Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-231/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-441/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması barədə qərar KY181259348 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış və yoxlama müddəti 17.08.18-01.10.18 tarixləri müəyyən edilmişdir. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması üçün yoxlama müddəti 01.10.18 tarixdən 13.11.18 tarixinədək (44 gün) artırılmışdır.
3. İddiaçı MMC-də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi - 2017-ci il, əlavə dəyərə vergisi fevral 2018-iyun 2018,əmlak vergisi 2017-ci il sadələşdirilmiş vergi 2-ci rüb 2017 – 1-ci rüb 2018, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017-2-ci rüb 2018-ci il dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması aparıl mışdır.
4. Yoxlama 17.08.18-ci il tarixdə başladı və 05.07.19 tarixdə başa çatdı. Yoxlama aşağıdakı tarixlərdə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertizanın keçirilməsi məqsədilə dayandırılmışdır: 05.11.18-31.11.18 (26 gün), 04.12.18-04.01.19 (32 gün), 07.01.19-25.01.19 (19 gün), 24.01.19-25.02.19 (33 gün), 08.05.19-07.06.19 (31 gün), 10.06.19-10.07.19 (31 gün). Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018 tarixli **********160497 nömrəli Tələbnamə verildi. Bu tələbnaməyə əsasən aşağıdakı sənədlər tələb edildi: 1. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrünə aid iş və xidmətlərin dəyərinin ödənilməsinə dair sənədlər. 2.Xəzinə və bank əməliyyatlarına dair sənədlər.3.Əmək haqqı və o na bərabər tutulan digər ödənişlərə dair sənədlər. 4.Vergi hesab fakturalar, qaimə fakturalar.5.Vergi və rüsumların ödənişinə dair sənədlər. 6.Əsas vəsaitlərin və digər dövriyyə aktivlərinin hərəkətinə dair sənədlər. 7.Müqavilələr,mülkiyyət və icarə hüququna dair sənədlər. 8.Mühasibat uçotu registrləri, jurnalları və hesabatları.9.Sahibkarlıq fəaliyyətinə aid digər bütün sənədlər. 10.Yük gömrük bəyannamələri. 10. lisenziya və həmin fəaliyyət növü ilə məşğul olması barədə icazələr. 5. xx.xx.2018-ci il tarixli Tələbnamə Aktı tərtib olunmuş və sənədlər yoxlamaya təqdim edilmişdir. 24.08.18-ci il tarixli **********161083 nömrəli, xx.xx.2019 tarixli **********182217 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldı
6. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanı nda olan hüquqi sənədləri, baza məlumatları, yoxlama zamanı əldə edilmiş enerji sərfiyyatına dair məlumatlar, ekspert və mütəxəssis rəylərinə əsasən aparılmışdır. Müəssisə yoxlanılan dövrdə Quba rayonu Qaraçay kəndi ərazisində Qaraçayın sağ sahilində yerləşən daş karxanasında "çınqıl və qumun" istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi həmin fəaliyyət növü üzrə məşğul olması barədə xx.xx.2013-cü il tarixdə qeydiyyat nömrəsi FHN/40-01127 olmaqla 5 il müddətinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən 073252 nömrəli xüsusi razılıq (lisenziya) almışdır.
7. Ekspertiza müəssisənin yoxlama ilə əhatə olunan dövrdə (01.04.17-ci il tarixdən 01.07.18-ci il tarixədək) Quba rayon 2-ci Nügədi kəndi Qaraçay ərazisində yerləşən qumçınqıl karxanasında istehsal olunmuş məh sulların satış qiymətlərinin və icarəyə verilmiş təsərrüfat subyektlərinin (obyektlərinin) icarə haqlarının bazar qiymətlərinə uyğunluğunu müəyyən edilməsi məqsədi ilə təyin edilmişdir.
8. Yoxlama aşağıdakı qərarlara əsasən müvəqqəti uzadıldı və ya müvəqqəti dayandırıldı: 28.09.18-ci il tarixli, **********164539 nömrəli qərar – müddət uzadılması (30 gün); 05.11.18-ci il tarixli, **********167915 nömrəli qərar – müvəqqəti dayandırma (26 gün); 04.12.18-ci il tarixli, **********170589 nömrəli qərar – müvəqqəti dayandırma (32 gün); 07.01.19-cu il tarixli, **********173531 nömrəli qərar – müvəqqəti dayandırma (19 gün); 24.01.19-cu il tarixli, **********175046 nömrəli qərar – müvəqqəti dayandırma (33 gün); 16.04.19-cu il tarixli, **********181271 nömrəli qərar - əlavə vergi yoxlaması tədbirlərin in keçirilməsi (30 gün); 08.05.19-cu il tarixli, **********182538 nömrəli qərar müvəqqəti dayandırma (31 gün); 10.06.19-cu il tarixli **********184795 nömrəli qərar müvəqqəti dayandırma (31 gün). 9. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli MB 12-636 saylı qiymətləndirmə rəylərindən görünür ki, yoxlama dövrü ərzində ümumi dövriyyə 337848,45 manat, görülmüş işlərin tərkibində əmək tutumu 39000 manat təşkil etmişdir. İddiaçı MMC-nin istifadəsində olan qum-çınqıl istehsal müəssisəsində fəaliyyət göstərən texniki avadanlıqların hazırkı durumda bazar qiymətlərinə uyğun olaraq icarə haqqı 2500 manat təşkil edir.
10. Yoxlamanın nəticəsi olaraq 08.07.19-cu il tarixli akt tərtib edilmiş və həmin akt əsasında 21.08.19-cu il tarixli **********18879 4 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir.
11. Həmin qərara əsasən İddiaçı MMC-yə 31144,78 manat məbləğində əlavə vergi borcu o cümlədən, əlavə dəyər vergisinin 22077,19 manat və 11038,60 manat MS, ödəmə mənbəyində tutulan verginin 6134,80 manat 3067,4 MS, 2434,5 manat sadələşdirilmiş vergi və 1217,26 manat MS, əmlak vergisinin 857,89 manat və 428,95 manat MS, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (sadələşdirilmiş vergi bəyannaməsi tərkibində) 537,20 manat, 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 440,0 manat olmaqla, 2017-ci ilin 9 ayı üzrə əmək haqqının nağd qaydada ödənilməsinə görə 5205,39 manat, 2018-ci ilin 6 ayı üzrə əmək haqqının nağd qaydada ödənilməsinə görə 3726,82 manat cəmi 8932,39 manat ümumilikdə 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
12. İddiaçı MMC-nin rəhbəri X2 cəmiyyətin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli şikayəti təmin edilməmiş, xx.xx.2019-cu il tarixli **********162403 saylı “Səyyar vergi yoxlaması aktı” etibarlı hesab olunaraq həmin akt əsasında 3 saylı ƏVİ tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********188794 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının əsaslandırması:
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səyyar vergi yoxlaması aktının 1.1-c i bəndindən göründüyü kimi aparılan yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmış, yəni 323 təqvim günü davam etmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixli qərarla 1 dəfə müddət uzadılmış, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarla ardıcıl 4 dəfə dayandırılmış, sonradan “Səyyar vergi yoxlaması” aktı tərtib olunaraq onun nəticələrinə baxılarkən xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərar qəbul edilmiş, sonra yenidən 2 dəfə ardıcıl xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarla yoxlama dayandırılmış, xx.xx.2019-cu il tarixdə isə mübahisələndirilən qərarın qəbul olunması üzrə təkliflərin əks olunduğu sonuncu yoxlama aktı qə bul olunmuşdur. Yoxlamanın başlamasından sonra göstərilən müddətlərə nəzər yetirdikdə cavabdeh tərəfindən həmin müddətlərin kobud şəkildə pozulduğu müəyyən edilir. Yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli akt tərtib olunmuş və həmin akta əsasən xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya 31144,78 manat məbləğində əlavə vergi borcu hesablanmış və 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktının və mübahisələndirilən qərarın əsasını "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli rəy təşkil etmişdir. Rəyin 8-ci səhifəsindən göründüyü kimi, mütəxəssis kimi heç bir səlahiyy əti olmayan şəxs tərəfindən istehsal yerində 1 saat üçün enerji sərfiyyatı və istehsal həcmi çıxarılmış və yoxlama dövrünün enerji sərfiyyatı bir saatın enerji sərfiyyatına bölünərək ümumi iş vaxtı müəyyən olunmuş və həmin göstərici bir saatın istehsal həcminə vurularaq ümumi istehsal həcmi çıxarılmışdır. Halbuki, qeyd olunan formada istehsal həcminin müəyyən olunmasına dair hər hansı normativə istinad olunmamışdır. Eyni zamanda elektrik enerjisi və qaz sərfiyyatı göstəriciləri əsasında vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspert və ya mütəxəssis yalnız xüsusi bilik tələb olunan məsələlərə münasibət bildirə, yoxlama zamanı ortaya çıxan suallara aydınlıq gətirə bilər. Cavabdehin etirazları:
17. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, səyyar ve rgi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə sadələşdirilmiş verginin 2074,90 manat və əlavə dəyər vergisinin 22077,19 manat, ödəmə mənbəyində tutulan verginin 6134,80 manat və əmlak vergisinin 857,89 manat olmaqla, ümumilikdə 31144,78 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (sadələşdirilmiş vergi bəyannaməsi tərkibində) 537,20 manat, 2018-ci il üzrə sadələşdirilmiş verginin 45,09 manat artıq hesablandığı və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (ƏDV bəyannaməsi tərkibində) 537,20 manat azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 31144,78 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə g örə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4713,61 manat və həmin məcəllənin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatı Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə 11038,60 manat, 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmaqla ödənişlər aparıldığına görə 8932,38 manat və 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 440,0 manat olmaqla, ümumilikdə 25124,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
18. Hesablamanın mahiyyəti ilə bağlı bildirilmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən vergi tutulan əmə liyyatların ümumi həcmi, yəni dövriyyəsi 89375,0 manat bəyan etmiş və həmin dövriyyədən 1787,50 manat sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, yoxlama zamanı dəvət edilmiş ekspertin verdiyi rəyinə əsasən yoxlama ilə əhatə olunan dövrdə (aprel 2017- iyun 2018) cəmiyyətin ümumi dövriyyəsinin 337848,45 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində büdcəyə hesablanmış 599,70 manat vergi məbləği xx.xx.2018-ci il tarixdən ƏDV bəyannamələri (qeydiyyatsız) tətbiq edildiyi üçün azaldılmışdır. Vergi ödəyicisinin yoxlanılan dövrdə sadələşdirilmiş vergi üzrə dövriyyəsi ekspert rəyinə əsasən 193120,26 manat müəyyən olmuşdur. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən bəyan edilmiş 1787,50 manat sad ələşdirilmiş vergi nəzərə alınmaqla, 2074,91 manat əlavə vergi hesablanmış (3862,40- 1787,50=2074,90) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1217,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
19. Həmçinin vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tətbiq edildiyinə görə, sadələşdirilmiş vergi bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 537,20 manat azaldılmışdır. Ekspert rəyinə əsasən vergi ödəyicisinin yanvar 2018-ci il tarixdən ardıcıl olan 12 ay üzrə dövriyyəsinin 200.000,0 manatdan artıq olması müəyyən olunmuş və xx.xx.2018-ci il tarixdən ƏDV öhdəliyi yaranmışdır. Vergi ödəyicisinə fevral 2018-ci il tarixdən qeydiyyatsız ƏDV bəyannamələri tərtib edilmişdir. Ekspert rəyinə əsasən ƏDV qeydiyyatı olmadan x x.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin ƏDV-siz dövriyyəsi 122651,0 manat müəyyən olunmuşdur. Vergi ödəyicisinə qeydiyyatsız ƏDV üzrə 22077,19 manat vergi hesablanmış (122651,0x18%=22077,19) və Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında 11038,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, qeydiyyatsız ƏDV bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə vergi ödəyicisinə 537,20 manat verginin hesablanması təmin edilmişdir.
20. Cəmiyyət xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 8 ha torpaq sahəsini qum-çınqıl istehsalı məqsədi ilə istifadəsi üçün 3 (üç) il müddətinə X1 icarəyə götürülmüşdür. Müqaviləyə əsasən aylıq icarə haqqı 1000,0 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə alınmış təsərrüfat subyektinin icarə haqqının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi ilə əlaqədar dəvət edilmiş ekspert rəyinə əsasən aylıq icarə haqqı 2500,0 manat müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən yoxlanılan dövrdə ödəmə mənbəyində vergiyə cəlb olunan icarə haqqının məbləğinin 37500,0 manat (15 ay*2500) olduğu müəyyən olunmuş və həmin icarə haqqı məbləğindən 14% dərəcə ilə 5250,0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.
21. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 manat əmək haqqı bəyan edilərək 1842,48 manat vergi hesablanmışdır, lakin ekspert rəyinə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 39000,0 manat müəyyən olunmuşdur. Ekspert rə yində orta aylıq əmək haqqının 2600,0 manat olması qeyd olunmuşdur. 2017-ci ilin aprel ayında vergi ödəyicisinin bəyan etdiyi 2600,0 manat əmək haqqı təsdiq olunmuş, yoxlama ilə əhatə olunan dövrün digər aylarında isə ekspert tərəfindən verilmiş rəydə qeyd olunmuş əmək haqqı məbləğləri əsasında ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1842,48 manat vergilər nəzərə alınmaqla, əmək tutumu üzrə əlavə 884,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır (39000,0- 32745,0=6320,0x14%=884,0). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinə ödəmə mənbəyində tutulan vergilər üzrə cəmi 6134,80 manat vergi hesablanmış (5250+884,80=6134,80) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 30 67,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir (hesablama cədvəli əlavə olunur).
22. Əmlak vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən 2013-cü ildə idxal olunmuş 232716,78 manat məbləğində maşın və avadanlıqların olmasına baxmayaraq əmlak vergisinin bəyannaməsinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi izahatı da nəzərə alınmaqla, cəmiyyətə məxsus əmlakın qalıq dəyəri hesablanarkən 2013-cü ildən 2017-ci ilədək olan dövrdə əmlakın amortizasiya normaları nəzərə alınmışdır. Belə ki, 2013-cü ilin əvvəlinə əmlakın qalıq dəyəri 232716,78 manat amortizasiya məbləği (232716,78*20%) 46543,35 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 186173,43 manat (232716,78-46543,35) olmuşdur. 2014-cü ilin əvvəlinə əmlakın dəyəri 186173,43 manat amortizasiya məbləği (186173,43*20%) 37234,68 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 148938,75 manat (186173,4337234,68) olmuşdur. 2015-ci ilin əvvəlinə əmlakın dəyəri 148938,75 manat amortizasiya məbləği (148938,75*20%) 29787,75 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 119151,00 manat (148938,75-29787,75) olmuşdur. 2016-cı ilin əvvəlinə əmlakın dəyəri 119151,00 manat amortizasiya məbləği (119151,0*20%) 23830,20 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 95320,80 manat (119151,00-23830,20) olmuşdur. 2017-ci ilin əvvəlinə əmlakın dəyəri 95320,80 manat amortizasiya məbləği (95320,80*20%) 19064,16 manat və həmin ilin sonuna əmlakın qalıq dəyəri 76256,64 manat (95320,80-19064,16) olmuşdur. Qeyd olunanları nəzərə alınmaqla vergi ödəyicisinin 2017-ci il üzrə əmlakın orta illik qalıq dəy əri 85788,72 manat müəyyən olunmuşdur. Buna görə də əmlak vergisi üzrə vergi ödəyicisinə (İllər üzrə hesablanmalı amortizasiya ayırmaları nəzərə alınmaqla) 857,89 manat əmlak vergisi hesablanmış (85788,72*1 %=857,89,0) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında 428,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
23. Həmçinin, vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla əmək haqqı ilə bağlı ödənişlərin nağd qaydada aparıldığı müəyyən olunmuşdur. Buna görə də vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə əmək müqaviləsi ilə çalışan işçilərə nağd qaydada may ayı üzrə 1921,52 manat əmək haqqın ın ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verdiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 192,15 manat, iyun ayı üzrə 1921,52 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verildiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 384,30 manat müvafiq olaraq iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 11572,80 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 4629,12 manat olmaqla ümumilikdə 2017-ci ilin 9 ayı üzrə 5205,57 manat, 2018-ci ilin yanvar ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində birinci dəfə yol verildiyinə görə həmin məbləğin 10% miqdarında, yəni 195,90 manat, fevral ayı üzrə 1958,96 manat əmək haqqının ödənilməsinə və belə hala il ərzində ikinci dəfə yol verdiyinə görə həmin məbləğin 20% miqdarında, yəni 391,79 manat, müvafiq olaraq mart, aprel, may, iyun, ayları üzrə ümumilikdə 7847,84 manat əmək haqqının nağd qaydada ödənilməsinə və belə hala il ərzində üçüncü və daha çox dəfə yol verdiyinə görə hər bir ay üzrə 40% miqdarında cəmi 3139,13 manat olmaqla ümumilikdə 2018-ci ilin 6 ayı üzrə 3726,82 manat olmaqla, yoxlanılan dövr üzrə ümumilikdə 8932,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
24. İddiaçının nümayəndəsi vəsatət verərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi.
25. Sumqayıt İnzibati Məhkəməsinin 6 aprel 2021-ci il tarixli, 2-1(118)-656/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilm iş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyəti üzrə tərtib olunan xx.xx.2019-cu il tarixli yoxlama aktında və ona uyğun olaraq qəbul olunan xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda bəhs olunmuş vergilər üzrə hesablamalar düzgün aparılmışdırmı? 2) İddiaçı MMC-yə məxsus Quba rayonu 1-ci Nügədi kənd Qaraçay ərazisində yerləşən qum-çınqıl karxanasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək istehsal olunmuş məhsulların satış qiymətlərinin və icarəyə verilmiş təsərrüfat subyektlərinin icarə haqqları yoxlama keçirilən döv rdə mövcud olmuş bazar qiymətilərinə uyğundurmu?
26. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3348 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış sadələşdirilmiş verginin, ÖMV-nin, ƏDV-nin və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan verginin düzgünlüyü müəyyən olunmur. Əmlak vergisinin isə hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilmişdir ki, istehsal olunan mallar barədə iş materiallarında hər hansı məlumat olmadığı üçün həmin malların bazar qiymətini müəyyən etmək mümkün olmamış, icarəyə verilmiş təsərrüfat subyektlərinin icarə haqlarının bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi isə ekspertizanın predmetinə aid deyildir.
27. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-13/2022 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia qismən təmin edilərək, cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2019-cu il tarixli **********188794 saylı qərarının ödəmə mənbəyində tutulan vergi hissəsi istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
28. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, səyyar vergi yoxlaması zamanı görülmüş işlərin tərkibində əmək tutumunun 39000 manat müəyyən olunduğu, vergi ödəyicisi tərəfindən isə yoxlama ilə əhatə olunan dövr ərzində 32745,0 ma nat əmək haqqı bəyan edildiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bu hissədə verginin iddiaçı tərəfindən düzdün bəyan edilmədiyini etiraf etmişdir.
29. İddianın təmin olunan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında hesablanması məqsədəuyğun olmamışdır.
30. İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunmayan hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia təl əbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-441/2022 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-13/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək cavabdehin xx.xx.2019-cu il tarixli **********188794 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 857,89 manat əmlak vergisi, bununla bağlı 428,94 manat maliyyə sanksiyası və əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən 2718,16 (iki min yeddi yüz on səkkiz manat, on altı qəpik) manat məbləğində maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə vergidən yayınmanın aşkar olunması üçün vergi orqanına kifayət qədər geniş səlahiyyətlər və imkanlar verildiyi halda, vergi orqanının vergi ödəyicisinin elektrik enerjisinin sərfiyyatına əsasən hər hansı əlavə araşdırma aparılmadan vergi hesablaması ağlabatan deyil, odur ki, məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab edir. Hazırkı mübahisə üzrə vergi orqanı vergi ödəyicisi olan cavabdeh barəsində birinci dəfə maliyyə sanksiyası tətbiq etməsinə baxmayaraq onun məbləğini ik inci əməliyyat üzrə 20, sonrakı əməliyyatlar üzrə 40 faiz müəyyən etməklə, mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçıya qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatların ümumi məbləğinin 10 faizin miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən maliyyə sanksiyası ilə bağlı hissədə qismən-2718,16 manat hissədə əsaslıdır, qalan hissədə isə ləğv edilməlidir.
34. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı əmlak vergisi ilə bağlı olan hissədə də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, əmlak vergisinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən 2013-cü ildə idxal olunmuş 2 32716,78 manat məbləğində maşın və avadanlıqların olmasına baxmayaraq əmlak vergisinin bəyannaməsinin təqdim edilmədiyi müəyyən olunmuş, vergi ödəyicisinin təqdim etdiyi izahatı da nəzərə alınmaqla, cəmiyyətə məxsus əmlakın qalıq dəyəri hesablanarkən 2013-cü ildən 2017-ci ilədək olan dövrdə əmlakın amortizasiya normaları nəzərə alınmış və 2017-ci il üzrə əmlakın orta illik qalıq dəyəri 85788,72 manat müəyyən olunmuşdur. Buna görə də, əmlak vergisi üzrə vergi ödəyicisinə 857,89 manat əmlak vergisi hesablanmış (85788,72*1%=857,89) və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında 428,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
35. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxa rılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
36. Cavabdehin kassasiya şikayəti iddiaya dair etiraz ərizəsinə uyğun tərtib olunub, əlavə olaraq qeyd edilib ki, vergi orqanının yoxlama zamanı mütəxəssis cəlb etmək və onun rəyi əsasında vergi ödəyicisinə vergi borcu hesablamaq hüququ vardır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş bir sıra qərarlarda elektrik enerjisi sərfiyyatı göstəriciləri əsas götürülməklə vergilərin hesablanmasının mümkünlüyü təsdiq edilmişdir. Misal olaraq, Ali Məhkəmənin İnzibati-lqtisadi Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 2-1 (102)-34/18 saylı qərarının 7-ci və 8-ci səhifələrində qeyd olunmuşdur ki, elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatandır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 tərəfindən xx.xx.2021-ci il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş 1-ci və 2-ci suallarla bağlı tədqiqat aparmamışdır. Belə ki, ekspert müəssisənin yerləşdiyi ünvanda olmamış, istehsal prosesi ilə tanış olmamış, ekspert tərəfindən istehsal sahəsində quraşdırılmış avadanlıqların və qurğuların növlər üzrə miqdarı müəyyən edilməmiş, istehsal prosesində istifadə olunan avadanlıqların və qurğuların texniki göstəriciləri araşdırılmamışdır.
37. Cavabdeh həmçinin qeyd edir ki, onun hesablamaları məhkəmədən fərqli olaraq mülahizəyə deyil mütəxəssis və ekspert rəylərinə əsaslanmışdır ki, bunun da qanunvericilik baxımından əsasını Vergi Məcəlləsinin 44-cü, 45-ci və məhkəmənin özü nün də maddələrini sadalamaqla kifayətləndiyi 67-ci maddələri təşkil etmişdir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Məhkəmə kollegiyasının özünün də qərarında istinad etdiyi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlara görə ödənilməli olan vergini hesablamaq hüququ var. Yuxanda göstərilənlərdən göründüyü məhkəmə kollegiyasının vergi orqanının gəldiyi nəti cə müəyyən ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında hesablanması barədə gəldiyi nəticə tamamilə əsassızdır və iş materialları İlə təkzib olunur. Beləliklə də məhkəmə kollegiyası tərəfindən Vergi Məcəlləsinin 44-cü, 45-ci maddələri tətbiq edilməməklə və 67.1.9-cu maddəsi düzgün şərh edilməməklə maddi hüquq normalarının tələbləri pozulmuşdur.
38. Eyni zamanda cavabdeh məhkəmə tərəfindən İPM-in 38.1-ci maddəsinin tələblərinin də pozulduğunu qeyd edir. Belə ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 21,08.2019-cu il tarixli **********188794 nömrəli qərarı iddiaçıya həmin gün, yəni xx.xx.2019-cu il tarixində əlbə-əl təqdim olunmuş və iddiaçı həmin qərar İlə tanış olmuşdur. İddiaçı iddia ərizəsində mübahisələndirilən qər arı ilə xx.xx.2019-cu il tarixində tanış olmasına baxmayaraq, həmin qərarı qanunvericiliyin tələblərini pozaraq 30 gün keçdikdən sonra mübahisələndırmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “İnzibati icraat haqqında” Qanun Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.... Maddə
78. İnzibati şikayətə baxılması müddəti 78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. 78.2. Şikayət ins tansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
41. Vergi Məcəlləsi Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar mü vəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciə t edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.... 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəz ərdə tutula bilər. 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. 45.6. Mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergi ödəyicisinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;... 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin g özlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə; 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; 58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə; 58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edil məsi qaydaları... 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
42. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudl uğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
43. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. K assasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ap ellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
49. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
50. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh tərəfindən tələb olunan sənədlər iddiaçının tərəfindən xx.xx.2018-ci il tarixdən tam təqdim olunmuş və ona qədər iddiaçının istehsal sahəsinə baxışın keçirilməsi üçün şərait yaradılmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən yoxlama müddəti dəfələrlə uzadılaraq, bir neçə dəfə hər hansı bir əsas olmadan dayandırılmış və dayandırma barədə əsassız qərarlar qəbul edilmişdir. Belə ki, yoxlama aşağıdakı qərarlara əsasən müvəqqəti uzadıldı və ya müvəqqəti dayandırıldı: 28.09.18-ci il tarixli, **********164539 nömrəli qərar – müddət uzadılması (30 g ün); 05.11.18-ci il tarixli, **********167915 nömrəli qərar – müvəqqəti dayandırma (26 gün); 04.12.18-ci il tarixli, **********170589 nömrəli qərar – müvəqqəti dayandırma (32 gün); 07.01.19-cu il tarixli, **********173531 nömrəli qərar – müvəqqəti dayandırma (19 gün); 24.01.19-cu il tarixli, **********175046 nömrəli qərar – müvəqqəti dayandırma (33 gün); 16.04.19-cu il tarixli, **********181271 nömrəli qərar - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (30 gün); 08.05.19-cu il tarixli, **********182538 nömrəli qərar - müvəqqəti dayandırma (31 gün); 10.06.19-cu il tarixli **********184795 nömrəli qərar - müvəqqəti dayandırma (31 gün).
51. Halbuki Vergi Məcəlləsinin 38.7-ci maddəsinin tələbləri baxımından yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən n övbəti və ya növbədənkənar səyyar vergi yoxlaması lakin 9 aydan çox olmamaqla dayandırılır.
52. Həmin maddədə yoxlamanın dayandırılmasının əsasları sadalanmış və 38.7.3-cü maddəsində vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlamanın dayandırılması nəzərdə tutulmuşdur.
53. Hazırkı yoxlama isə 13 ay 10 gün ərzində aparılmışdır, o cümlədən altı dəfə dayandırılmış və dayandırılmaların səbəbi ekspertizanın keçirilməsi olmuşdur. Lakin ekspertiza cəmi iki ay ərzində keçirilmişdir. (ekspert rəyi 03.07.19-cu il tarixdə qəbul olunmuşdur).
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri Vergi Məcəlləsinin 38.7-ci maddəsinin tələblərinə zidd olmuşdu.
55. Bu nunla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.
56. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddənin tələblərinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
57. Cavabdehin kassasiya şik ayətində istinad etdiyi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-34/2018 nömrəli qərarında qeyd edilmişdir ki, “...mübahisə yarandığı halda yalnız mütəxəssis rəyinə əsaslanmaqla hesablanmış əlavə vergilərin düzgün olması nəticəsinə gəlmək mümkün deyildir. Eyni mahiyyətli mübahisələrlə ələqədar artıq məhkəmə təcrübəsi də formalaşmış və ona əsasən məhkəmə ekspertizasının keçirilməsi yolu ilə daş karxanalarında istehsalın həcmi elektrik enerjisinin sərfiyyatına, itkilər və digər zəruri amillər nəzərə alınmaqla müəyyən edilir”.
58. Göründüyü kimi, elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatan olsa da, elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz.
59. Məhkəmə kollegiyası bununla bağlı həmçinin qeyd edir ki, vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin müəyyən olunması üzrə cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə tətbiq olunan qaydada verginin hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunmalıdır ki, həmin qaydanın tətbiqi nəticəsində əldə edilmiş məlumatlar Vergi Məcəlləsinin 67.1.3-cü maddəsi anlamında əlaqəli məlumatlar kimi qiymətləndirilə və vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas qismində çıxış edə bilməz. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 67.1.3-cü maddəsində vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların, işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri ba rədə rəsmi məlumatları ehtiva edən əlaqəli məlumatlardan istifadə etməklə cavabdehin vergi məbləğini hesablamaq hüququ təsbit edilmişdir. Həm də nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67.4-cü maddəsinə görə, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
60. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya məhkəməsinin, cavabdehin mübahisələndirilən qərarının əmək haqqının nağd qaydada ödənilməsinə görə tətbiq edilən maliyyə sanksiyası və əmlak vergisi ilə bağlı olan hissədə əsaslı olması ilə bağlı qənaəti ilə razılaşır və bu hal iddiaçı tərəfindən də mübahisələndirilmir.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin mü əyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
62. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-441/2022 nömrəli