Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2311/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə; işin hallarının araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(103)1252/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ilə bağlı sənədlər:
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçıya ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1304 B nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi 12 mart 2004-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini V.Muxtarov tərəfindən təsdiq olunmuşdur.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə iddiaçıya ayrılmış və sonuncunun faktiki istifadəsində olan 557 kv.m torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1575/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-784/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqan tər əfindən icra edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0557 ha torpaq sahəsinə dair iddiaçının adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış hazırlanmışdır.
8. İddiaçı 17 oktyabr 2023-cü il tarixdə həmin torpaq sahəsini X1 və tərəflər arasında AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Ərizəçi Maraqlı şəxs ilə bağlı sənədlər:
9. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 842 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün Maraqlı şəxs 0.06 ha torpaq sahəsi ayrılmışdır (sərəncamın arxa hissəsində “ünvan 2-ci yaşayış massivi 863 nömrəli torpaq sahəsi oxunulmalıdır” qeydi vardır).
10. Maraqlı şəxs a yrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 842 nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi 09 yanvar 2004-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri (V.Muxtarov) tərəfindən təsdiq olunmuşdur (yerləşmə cizgisinin arxa hissəsində “863 nömrəli torpaq sahəsi oxunulmalıdır” qeydi vardır).
11. Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 iyul 2023-cü il tarixli e-2-1(112)-5524/2023 nömrəli qərarı ilə iddia təmi n edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
13. Maraqlı şəxs ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli 842 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahiblik və istifadəsindədir, torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi tikərək yaşamışdır. Cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2-1(112)-5524/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Onun yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evinə 2023-cü ilin oktyabr ayının əvvəlində əvvəlcədən tanımadığı, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslər gələrək, yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı adına çıxarışın verilməsinə dair məhkəmə qərarı əsasında çıxarışın verilməsi üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək istədiklərini bildirmişlər. Həmin şəxs lərə torpaq sahəsinin ona məxsus olmasına dair sərəncamın olduğunu, torpaq sahəsində fərdi yaşayış evi tikərək yaşadığını və bununla bağlı Bakı İnzibati Məhkəməsinin qərarı da olduğunu bildirmişdir. Baş verənlərə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə getmiş, orada ona yaşadığı torpaq sahəsinə əməkdaşların məhkəmə qərarı ilə bağlı gəldiyi və eyni torpaq sahəsinin başqa şəxsin adına qeydiyyata alınmasına dair məhkəmə qərarının olması barədə məlumat verilmişdir. İddiaçı adına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamının olmasından, torpaq sahəsinin harada yerləşməsindən, qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında işin olmasından ümumiyyətlə məlumatı yoxdur. İddiaçı adına torpaq sahəsinin ayrılması barədə sə rəncam yoxdur və digər sərəncamlar kimi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı saxtalaşdırılmışdır.
14. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir. Göründüyü kimi, cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ekspert tərəfindən belə, müəyyən edilməsi mümkün olmadığı halda (çünki, sərəncam və ona əlavə edilmiş sənədlər saxtadır), məhkəmə qərarının icrası prosesində işdə tərəf olmayan Fərhad Nağıyevin reyestr xidmətinin əməkdaşları ilə birlikdə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli 842 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış torpaq sahəsinə, hansı ki, orada iki mərtəbəli ev vardır, gələrək məhz, həmin yerin İddiaçı məxsus olmasını göstərməsi və sonradan onun torpağına çıxarış alması qanuni deyildir. Müvafiq məhkəmə sorğusu verilərsə aydın olar ki, İddiaçı müvafiq çıxarışı aldıqdan sonra dəyərindən dəfələrlə aşağı qiymətə onun torpağını alqı-satqı edərək Fərhad Nağıyevin adına rəsmiləşdirmişdir. Bu heç də təsadüf deyildir.
15. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 05 dekabr 2023-cü il tarixli 21(112)-295/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemdə qeyd olunanlara əsasən ekspert belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 557 kv.m təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın 32-ci bəndində kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, S.Y.Məmmədov istisna olmaqla, adları qeyd edilən digər şəxslərlə (Qərarın 31-ci bəndində həmin şəxslərin adları sadalanmışdır: X5, X8, X11, X12, Maraqlı şəxs) bağlı torpaq sahəsinin ünvanları iddiaçıya məxsus torpaq sahəsinin ünvanı ilə oxşarlıq və eynilik təşkil etmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ərizəçinin sözügedən məhkəmə qərarı üzrə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı sübut olunmadığına g örə onun üçüncü şəxs qismində hazırkı işə cəlb olunması barədə ərizəsi təmin olunmamalıdır.
17. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 18 aprel 2024-cü il tarixli, 21(103)-1252/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, hazırkı iş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 60 0 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə bağlı isə ərizəçi də daxil olmaqla, digər fiziki şəxslər tərəfindən müxtəlif sənədlərlə cavabdeh inzibati orqana müraciətlər olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin mahiyyəti üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin hüquqlarının mövcud olub-olmaması tam olaraq müəyyən edilməmişdir.
20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kass asiya şikayətinin dəlilləri:
21. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1971 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 3-cü yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır və həmin vaxtdan o, torpaq sahəsindən istifadə və sahiblik etmişdir. Bu müddət ərzində torpaq sahəsi ilə əlaqədar heç bir şəxs tərəfindən mübahisə yaranmamışdır. Cavabdeh torpaq sahəsinin qeydiyyata alınmasından imtina edildiyinə görə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və imtina əsassız olduğu üçün iddia təmin edilmişdir. Məhkəmə araşdırılması zamanı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılan torpaq sahəsi naturada 557 kv.m təşkil edir və faktiki istifadədə olan həmin torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması, eləcə də, hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh qərardan verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, həmin sahə üzərində hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxslərin (X5, X15, X8, X11, X12, Maraqlı şəxs) tərəfindən müxtəlif sənədlərlə İdarəyə müraciətləri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yəni, apellyasiya və kassasiya şikayətləri araşdırılarkən göstərilən şəxslər barədə münasibə t bildirilmişdir. Ona görə də məhkəmə qərarı icra edilmiş və iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq adına çıxarış verilmişdir.
22. İddiaçıya ayrılan torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, Maraqlı şəxs ayrılan torpaq sahəsi isə 2-ci massivdə yerləşir. Belə ki, Maraqlı şəxs verilən xx.xx.1995-ci il tarixli sərəncamla bağlı tərtib edilən torpaq sahəsinin ayrılmasına dair aktda da göstərilmişdir ki, ünvan 2-ci yaşayış massivi 863 nömrəli torpaq sahəsi oxunmalıdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə Maraqlı şəxs heç bir hüququ yaranmadığı halda, onun göstərilən inzibati işə cəlb edilməsi yolverilməzdir. Bundan əlavə, iddiaçı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki torpağı X1 və Fərhad Nağıyev tərəfindən torpaq sahəsinə xx.xx.2023-cü il tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsi Fərhad Nağıyevin mülkiyyətində olsa da, X16 tərəfindən torpaq sahəsinin üzərində qanunsuz tikili inşa edilmişdir. X26 İsmayılova sözügedən torpaq sahəsinin onun mülkiyyətində olması barədə məlumat vermişdir. Həmçinin, Fərhad Nağıyev tərəfindən Azər İsmayılova təklif olunmuşdur ki, ya torpağın bazar dəyəri A.İsmayılov tərəfindən ona verilsin, ya da Fərhad Nağıyev tikilinin dəyərini Azər İsmayılova ödəsin. Azər İsmayılov isə təklifə qarşılıq Fərhad Nağıyevdən vaxt istəmişdir və paralel olaraq Maraqlı şəxs adına olan sərəncama saxta yolla cizgi tərtib etdirmiş və məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə heç bir ekspertiza keçirmədən iddianı təmin etmişdir. X14 atdığı addımlardan məlumat aldıqda, Bakı Apellyasiya Məhkəməsinə iddia çı tərəfindən müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-780/2024 saylı iş üzrə icraat dayandırılmışdır. Maraqlı şəxs adına saxta yolla əldə olunan cizgi X13 verilən və onun istifadəsində olan 1303 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. X3 rayon İcra Hakimiyyətinə müraciət edib və müraciətində İcra Hakimiyyətindən Maraqlı şəxs adına verilən cizginin ləğv olunmasını xahiş etmişdir. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətə əlavə edilmiş sərəncamlar və onların tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan sonra, X7 Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs adına verilən cizginin ləğvini xahi ş etmişdir. Həmin iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır.
23. Həmin torpaq sahəsi hal-hazırda X4 mülkiyyətindədir və X2 Rayon Məhkəməsinə “qanunsuz tikilinin sökülməsi” iddiası ilə müraciət etmişdir. Fərhad Nağıyev həmin iş üzrə məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və ərizə təmin edilmişdir. Göstərilən iş üzrə texniki-tikinti ekspertizası təyin edilmişdir və ekspert rəyinə əsasən, X16 qanunsuz inşa etdiyi fərdi yaşayış evini X4 tam mülkiyyətində olan torpaq sahəsinin üzərində tikmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Ərizəçi kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq müna sibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıld ıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı.
27. Azərbaycan Res publikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 22-24-cü bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunması əsası ilə icraatın təzələnməsi ilə bağlı olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsi
31. Həmin qərara görə: “...Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxa rılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə min miş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.”
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi, yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadının 58-ci bəndində göstərilənlərə əsasən, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər gen iş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və s. istifadə etməklə həyata keçirməlidirlər.
34. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi ərizəçi Maraqlı şəxs üçüncü şəxs qismində cəlbedilmə barədə ərizəsini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə bağlı isə ərizəçi də d axil olmaqla, digər fiziki şəxslər tərəfindən müxtəlif sənədlərlə cavabdeh inzibati orqana müraciətlər olmuşdur. Birinci instansiya məhkəməsində icraatı zamanı iddia tələbinin mahiyyəti üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin hüquqlarının mövcud olub-olmaması tam olaraq müəyyən edilməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya məhkəməsi işə baxan zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarındakı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadındakı hüquqi mövqeyi nəzərə almadan, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını üçüncü şəxs qismində cəlbetmə aparmaqla həyata keçirilməli olması qənaətinə gəlmişdir.
36. Halbuki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edərkən prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və s. istifadə etməklə tam və hərtərəfli araş dırma aparmalı, yalnız bundan sonra müvafiq nəticəyə gəlməli idi.
37. İş materiallarından göründüyü kimi, ərizəçi Maraqlı şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 842 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Ərizəçi tərəfindən təqdim edilən həyətyanı torpaq sahəsinin verilməsinə dair akta və torpaq sahəsinin yerləşmə cizgisinə əsasən, ona ayrılan torpaq sahəsi Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngə, 842 nömrəli ünvanda yerləşir.
38. İddiaçıya aid sənədlərdən də göründüyü kimi, ona ayrılan torpaq sahəsi isə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1304 B nömrəli ünvanda yerləşir.
39. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya və ərizəçiyə ayrılan tor paq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi ilə bağlı xüsusatın ərizəçinin üçüncü şəxs qismində cəlb edilməklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ləğv edilməklə araşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin hüquqi mövqeyinə ziddir.
40. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – ərizəçinin iddia etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, hazırkı iş üzrə ərizəçinin üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməsinin xüsusi əhəmiyyəti tam, hərtərəfli və obyektiv araşdırılmalı, yalnız bundan sonra ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi barədə məsələyə hüquqi qiymət verilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı hazırkı qərarın 22-24-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
42. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2- 1(103)-1252/2024 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar ape llyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət ərizənin rədd edilməsinə aid hissədə təmin oluna bilməz.
43. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
44. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(103)-1252/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.