Məhkəmə qərarları › İş №2-1(102)-231/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-231/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-231/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi mübahisələri; qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “13.04.2020-ci il tarixli, **********198945 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsul iyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1935/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC-yə cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.02.2020-ci il tarixli, **********162844 nömrəli səyyar vergi yoxlaması aktı əsasında 13.04.2020-ci il tarixli, **********198945 nömrəli qərarına əsasən 1234183,59 manat vergi hesablanmış və 272750,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Sözügedən qərarları əsassız hesab edən iddiaçı həmin qərarların ləğ v edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının şikayəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsa slandırılmışdır ki, 20.02.2020-ci il tarixli, **********162844 nömrəli səyyar vergi yoxlaması aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 saylı qərarına əsasən İddiaçı MMCyə 1234183,59 manat vergi hesablanmış və 272750,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən qanunvericiliyə müvafiq olaraq yuxarı instansiyaya şikayət verilmişdir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********785400 saylı, 22.07.2020-ci il tarixli Qərarına əsas ən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13.04.2020-ci il tarixli, **********198945 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13.04 2020-ci il tarixli, **********198945 saylı qərarı tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yoxlama dövrünün sonuna klinker və sement qalığı haqqında rəsmi məlumat Baş mühasib tərəfindən inzibati orqana verilmişdir. Həmin cədvələ əsasən yoxlama dövrünün əvvəlinə MMC tərəfindən məlumat verilməyib. Həmin cədvəldə yoxlama dövrünün sonuna 15170.66 ton klinker qalığı və 10433.79 ton sement qalığı Baş mühasibi tərəfindən təqdim edilmişdir. MMC-nin sənədlərinə əsasən nəzərinə çatdırırıq ki, yoxlama dövrünün əvvəlinə MMC-nin sement qalığı yoxdur, klinker qalığı 9342.5 ton olub. Yoxlama dövründə alınan klinker 65522.18 ton klinker nəzərə alındıqda, ümumilikdə klinkerin həcmi 74864 68 ton təşkil etmişdir. Yoxlama dövründə 950 ton klinker satıldıqdan sonra, yoxlama dövrünün sonuna klinker qalığı 15170,66 ton olub. 74.864,68 – 15.170,66=59694,02-950=58.744,02 ton qalır. Ekspert 3 faiz itki silir 58744.02- 1763=56981,02 ton qalır. MMC-nin mühasibat sənədlərinə əsasən 65.522,18- 56981,02=8.541,16 ton klinker ekspert tərəfindən artıq yazılmışdır. MMC-nin mühasibat sənədlərinə əsasən 8541,16 ton fərq yaranır. Vergi yoxlayıcısı yoxlama dövründə Ekspert tərəfindən artıq yazılmış 8541,16 ton klinkeri 74864.68 ton klinkerdən çıxmayib istehsal olunmuş 61331 ton sementdən yoxlama dövrünün sonuna olan 10598,80 ton sement qalığını çıxmayıb. 01.01.2015 klinker qalığı yoxdur. Yoxlama dövrünün əvvəlinə klinker qalığı 9342.5 ton olub. Azərekspertizanın məktubuna və MMC-nin mühasibat sənədlərinə əsasən 01.01.2016-cı ilə 12120 ton klinker qalığı və yoxlama dövrünün sonuna 15170,66 ton klinker və 10598,80 ton sement qalığı cədvəl şəkilində verilmişdir. Ekspert yoxlama dövrünün sonuna MMC- yə göndərdiyi cədvəldə 15170.66 ton klinkeri mal qalığından çıxıb, 10598.80 ton sementi mal qalığından çıxmayıb. MMC- nin yoxlama dövrünün əvvəlinə klinker qalığı 9342.5 ton olub. Bu rəqəmləri MMC-nin balansı vergi bəyannamələri, qaimə fakturalar, verilən cədvəldə öz əksini tapır. 61331-10598 80=50732,2 ton sement qalır, 74864.68-15170 66-950-1763 02=56981,02 ton klinker qalır. Ekspert yoxlama dövrünün sonuna qalan 10598.8 ton sementi ümumiyyətlə rəydə qeyd etməyib. MMC yoxlama dövründə istehsal edib 6133148402.69 satilib=12928-10598.8 mal qaliqı=2329 ton itgı v.s yoxlama dovrünün sonuna 15171 ton klinker və 10598.8 ton sement qalıb. Ekspert rəyində qeyd olunmuşdur ki, “AZSEMENT LTD" MMC tərəfindən 67934.03 ton M400, 2558.02 ton M300, 7743 57 ton M500, cəmi isə 78235.62 ton sement istehsal ı çıxardıb. Bu rəqəmlər həqiqətə uyğun deyil. Çünki vergi yoxlaması dövründə M-500, M-300 markalı sement MMC tərəfindən istehsal olunmayıb 2015-ci ildə 4131 ton M-400 markalı sement QOST 10178-85 Rusiya qostu ilə istehsal olunub. 01.01 2016-cı ildən M-500 M400 M-300 marka sement istehsal etmək üçün Rusiya qostu ilə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyindən uyğunluq sertifikatı verilməyib. M-500, M-300 markalı sementin istehsalından söhbət gedə bilməz. İş materiallarından aydın görünür ki, CEM-52.5-N. 42.5 N 42.5 R və P-32.5-N markalı sement AZS 411-2010(EN 197-1-2000) Avropa standartına əsasən MMC tərəfindən 525 (aktivliyi 550 marka) 425 N aktivliyi 480.510 marka 42.5 R aktivliyi 470.500 marka və 325 (aktivliyi 390 410 marka) marka sement istehsal olunub. AZS əsasən CEM52 5 N 525 markadan, 42 5 N 425 markadan 42 5 R 425 markadan həmçinin P-32 5-N 325 markadan az ola bilməz. Belə çıxır ki, ekspert rəyində araşdırma və hesablama tam qərəzli və qeyri-peşəkarcasına aparılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********758400 saylı, 22.07.2020-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 21.08.2020-ci il tarixli apelyasiya şikayəti verilmiş, lakin həmin şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə bir cavab verilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1949/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Aytən Oruczadə) iddianın qismən təmin edilməsi, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 nömrəli qərarı qismən, 2.119,84 manat torpaq və 364,14 manat ödəmə mənbəyindən tutulan vergilər və onlara tətbiq edilən maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə-mənfəət vergisi, əlavə dəyər vergisi və onlara tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab edir ki, iş üzrə aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarix li, **********198945 nömrəli qərarı 916.836,28 manat ƏDV və 430.441,13 manat mənfəət hissəsində əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassızdır.

7. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1949/2021 nömrəli qərarının təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1935/2021 nömrəli qərarı ilə (hakimlər Həmid Həmidov- sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1949/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qanuni və əsaslı qərar qəbul etmişdir.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15.09.2021-ci il tarixli, 2-1(103)-1935/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Qanuna əsasən qanunverici bazar qiyməti dedikdə, ekspert rəy i ilə müəyyən olunan qiymət deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən qiyməti nəzərdə tutur. Hesab edir ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 14.1 14.2 və 14.3-cü maddələrini özünün müəyyən etdiyi işin faktiki halları üzrə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarında qeyd edir ki, vergi orqanı tərəfindən MMC-də yoxlama dövrü ərzində vergilərin hesablanması üçün istehsal edilmiş sementin bazar qiymətinin-alış qiymətinin müəyyən edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Həmçinin qeyd olunur ki, ekspert rəydə qeyd edilər mənbələrindəki informasiyaları əsas götürməklə malın bazar qiymətini müəyyən edə bilməz.

12. Cavabdehin 10.09.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də səyyar vergi yoxlaması (yoxlanılan dövr - 01.08.2015-31.08.2018) keçirilmiş və yoxlamanın nəticələri üzrə 20.02.2020-ci il tarixli akt tərtib olunmuşdur. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 13.04.2020-ci il tarixli, **********198945 nömrəli məsuliyyət qərarı qəbul edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə 11.09.2018-ci il tarixli, **********162848 nömrəli Tələbnamə verilmişdir. Lakin yoxlama üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Yoxlanılan dövrdə müəssisə sement istehsalı və satışı, daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə müəssisə tərəfindən xidmət edən bank müəssis ələrindən və müxtəlif firmalardan nağd şəkildə alınmış vəsaitlərin 1.818.988,4 manatı təsisçiyə verilmişdir. Lakin təsisçi ilə hesablaşmaların hərəkəti yoxlamaya təqdim olunmamışdır. Həmçinin bankdan nağd götürülən məbləğlər mal-material alınması və xidmətlərin göstərilməsi adı ilə götürülərək təsisçiyə verilmişdir. Lakin təsisçi tərəfindən həmin vəsaitin hara xərclənməsini təsdiq edən heç bir sənəd yoxlamaya təqdim olunmamışdır. Müəssisənin real istehsal həcmi və real bazar qiymətləri ekspert və mütəxəssis rəyləri əsasında müəyyən edilmişdir, burada yeganə klinkerin sərfiyyatı olmuşdur.

13. Ekspert və mütəxəssis rəylərinə əsasən sement istehsalı və satışı üzrə 4.513.026,39 manat əlavə dövriyyə müəyyən edilərək 812.344,75 (4.513.026,39 * 18%) manat ƏDV hesablanmışdır. Bundan əlavə, 01.02.2016-cı il tarixdə müəssisənin "xxxx" ASC-də olan hesablaşma hesabına “beton alınması üçün” adı ilə 685.000,0 (ƏDV daxil) manat məbləğə daxil olmuşdur. Daxil olmuş 685.000,0 manat həmin gündə "Azsement LTD” MMC-nin kredit borcuna silinmişdir. "xxxx" ASC-yə müəssisənin bank hesabında aparılan əməliyyatlar barədə yoxlama dövrü üçün məlumat verilməsi üçün bildiriş verilmiş, lakin bank çıxarışı 01.02.2016-cı il tarixədək göndərilmişdir. 01.02.2016-cı il tarixdən “Texnikabank" ASC-nin bank xidməti göstərilməsi üçün lisenziyası ləğv olunmuşdur. Müəssisəyə həmin əməliyyatla bağlı sənədlərin yoxlamaya təqdim edilməsi üçün müraciət edilsə də, hər hansı sənəd və ya izahat təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən 104.491,53 manat (685.000,0 * 18/ 118) ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 14.3-c ü maddəsində əksini tapan “bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər” ifadəsi vergilərin hesablanması zamanı bazaı qiymətinin tətbiq edilə bilən mütləq hallarını deyil, həmin maddədə müəyyən olunmuş hallar üzrə də bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanması imkanlarını nəzərdə tutmuşdur. Qeyd etdiyi şərh maddənin birbaşa fəlsəfi mahiyyətini təşkil edir. Əksi təqdirdə iş üzrə tətbiq edilməli olan lakin tətbiq edilməyən Vergi Məcəlləsinin 44-cü maddəsinin həqiqi mahiyyətini əhəmiyyətsiz edər və tətbiqi praktikasını çətinləşdirər.

14. Hesab edir ki, məhkəmə kollegiyası tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə yanlış hüquqi nəticəyə və qənaətə gəlmişdir.

15. Öncəliklə bildirir ki, məhkəmə kollegiyası iş ü zrə Mülki Məcəllənin 2.5-ci maddəsini tətbiq edilməli olduğu halda tədqiq etməmişdir.

16. Göründüyü kimi məhkəmə kollegiyası mülki qanunvericiliyi vergi hüquq münasibətlərinə tətbiq etməli olmadığı halda tətbiq etmiş və demək olar ki, iş üzrə gəldiyi nəticəni mülki qanunvericiliklə əsaslandırmışdır.

17. Həmçinin bildirməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən yanlış təfsir və izaha yol vermişdir. Belə ki, bazar qiymətinə verilən anlayış Vergi Məcəlləsinin 14-cü maddəsində də əks olunmuşdur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bazar qiymət malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və orta ya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Vergi Məcəlləsinin göstərilən maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyi üçün, müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal.olunmuş və satılmış məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 04.04.2019-cu il tarixli, **********180067 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarı çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Alınmış 30.10.2019-cu il tarixli ekspert rəyinə əsasən istehsal olunmuş “M300" markalı sementin 1 tonunun satış qiyməti 115,0 manat, “M400” markalı sementin 1 tonunun satış qiyməti 124,0 manat; “M500” markalı sementin 1 tonunun satış qiyməti 128,0 manat müəyyən olunmuşdur.

18. Eyni zamanda, məhkəmə kollegiyası sözügedən ekspert rəyinin qiymətləndirməsi zamanı bir-birini təkzib edəcək dəlillərə istinad etmişdir ki, bu da məhkəmə aktının daxili ziddiyyətlərini təşkil etmişdir. Belə ki, məhkəmə bir tərəfdən ekspert rəyi üzrə gəlinən nəticəni, yəni təqdim edilmiş bazar qiymətini təklif kimi dəyərləndirərək, ekspert rəyini bu istiqamətdə qeyri-mötəbər hesab etmiş, digər tərəfdən ekspertizanın təyini üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

19. Belə ki, məhkəmənin mövqeyinə əsasən əgər ekspert rəyində qeyd olunan m əlumatlar, yəni məhkəmənin təklif kimi dəyərləndirdiyi qiymətlər həqiqəti əks etdirmiş olsaydı, o zaman həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilərdi.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar edilməsi üçün növbəti mərhələyə keçməli idi.

21. Hesab edir ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, qeyd olunanlarla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərh ələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş olaraq müəyyən olunmamışdır.

22. Beləliklə iş materiallarında üç rəy-18.10.2019-cu il tarixli mütəxəssis rəyi, 30.10.2019-cu il tarixli ekspertiza rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021 tarixli, 10/4043-4187.9/5988 nömrəli ekspert rəyi mövcuddur. Məhkəmə qeyd olunan rəylər üzrə heç bir araşdırma aparmadan və həmin rəylər üzrə heç bir qiymətləndirmə həyata keçirmədən bir rəyi digər rəydən üstün tutmuş və mötəbər hesab etdiyi rəyi olduğu kimi məhkəmə aktına köçürmüş, rəylər arasında müqayisəli qiymətləndirmə aparmamış və digər sübutlarla yanaşı qiymətləndirməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Vergi Məcəlləsi: Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zər ərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: Maddə 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqın da məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərə kətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verd iyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 53.4. Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. 53.5. Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 53.6. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. Vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir. 53.7. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərini yerinə yetirilməsindən azad etmir. 53.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə başqa qaydalar nə-z ərdə tutulmadığı hallarda bu sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vəzifəli şəxsinin (şəxslərinin), habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Maddə 103.1. Azərbaycan Respublikasında rezident və qeyri -rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 104.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənf əətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Maddə

108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tər əfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. 108.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. 108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən et diyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. 108.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsind ə onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********164967 nömrəli, 04.10.2018-ci il tarixli qərarı əsasında İddiaçı MMC-dən yoxlamanın predmetinə aid olan və 01.01.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək vergilərin hesablanması üçün tələb olunan ilkin mühasibat sənədləri, etibarn amələr, ərizələr müqavilələr (o cümlədən kredit və xidmət müqavilələri), əsas vəsaitlərin alış sənədləri, yol nəqliyyat sənədləri, kalkulyasiyalar, əmrlər, protokolla, torpaq ayrılması və ya torpaq üzərində mülkiyyəti təsdiq edən sənədlər, qəbzlər, uçot jurnalları, vergi hesabfakturaları, qaiməfakturalar, electron qaimələr, təhvil-təslim aktları, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziyalar, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxilməxaric sənədləri, gömrük yük bəyannamələri, nəzarət kitabçası, NKAdan çıxarışları, istehsal avadanlıqlarının alış sənədləri, kompyuterlər, prosessorlar və digər elektron informasiya daşıyıcılarının, vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar digər sənədlərin, habelə müəssisədə istehsal olunan məhsullardan nümu nələrin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır.

28. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Səyyar vergi yoxlaması” haqqında 20 fevral 2020-ci il tarixli akta görə, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-2018 vergi dövrləri üzrə səyyar vergi yoxlanılması keçirilmiş və yoxlama zamanı iddiaçının vergidən yayınması aşkar olunmuşdur. Həmin akta əsasən, mənfəətdən vergisi üzrə 430.441,13 manat, torpaq vergisi üzrə 2.119,84 manat, əlavə dəyər vergisinin 916.836,28 manat, ödəmə mənbəyində tutulan vergisinin 364,14 manat azaldılmasına görə, 674.960,71 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

29. Eyni zamand a apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 №-li qərara əsasən, İddiaçı MMC-yə 2015-ci il üçün 105.161,12 manat mənfəət vergisi, 2016-cı il üçün 178.330,67 manat mənfəət vergisi, 2017-ci il üçün 146.949,34 manat mənfəət vergisi və ona 73.474,67 manat maliyyə sanksiyası, 2015-ci il üçün 118.362,94 manat əlavə dəyər vergisi, 2016-cı il üçün 380.506,25 manat əlavə dəyər vergisi, 2017-ci il üçün 266.096,85 manat əlavə dəyər vergisi və 121.938,46 manat maliyyə sanksiyası, 2018-ci il üçün 151.870,24 manat əlavə dəyər vergisi və ona 75.935,12 manat maliyyə sanksiyası; 2017ci il üçün 1.059,92 manat torpaq vergisi və 529,96 manat mali yyə sanksiyası, 2018- ci il üçün 1.059,92 manat torpaq vergisi və 529,96 manat maliyyə sanksiyası; 2017-ci il üçün 127,50 manat ödəmə mənbəyində tutulan vergi və 63,75 manat məbləğində maliyyə sanksiyası; 2018-ci il üçün 236,64 manat ödəmə mənbəyində tutulan vergi və 118,32 manat məbləğində maliyyə sanksiyası; 2017-2018-ci illər üçün 80 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 1.234.183,59 manat vergi borcu və 272.670,24 manat maliyyə sanksiyası tətbiq olunmuş, artıq hesablanmış 115577,8 manat ƏDV məbləği büdcə ilə hesablaşmalarda nəzərə alınaraq, cəmi 1349761,39 manat vergi məsuliyyətinə cəlb olunmuşdur.

30. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bakı-ünvan 2 ünvanında yerlə şən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş sementin real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 30 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında ekspert qarşısında qoyulmuş suallar üzrə araşdırılma aparılmış, ekspert tədqiqatı nəticəsində məlum olmuşdur ki, Baş İdarə tərəfindən sualla qoyulmuş müddət ərzində istehsal olunmuş sementin orta satış qiyməti M300 markalı sement məhsulu üçün 115 AZN, M400 sement məhsulu üçün 124AZN və M500 markalı sement məhsulu üçün 128 AZN olaraq müəyyən edilmişdir.

31. Həmçinin apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya dörd növ vergi – ƏDV, mənfəət, torpaq və ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi məbləğləri hesablayıb, maliyyə sanskiyaları tətbiq etmişdir. Tərəflər arasında yaranmış mübahisənin səbəbləri iddiaçı tərəfindən sement məhsullarının istehsalı həcmi, istehsal olunmuş sementə görə elektrik enerjisinin sərfiyyatı, sement markaları ilə bağlı uyğunsuzluq və yoxlama dövrünündə satılmış və yoxlama dövrünün sonuna qalmış klinker qalığı, ən əsası yoxlama dövrünün istehsal olmuş sementdən həmin dövrün sonuna qalmış olan sementin qalığının çıxılmaması olmuşdur.

32. Burada mə hkəmə kollegiyası qeyd edir ki, həmin məsələlərlə bağlı apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 13.2.12, 103.1, 104, 108, 130.1-ci maddələrinə düzgün olaraq istinad etmişdir.

33. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən X2 Qaydaları”na əsaslanması da doğrudur, belə ki, həmin qaydaların 2.1.6 və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir- mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc-mülkiyyətçilər аrаsında kapitalın böl üşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

34. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktının ƏDV vergisi ilə bağlı hissəsindən görünür ki, yoxlanılan dövrdə müəssisə tərəfindən istehsal olunan məhsulların kalkulyasiyası, xammal və materialların hərəkəti (mədaxil-məxaric=qalıq) barədə yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 23-cü,44- 45-ci maddələrinə əsasən müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.201 5-ci il taixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi və istehsal olunmuş və satışının məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 04.04.2019-cu il tarixli, **********180067 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında”, “Mütəxəssisin dəvət edilməsi haqqında” 04.04.2019-cu il tarixli, **********180066 nömrəli Qərarları çıxarılaq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekespertiza” Birliyinin ekspert-mütəxəssisi cəlb edilmişdir. Alınmış 18.10.2019-cu il tarixli mütəxəssis rəyinə və 30.10.2019-cu il tarixli ekspert rəyinə əsasən əlavə dəyər vergisinin yenidən hesablanması aparılmışdır. Nəticədə əlavə dəyər vergisinin 916836,28 manat az hesablanması, 115577,8 m anat artıq hesablanması müəyyən edilmişdir.

35. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıbhesablanmamasının, həmçinin iddiaçının yoxlama dövrünü əhatə edən zaman fəaliyyəti üzrə istehsal olunan sementin markasının və həcminin, həmçinin, istehsal etdiyi 1 ton sementə görə enerji sərfiyyatının, o cümlədən istehsal olunmuş və satılmış sementin ortabazar qiymətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2- 1(112)-6836/2020 saylı qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq, məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq eksper tizası təyin edilmişdir.

36. Məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr üçün (01.08.2015-ci il tarixdən 01.08.2018ci il tarixədək) İddiaçı MMC tərəfindən istehsal edilmiş sement partiya məhsullarından qalmadığından, həmin sement məhsullardan nümunələr götürülməklə, müvafiq avadanlıqlarla təmin edilmiş yerdə (laboratoriyada) yoxlamaların aparılması mümkün deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərə (qaimələrə, hesabatlara və hərəkət cədvəllərə və s) görə, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr ərzində İ ddiaçı MMC-nin sement zavodunda istehsal edilmiş sement markanısının (CEMİİ/A P-42.5 R markalı sementin) tərkibini, istehsalat və texnoloji itkilərini və müəssisədə olmuş klinkerin miqdarını nəzərə aldıqda, İddiaçı MMC-nin sement zavodunda orta hesabla 59.811,824 ton sement məhsulu istehsal edilmişdir.

37. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 430.441,13 manat məbləğində mənfəət vergisinin, 916.836,28 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması aktının torpaq vergisi və ödəmə mənbəyində t utulan vergi üzrə hissəsində göstərilənlərə əsasən isə müəssisə tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində aparılmış əməliyyatlara görə 2.119,84 manat məbləğində torpaq vergisi və 364,14 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmuşdur. Həmin rəyin birinci, ikinci və dördüncü (məhkəmə-mühasibat ekspertizası) suallarının tədqiqi hissəsində göstərildiyi kimi, yoxlama ilə mənfəət vergisi düzgün hesablanmamışdır. Göstərilən səbəblərdən də İddiaçı MMC-nin yoxlama dövrünü əhatə edən illərdə mənfəət vergisi üzrə kənarlaşmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin bir qism xərc sənədləri öz əksini tapmışdır ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdə n çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur.

38. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində isə iş materiallarında olan məlumatlara əsasən İddiaçı MMC tərəfindən 01.08.2015-01.08.2018-ci il tarixlərdə satılmış sementin markalar (M-400; CEM-İ 52.5 N; CEMİİ/A-P-42,5R; CEMİİ/AP-42,5R; CEMİİ/B-P-32,5N) üzrə 1 tonunun kisə və qablaşdırılmamış (qalaq) şəklində topdansatış orta bazar qiyməti hər dövr üçün nəzəri qaydada müəyyən edildiyi göstərilmişdir.

39. Cavabdeh kassasiya şikayətində xüsusi olaraq məhkəmə tərəfindən qərar qəbul edilərkən heç bir araşdırma aparmadan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2021- ci il tarixli ekspert rəyinin sübut kimi qəbul edərək və həmin rəyin məzmununda qeyd olunanları qərara əks etdirməklə düzgün olmayan nəticəyə gəldiyini göstərmişdir.

40. Halbuki məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən ekspertiza tətqiqatlarını aparmış ekspert və mütəxəsislər məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilməklə tədqiq olunmuşdur.

41. Dindirilmiş 3 (üç) ekspertin ümumi rəyi belə olmuşdur ki, istehsalat və sement istehsal gücünə sərf oluna bilən elektrik enerjisinin müəyyən edilməsinə dair yoxlamalar aparılmışdır. Baxış zamanı, sement istehsalı texnoloji xəttinin operator otağında dəyirmanın texniki göstəricilərini əks etdirən panelin üzərindəki elektron monitorunda hər bir marka sementi üçün tərkib hissələrin texniki parametrlərin və çəkilərin göstərildiyi müşahidə edilmişdir. Hesablamalar aparılmaqla göstərilən hər sement markasına (4 dörd marka) aid 1 saatlıq istehsal edilə bilən məhsulun miqdarını (çəkilərini) və buna sərf edilə bilən elektrik enerji sərfiyyatlarını nəzərə aldıqda orta hesabla müəssisədə istehsal edilə bilən bir ton sementinə sərf edilə bilən elektrik enerjisi 75,67kW müəyyən edilmişdir. Həmin elektrik enerjisinin dəyəri 6,81 manat təşkil etmiş, aparılmış hesablamalar zamanı müəssisənin köməkçi avadanlıqlarına, ərazinin işıqlandırılmasına, ümumilikdə istehsalata aid olmayan elektrik enerji sərfləri nəzərə alınmamışdır. Müəssisənin istehsalatı dayandırdığı dövrdəki "xxxx" Asc tərəfindən verilmiş hesab ödəniş vərəqəsindəki 1 aylıq elektrik enerjisinə görə enerji sərfiyyatının dəyərini nəzərə alaraq, yoxlama dövründə "xxxx" ASC tərəfindən təqdim edilmiş elektron vergi h esab-fakturalarındakı göstəricilərlə müqayisədə yoxlama dövrü üçün istehsalata sərf olunan elektrik enerjisinin məbləği müəyyənləşdirilmişdir. Həmin elektrik enerjisinin dəyəri nəzərə alındıqda, İddiaçı MMC tərəfindən sement zavodundan orta hesabla 58702 ton sement məhsulu istehsal edilmişdir. Ekspert ifadəsini ümumiləşdirərək bildirmişdir ki, səyyar vergi yoxlaması aparılan zaman ümumiyyətlə hər sementin markası və mübahisə dövrünün axırına qalmış qalığı nəzərə alınmamışdır.

42. Eyni zamanda ekspertlərin ifadələrinə görə, səyyar vergi yoxlaması zamanı verilmiş mütəxəssis rəyində MMC üzrə faktiki istehsal edilmiş sement məhsullarının faktiki maya dəyəri yalnız xammal klinkerin miqdarı və sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin, istehsala sərf edilmiş xammal klinkerinin bölgüsünün nəyin əsasında müəyyən olunaraq sement növlərinin müəyyən olunması göstərilməmişdir. Bundan başqa vergilərin hesablanması məqsədilə müəssisədə istehsal olunmuş sementin bazar qiymətinin nəzərə alınması üçün, bazar qiymətinin tətbiq edilməsi üçün qanunvericilikdə göstərilmiş hallarla bağlı iş materiallarında hər hansı bir sənəd barədə məlumat mövcud olmamışdır. Vergi orqanı tərəfindən istehsal həcminin, bazar qiymətinin nəzərə alınmaqla dövriyyənin müəyyən edilməsi qaydası düzgün olmamışdır. Bundan başqa, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş materiallar içərisində gəlirin əldə edilməsi ilə bağlı MMC-nin xərc sənədləri də mövcud olmuşdur və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyə uyğundur.

43. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ekspert rəylərinə əsasən, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərdən (qaimlərdən, hesabat və hərəkət cədvəllərdən və s.), İddiaçı MMCdə vergi yoxlama dövründə (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) 2015-ci il ərzində yalnız M-400 sement məhsulu, 2016-ci il ərzində M-400, CEM-İ 52.5 N, CEMİİ/A P-42.5 R, CEMı 42.5 N markalı sement məhsulu, 2017-ci il ərzində CEMİİ/A P42.5 R, CEMİİ/B P-32 markalı sement məhsulu, 2018-ci il ərzində isə CEMİİ/A P-42.5 R, CEMİİ/A P-42.5 İ CEMİİ/B P-32.5 N markalı sement məhsulu istehsal edilmişdir.Təqdim edilmiş sənədlərə (uyğunluq sertifikatlara, qaimələrə hesabat və hərəkət cədvəllərə və s.) görə, yoxlanılan dövr ərzində (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən M-400 (İ OCT 10178-85) markalı sementin 4570,4 ton, CEM-İ 52.51 (AZS ******* (EN 197-1-2000)) markalı sementin 5369,02 ton, CEMİİ/A P42.5 R (AZİ ***-**** (EN 197-1-2000)) markalı sementin 29734,71 ton, CEMİİ/A P-42.5 N (AZS *** **** (EN 197-12000)) markalı sementin 8571,72 ton və CEMİİ/B P-32.5 N (AZS *** **** (EN 197-1-2000)) markalı sementin 156,8 ton istehsal edilmişdir.

44. Beləliklə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr ərzində (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən ümumiyyətlə M300 və M500 markalı sement istehsal olunmamışdır.

45. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, vergi orqanının İddiaçı MMC tərəfindən istehsal olunmamış sement markalarının (M 400 istisna olmaqla) həcmini nəzərə alaraq iddiaçının gəliri üzrə mənfəət və ƏDV vergisinin hesablanması əsassız olmuşdur.

46. İddiaçının digər bir dəlili onunla bağlıdır ki, İddiaçı MMC tərəfindən istehsal olunmuş sement məhsullarının həcmi, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatı düzgün müəyyən edilməməsi, yoxlama dövründə satılmış klinkerin və yoxlama dövrünün sonuna klinker qalığının, həmçinin yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsuldan yoxlama dövrünün sonuna olan sement qalığının çıxılmaması ilə bağlıdır.

47. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəy inə əsasən, ekspertiza tədqiqatı zamanı elektrik enerjisinin sərfiyyatı əsasında yoxlanılan dövr ərzində orta hesabla 58702 ton sement məhsulunun istehsal edildiyi müəyyən olunmuşdur. Ekspert bu nəticəyə gələrkən, yoxlama dövrü üçün müəssisədə sement istehsalına sərf edilmiş aktiv elektrik enerjisinin dəyərini, bir ton sementə sərf edilə bilən elektrik enerjisinin dəyərinə nisbətdə almışdır.

48. Belə ki, tədqiqat zamanı müəyyən olunmuşdur ki, hər sement markasına aid 1 saatlıq istehsal edilə bilən məhsulun miqdarını (çəkilərini) və buna sərf edilə bilən elektrik enerji nəzərə alınmaqla orta hesabla müəssisədə istehsal edilə bilən 1 ton sementinə sərf edilə bilən elektrik enerjisi 75,67 kWh təşkil edir. Həmin elektrik enerjisinin dəyəri isə 6,81 (75,67 kWhx0,09 man=6,81) manat təşkil edir. 17.08.2015-ci il tarixdən 18 iyul 2018-ci il tarixinə qədər "xxxx" ASC tərəfindən verilmiş “Elektron vergi hesab-faktura”larına əsasən, yoxlama dövrü üçün müəssisədə sərf edilmiş aktiv elektrik enerjisinə görə ödənilmiş ümumi pul məbləği 439.400,9 manat təşkil etmişdir. Qeyd olunan məbləğdən müəssisənin sement istehsalının dayandığı dövründə olan hesab-fakturada bir ay üçün hesablanmış elektrik enerjisinin sərfiyyatının miqdarı 12240 kWh (dəyəri isə 1.101,6 manat), yoxlama dövrünün isə 36 aydan ibarət olduğunu nəzərə aldıqda, ümumi sement istehsalına sərf edilməmiş enerji sərfiyyatı 39.636,9 kWh təşkil edir. Həmin elektrik enerji sərfiyyatının dəyərini nəzərə almaqla,yoxlama dövrü üçün müəssisədə sement istehsalına sərf edilmiş aktiv elektrik enerjisinin dəyərinin 399.764 manat (439.400, 9- 39.636,9=399.764 manat) təşkil edildiyi müəyyən edilir. Bu rəqəmlərdən irəli çıxarıq, İddiaçı MMC tərəfindən yoxlama dövrü ərzində ümumilikdə 399.764 / 6,81 = 58.702 ton məhsul istehsal olunmuşdur.

49. Eyni zamanda sözügedən ekspert rəyində yoxlama dövrü ərzində klinkerə görə istehsal olunmuş sement məhsulunun 59.811,824 ton təşkil etdiyi göstərilmişdir. Ekspert, hesabat cədvəllərində göstərilmiş (2015-ci il üçün 67,08 ton, 2016-cı il üçün 1104 ton, 2017-ci il üçün 352 ton və 2018-ci il üçün 420,56 ton) istehsal zamanı havaya sorularaq (əsasən gipsin) toz şəkildə əmələ gələn itkilərini (1.943,64 ton) və sementin daşınma, yükləmə və digər istehsal zamanı əmələ gələn itkilərini (63.015,754 tonun x 2%=1260,32 ton) nəzərə alaraq, klinkerə görə yoxlama dövründə müəssisədə orta hesabla 59811, 824 ton (63.015,784 -1943,64-1260,32=59.811,824 ton) sement istehsal olunduğu nəticəsinə gəlmişdir.

50. Halbuki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi (eksperti) tərəfindən verilmiş ekspert rəyindən həmin dövrdə müəssisədə sərf edilmiş elektrik enerjisinin dəyərinin 453.560,8 manat təşkil etdiyini və müəssisədə həmin dövrdə olan sementin tərkib hissəsinə aid klinkerin həcminə (63.316,4 ton) bölünərək,istehsal edildiyi hər ton məhsuluna 7,16 manat dəyərində elektrik enerjisinin sərf edildiyini göstərmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli, 10/4043-4187, 9 /5988 saylı ekspert rəyini, həmçinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi (eksperti) tərəfindən verilmiş ekspert rəyi ilə birgə təhlil edərək doğru olaraq belə nəticəyə gəlmişdir ki, səyyar vergi yoxlaması zamanı keçirilmiş ekspertiza və onun əsasında verilmiş ekspert rəyində ziddiyyətli məqamlar çoxdur. İddiaçı MMC tərəfindən ümumiyyətlə istehsal olunmamış M300 və M500 sement məhsullarına görə gəlirdən vergi hesablaması, bundan başqa, sement məhsullarının həcminin, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatının düzgün müəyyən edilməməsi nəticəsində, yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsulunun həcmi səyyar yoxlama vergi aktında çox hesablanmışdır. Yoxlama dövrünün qalığına qalmış sement məhsulunun mal qalığından çıxılmaması ona əsas verir ki, cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri və iddiaçının mənfəət və ƏDV vergi borcuna cəlb edilməsi əsassız olmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, vergi orqanı tərəfindən MMC-də yoxlama dövrü ərzində vergilərin hesablanması üçün istehsal edilmiş sementin bazar qiymətinin -alış qiymətinin müəyyən edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. 53. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəz ərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir.

54. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, b.q haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır.

55. Belə ki, ekspert rəydə qeyd edilən məlumat mənbələrindəki informasiyaları əsas götürməklə malın bazar qiymətini müəyyən edə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti kimi malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətl ərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir.

56. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanı 10.09.2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 04.04.2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək müəssisədə istehsal olunaraq satılmış sementin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14- cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etm əklə qiymətin aşkar edilməsi üçün növbəti mərhələyə keçməli idi.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır.

59. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən istehsal olunmuş sementin bazar qiyməti əsasında ƏDV hesablanmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə qənaətə ki, AR Vergilər Məcəlləsinə əsasən vergi orqanı tərəfindən vergilərin hesablanması məqsədilə müəssisədə is tehsal edilmiş sementin bazar qiymətinin (alış qiymətinin) müəyyən edilməsi düzgün deyildir. Belə ki, bazar qiymətinin tətbiq olunma halları qanunvericilikdə göstərilmişdir ki, həmin halın yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır.

61. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Azsement LTD” MMC tərəfindən ümumiyyətlə istehsal olunmamış M300 və M500 sement məhsullarına görə gəlirdən vergi hesablaması, bundan başqa, sement məhsullarının həcminin, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatının düzgün müəyyən edilməməsi nəticəsində, yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsulunun çox təşkil olunması və yoxlama dövrünün qalığına qalmış sement məhsulunun mal qalığından çıxı lmaması, səyyar vergi yoxlaması ilə müəyyən olunmuş dövriyyənin (istehsal həcmi və bazar qiyməti ilə bağlı) müəyyən edilməsinin düzgün olmamasına səbəb olmuşdur və nəticə etibarı ilə apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı 916.836,28 manat ƏDV və 430.441,13 manat mənfəət hissəsində əsassız olmuşdur, iş üzrə aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı 916.836,28 manat ƏDV və 430.441,13 manat mənfəət hissəsində əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilmişdir.

62. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı ilə İddiaçı MMC 2.119,84 manat məbləğində torpaq vergisi və 364,14 manat məbləğində ödəmə mənbəyindən tutulan vergiyə cəlb olunmuşdur. Həmin vergi borclarının mövcudluğu isə Məhkəmə Ekspertiza Mərkəzinin 01.03.2021-ci il tarixli ekspert rəyində öz əksini tapmış, həm səyyar vergi yoxlaması aktından, həm də məhkəmə ekspertiza rəyindən aydın olur ki, yoxlama dövründə torpaq vergisi ilə bağlı bəyannamələr təqdim edilmiş, ödəmə mənbəyində tutulan vergi üzrə isə bəyannamələr təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən torpaq vergisi və ödəmə mənbəyində verginin artıq hesablanmasına dair əsaslandırılmış dəlil irəli sürülməmişdir.

63. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

64. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 21(103)-1935/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar