Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2311/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (üçüncü şəxs Səbail Bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (üçüncü şəxs Səbail Bələdiyyəsinin iştirakı ilə) qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1106/2021 nömrəli iş üzrə 23.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı torpaq sahəsində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq ərizə ilə tələb olunan sənədlər əlavə edilməklə 24.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 13.05.2019-cu il tarixli, **********98 nömrəli məktubla imtina edərək, iddiaçıya torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Səbail rayonu Salyan şosesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 600 kv.m. torpaq sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə id dia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 600.0 kv.m torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. Bu səbəbdən də iddiaçı 2004-cü ildə Səbail bələdiyyəsinə müraciət edərək, istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin öz adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 994 nömrəli sərəncamında 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına alqı-satqı qaydasında sənədləşdirilməsi göstərilmişdir. 26 noyabr 2013-cü il tarixdə 6175 nömrə ilə qeydiyyata alınaraq “torpaqların alqı-satqısına dair akt” tərtib edilərək torp aq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün 05.11.2013-cü ildə X2 kitabında 36301 nömrə ilə uçota alınmışdır. Qeyd olunan sərəncamın və alqısatqının torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq, bu əsasla bağlı müvafiq qaydada müraciət olunmadığından 600.0 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün müvafiq ərizə ilə tələb olunan sənədlər əlavə edilməklə 24.04.2019-cu il tarixdə iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən **********98 nömrəli, 13.05.2019cu il tarixli mə ktubla iddiaçının müraciətinə imtina verilmiş və bildirilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İmtina əsassızdır, iddiaçı tərəfindən mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlər qeydiyyat orqanına təqdim edilmişdir. Cavabdeh orqan iddiaçıya torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlı heç bir müraciət etməyərək onun müraciətinə imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)168/2020 nömrəli (sədr lik edən hakim Pərviz Hüseynov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi) “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 6.5-ci maddələrinə, İPM-in 2.2.2, 33.1, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia qanunsuz və əsassızdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-168/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-1106/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-168/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini, “T orpaq Məcəlləsinin” 86-cı maddəsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10.2-ci maddələrini, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2. 6.5-ci maddələrini, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 nömrəli Fərmanın 2-ci bəndini, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrini, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1, 7, 17, 18, 19-cu bəndlərini, həmin əsasnamənin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06.05.2002-ci il tarixli, 696 nömrəli Fərmanının 2-ci bəndini, İPM-in 14.2-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsas lıdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, **********98 nömrəli, 13.05.2019-cu il tarixli müraciətinə verilmiş imtina məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Göründüyü kimi torpaq sahəsinə dair çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi üçün kifayət qədər əsas olduğu üçün cavabdeh orqan tərəfindən bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyi bildirilməmiş, məhkəmənin qərarda istinad etdiyi halların hər hansı birinə əsaslanmamışdır. Nəzərə alsaq ki, inzibati orqan qeyd olunan müraciətlə ba ğlı ixtisaslaşmış bir orqandır, məhkəmənin qərarda qeyd etdiyi əsaslar mövcud olsaydı həmin əsasları imtina məktubunda göstərərdi.
10. Görünən odur ki, inzibati orqan qanuni və əsaslı müraciətindən imtina etmək üçün qanuni əsas tapmadığından torpaq sahəsinə baxılması ilə bağlı şərait yaradılmamasını imtina məktubunda qeyd etmişdir. Lakin məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq iddianın rədd edilməsi barədə qərar qəbul edərkən cavabdehin imtina məktubunda göstərdiklərinə deyil digər xüsususatlara qiymət vermişdir. Məhkəmə qərarında göstərmişdir ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsi təşkil edir. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Halbuki daş ınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 8-ci maddəsində göstərilən sənədlərin bir çoxu, daha dəqiqi sərəncamın notariat qaydasında təsdiq olunmuş surəti, eskizin, torpaqların alqı-satqısına dair aktın və DT və XK-nin plan və ölçüsü cavabdehə təqdim olunmuşdur. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 600.0 kv.m torpaq sahəsi uzun müddət onun istifadəsində olmuş və hal-hazırda da onun sahibliyimdədir. Bakı şəhəri Səbail bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 994 nömrəli sərəncamında 600.0 kv.m torpaq sahəsinin onun adına alqı-satqı qaydasında sənədləşdirilməsi göstərilmişdir. 26 noyabr 2013-cü il tarixdə 6175 nömrə i lə qeydiyyata alınaraq “torpaqların alqı-satqısına dair akt” tərtib edilərək torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün 05.11.2013-cü ildə X2 kitabında 36301 nömrə ilə uçota alınmışdır. Qeyd olunan sərəncam və alqı-satqı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Həmçinin notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim olunmuş və X2 kitabında 05.11.2013-cü il tarixdə 36301 nömrə ilə uçota alınmış torpaq sahəsi planı və ölçüsündə iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünün hüquqi əsası kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2013-cü il tarixli, 2 inz (81 )2903/2013 saylı qərarı qeyd olunmuşdur. Həmin qərar qanuni qüvvəsini alandan sonra inzibati orqana bəlli olsa da qərarı apellyasiya qay dasında mübahisələndirməmişdir. Məhkəmənin mübahisələndirilən qərarında qeyd etdiyi əsaslar mövcud olsaydı, maraqlarına toxunan tərəf olaraq cavabdeh inzibati orqan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirməli idi. 31.07.2013-cü il tarixli qərarı qəbul etmiş məhkəmə mübahisəli qərarı qəbul etmiş məhkəmə ilə eyni məhkəmə olduğundan İPM-nin 78-ci maddəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2013-cü il tarixli, 2 inz(81)-2903/2013 saylı qərarı ilə əldə olunmuş kadastr sənədi sübut kimi istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilməməli idi. Məhkəmə olmuş olsa belə məhkəmənin qanuni qüvvəsini almış qərarını mübahisələndirmək səlahiyyətində deyil.
11. İPM-in 78-ci maddəsi nə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
12. Yekun olaraq hesab edir ki, məhkəmə iddianın rədd edilməsinə dair qəıar əbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Ona görə də həmin qərar kassasiya qaydasında ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yeti rilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007ci il tarixli Qərarları).
14. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlilllərlə və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyi ilə bağlı olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, X2 kitabında 05.11.2013-cü il tarixdə 36301 nömrə ilə uçota alınmış torpaq sahəsi planı və ölçüsündə iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünün hüquqi əsası kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2013-cü il tarixli, 2 inz (81)-2903/2013 saylı qərarı qeyd olunmuşdur. Həmin qərar qanuni qüvvəsini alandan sonra inzibati orqana bəlli olsa da qərarı apellyasiya qaydasında mübahisələndirməmişdir.
19. X1 Kadastrı kitabında 05.11.2013-cü il tarixdə 36301 nömrə ilə uçota alınmış iddiaçının faktiki istifadəsində olan mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin plan və ölçüsü qanuni qüvvəyə minmiş 31.07.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmişdir, yəni məhkəmənin bu qərarı ilə sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamının qanuniliyini tanımışdır.
20. Bu baxımdan qeyd edilməlidir ki, cavabdehin iddiaçıya ünvanlandığı 06.08.2019-cu il tarixli imtina məktubunda “torpağın alqı-satqı aktında istinad edilmiş bələdiyyə qərarının nömrəsi yoxdur, tarixi natamamdır, təqdim edilmiş yerləşmə cizgisi MŞBİ ilə razılaşdırılmayıb”, şəklində verilmiş cavabı səthi və formal xarakter da şıyır. 21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 22. 1-ci bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 23. 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrü fat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 24. 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxar ışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 25. 18-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 26. 19-cu bəndinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 27. “Bə lədiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.05.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları həyata keçirirlər.
28. Beləliklə cavabdehin qanunvericiliyə görə torpağın kimə məxsus olmasına dair araşdırma aparılmasının hüququ vardır, lakin o, bunu etməm iş, iddiaçıya formal cavab verməklə kifayətlənmiş, apellyasiya məhkəməsi isə işin həmin halını araşdırmamışdır.
29. Digər tərəfdən apellyasiya məhkəməsi iddiaçıya Səbail Bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin ayrılması barədə 994 saylı sərəncamının qüvvədə olub-olubmaması məsələsini də araşdırmamışdır.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 23.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şika yəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-1106/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə rədd edilsin. Qərar qətidir.