Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2309/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2407/2022 nömrəli qərarından iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2000-ci ildən yaşa görə pensiya təyin olunmuşdur. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 002996 №-li “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən, iddiaçı xx.xx.2000-ci ildə tərxis olunmuş və tərxis olunduğu müddətdə güzəştli xidmət illəri 14 il 10 ay 24 gün, təqvimi xidmət illəri 12 il 04 ay 24 gün, cəmi iş stajı 27 il təşkil etmişdir.
2. DSMF Hərbi qulluqçular və Xüsusi rütbəli Şəxslərlə iş Departamentinin Pensiyanın yenidən hesablanması barədə 000446 №-li xx.xx.2011-ci il tarixli qərarından görünür ki, iddiaçının təminat xərcliyi 1.149,40 manat olmaqla xx.xx.2010-cu ildən on a ömürlük 827,07 manat pensiya təyin olunmuş, xx.xx.2017-ci il tarixli qərarla isə xx.xx.2016-cı ildən ömürlük 945,15 manat pensiya təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə idarəsinin sosial təminat və pensiya şöbəsi tərəfindən tərtib olunmuş Hərbi Qulluqçuların Xidmət illərinin hesablanması barədə çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü general-mayor İddiaçı təqvim üzrə hərbi xidmət dövrü 13 il 03 ay 21 gün; mülki təhsil müəssisələrində təhsil müddəti 02 il 06 ay 00 gün; ümumi xidmət illəri 20 il 10 ay 22 gün, bütöv xidmət illəri 20 il qeyd olunmuşdur.
4. İddiaçı onun barəsində yeni məlumat vərəqəsinin DSMF-nun XŞTMF-na təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunması ndan imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 8/1260 nömrəli 03 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan general-mayor İddiaçı şəxsi (pensiya) işinə baxış zamanı məlum olmuşdur ki, İddiaçı hərbi xidmət illəri: təqvimlə - 13 il 03 ay 21 gün, ali təhsil dövrünün xidmət illərinə əlavə edilən müddət - 02 il 04 ay 0 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 05 il 01 ay 01 gün, ümumi xidmət illəri isə 20 il 10 ay 22 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, general-mayor İddiaçı xidmət illəri kifayət qədər, yəni 20 təqvim ili təşkil etmədiyi üçün, o, hərbi qulluqçu kimi Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yeni məlumat vərəqəsinin DSMF-nun XŞTMF-na təqdim edilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılmış və həmin tarixdən ona xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2013-cü il tarixdə yenidən hərbi xidmətə çağırılaraq, “AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi” vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli müvafiq sərəncamına əsasən AR Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli, 0213 №-li əmri ilə həmin vəzifədən ehtiyata buraxılmışdır. Lakin ehtiyata buraxılarkən ona xx.xx.2000-ci il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə (“AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi”) görə aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqi AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməmişdir. 2017-ci ilin mart ayında AR Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu “AR Müdafiə Nazirlinin Kəşfiyyat Baş idarəsinin rəisi" vəzifəsində aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin AR Maliyyə v ə Büdcə İdarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə o, xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2021-ci il tarixli, 8/1260 №-li məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun xidmət illəri kifayət qədər, yəni 20 təqvim ili təşkil etmədiyi üçün o, hərbi qulluqçu kimi Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir.
7. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən 01,03.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Azərbaycan Respublika sı Prezidenti yanında Xüsusi İdarə-Hərbi Əkskəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. O zaman mövcud qanunvericiliyə görə, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq sonuncu xidmət yeri üzrə iddiaçıya xidmət illərinə görə pensiya təyin edilmişdir. Belə ki, 13 sentyabr 2004cü il tarixədək həmin Qanunun 12-ci maddəsinin “a” bəndinin müddəalarına görə xidmətdən buraxılanadək ümumi xidmət illəri (güzəştli şərtlərlə sayılan xidmət müddətləri daxil olmaqla) 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ olmuşdur. Daha sonra, iddiaçı yenidən hərbi xidmətə çağırılaraq, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur. Ona, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya təyin olunması tələb olunan məlumat vərəqinin göndərilməsinə Nazirlik tərəfindən imtina edilmişdir. Belə ki, 13 sentyabr 2004-cü il tarixdən qüvvəyə minmiş ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvaf iq olaraq xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Bu maddənin müddəaları 1 yanvar 2007-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsində öz əksini tapmışdır. İddiaçının (20 təqvim ili müddəası qüvvədə olduğu dövrdə) sonuncu xidmət yeri olan Müdafiə Nazirliyindəki xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək xidmət müddətini də nəzərə almaqla, o, ümumilikdə təqvim hesabı ilə 13 il 03 ay 21 gün həqiqi hərbi xidmətdə olmuşdur. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə müvafiq olaraq İddiaçı xidmət illəri 20 təqvim ili təşkil etmədiyinə görə, Nazir lik hesab edir ki, o, Müdafiə Nazirliyi xətti ilə sonuncu xidmət müddəti də nəzərə alınmaqla yaşa görə əmək pensiyası hüququna malik deyil. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli 27 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na əsasən iddiaçı barəsində "Məlumat vərəqi"nin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini qanuna müvafiq hesab etmirlər.
8. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4966//2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmə k pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir.
10. İddiaçı həmin qərardan аpеllyаsiyа şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2407/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) аpеllyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xidmətdən buraxılanadək təqvim üzrə hərbi xidmət dövrü 20 ildən az təşkil etdiyi üçün cavabdeh inzibati orqan tərəfindən onun barəsində müvafiq quruma yeni məlumat vərəqəsinin göndərilməsindən imtina edilməsi qanuni olmuşdur.
13. İddiaçı həmin qərardan kassa siya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə öz qərarında iddiaçıya yeni məlumat vərəqinin verilməsindən imtina doğuran səbəbin-iddiaçının xidmət illərinin kifayət qədər, yəni 20 təqvim ili təşkil etməməsini göstərmiş və bu zaman “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə istinad etmişdir. Belə ki, adıçəkilən qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər
15. Lakin bu hissədə məhkəmə istinad etdiyi hüquq normasını - xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndini səhv təfsir etmişdir. Məhkəmə unutmuşdur ki, ona hələ xx.xx.2000-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malik olublar. Və bu hüquq normasına əsasən mənə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir
16. İddiaçının hazırda yaşa görə əmək pensiyası alması i şin mübahisə olunmaz halıdır. O, cavabdehdən ona pensiya təyin olunmasını yox, 2002-ci ildə yaşa görə təyin edilmiş pensiyanın yenidən 28 mart 2017-ci il tarixdə AR Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən aldığı aylıq pul təminatı nəzərə alınmaqla hesablanması üçün məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir.
17. Həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyası hərbi qulluqçuların pensiyasının yenidən hesablanmasını qadağan etmir. Nəzərə alsaq ki, o xx.xx.2017-ci il tarixədək, yəni hərbi qulluqçuların pensiyasının yenidən hesablanmasını qadağan edən “Əmək pensiyaları haqqında” Qanunun axırıncı redaksiyası qüvvəyə minənədək- xx.xx.2017-ci il tarixdə ehtiyat a buraxılıb, belə olan halda onun pensiyam yenidən hesablanmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyası Maddə 149 Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 8 sentyabr 2022-ci il tarixli qərarla iddiaçının iddiasının rədd edilm əsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(102)-4966/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarını dəyişdirilmədən saxlayarkən, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsini, 71-ci maddəsinin 2-ci hissəsinə, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 22.4-cü maddələrinə, "Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4, 3.2.4-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”-nın 1 və 3-cü bəndlərinə əsaslanmaqla qərarında göstərmişdir ki, “Hazırkı iş üzr ə iddiaçının hüquqi marağının ona 2000-ci ildə təyin edilmiş pensiya məbləğinin sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yönəldiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda da göstərildiyi kimi, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçısı olduğundan onun pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz, belə ki, qanunverici bu kateqoriyadan olan şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablanmasını nəzərdə tutmuşdur. Digər tərəfdən, iddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xidmətdən buraxılanadək təqvim üzrə hərbi xidmət dövrü 20 ildən az təşkil etdiyi üçün cavabdeh inzibati orqan tərəfindən onun barəsində müvafiq quruma yeni məlumat vərəqəsinin göndərilməsindən imtina edilməsi qanuni olmuşdur.”
24. Bununla əlaqədar məhkəmə kollegiyası xatırladır ki, hazırkı işdə cavabdeh inzibati orqan iddiaçı barəsində yeni məlumat vərəqinin müvafiq orqana verilməsindən imtinanı iddiaçının xidmət illərinin kifayət qədər, yəni 20 təqvim ilindən az təşkil etməsi ilə əsaslandırmışdır.
25. Cavabdehin qənaətinə görə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanına əsasən 1 yanvar 2 007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Bu maddənin müddəaları 1 yanvar 2007-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsində öz əksini tapmışdır.
26. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə -Hərbi Əks-Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur.
27. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işə əlavə olunmuş iddiaçı barəsində xx.xx.2007-ci il tarixdə tərtib olunmuş məlumat vərəqəsinə əsasən, iddiaçı xx.xx.2000-ci il tarixdə tərxis olunarkən onun təqvimi xidmət illəri 12 il 04 ay 24 gün, güzəştli xidmət illəri isə 14 il 10 ay 24 gün olmuşdur. Sonradan iddiaçı yenidən hərbi xidmətə çağırılaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur.
28. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sonuncu xidmət yeri olan Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində tərtib olunmuş “hərbi qulluqçunun xidmət illərinin hesablanması” barədə vərəqəyə əsasən, onun hərbi xidmətdə olduğu xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 02 il 04 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 07 il 11 ay 01 gün və xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 03 il 04 ay 16 gün, həmçinin xx.xx.1979- xx.xx.1985-ci illərdə təhsil aldığı 05 il 09 ay 06 günün xidmət illərinə hesablanan 02 il 06 ayı nəzərə alınmaqla təqvim üzrə hərbi xidmət dövrü 15 il 09 ay 21 gün, güzəştli xidmət dövrü isə 20 il 10 ay 22 gün təşkil edir.
29. Bütün yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətindəki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya münasibətdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinin səhv təfsir etməsi barədə dəlilini əsaslı sayır.
30. Belə ki, işin təkzib olunmaz halı ondan ibarətdir ki, iddiaçıya yaşa görə pensiya artıq xx.xx.2000-ci il tarixdə təyin edilmiş və həmin vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha artıq hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malik olmuş, iddiaçıya da məhz həmin hüquq normasına müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.
31. Belə ki, iddiaçının hərbi xidmət illəri təqvimlə 13 il 3 ay 21 gün, təhsil 2 il 4 ay 0 gün, xidmət illərinə güzəştli qaydada əlavə edilən 5 il 1 ay 1 gün, ümumi xidmət illəri isə 20 il 10 ay 22 gün təşkil etmiş və sözügedən Qanunun həmin hüquq norması 13 sentyabr 2004-cü il tarixədək qüvvədə olmuşdur.
32. Adıçəkilən hüquq normasında dəyişiklik yəni, “20 il” “20 təqvim ili” sözləri ilə əvəz edilməsi yalnız Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 728-İİ QD nömrəli Qanunu ilə həyata keçirilmişdir.
33. Halbuki, yuxarıda artıq göstərildiyi kimi, iddiaçıya yaşa görə pensiya, həmin Qanunla edilmiş dəyişiklikdən 4 il 6 ay əvvəl təyin edilmişdir, belə olan halda sözügedən Qanun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müvafiq olaraq iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
34. Lakin apellyasiya məhkəməsi bunları nəzərə almamış, nəticə etibarı ilə də qeyd edilən hüquq normalarını pozaraq iş üzrə yanlış nəticəyə gəlmişdir.
35. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) yenidən işləyən hərbi qulluqçuların ehtiyata buraxıldıqdan sonra yenidən məlumat vərəqəsinin verilməli olmaması barədə müddəa yoxdur.
36. Məlum olduğu kimi iddiaçı xx.xx.2017-ci il tarixdə ehtiyata buraxılmışdır, halbuki “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə dəyişikliklər (həmin dəyişikliklər hərbi qulluqçuların pensiyasının yenidən hesablanmasının qadağan edilməsini nəzərdə tutur) qüvvəyə minmişdir, yəni burada yenə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə iddiaçıya münasibətdə sözügedən dəyişikliklər tətbiq oluna bilməz.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 8 sentyabr 2022-c i il tarixli qərarı ləğv edilməli iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir.
38. Şərh edilənlərə və İPM-in 67, 68, 96.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2407/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. xx.xx.2000-ci il tarixdən İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə (“AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi”) görə aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar qətidir.