Məhkəmə qərarları › İş №2-1(102)-2312/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2312/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2312/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi, Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə sələləri Dövlət Xidmətinə (bundan sonra mətndə cavabdehlər) qarşı özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən pay ödənişi barədə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2310/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarından İddiaçı1 verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar cavabdehlərə qarşı özəl çeklərdə göstərilən məbləğin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

3. Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia nın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı1 apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. Tətbiq edilən hüquq

6. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müd dəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

7. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkili n orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü

8. İddiaçı1 apelyasiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarından kasasiya şikayəti tərtib etmiş, kasasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kasasiya məhkəməsinin mövqeyi

9. İddiaçı1 kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 11 noyabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöq sanın aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

10. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.

11. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

12. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı1 müraciəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2310/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar