Məhkəmə qərarları › İş №2-1(102)-2310/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2310/2024

28.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2310/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2 cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid ailəsi kimi mənzillə təmin olunma. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə (üçüncü şəxs X4), iddiaçı X1 cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzillə təmin olunma” tələblərinə dair inzibati iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(103)-587/2024 nömrəli qərarından cavabdeh və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5 xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha daxil olmuş, xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbi ilə Füzuli rayonunda ölmüşdür. 2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, gizir X5 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir.

3. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin 37 nömrəl i, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, İddiaçı1 ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu – Rəsul) olmaqla imtiyazlı əsaslarla (“şəhid ailəsi” kimi) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və mənzil növbəsi imtiyazlı əsaslarla olan (şəhid ailəsi) siyahıya əlavə edilmişdir.

4. X2 xx.xx.2020-ci il tarixdə şəhid ailəsi üzvünün ******* nömrəli vəsiqəsi verilmişdir.

5. Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin 09 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, X4 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə şəhid ailələrinin mənzil növbəlilik siyahısına daxil edilmişdir.

6. İddiaçı X5 (ailə üzvləri ilə birlikdə) mənzillə təmin olunması barədə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətində xx.xx.2021-ci il tarixindən 3 nəfər (özü, həyat yoldaşı və oğlu Rəsul) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı1 mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən xx.xx.2012-ci il tarixində etibarnamə əsasında ona verilən və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilmiş 3 fərdi yaşayış evinin mövcud olduğu aşkar edilmişdir.

7. X4 mənzillə təmin olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində ümumi sahəsi 118.6 kv.m, yaşayış sahəsi 75.6 kv. m təşkil edən 69 nömrəli fərdi yaşayış evinin 4/6 hissəsi ona məxsus olduğundan müraciətin təmin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin olunmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların oğlu - X5 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması nəticəsində şəhid olmuşdur. xx.xx.2021-ci il tarixli Sabunçu rayon İcra Hakimiyyətinin başçısının 37 nömrəli Sərəncamına əsasən İddiaçı1 ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu Rəsul) olmaqla i mtiyazlı əsaslarla (şəhid ailəsi kimi) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Lakin 2 ildir ki, onları evlə təmin etmirlər. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin verilən imtina cavabından sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, cavabdeh imtinasında etibarnamə əsasında İddiaçı1 verilən torpaq sahəsində 3 ev inşa edildiyini bildirmişdir, halbuki həmin evlər onun mülkiyyətində deyil. İddiaçı1 etibarnamə əsasında torpaq sahəsi aldığı doğrudur, lakin pulunu tam ödəyə bilmədiyi üçün torpaq sahibi Sabunçu rayon Məhkəməsində ona qarşı torpaq sahəsindən çıxarılma barədə iddia qaldırmışdır. Həmçinin, iddiaçıların digər oğlu - X6 xx.xx.2020-ci ildə hərbi xidmətə çağrılmış və müharibədə iştirak edərək ehtiyata buraxılmışdır. Hazırda bir oğlanlarının şəhid, digər oğlanlarının isə müharibədə iştirak edib qayıtdığına və evlərinin olmamasına baxmayaraq, cavabdeh onları mənzillə təmin etməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4516/2023 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Üçüncü şəxs X4 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunma barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4516/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, üçüncü şəxsin iddia ərizəsi icraata qəbul edilmişdir.

13. Üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, mənzillə təmin olunmaqla bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməmişdir. Cavabd ehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Vətən müharibəsində şəhid olmuş Rəşad Babayevin arvadı olduğuna görə onun ailə üzvü hesab olunur və müvafiq sərəncamda şəhid ailəsi kimi mənzillə təmin olunmaqla bağlı göstəriş bilavasitə ona tətbiq olunmalıdır. Həyat yoldaşı Rəşad Babayev şəhid olduqdan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 (qayınatası və qayınanası) ilə münasibətləri gərginləşib və hazırda digər məhkəmələrdə ayrı-ayrı predmetlərlə bağlı məhkəmə mübahisələri mövcuddur. İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyində hazırda tam kommunal şəraitli 3 fərdi yaşayış evi var və onların mənzilə ehtiyacları yoxdur. Həmin evlərdən birində o, yoldaşı ilə birlikdə yaşamış, lakin yoldaşı şəhid olandan sonra iddiaçılar onu həmin evdən qovub çıxarmışlar. Hazırda Müdafiə Nazirliyinin Qaradağ rayonu, Şubanu-1 hərbi şəhərciyində müvəqqəti yaşayır və mənzillə təmin olunmağa ehtiyacı var. Agentlik tərəfindən şəhidin ailə üzvü, həyat yoldaşı kimi mənzillə ilk növbədə onun təmin olunması ədalətlidir, qanunvericiliyin tələblərinə uyğundur.

14. Cavabdeh iddia tələblərinə qarşı yazılı etirazını iddiaçıların və üçüncü şəxsin müraciətlərindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 13 iyun 2023-cü il tarixli, 21(112)-4516/2023 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də, üçüncü şəxs X1 iddiaları qismən təmin edilmiş, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X1 yaşayış sahəsinin ayrılma norması nəzərə alınma qla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların və üçüncü şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamlar ləğv edilməmişdir, hazırda qüvvədədir, mübahisələndirilməmişdir. İddiaçıların və üçüncü şəxsin mülkiyyətində mənzil olması həmin sərəncamların qüvvəsinə və tərəflərin həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir. O da qeyd edilməlidir ki, işdə olan ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov k üçəsi, 69 nömrəli ev və yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyət üzrə 4/6 hissəsinə X1, 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2 mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə, yəni iddiaçılar və üçüncü şəxs yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasında sonra qeydə alınmışdır. İşdən görünür ki, iddiaçıların və üçüncü şəxsin 69 nömrəli evə dair mülkiyyət hüququ qeydə alındıqdan sonra onların uçotdan çıxarılması barədə hər hansı bir qərar qəbul edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinasının bu dəlili əsassız olmuşdur.

17. Məhkəmə iddiaçılar və üçüncü şəxsin ayrılıqda mənzillə təmin edilməsi məsələsinə münasibətdə hesab etmişdir ki, cavabdehin dəlili bu hissədə əsaslıdır. Belə ki, qanunverici şəhid ailəsinin vahid bir subyekt kimi mənzi llə təmin edilməsini nəzərdə tutumuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni, şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin ayrılma normasının 16 kvadratmetr olmasıdır. Beləliklə, məhkəmə iddiaçıların və üçüncü şəxsin şəhid ailəsi kimi mənzillə təmin edilmə barədə hüququnu qəbul etsə də, belə nət icəyə gəlmişdir ki, onların ayrılıqda deyil, bir mənzillə təmin edilməsi mümkündür.

18. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayətləri vermişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və K.H.Əkbərov) 24 aprel 2024-cü il tarixli, 2-1(103)-587/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, cavabdeh iddianın təmin edilməməsi, üçüncü şə xs isə ayrılıqda mənzillə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri: 22.1 Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən, onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən, vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən, həmin müddətdən əvvəl aparılmış göstərilən hərəkətlər və əqdlər qanunvericilik lə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Sərəncamın məzmununa görə mənzil təminatı yalnız ehtiyacı olan şəxslər üşün həyata keçirilir. İşin hallarından isə görünür ki, iddiaçıların torpaq sahəsi və mənzili olduğundan onları sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi nəzərə almaq məqsədəmüvafiq deyildir.

23. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri: 23.1. Mərhum ərinin valideynləri ərinin tikdirdiyi evdən onu çıxarmışlar və hazırda özləri yaşayırlar. O, isə evsiz olaraq ər inin xidmət etdiyi hərbi hissənin şəhərciyində qalır və onu da dövlətə təhvil verməlidir. Şəhis ailəsi kimi ona ayrılıqda mənzil verilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssi sələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.... Maddə

4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. …

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”... 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunur lar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir:... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.... 27. “İnzibati icraa t haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. …

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlar la və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 29. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərənc amı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi iddiaçılar və üçüncü şəxsin mənzillə təmin edilməli olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddiaçı qaldırmaqda istər iddiaçıların, istərsə də üçüncü şəxsin hüquqi marağı onların şəhid ailəsi kimi mənzillə təmin edilməsindən ibarətdir.

37. İddianın hüquqi əsasında münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar və üçüncü şəxs 2021-ci ildə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışlar və bu barədə məlumat, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur.

38. Belə ki, cavabdeh inzibati orqan iddiaçılar və üçüncü şəxsin müraciətlərindən imtina edərkən həmin şəxslərin mülkiyyətində yaşayış sahəsi olmasına istinad etmişdir.

39. Məhkəmə kollegiyası cavabdeh inzibati or qanın mövqeyini əsassız hesab edərək qeyd edir ki, X5 xx.xx.2020-ci il tarixdə şəhid olmuş, İddiaçı1, İddiaçı2 və X4 şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Onların mənzil növbələrinə qəbul edilmələri barədə sərəncam hazırda qüvvədədir, ləğv edilməmişdir, dəyişdirilməmişdir və mübahisələndirilməmişdir. İddiaçılar və üçüncü şəxs isə onlara münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışlar. Belə olan halda, istər iddiaçıların, istərsə də üçüncü şəxsin mülkiyyətində mənzil olması həmin sərəncamların qüvvəsinə və tərəflərin həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir. Çünki, onların güzəştli mənzil növbəsindən çıxarılması barədə hər hansı bir inzibati akt yoxdur.

40. Eyni zamanda məhkəmə koll egiyası onu da qeyd edir ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş arayışlarla müəyyən olunur ki, üçüncü şəxsin adına hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir.

41. Sonda məhkəmə kollegiyası üçüncü şəxsin ayrıca mənzillə təmin edilməsi ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, aşağı instansiya məhkəmələri üçüncü şəxsin bu dəlilinə düzgün hüquqi qiymət vermişlər. Belə ki, aşağı instansiya məhkəmələri üçüncü şəxsin təkrarlanan bu dəlilinə qiymət verərkən bildirmişlər ki, qanunverici şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsini nəzərdə tutulmuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni, şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin ayrılma normasının 16 kvadratmetr olmasıdır. Qanunvericiliyin tələblərinə əsasən, adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir.

42. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşır və üçüncü şəxsin kassasiya şikayətinin bu dəlilini əsassız sayır.

43. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassas iya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 21(103)-587/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar