Məhkəmə qərarları › İş №2-1(102)-231/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-231/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-231/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “İddiaçı”MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (iş№ 2-1(102)-231/2019) Bakı şəhəri 23 yanvar 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi X3 və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinin vəkili X2 və nümayəndəsi Ə6 iştirakı ilə İddiaçı “İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazir liyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinə qarşı borcun silinməsi vəşəxsi hesab vərəqəsindən azaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinəəsasən işə Ali Məhkəmənin binasında 23.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “İddiaçı” MMC (VÖEN **********) 04.08.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış, «Təsərrüfat hesablı Binəqədi rayon profilaktik dezinfeksiya şöbəsi», «Təsərrüfat hesablı Nəsimi rayon profilaktik dezinfeksiya şöbəsi», «Təsərrüfat hesablı Nərimanov rayon profilaktik dezinfeksiya şöbəsi»nin yenidən təşkilin birləşmə yolu ilə ləğv ed ilərək, onların bazasında yaradılmışdır və onların hüquqi varisidir. Ləğv etmə anına həmin müəssisələrin 432590.73 manat borcu olmuş (195650.91 manat əsas vergi borcu və 236939.82 manat faiz borcu), həmin borcun 79980.99 manatı (60584.11 manat əsas borc, 19396.88 manat faiz borcu) məhkəmə qərarı ilə təmin edilmiş məbləğ olmuşdur. 19.01.2015-ci il tarixdə cavabdeh tərəfindən hüquqi varis kimi iddiaçıya adları çəkilən ləğv edilmiş hüquqi şəxslərin əvvəlki vergi borcları iddiaçının şəxsi hesab vərəqəsinə işlənmişdir. Həmin tarixdə iddiaçının 21495.00 manat artıq ödəməsi mövcud olmuşdur. İddiaçı “İddiaçı” MMC 13.03.2017-ci il tarixdəcavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının d övlət büdcəsinə olan 230706.76 manat borcunun ümidsiz borc kimi silinməsini və şəxsi hesab vərəqəsindən azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının dövlət büdcəsinə olan 167.250,10 manat borcun ümidsiz borc kimi silinməsi və şəxsi hesab vərəqəsindən azaldılması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-cı il tarixli qərarından iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı və cavabdehin apellyasiy a şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının etdiyi ödənişlərin VM-in 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergi borclarına aid edilməsi barədə yeganə dəlili əsassızdır. Belə ki, iddiaçının tələbi ödənişlərin cari vergi borclarına aid edilməsi ilə yox, barəsində vaxtilə öhdəlik yaranan, lakin sonradan ləğv edilən hüquqi şəxsdən tələb olunmayan və nəticədə də qanunla təsbit olunan tələbetmə müddəti artıq keçmiş hesab olunan vergi borclarının silinməsindən imtinada ifadə olunan hərəkətsizliyin qanunsuzluğu ilə bağlıdır. Bundan əlavə iddianın birinci instansiya məhkəməsi tərəfindən rədd olunan hissəsinə AR Ali Məhkəməsinin *********** nömrəli iş üzrə 10.06.2005-ci il tarixli qərarı ilə hüquqi qiymət verildiyindən iddiaçının apellyasiya şikayəti də əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə əmlaka yönəldilən vərəqə üzrə iddiaçının 60584.11 manat borcu mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2005-ci il tarixli *********** saylı qərarına əsasən borcun siyahıya alınmış əmlak hesabına ödənilməsi qət edilmiş, lakin cavabdeh icra üsulunu dəyişdirmiş, əmlak hesabına borcu tələb etməmiş və 5 illik tələb etmə müddətini ötürmüşdür. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-cı maddəs inə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarının qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə ləğv edilmiş müəssisələrdən iddiaçıya keçmiş 195.650,91 manat vergi borcundan 60.584,11 manatını məhkəmə qərarı ilə təmin edilmiş məbləğ təşkil edir, yerdə qalan 135.066,8 manat (195.650,91–60.584,11) isə 19.01.2015-ci il tarixə mövcud olan 21.495,0 manat artıq ödəmə və həmin tarixdən iddia ərizəsi tarixinədək (09.03.2017) edilmiş 226.813,01 manat ödənişlərdən çıxılmışdır. Bütün bunlara baxmayaraq aşağı instansiya məhkəmələri qərar qəbul edərkən maddi və prosessual hü quq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, tətbiq edilməli olan normaları düzgün tətbiq etməmişlər. Belə ki, məhkəmələr iddiaçının məhkəmə qərarı ilə təmin edilən borcuna və faiz borclarına münasibətdə doğru nəticəyə gələrək iddianı həmin hissədə təmin etməsələr də, ləğv edilmiş müəssisələrdən iddiaçının şəxsi hesab vərəqəsinə 167.250,1 manat əsas vergilərin işləndiyini hesab etməklə həmin hissədə iddianı təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Belə ki, ləğv edilmiş müəssisələrdən iddiaçının şəxsi hesab vərəqəsinə işlənən borcdan 167.250,1 manatı deyil, 135.066,8 manatı əsas borcdur. Digər tərəfdən, məhkəmə maddi hüquq normasını - Vergi Məcəlləsinin 88-ci maddəs ini düzgün şərh etməmişdir. Belə ki, məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçının ödənişlərinin ləğv edilən hüquqi şəxslərin tələbetmə müddəti keçmiş borclarına silinməsi qanunsuzdur. Vergi qanunvericiliyinə görə yaranmış borcdan sonra aparılan ödənişlər yaranma tarixi ardıcıllığına uyğun olaraq, əvvəlki borcların bağlanmasına yönəldilir. Artıq qalan məbləğ isə cari vergilərin ödənilməsinə sərf olunur. Ləğv edilmiş müəssisələrdən iddiaçının şəxsi hesab vərəqəsinə ümumilikdə 195.650,91 manat əsas vergi məbləği keçmişdir ki, bunun da 60.584,11 manatını məhkəmə qərarı ilə təmin edilmiş məbləğ təşkil etmişdir. Geri qalan 135.066,8 manat vergilər üzrə borcun 21.495 manatı iddiaçının borcların işlənməsindən əvvəl yaranmış artıq ödəmələrin dən, qalan hissəsi isə 19.01.2015-ci il tarixdən iddia ərizəsinin verildiyi tarixədək ödənilmiş 226.813,01 manatdan çıxılmışdır. Kassator İnzibati-Prosessual Məcəllənin 90, 94, 96.5, 96.9 və 96.11-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarının qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarını qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vəkili X4 və nümayəndəsi Əfəndiyev Mehrac Füzuli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarının qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları il müəyyən olunur ki, İddiaçı “İddiaçı” MMC (VÖEN **********) 04.08.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış, «Təsərrüfat hesablı Binəqədi rayon profilaktik dezinfeksiya şöbəsi», «Təsərrüfat hesablı Nəsimi rayon profilaktik dezinfeksiya şöbəsi», «Təsərrüfat hesablı Nərimanov rayon profilaktik dezinfeksiya şöbəsi»nin yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək, onların bazasında yaradılmışdır və onların hüquqi varisidir. Ləğv etmə anına həmin müəssisələrin 432590.73 manat vergi borcu olmuş (195650.91 manat əsas vergi borcu və 236939.8 2 manat faiz borcu), həmin borcun 79800.99 manatı (60584.11 manat əsas borc, 19396.88 manat faiz borcu) məhkəmə qərarı ilə cavabdehin xeyrinə tutulmuş (iddiaçının əmlakı hesabına) məbləğ olmuşdur. 19.01.2015-ci il tarixdə cavabdeh tərəfindən hüquqi varis kimi iddiaçıya adları çəkilən ləğv edilmiş hüquqi şəxslərin əvvəlki vergi borcları iddiaçının şəxsi hesab vərəqəsinə işlənmişdir. Həmin tarixdə iddiaçının 21495.00 manat artıq ödəməsi mövcud olmuşdur. Hazırkı iş üzrə iddiaçının tələbi onun büdcəyə ödəməli olduğu borcdan ümumilikdə 230706.76 manat məbləğində borcun silinməsidir. Məhkəmə Kollegiyası iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş 236939.82 manat faiz borcu ilə bağlı qeyd edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqq ında” Azərbaycan Respublikasının Qanununun icrası məqsədilə iddiaçının 01.01.2017-ci il tarixinə olan faizlər üzrə 109505.33 manat borcu qeyd-şərtsiz olaraq silinmişdir. Başqa sözlə iddiaçının şəxsi hesab vərəqəsində ləğv edilmiş hüquqi şəxslərin əvvəlki faiz borcları, o cümlədən məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulmuş faiz borcu (19396.88 manat) mövcud deyildir. Belə olan halda iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş və ləğv edilmiş hüquqi şəxslərin köhnə borcları olan 195650.91 manat əsas vergi borcuna (onun daxilində 60584.11 manat məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulmuş məbləğdir) qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş 195650.91 manat əsas vergi borcu (60584.11 manat məhkəmə qərarı ilə təmin edilmiş məbləğdir) ilə bağ lı qeyd edir ki, həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə işlənən zaman həmin məbləğlərin 5 illik tələb etmə müddəti ötmüşdür. Belə ki, Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini v ergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müə yyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sıras ında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlə rin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraql arı arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikasıs Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsin i təmin etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarında qeyd edildiyi kimi, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün on un məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan hüquq normalarının ləğv edilən hüquqi şəxsdən tələb olunmayan və nəticədə də qanunla təsbit olunan tələbetmə müddəti artıq keçmiş hesab olunan vergi borclarının silinməli olması qənaətinə gəlsə də silinməli o lan vergi borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi 167.250,10 manat əsas vergi borcunun silinməli olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, lakin nəzərə almamışdır ki, iddiaçının ləğv edilmiş hüquqi şəxslərdən keçən 195650.91 manat əsas vergi borcu olmuş, onun daxilində 60584.11 manat məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulmuş məbləğ olmuş, 135066.8 manat isə müddəti keçmiş vergi borcu olmuşdur. Lakin məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulan məbləğ nəzərə alınmadan iddiaçının vergi borcunun 167.250,10 manat olması qənaətinə gəlməklə riyazi hesablamada səhvə yol vermişdir. Başqa sözlə iddiaçının məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulan məbləğ nəzərə alınmadan vergi öhdəliyi 135 066.8 manat təşkil etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin *********** nömrəli iş üzrə 10.06.2005-ci il tarixli qərarı ilə tutulmuş vergi borcunun ümidsiz borc kimi silinməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *********** nömrəli iş üzrə 10.06.2005-ci il tarixli qərarı ilə iddiaçının hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc məbləğinin 03.10.2003-cü il tarixə 79800.99 manat (60584.11 manat əsas borc, 19396.88 manat faiz borcu) olduğu müəyyən edilmişdir və həmin məbləğ iddiaçının əmlakına yönəldilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində ver gi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90-cı maddəsi “vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası” adlanır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsin in təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək onun hüququdur lakin o bu hüququndan VM-nin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərarın mövcudluğu VM-nin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Beləliklə, iddiaçıya 19.01.2015-ci il tarixdə hesablanmış 195650.91 manat əsas vergi borcu üzrə (məhkəmə qərarı ilə hesablanmış 60584.11 manat əsas borc məbləği də daxil olmaqla) Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələb etmə müddəti keçdiyindən hə min borc ümidsiz borc kimi silinməlidir və iddiaçının cari ödənişlərindən həmin borcun silinməsinə yönələn cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə qətnaməsi ilə cavabdehin xeyrinə tutulmuş məbləğin silinməməsi qənaətinə gəlməklə, o cümlədən iddiaçının ümidsiz borc kimi silinməli olan vergi borcunun məbləğini 167.250,10 manat müəyyən etməklə səhvə yol vermişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlən dirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək iddia tələbini qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, 195650.91 manat əsas vergi borcu (məhkəmə qərarı ilə hesablanmış 60584.11 manat əsas borc məbləği də daxil olmaqla) ümidsiz borc kimi silinməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçı “İddiaçı” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2300/2018 saylı 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. 195650.91 manat (bir yüz doxsan beş min altı yüz əlli manat doxsan bir qəpik) əsas vergi borcu (məhkəmə qərarı ilə hesablanmış 60584.11 manat (altmış min beş yüz səksən dörd manat on bir qəpik) daxil olmaqla) ümidsiz borc kimi silinməsi və şə xsi hesab vərəqəsindən azaldılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər N.İ.Rəsulbəyova Z.M.Quliyev İ.K.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar