Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-231/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, dövlət orqanının ləğvi, publik hüquqi şəxsin təsis edilməsi, hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 avqust tarixli 2-1(103)-1658/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdehin 10-13-128 nömrəli, 2018-ci il 2 iyul tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin ləğv edilməsi ilə əlaqədar Hüquq Şöbəsinin Normativ hüquqi təminat sektorunun aparıcı məsləhətçisi İddiaçı əmək müqaviləsinə 2018-ci il 4 iyul tarixindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı 2018-ci il 24 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin əm ək müqaviləsinə xitam verilməsi haqqında əmrinin etibarsız hesab edilməsi, əvvəllər tutduğu vəzifə üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı 2019-cu il 22 yanvar tarixdə iddia tələbini dəqiqləşdirərək cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, əvvəllər tutduğu vəzifə üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının ödənilməsini tələb etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada staj və sınaq müddətlərini başa vurduqdan sonra 2017-ci il 10 avqust tarixində Bakı Nəqliyyat Agentliyi Aparatının Hüquq şöbəsinin normativ hüquqi təminat sektorunda a parıcı məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmiş, bir sıra icra hakimiyyət orqanları ilə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanda “icra hakimiyyəti orqanı” hüquqi statusuna malik “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi” əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin yaradılması təsbit edilmişdir. Adıçəkilən qurum Azərbaycan Respublikası Vergilər Nazirliyində Fərmanda qeyd edildiyi kimi “yenidən təşkil” (çe vrilmə) şəklində qeydiyyatdan keçmişdir. Göründüyü kimi heç bir ləğvetmə prosesi baş vermədiyi halda, 2018-ci il 4 iyul tarixində əmək müqaviləsinə “dövlət orqanının ləğvi” əsası ilə xitam verilmişdir. Vəziyyətdən (çevrilməyə ləğvetmə donu geyindirərək) sui-istifadə edilərək həmin qurumda çalışan bir neçə işçinin (dövlət qulluqçularına münasibətdə “dövlət orqanın ləğvi”, dövlətqulluqçusu olmayan əmək müqaviləli işçilərə münasibətdə isə “müəssisənin ləğvi” əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün “işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının qaytarılması” tələbi üzrə iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsi 2018-ci il 7 sentyabr tarixli 2(005)4310/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnaməndən verilmiş ap ellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2(103)1240/2018 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Qərardadda iş üzrə inzibatiiqtisadi məhkəməyə müraciət edilməsi imkanı göstərilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki,“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanının 13-cü hissəsinə əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alındığı günədək Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi öz fəaliyyətini davam etdirmişdir. Yəni qeydiyyatdan keçdiyi vaxtdan etibarən Agentlik dövlət orqanı kimi ləğv edilmiş və əsasında dövlət orqanı deyil, publik hüquqi şəxs yaradılmışdır. Bu əsasla da Agentlikdə çalışan dövlət qulluqçularının qulluq keçməsinə xitam verilmiş və onların qanunvericilikdə nəzərdə tutulmuş bütün təminatlarından istifadəsinə şərait yaradılmışdır. Publik hüquqi şəxslərlə əlaqədar məsələlər qanunvericilikdə yenilik olsa da, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli, 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6- cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası” tam tənzimetməni təmin edir. Belə ki, həmin akt dövlət orqanının əsasında (bazasında) yeni dövlət orqanının yaranıbyaranmamasından asılı olmayaraq həmin orqanı “ləğv edilən dövlət orqanı kimi” müəyyən edir və 21.1.6-cı və 33.1.2-ci maddələr göstərilən “ləğv edilmə” sözünün heç də mülki hüquqi mənada “ləğv edilmə” (“mövcudluğun xitamı”) olmadığını göstərir. Yəni mahiyyət etibarilə dövlət orqanı digər dövlət orqanına çevrilərsə və ya hüquqi varisi olmadan da ləğv edilsə də bu həmin dövlət orqanının dövlət qulluqçularına münasibətdə “dövlət orqanının ləğvi” hesab olunur. Bakı Nəqliyyat Agentliyində əmək münasibətlərinin xarakteri ilə əlaqədar dəyişiklik baş vermişdir. Dövlət orqanı statusunda olan zaman Agentliyin dövlət qulluqçuları ilə əmək münasibətləri həm “Dövlət qulluğu haqqında” Qanuna əsasən, həm də əmək hüquq normaları ilə tənzimlənirdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Lakin publik hüquqi şəxs kimi fəaliyyətə başladıqdan sonra isə Bakı Nəqliyyat Agentliyinin işçi ilə münasibətləri yalnız Əmək Məcəlləsi və ondan irəli gələn digər normativ hüquqi aktlar ilə t ənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, isə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əlavə olaraq qeyd etmək lazımdır ki, nə qüvvədə olan hüquqi aktlar ilə, nə də Agentliyin fəaliyyətini bilavasitə tənzimləyən normativ hüquqi aktlarda dövlət qulluqçularının Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsdə işlə təmin edilməsi barədə məcburedici norma nəzərdə tutulmamışdır. İddiaçının əvvəlki əmək fəaliyyəti dövrü nəzərə alınmaqla onunla yenidən əmək münasibətlərinin yaradılması işəgötürən tərəfindən arzu edilməmişdir. Eyni zamanda da onun özünün də publik hüquqi şəxs olan Agentlikdə i şə qəbul olunmaq haqqında müraciəti daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli 2-1(82)-932/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci bəndinə müvafiq olaraq xitam verilməsi ilə bağlı əmr qəbul edilərkən hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 avqust tarixli 2-1(103)-1658/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 19 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 18 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, Məhkəmə iddia tələbinin rədd edilməsini əsası kimi Bakı Nəqliyyat Agentliyinin Aparatının dövlət orqanlarının aparatlarının adları siyahısından çıxarılmasına istinad etmişdir. Halbuki, Agentlik publik hüquqi şəxsə çev rildiyindən dövlət orqanlarının siyahısından çıxarılması qaçılmazdır və bu, qurumun ləğvolunma əsası və ya səbəbi ola bilməz. Mülki qanunvericiliyə görə bu proses sadəcə “çevrilmə”dir və yaratdığı hüquqi nəticələr ləğvetmədən olduqca fərqlidir. Eyni zamanda, qanunvericilikdə dövlət orqanlarının fərqli statuslu quruma çevrilməsini istisna edən norma mövcud deyil və bu əsasla da yuxarıda qeyd olunan Fərmana uyğun olaraq yenidən təşkil (çevrilmə) həyata keçirilmişdir. Dövlət orqanının ləğvi deyil, yenidən təşkil (çevrilmə) şəklində qeydiyyatını təsdiq edən sənəddə (təhvil aktında) qeyd olunur ki, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinin qeydiyyatının hüquqi əsası “çevrilmə”dir və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin bütün əmlakı, vəzifə və səlah iyyətləri, hüquq və vəzifələri hüquq varisliyi qaydasında Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə keçir. “Hüquq varisliyi” və “ləğvetmə” terminləri mülki hüquq münasibətlərində bir-birini istisna edən anlayışlardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası (onun hüquqi şəxs olmayan orqanları) mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edili r (qanunun analogiyası). MM-in 56.5-ci maddəsinə uyğun olaraq təhvil aktına əsasən qurumun hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaranmış hüquqi şəxsə (publik hüquqi şəxsə) keçmişdir. Məhkəmə yekun qərarında da Agentliyin ləğv edildiyini göstərməmişdir. Agentlik qanunla müəyyən olunmuş qaydada publik hüquqi şəxsə çevrildiyindən, çevrilmədən sonrakı fəaliyyətini dövlət orqanı kimi deyil, publik hüquqi şəxs statusunda davam etdirməsi yenidən təşkilin yaratdığı nəticədir. Yenidən təşkilin çevrilmə şəklinin mahiyyəti də məhz belədir ki, qurum çevrilmə nəticəsində təşkilati hüquqi formasını dəyişir və fəaliyyətini dəyişmənin nəticəsində əldə etdiyi hüquqi formada davam etdirir. Məhkəmənin yanaşmasına görə isə, əgər qurum yenidən təşkil edilmiş və əvvəlki statusunu itirmişsə, həmin qurum ləğv edilmiş hesab olunur, mülki hüquq normalarının kobud pozuntusudur. MM-in 59-cu maddəsinə görə isə “qurumun ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri “hüquq varisliyi” qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi” deməkdir. Göründüyü kimi, məhkəmə mülki hüquq normalarını açıq şəkildə pozmuş və işə qeyri-müəyyən maraqlar çərçivəsində münasibət bildirmişdir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müəssisənin, idarənin, təşkilatın tamamilə və ya qismən ləğv olunması barədə qərarı səlahiyyətli orqanlar, yəni onları yaratmaq səlahiyyətinə malik orqanlar qəbul edirlər. Müəssisənin fəaliyyə tinə xitam verilməsi ilə əlaqədar olaraq, o, tamamilə ləğv edildikdə, müəssisədə işləyənlərin hamısı azad edilməlidir ki, iş materiallarında bu halı təsdiq edəcək sübut da mövcud deyil. Müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar və işçilərin sayının və ya ştatının ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən, qanunla işçilər üçün müxtəlif səviyyəli təminatlar müəyyən edildiyinə görə (işdən çıxarmanı seçkili həmkarlar ittifaqı orqanı ilə razılaşdırmaq zərurəti, işdə saxlanmaq üçün üstünlük hüququ və s.) məhkəmə müəssisənin, idarənin, təşkilatın ləğv edildiyi barədə müdiriyyətin dəlillərini yoxlamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prin sipləri pozulmuşdur. Belə ki, müəssisənin yalnız dövlət qulluqçuları ilə “dövlət orqanının ləğvi “əsasında əmək müqavilələrinə xitam verilmiş, digər əmək müqaviləli işçilərə münasibətdə isə Əmək Məcəlləsinə uyğun olaraq “müəssisənin ləğvi” əsasına istinad edilməmişdir. Dövlət qulluqçularına fərqli yanaşmanın real səbəbi isə həmin işçilərin dövlət qulluqçularının ehtiyat kadr siyahısına daxil edilməsini təmin etməkdən ibarət olmuşdur. Belə ki, real olaraq ləğvetmə mövcud olmadığından, dövlət qulluqçusu statusu olmayan işçilərə münasibətdə müəssisənin ləğvi əsası ilə onların müqavilələrinə xitam verilməsi tədbirləri həyata keçirilməmişdir. Əgər hüquqi anlamda “ləğvetmə” mövcud olsa idi, bu, təbii olaraq müəssisənin bütün işçi heyətinə aid olardı, yalnız dövlət qulluqçularına münasibətdə deyi l. Belə ki, “ləğvetmə” tam anlamda “mövcudluğun xitamı” deməkdir. Göründüyü kimi, məhkəmə işə mahiyyəti üzrə baxmamış, mövcud sübutları dəyərləndirməmiş, təhvil aktını görməzdən gəlmiş və mübahisə predmetinə dair maddi hüquq normalarının düzgün tətbiqini kobud şəkildə pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onla rın iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən “İcra h akimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 13-cü hissəsində göstərilmişdir ki, bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Fərmanın 1-9-cu hissələrində qeyd edilən icra hakimiyyəti orqanları öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"n da dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 fevral tarixli, 58 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Aparatı dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarından çıxarılmışdır. Beləliklə, həmin aktların məzmunu və məqsədləri nəzərə alındıqda, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsi dövlət qeydiyyatına alındığı tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin dövlət orqanı olaraq fəaliyyətinə xitam verildiyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsindən irəli gəlir. Həmin normaya əsasən, publik hüquqi şəxs – dövlət və bə lədiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi, dövlət orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin əsasında yeni dövlət orqanı ilə əvəz edilməmiş, dövlət orqanı olaraq fəaliyyətinə xitam verilmişdir. İddiaçı şikayətdə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyinin Aparatının dövlət orqanlarının aparatlarının adları siyahısından çıxarılması qaçılmaz idi, lakin bu, qurumun ləğvolunma əsası və ya səbəbi ola bilməz. Məhkəmə kollegiyası iddiaçının həmin qənaətini düzgün hesab edir. Lakin Bakı Nəqliyyat Agentliyinin Aparatının dövlət orqanlarının aparatlarının adları siyahısından çıxarılması hazırkı halda, ləğvin (xitamın) səbəbi kimi dey il, nəticəsi kimi çıxış edir. Yəni icra hakimiyyəti statusuna malik olan Bakı Nəqliyyat Agentliyinin dövlət orqanı kimi fəaliyyətinə xitam verildiyindən onun Aparatı dövlət orqanlarının aparatlarının adları siyahısından çıxarılmışdır. İddiaçının MM-in müddəalarına (MM-in 44.3, 56.5, 59-cu maddələri) istinadı da vəziyyəti onun xeyrinə dəyişmir. MM-in 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Normanın məzmunundan göründüyü kimi, burada, Azərbaycan Respublikasının hüquqi şəxslər olmayan orqanlarının mülki-hüquqi münasibətlərdə mülki hüququn subyekti kimi iştirakı nəzərdə tutulur. Hazırkı halda isə, söhbət həmin subyektin (dövlət orqanının) mülki münasibətlərdə iştirakından deyil, onun hüquqi taleyinin inzibati qaydada Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həllinin yaratdığı nəticədən gedir. MM-in 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Normanın məzmunundan göründüyü kimi, burada, söhbət hüquqi şəxslərin (mülki hüququn subyekti qismində çıxış edən dövlət orqanının deyil) növünün dəyişməsindən gedir. Eyni ilə, MM-in 59-cu maddəsi də, məhz faktiki mövcud olan hüquqi şəxsin ləğvini nəzərdə tutur. Dövlət orqanının ləğvi və ya dig əri ilə əvəz olunması isə (bu, mülki-hüquqi nəticələrin baş verməsinə səbəb olsa belə) mülki qanunvericiliyin nizamasalma predmeti deyil. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən, dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilir. Həmin normanın cavabdeh tərəfindən tətbiqi zamanı hər hansı hüquq pozuntusuna yol verilmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 avqust tarixli 2-1(103)-1658/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Q ərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-231/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-231/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver