Məhkəmə qərarları › İş №2-1(102)-2313/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2313/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2313/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cav abdehna qarşı “təhsil illərinin, hərbi xidmətdə olduğu illərin, işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1730/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. İddiaçı Adişirin İsmayılov xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Bakı şəhəri 12 saylı texnikomda təhsil almışdır.

3. İddiaçıya məxsus hərbi biletdən görünür ki, Adişirin İsmayılov 08 may 1975-ci ildən 08 may 1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur.

4. İddiaçıya məxsus əmək kitabçasına əsas ən, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Azərbaycan Dövlət Sənaye İdarəsi “Xəzərbalıq” balıq konserv zavodunda 2-ci dərəcəli balıq təmizləyici qismində, Azərbaycan SSR, DOSAAF MK TTİ-də xx.xx.1980-ci ildən 1-ci dərəcəli fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 2-ci dərəcəli fəhlə vəzifəsində işləmişdir.

5. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, “Dzerjinski adına maşınqayırma zavodu”nda xx.xx.1973-cü ildən xarrat şagirdi, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər 2-ci dərəcəli xarat qismində işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977ci ilə qədər Sovet ordusunda xidmət etmiş, xx.xx.1977-ci ildən zavodun ştatında 2-ci dərəcəli xarrat, xx.xx.1980-ci ildən 3-cü dərəcəli xarrat, xx.xx.1981-ci ildən 4-cü dərəcəli xarrat, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilə qədər 6-cı sexdə 5-ci dərəcəli xarrat işləmiş, Azərbaycan Respublikası Nazirlər Sovetinin 90 nömrəli xx.xx.1992-ci tarixli qərarına əsasən F.Dzerjinski adına maşınqayırma zavodunun adı dəyişdirilərək Suraxanı maşınqayırma zavodu adlandırılmış, xx.xx.1993-cü ildə xarrat peşəsinin 6-cı dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə F.Dzerjinski adına maşınqayırma zavodu 1986-cı il 3-cü rübdə 1-ci yer tutduğuna 25 rubl məbləğində mükafat verilmişdir.

6. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

7. Cavabdeh tərəfindən həmin müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 23 il 8 ay 15 gün təşkil edir. Eyni zamanda xx.xx.2000-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021- ci il tarixinədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsind ə pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixindən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün he sab edilmir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixd ən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli attestat, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçaları, H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən 37 ilə yaxın stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı sənədlərini qeydiyyatda olduğu Azərbaycan Respublikası Cavabdehna təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər.

10. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsass ızdır. Belə ki, imtina məktubunda istinad olunan iş stajının 25 ildən az olması və buna müvafiq olaraq fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı əsaslar onun iradəsindən asılı deyildir. xx.xx.1996-cı il tarixdən işdən xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğuna görə həmin dövrlərin sığorta stajına əlavə edilməməsi hissəsi ilə razı deyil. Belə ki, sözügedən dövr üzrə əmək funksiyalarını yerinə yetirməsə belə, həmin dövr sosial sığorta stajına əlavə edilməlidir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı 01 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.Hacıbəyova) iddia rədd edilmişdir.

13. Məhkəmə qe yd etmişdir ki, iddiaçının 1996-ci ilin iyun ayından xx.xx.1997-ci ilə qədər əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Bu səbəbdən də iddia rədd edilməlidir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1730/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı il lər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illər, xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur.

16. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

17. Kollegiya qeyd edir ki, qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alı nan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir.

18. Belə olan halda iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil aldığı dövr (9 ay 29 gün), xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü (2 il) və əmək stajı nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən çox təşkil edir. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 25 il ümumi stajı tamamlandığı üçün bu da ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əm ək kitabçası, attestat (xx.xx.1971-cr il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər) və hərbi biletin surətlərinə ( xx.xx.1975cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) əsasən sığorta stajı 23 il 8 ay 15 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020- ci il tarixdən xx.xx.2021-ci il tarixədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.2006-cı il tarixdə n xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zaman Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən işdən azad olunan (xx.xx.1997-ci il) tarixədək öz hesabına məzuniyyətdə olduğu aşkar edildiyindən, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməmişdir.

21. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 08/130 nömrəli məktubu ilə bildirmişdir ki, X2 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tari xədək öz ərizəsi əsasında əm ək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Bu müddət ərzində ona əmək haqqı hesablanmamışdır. Digər tərəfdən işə birinci instansiya qaydasında baxılarkən məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sözügedən dövrlərdə işləməsi əmək kitabçası ilə təsdiq olunsa da, onun əməkhaqqı alması barədə təqdim edilən arayışda 1996-cı ilin iyun ayından sonra əməkhaqqı almaması öz təsdiqini tapmışdır.

22. Bundan başqa işə apellyasiya instansiya qaydasında baxılarkən məhkəmə qərarın əsaslandırma hissəsində iddiaçının ödənişsiz məzuniyyətdə olmasının onun təqsiri üzündən baş vermədiyini və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilən ayların iddiaçının arzusu ilə onun iş stajına daxil edilə biləcəyini qeyd etmişdir.

23. Məhkəmənin bu mövqe yi üzrə kassator qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 08/130 nömrəli məktubu ilə bildirmişdir ki, X2 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək öz ərizəsi əsasında əmək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Bu müddət ərzində ona əmək haqqı hesablanmamışdır. Göründüyü kimi iddiaçı X1 xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək ödənişsiz məzuniyyətdə olması boşdayanma halı olmamaqla öz ərizəsi əsasında olmuşdur.

24. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1, 1.0.2, 21.1, 21.2.3-ci, AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun a əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pe nsiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şik ayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.

9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyas iya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

31. Hazırkı işdə iddiaçının hüquqi marağı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlıdır.

32. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının (xx.xx.1956-cı il təvəllüdlü olduğundan) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 65 yaşdan pensiya hüququ vardır.

33. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

34. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsası kimi ona istinad edir ki, iddiaçının sığorta stajının 25 ildən az, yəni 23 il 8 ay 15 gün olması, həmçinin pensiya kapitalının ümumilikdə 18114.54 manat təşkil etməsi, bu məbləğin pens iya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.1996-cı il tarixindən işdən azad olunan xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlərin (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməməsi təşkil etmişdir.

35. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətlərinin dəlilləri ndən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

36. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1-ci maddəsindən irəli gələn işin hallarının hərtərəfli araşdırılması vəzifəsini tam icra etməmiş, işdəki sübutları hərtərəfli qiymətləndirməmiş, ziddiyyətli halları aradan qaldırmamışdır.

37. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının 25 il iş stajı xx.xx.2006cı il tarixində tamamlanmışdır.

38. Belə ki, iddiaçının xx.xx.1971 - xx.xx.1972-ci il tarixlərdə 10 ay 28 gün təhsil illəri, xx.xx.1975 - xx.xx.1977-ci illərdə 2 il hərbi xidmət illəri, əmək kitabçasına əsasən xx.xx.1973 - xx.xx.1973 = 9 gün, xx.xx.1973 - xx.xx.1975 = 1 il 4 ay 21 gün, xx.xx.1977 xx. xx.1997 = 19 il 11 ay, o cümlədən iddiaçının öz hesabına məzuniyyətdə olan müddəti də nəzərə alınmaqla cəmi 24 il 6 ay 28 gün sığorta stajı var.

39. Apellyasiya məhkəməsi isə işin göstərilən hallarına düzgün qiymət verməmişdir. Bununla da hazırkı qərarın “27 (a)” bəndində qeyd olunan prosessual hüquq normasının tələblərinə zidd qərar qəbul etmişdir.

40. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020- ci il tarixdən xx.xx.2021-ci il tarixədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir.

41. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı ziddiyyətli hallar araşdırılmalı və aradan qaldırılmalı, son nəticədə iddiaçının Qanunla tələb olunan 25 il sığorta stajı təsdiqləndiyi halda iddia tələbi təmin edilməlidir.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 12.2-ci, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1730/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar