Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-231/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və qarajın bərpa edilərək təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.03.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsi) qarşı “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və qarajın bərpa edilərək təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1710/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadından iddiaçı və qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 10 iyul 2007-ci il tarixli, 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qarajın altındakı 24 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir.
2. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qar ajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və qarajın bərpa edilərək təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında ona məxsus qaraj olmuşdur. 2012-ci ilədək həmin qaraj və on un altındakı torpaq sahəsi istifadəsində olmuş, ondan istifadə etmişdir. Lakin 2012-ci ilə o, Bakıdakı evində olmadığı vaxt Binəqədi RİH-in əməkdaşları tərəfindən həmin qaraj sökülmüşdür. Həmin şəxslər onun yaxın ailə üzvlərinə bildirmişlər ki, ona bunun əvəzində başqa yerdən qaraj veriləcəkdir. Həmin vaxtdan xeyli müddət ötsə də, ona qaraj verilməmişdir. Lakin, başqa şəxslər qarajla təmin olunmuşdur. Bununla bağlı dəfələrlə müraciət etsə də, məsələ nəticəsiz qalmışdır. O, bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Binəqədi RİH-ə müraciətinə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKT Birliyi tərəfindən 17 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qarajın bərpası tikintiyə icazə verən təşkilat tərəfindən həyata keçiriləcəkdir.
5. Bakı İnzibat i Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2-1(112)-10330/2021 nömrəli qərardadı ilə Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılmış və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı, həm şahid ifadələri, həm də Binəqədi bələdiyyəsi və Binəqədi Rayon MKT Birliyind ən alınmış yazılı məlumatlar, eləcə də bələdiyyə ilə bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə və digər sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qaraj mövcud olmuşdur və həmin qaraj ərazidə abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum kimi Binəqədi RİH tərəfindən sökülmüşdür.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-1674/202 3 nömrəli qərarı (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və S.Bəhmənzadə) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin düzgün həllindən ötrü iddiaçıya məxsus qarajın kim tərəfindən və hansı əsaslarla sökülməsinə aydınlıq gətirilməlidir. Qanunvericilik normasının məzmunundan göründüyü kimi, yaşayış məntəqələri ərazilərinin abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum yerli icra hakimiyyəti orqanıdır ki, müvafiq ərazi üzrə Binəqədi Rayon İ cra Hakimiyyəti səlahiyyətli qurum kimi çıxış edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları belə nəticəyə gəlməyə əsas vermişdir ki, iddiaçıya məxsus qarajın söküldüyü ərazidə abadlıq-quruculuq işləri həmin İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və göstərişləri ilə aparılaraq icra olunmuşdur. Sübut kimi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqavilə çıxış edir. Həmçinin işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında şahid qismində ifadə verən X2, X6, X3, X4, X1 qarajın iddiaçının istifadəsində olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, söküntü Binəqədi rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və inzibati akt mahiyyətind ə olan göstərişləri əsasında aparılmış və iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində qarajdan istifadə etmək imkanını itirmişdir. Belə olan halda iddiaçının həmin əmlakın sökülməsindən irəli gələn real zərərin ödənilməsini tələb etməsi daha məqsədəuyğundur. Belə ki, iddiaçının istifadəsində olmuş qaraj sökülərək, həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiyindən iddia tələbi üzrə sökülmüş qarajın bərpa edilərək, göstərilən sahədə yerləşdirilməsi mümkün deyildir. Göründüyü kimi, sökülmüş qarajın bərpa edilməsi mümkün olmadığından, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, hazırkı mübahisəyə baxılar kən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2784/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.Bədəlov və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-1710/2024 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı qismən, “qarajın bərpa edilərək təhvil verilməsi” barədə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı mübahisə predmeti olan ünvanda 24 kv.m. torpaq sahəsində yerləşən və cavabdeh tərəfindən sökülmüş qarajın məhz iddiaçının göstə rdiyi qarajın mövcud olduğu yerdə bərpa edilməsinin qeyri-mümkünlüyü müəyyən edildiyindən, bu hal iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə İPM-nin 35-ci maddəsi baxımından da inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-1710/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) cavabdehin apellyasiya şikayəti “iddiaçının birinci“inzibati orqanın söküntü ilə bağı hərəkətinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməsi barədə məhkə mə qərarının ləğv edilməsi” hissəsində təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı “Bakı şəhəri Binəqədi RİH-in İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m. ölçüdə qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” barədə tələbin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin “qarajın bərpa edilərək təhvil verilməsi’' hissəsinin də mümkün hesab edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayıl ması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz qərardadında qeyd edir ki: iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan məsələlər işin təkrar apellyasiya baxışı zamanı yenidən araşdırılmışdır. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında əvvəllər iddiaçıya məxsus qarajın mövcud olduğu yerə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdu ki, iddiaçının qarajının yerləşdiyi yerin göstərildiyi ərazi hazırda xüsusi dövlət orqanı tərəfindən mühafizə olunan zonad ır, həmin ərazidə yaşıllıq salınmış və hazırkı vəziyyətdə iddiaçının iddia etdiyi qarajın məhz həmin yerdə bərpası qeyri-mümkündür.
19. İşə baxan Məhkəmə tərkibi qeyd edir ki: “Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə İPM-nin 35-ci maddəsi baxımından da inzibati məhkəmə icraatı qaydasında baxılması qeyrimümkündür.
20. Qeyd edir ki, işə baxan məhkəmə tərkibi İPM-nin 35-ci maddəsini mənim işimə münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddənin tələbində mübahisə predmeti olan yerin yanında hansısa dövlət qurumunun yerləşməsi iddianın mümkünlük şərtlərinə bilavasitə bağlı deyildir, heç ona aidiyyatı da yoxdur.
21. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları belə nəticəyə gəlməyə əsas verir ki, id diaçıya məxsus qarajın söküldüyü ərazidə abadlıq-quruculuq işləri həmin İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və göstərişləri ilə aparılaraq icra olunmuşdur.
22. Məhz bu arqumentlərlə apellyasiya instansiya məhkəməsi özü də təsdiq edir ki, mənim mülkiyyətimdə (istifadəmdə) olan qarajı cavabdeh tərəf qanunsuz olmaqla söküb, torpaq sahəmi isə qanunsuz istifadə edir. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin tələbinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini yalnız qanuni əsaslarla əmlak mülkiyyətçilərinə, istifadəçilərinə, icarədarlara heç bir ziyan (zərər) vurmadan həyata keçirməlidir. Əks halda vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
23. Həmçinin məhkəmə qərardadında qeyd edir ki: sökülmüş qarajın məhz iddiaçının göstərdiyi qarajın mövcud olduğu yerdə bərpa edilməsinin qeyri-mümkünlüyü müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir.
24. Qeyd edir ki, məhkəmə bu cür istinad etdiyi arqumentlər də tamamilə əsassızdır. Belə ki, həmin torpaq sahəsi olduğu kimi yerində durub, oradan heç bir sakin istifadə etmir, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin mənə icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqavilə hal-hazırda qüvvədədir.
25. Hesab edir ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasını və Azərbaycan Resp ublikası İnzibati-Prosessual Məcəlləsinin müddəalarını yanlış təfsir etməklə mənim hüquqlarımı kobud şəkildə pozub.
26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərardadın ləğv edilməsini və iddia tələbinin “qarajın bərpa edilərək təhvil verilməsi’' hissəsinin də mümkün hesab edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. İddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir.
28. İşin mater iallarından da göründüyü kimi, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında yerləşən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 400 saylı müqavilə ilə icarəyə verilmiş 24 m ölçüdə torpaq sahəsində qaraj mövcud olmuşdur. Yuxarıda sözügedən müqavilə həmin torpaq sahəsinə və üzərində mövcud olmuş qaraja dair mülkiyyət hüquqlarını olmasını sübut edən sənəd hesab olunmur.
29. Əlavə olaraq bildirir ki, iddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə bunu təsbit edən hər hansı sənəd təqdim etməmişdir. Dövlət Reyestri tərəfindən Texniki Pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarını olmasını sübut edən sənəd hesab olunmur, Texniki Pasport, adından da göründüyü kimi, qarajların yalnız texniki göstəricilə rini özündə əks etdirir.
30. Lakin, iddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq o,əsassız olaraq məhkəmədəiddia qaldırmışdır.
31. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
33. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 3.1.Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sah əsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məlum olduğu kimi, hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən eyni tarixli xx.xx.2024-cü il tarixli, eyni saylı 2-1(103)-1710/2024 2 (iki) məhkəmə aktı qəbul edilmiş dir.
39. Belə ki, apellyasiya məhkəməsi iş üzrə yuxarıda göstərilmiş qərardad qəbul edərkən belə hesab etmişdir ki, “İşin apellyasiya baxışı zamanı mübahisə predmeti olan ünvanda 24 kv.m. torpaq sahəsində yerləşən və cavabdeh tərəfindən sökülmüş qarajın məhz iddiaçının göstərdiyi qarajın mövcud olduğu yerdə bərpa edilməsinin qeyrimümkünlüyü müəyyən edildiyindən, bu hal iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının “qarajın bərpa edilərək ona təhvil verilməsi” barədə iddia tələbinə İPM-nin 35-ci maddəsi baxımından da inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür.”
40. Bununla bağlı olaraq qeyd edilməlidir ki, hazırkı iş artıq bir dəfə Ali Məhkəmən in İnzibati Kollegiyasının məhkəmə icraatında olmuş və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2784/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2- 1(103)-1674/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
41. Ali Məhkəmənin İnzibati Kollegiyasının sözügedən qərarında yazılmışdır ki, “Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ünvanda 24 kv.m torpaq sahəsində yerləşən və cavabdeh tərəfindən sökülmüş qarajın bərpa edilib-edilə bilməyəcəyi istiqamətində apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış, ünva na baxış keçirilməmiş, müvafiq sorğular verilməməklə qarajın bərpa edilməsinin mümkün olub-olmaması ilə bağlı mübahisə aydınlaşdırılmamış, söküntü ilə bağlı cavabdehin hərəkətlərinə İnzibati icraat haqqında Qanunun tələbləri baxımından hüquqi qiymət verilmədən cavabdehin söküntü ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi rədd edilmişdir. Hazırkı qərarda istinad olunan qanunvericilik normalarına əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılma sı və müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.”
42. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
43. İşin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında adıçəkilən göstərişləri yenidən araşdırılmışdır.
44. Belə ki, həmin məqsədlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında əvvəllər iddiaçıya məxsus qarajın mövcud olduğu yerə apellyasiya məhkəməsi tərəfindən yerli baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdu ki, iddiaçının qarajının yerləşdiyi yerin göstərildiyi ərazi hazırda xüsusi dövlət orqanı tərəfindən mühafizə olunan zonadır, həmin ərazidə yaşıllıq salınmış və hazırkı vəziyyətdə iddiaçının iddia etdiyi qarajın məhz həmin yerdə bərpası qeyri-mümkündür.
45. Beləliklə apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən, Ali Məhkəmənin sözügedən məcburi xarakter daşıyan göstərişləri icra edərkən müəyyən etmişdir ki, adıçəkilən qarajın iddiaçının tələb etdiyi yerdə bərpa edilməsi m ümkün deyildir.
46. Buna görə də iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq, iddiaçının bu faktla bağlı dəymiş maddi və mənəvi zərərin kompensasiya şəklində tələb etməsi hüququ mövcuddur.
48. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair apellyasiya instansiyası məhkəməsininin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməməlidir.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin qərar qəbul edərkən müəyyən etmişdir ki, Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı ar asında bağlanmış 10 iyul 2007-ci il tarixli 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qarajın altındakı 24 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir. İddiaçının qanuni istifadəsində olan qaraj cavabdeh inzibati orqanın qurumu tərəfindən həmin ünvanda aparılan abadlaşdırma tədbirləri ilə bağlı sökülmüşdür.
50. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ifadələrində bildirmişlər ki, 85 saylı binanın yaxınlığında həqiqətən də iddiaçıya məxsus narıncı rəngdə qaraj olmuşdur, həmin qaraj iki mişar daşı hündürlüyündə tikilmiş, qalan hissəsi isə dəmirdən olmuşdur. Həmin ərazidə qarajlar, o cü mlədən iddiaçıya məxsus qaraj da abadlıq tədbirləri nəticəsində sökülmüş və onların sahiblərinin qarajla təmin olunacaqları söz verilmişdir.
51. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsinin birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli müraciət məktubunda bildirilmişdir ki, iddiaçı bələdiyyələrin avtomatlaşdırılmış məlumatlar sistemində icarəçi kimi qeydiyyatdadır, o, xx.xx.2007-ci il tarixli 400 nömrəli müqavilə ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hazırda sözügedən torpaq sahəsi üzərində qaraj mövcud deyildir. Qarajın kimlər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyildir.
52. Bununla yanaşı Bakı ŞİH Binəqədi Rayon MKT Birliyi məhkəməyə ünvanlanmış 1 9 avqust 2022-ci il tarixli məktubunda bildirmişdir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında vətəndaş İddiaçı məxsus qaraj mövcud deyil. Göstərilən ünvanda ümumrayon abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
53. Beləliklə, iş üzrə aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, iddiaçıya məxsus qaraj məhz iddiaçının razılığı olmadan, onu xəbərdar etmədən cavabdeh inzibati orqanın qurumu tərəfindən həmin ünvanda aparılan abadlaşdırma tədbirləri ilə bağlı sökülmüşdür.
54. Halbuki, Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin m araqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələri, həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158, 246-cı maddələri də bunu təsbit etməkdədir.
56. Yuxarıda artıq göstərildiyi kimi, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2784/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, “.... söküntü ilə bağlı cavabdehin hərəkətlərinə İnzibati icraat haqqında Qanunun tələbləri baxımından hüquqi qiymət veri lmədən cavabdehin söküntü ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi rədd edilmişdir. Rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.”
57. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir inzibati akt qəbul etmədən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid qarajın sökülməsi zamanı qanunvericiliyin tələbləri pozularaq iddiaçının hüquqları və qanunla qorunan maraqlarına müdaxilə olunmuşdur.
58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının inzibati orqan tərəfindən ona məxsus qarajın onu məlumatlandırmadan və əvəzi ödənilmədən söküntüsü ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia tələbi uğurlu olub təmin edilsə də bunun, onun pozulmuş hüquqlarının bərpasını tam təmin etməyəcəyini nəzərə alaraq iddiaçıya “kompensasiya” tələbi ilə bağlı müraciət etmək hüququnun da olduğu izah edilmişdir.
59. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və iddiaçının kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)1710/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)1710/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.