Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2312/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (aylıq müavinətinin bərpa edilməsi) 02.12.2020 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı aylıq müavinətinin bərpa edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın il tarixli, 2-1(105)-176/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı məcburi köçkünlər üçün təyin edilm iş, iddiaçının və ailə üzvlərinin 01.02.2018-ci il tarixdə qeyri-qanuni dayandırılmış vahid aylıq müavinətinin bərpa edilməsi, 01.02.2018-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədar 29.10.1993-cü il tarixdə Zəngilan rayonundan məcburi köçkün düşmüş və halhazırda övladları X6, X9 və X8 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Həmin vaxtdan 01.02.2018-ci il tarixədək məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təyin edilmiş yemək xərci müavinəti almışdır. Lakin 01.0 2.2018-ci il tarixdən yaxın qohumunun onun adına almış olduğu ünvan 1 ünvanında yerləşən mənzili əsas göstərərək ona və üç övladına verilən vahid aylıq müavinəti qanunsuz olaraq dayandırılmışdır. Hansı ki həmin mənzil 02.02.2017-ci il tarixdə özgəninkiləşdirilmişdir. Azərbaycan Respulikasının 30.12.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.1-ci bəndinə Azərbaycan Respulikası Nazirlər Kabinetinin 02.07.2017-ci il tarixli 244 saylı qərarının 1.1-ci bəndi ilə düzəliş verilmiş və bu qərar imzalandığı gündən qüvvəyə mindiyi üçün ona və ailə üzvlərinə verilən vahid aylıq müavinətin kəsilməsi tam qanuna ziddir. Ona görə ki, adına olan mənzil mövcud qərardan beş ay öncə özgəninkiləşdirilmişdir. 01.02.2018-ci il tarixdən onun və ailə üzvlərinin qeyri-qanuni dayandırılmış məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinətinin bərpa edilməsi məqsədilə 23.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş, orada ərizəsınə baxılaraq icrası üçün aidiyyəti üzrə 04.06.2019-cu il tarixli 01/6671 saylı məktubla cavabdehə göndərilmişdir. Həmin vaxtdan ərizəsinin icrası ilə əlaqədar dəfələrlə cavabdehə müraciət etsə də, oradan heç bir müsbət cavab almamışdır. Cavabdeh ona bildirsə də ki, guya ərizəsinə cavab verilərək poçtla ünvanına göndərilmiş, lakin bunu təsdiq edən heç bir poçt qəbzi ona göstərilməmiş və bu günədək poçtdan onun ünvanına heç bir məktub daxil olmamışdır. Cavabdeh başçısının müavini X2 qəbuluna gedərək ona poçtla göndərilmiş dediyi məktubu tələb etmişdir. Xanım Rüstəmova ona köhnə tarixlə yeni məktub haz ırlayaraq təqdim etmişdir. Məktubun köhnə tarixinə etiraz edərək bildirmişdir ki, bu məktubun iddia müddəti bitmək üzrədir və xahiş etmişdir ki, bu günkü tarixlə ona məktub versin, o, isə cavabında bildirmişdir ki, “məktub hansı tarixdə hazırlanıbsa o tarixdə də verilir, məktubu yeni tarixlə verə bilməz, istəsə də budur, istəməsə də” deyərək 08.08.2019-cu ildə 11.07.2019-cu il tarixli 642 saylı arayış xarakterli məktubu ona təqdim etmişdir. İmtina məktubunda onun və ailə üzvlərinin vahid aylıq müavinətinin dayandırılmasına absurd və heç bir qanuna əsaslanmayan, arayış xarakterli səbəb göstərilmişdir. İkinci qrup əlildir, əməkqabliyyətsizdir, vərəm xəstəsidir, maddi vəziyyəti çox aşağı səviyyədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin il tari xli, 2-1(085)-1512/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 4.1, 12.1, 68.1, 68.2-ci maddələrinə, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2, 2.1, 2.2ci bəndlərinə istinadən belə hesab etmişdir ki, iddiaçı aylıq müavinət almaq hüququna malik deyildir.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edi lməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(105)-176/20 nömrəli (hakimlər Fərmayıl Zeynallı - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də tətbiq etdiyi maddi-hüquq normasına əsaslanmaqla, eləcə də İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının ape lyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və qanuni məhkəmə qərarının ləğv üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilləri:
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia birinci instansiya məhkəməsi tərəfindən rədd edilərkən və həmin qərar apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsaslanılmışdır. Həmin bəndə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayiş sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil edilmir. Həmin yaşayış sahələri müvafiq olaraq, 21 fevral 2007-ci il tarixdə və 23 iyun 2014-cü il tarixdə-yəni Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydadan əvvəlki tarixə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, əmlaklar 02 fevral 2017-ci il tarixdə isə özgəninkiləşdirilmişdir.
9. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.
10. Konstitusiyanın Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Qayda» ona və ailə üzvlərinə tətbiqi münasibətdə məhdudlaşdırıcı olduğundan, yəni hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən onun qüvvəsi geriyə şamil edilə bilməz.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(105)-176 /2020 saylı qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti faktiki yeganə dəlildən ibarətdir ki, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş məlum qayda iddiaçıya və onun ailə üzvlərinə tətbiqi münasibətdə məhdudlaşdırıcı olduğundan, yəni, hüquqi vəziyyətlərini ağırlaşdığından Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən onun geriyə qüvvəsi şamil edilə bilməz.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili formal olmaqla əsassızdır.
18. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh başçısının Gilətağ kənd ərazisi üzrə nümayəndəliyinin 24 oktyabr 2019-cu il tarixli, 97 saylı arayışından görünür ki, iddiaçı Zəngilan rayonunun Şamlı kəndində daimi qeydiyyatda olmaqla məcburi köçkündür, hal-hazırda müvəqqəti olaraq Sumqayıt şəhəri, S.Vurğun küçəsi, «Xəzər» bağçılıq yoldaşlığı ərazisi, bağ evində məskunlaşmış və ailə tərkibi X1, X5 və X3 ibarətdir.
19. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 24 aprel 2019-cu il tarixli **********21 saylı daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil 21 fevral 2007-ci il tar ixdə, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi 23 iyun 2014-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin əmlaklar 02 fevral 2017-ci il tarixli 4Ə-438 və 4Ə-442 reyestr nömrəli bağışlama müqavilələri ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi Nazirlər Kabinetinin sözügedən 24 yanvar 2017-ci il tarixli qərarından öncə qüvvədə olmuş başqa normativ aktları da düzgün tətbiq etmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 2010-cu il tarixli, 4076 nömrəli şəhadə tnamə verilməklə qeydiyyata alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»ın 5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla) verilmir.
22. Həmin Təlimatın 5.2-ci bəndinə görə məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) verilmir. 23. 22 fevral 2017-ci il tarixədək qüvvədə olmuş Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2014 -cü il 10 dekabr tarixli, 1 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»ın 6.1-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 24. 6.1.1 məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla); 25. 6.1.2. məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri is tisna olunmaqla).
26. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»na əsasən bu Qayda «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişl ər əvəzinə vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
27. Həmin Qaydanın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 28. 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 29. 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki ) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla).
30. Beləliklə, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsini əldə edərək, öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdığı zaman iddiaçının təbirincə desək sözügedən məsələ ilə bağlı «məhdudlaşdırıcı» hüquqi norma olunmuşdur ki, bu da Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış yuxarıda adı çəkilən Təlimatın 5.1-ci bəndidir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli, 2-1(105)-176/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 176/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. il tarixli, 2-1(105)-