Məhkəmə qərarları › İş №2-1(102)-2310/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2310/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2310/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının dayandırılmasının əsasları. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ö dənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1952/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 20.08.2007-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, lakin 2012-ci ildə plastik kartı bankdan götürmədiyindən, həmçinin Rusiya Federasiyasının vətəndaşı olduğu müəyyən edildiyindən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmiş, ca vabdeh **********9 saylı, 17 fevral 2020-ci il tarixli məktubla bildirmişdir ki, 07.05.2019-cu il tarixdən 30.09.2019-cu il tarixədək pensiya ona ödənilmiş, 01.08.2012-ci il tarixdən 06.05.2019-cu il tarixədək və 01.10.2019-cu ildən 31.01.2020-ci il tarixədək alınmamış pensiya hesablanmış və alınmamış pensiyanın birdəfəlik ödənilməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna məktubla soğru göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2012ci il tarixdən 31.07.2020-ci ıl tarixədək alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəflik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatdığına görə ona 28 aprel 2008-ci il tarixdə pensiya təyin olunmuş və 01.08.2012-ci il tarixinədək ödənilmişdir. O, Bakı şəhərində tək yaşayır, oğlu isə Rusiyanın Moskva şəhərində yaşayır. 2012-ci ildən ağır xəstəliyi ilə əlaqədar oğlunun yanında qalmağa məcbur olmuşdur və halhazırda da dövrü olaraq orada müalicəni davam etdirir. Lakin pensiyası ödənilmədiyindən müalicəsini davam etdirmək üçün faizlə borc götürməyə məcbur olmuşdur. Bir ilə yaxın davam edən müraciətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) cavab məktubu ilə alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə əsasən son 3 ilinin ödənilməsinə dair inzibati akt qəbul edilmiş, p ensiyasının qalan hissəsi ödənilməmişdir. 5.Sonradan iddiaçının vəkilinin vəsatətinə əsasən, məhkəmənin protokol qərarı ilə iddia tələbinin “İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-cil tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş, lakin dayan dırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən vətəndaş tərəfindən plastik kartın bankdan götürməməsi ona təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas deyildir.

9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1952/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A. Yusifov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birin ci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanunvericiliyin qeyd olunan tələblərini düzgün təfsir etməmiş, həmin normaları tətbiq etməməklə, iddiaçının əmək pensiyasının dayandırıldığı 01.08.2012-ci il tarixindən 11.10.2016-cı il tarixədək olan müddət üçün pensiyanın hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə olunması barədə səhv nəticəyə gəlmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən 20.08.2007-ci il tarixdə təyin edilmiş, lakin 01.08.2012-ci il tarixdən dayandırılmış əmək pensiyasına görə müraciət etmiş iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq etməklə, iddiaçının əmək pensiyasının 11.10.2016-cı il tarixdən hesablanaraq ödənilməsi əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun ol araq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. etiraz təqdim edərək qərarın TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı g ündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublika sının Qanunu Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, i nzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayət i əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir.

21. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsi tərəfindən 20.08.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı plastik kartı bankdan götürmədiyindən, həmçinin onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən cavabdeh tərəfindən əmək pensiyasının ödənişi 01.08.2012-ci il tarixdən dayandırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Lakin hazırki işdə əmək pensiyası və əmək pensiyasına əlavələrin dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş əsasl ar mövcud olmamaışdır

23. İddiaçının Rusiya Federasiyasının vətəndaşı olması isə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məktubla təkzib edilir. Belə ki, məktubda iddiaçının Azərbaycan Respublikası vətəndaşı olduğu və bu barədə, 14.11.2019-cu il tarixli, ******* nömrəli arayış verildiyi qeyd edilmişdir.

24. Kassator qeyd edir ki, cavabdeh tərəfindən 20.08.2007-ci il tarixdə təyin edilmiş, lakin 01.08.2012-ci il tarixdən dayandırılmış əmək pensiyasına görə müraciət etmiş iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq etməklə, iddiaçının əmək pensiyasının 11.10.2016-cı il tarixdən hesablanaraq ödənilməsi əsassızdır.

25. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlil i ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqanın istinad etdiyi müddəa (32.1-1-ci maddə) hüququn yarandığı, lakin müraciət edilmədiyi hallara şamil edilir. Lakin qeyd edilən haldan fərqli olaraq hazırkı məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının 20.08.2007-ci il tarixdə pensiya hüququ yaranmış, bunun nəticəsi olaraq ona müvafiq pensiya təyin edilmiş (yəni müraciət etmiş), hətta bir müddət pensiya da almışdır. Lakin inzibati orqan tərəfindən heç bir hüquqi əsas olmadan ona təyin edilmiş pensiya ödənişləri dayandırılmışdır.

26. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının 11.10.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciəti ona əmək pensiyasının təyin edilməsi ilə bağlı deyil, dayandırılmış əmək pensiyasının bərpa edilməsi ilə bağlı olduğundan, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həllinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini tətbiq etməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

27. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1952/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq öd ənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar