayış binasının səlahiyyətli orqan tərəfindən istismara qəbul edildiyini nəzərə alaraq iddianın mümkün hesab olunmaması barədə üçüncü şəxsin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-376/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-376/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2309/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2309/2019
07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver