Məhkəmə qərarları › İş №2-1(102)-2309/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2309/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2309/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məsul növbətçi vəzifəsində işləyən polis əməkdaşının iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s.” iddia tələbi üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1072/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 31 iyul 1985-ci il tarixdən 25 noyabr 2019-cu il tarixədək daxili işlər orqanında xidmət etmiş, xidmət illəri təqvim hesablanmasına görə 34 il 3 ay 26 gün; imtiyazlı hesablanma ilə 41 il 3 ay 26 gün müəyyən edilmişdir.

2. İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi dövrdə artıq iş saatları, məzuniyyət və xəstəliklə əlaqədar pul müavinətlərinin, eləcə də, qüsursuz xidmətə görə medalın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. DİN-in Baş Kadrlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 0xx/xx-53528-4220 nömrəli məktubunda qeyd e dilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 048380-1220 nömrəli məktubuna əsasən “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarın qüvvəyə mindiyi 2004-cü ildən iddiaçıya məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyiniz sənədlərə əsasən xəstəlik müavinətləri ödənilmişdir. Həmçinin, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada məzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilmə barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə təltif etmə Qaydalarında sabiq polis əməkdaşlarının bu medalla təltif olunması nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı 5 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtın dan artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31 iyul 1985-ci il tarixli 676 saylı əmri ilə xidmətə qəbul edilmiş, 25 noyabr 2019-cu il tarixli Ə-3706 saylı əmrlə daxili işlər orqanından təqaüdə çıxmışdır. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iş tirak etmişdir, İ Qarabağ Müharibəsi veteranıdır. 6. 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablanmasına görə 34 il 03 ay 26 gün; imtiyazlı hesablanma ilə 41 il 03 ay 26 gün müəyyən edilmişdir.

7. O, xidmət müddəti ərzində “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə o, tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. 8. 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə, iddiaçı hər iki gündən bir 24 saatlıq növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahə t verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə o, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir.

9. Bundan başqa, ona 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti hesablanmamış və verilməmişdir.

10. Bundan başqa, onun 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona mükafat ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar o, ərizə ilə 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin hazırkı günədək onun müraciəti nazirlik tərəfindən cavablan dırılmamışdır. 2020-ci ildə də o, eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, həmin müraciətə 0xx/xx53528-4220 saylı xx.xx.2020-ci il tarixli məktubla DİN-in Baş Kadrlar İdarəsi cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, iş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyi barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir.

11. Onun artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır.

12. Bundan başqa, müalicə məqsədilə polis işçisinə ödənilən müavinət üçün polis işçisi tərəfi ndən sənədlərin təqdim edilməsi öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya yalnız təqdim edilən sənədlər əsasında həmin müavinəti guya ödəyib. Lakin, yenə də hansı tarixlərdə, hansı dövrlər üçün qeyd edilən müavinəti ödəməsi barədə konkret məlumatları iddiaçıya təqdim etməmişdir. Cavabdehin etirazları:

13. Cavabdehin iddia tələbinə dair yazılı etirazının dəlilləri imtina dəlilləri ilə eynilik təşkil edir.

14. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 022/9-10651-1222 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətç i hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir. Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir. 2011-2019-cu illərdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində 3 məsul növbətçi ştatı olmuşdur. Yuxarıda qeyd olunan Təlimatın tələblərinə uyğun olaraq İddiaçı özündən başqa 2 məsul növbətçi ilə birgə növbəlik əsasında – 24 saat iş, 48 saat istirahət olmaqla xidmət aparmışdır.

15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 0xx/xx-11718-1222 nömrəli məktubunda göstərilmiş dir ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun əmək haqqı almış və onun xidmət müddəti ərzində iş rejimindən narazı olması ilə əlaqədar Daxili İşlər Nazirliyinə hər hansı müraciəti daxil olmamışdır. Məktubla qeyd olunan normanın əks olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 6-cı səhifəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2947/2022 nömrəli qərardadı ilə iddia “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” hissələrində mümkün sayılmamışdır.

17. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərə k baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1315/2023 nömrəli qərardadı ilə qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1824/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2947/2022 nömrəli qərarı ilə iddia “01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi” hissəsində rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, növbətçi hissələrin gündəlik naryadının xidmətinin xüsusiyyəti məhz növbəli rejimdə işləməkdir. Odur ki, növbətçi hissənin ştatda olan əməkdaşlarına xidmətin həmin xüsusiyyətindən irəli gələrək istirahət və fasilə verilir. Odur ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi kimi xidmətinin xüsusiyyətindən irəli gələrək vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a əsasən iş vaxtı re jimi və onu müəyyən edən qaydalar iş vaxtı müddətinə uyğundur.

22. İş vaxtından əlavə saatlarda iddiaçının xidmətə cəlb edilməsi barədə əmr və əlavə iş saatlarında işləməyəni təsdiq edən sənədlər müəyyən edilməmişdir. İstənilən halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı qeyd edilən müddətdə iş vaxtından əlavə saatlarda işə cəlb edilməsi ilə bağlı haqqın ödənilməsi və ya ən azından qeyd edilən halın (olduğu təqdirdə) əmrlə rəsmiləşdirilməsinə dair müraciət etməsi müəyyən olunmur.

23. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1072/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-2947/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

33. İddiaçının istər iddia ərizəsinin, istər apellyasiya şikayətinin, istərsə də kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə iddiaçı hər iki gündən bir 24 saatlıq növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur.

34. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin İ hissəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtında n əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir (3 növbəli işdə ümumilikdə - 6 saat, 4 növbəli işdə ümumilikdə 4 saat). Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, növbətçi his sələrin gündəlik naryadının xidmətinin xüsusiyyəti məhz növbəli rejimdə işləməkdir. Odur ki, növbətçi hissənin ştatda olan əməkdaşlarına xidmətin həmin xüsusiyyətindən irəli gələrək istirahət və fasilə verilir.

37. Ona görə də, iddiaçının Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi kimi xidmət etdiyi zaman 3 növbəli rejimdə işləməsi iş vaxtından artıq vaxtda işə cəlb edilmə kimi hesab oluna bilməz. Qeyd edilən növbəli rejim onun xidmətinin xüsusiyyətindən irəli gəldiyindən o, xidməti vəzifələrini icra etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 3 növbəli rejimdə işləməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələr inin işinin təşkilinə dair Təlimat”da qeyd edilən iş vaxtı rejiminə və müddətinə uyğundur.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1072/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar