Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2313/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarının icrası, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə cərimə tətbiq edilməsi, icra icraatı ilə iddia icraatının fərqləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-960/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra - iddiaçı) 12 fevral 2018-ci il tarixdən “ümumi xəstəlikgözdən əlil” səbəbindən müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. 01 iyul 2019-cu il tarixdə sözügedən təyinat “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - cavabdeh) bu hərəkətini əlilliyin təyininə əsas olmuş göndərişin etibarsız hesab edilməsi ilə əlaqələndirmişdir.
2. İddiaçı cavabdehin həmin hərəkətinin qanunsuzluğunu mübahisələndirməklə, ona təyin edilmiş əlilliyin bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya altsistemində etibarsız sayılması qanunsuz hesab edilmiş, altsistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməməklə, qərar qanuni və əsaslı hesab edilməklə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdehin verdiyi kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və nəticə etibarilə cavabdehin qanunsuz olaraq etibarsız saydığı əlillik təyinatının bərpa edilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
4. Cavabdeh 09 mart 2022-ci il tarixdə icraya nəzarət edən məhkəməyə məktub ünvanlayaraq qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməklə, iddiaçının əlilliyinin altsistemdə bərpa edildiyini bildirmişdir. 5. 2023-cü ilin fevral ayında isə iddiaçıya 12 fevral 2018-ci il tarixdə təyin edilm iş əlillik altsistemdə növbəti dəfə ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 30 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1972/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir.
7. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra olunmur, iddiaçının əlilliyi altsistemdə bərpa edilmir.
8. Cavabdeh ərizəyə etiraz edərək bildirmişdir ki, məhkəmə qərarı icra edilmiş, iddiaçının əlilliyi altsistemdə bərpa edilmişdir. Bununla belə, əlillik təyinatının müxtəlif risk qrupları üzrə araşdırılması mə qsədilə iddiaçı əyani müayinə aparılması üçün dəvət edilsə də, iddiaçı müayinədə iştirak etməmiş, bu səbəblə mövcud sənədlər üzrə aparılan araşdırma nəticəsində iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar ləğv edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin cərimə edilməsi barədə ərizəsi təmin edilməmişdir.
10. Məhkəmə qərardadının əsaslarına görə, cavabdeh tərəfindən 2023-cü ilin fevral ayında iddiaçının əlilliyinin ləğvi barədə qəbul edilən qərarın ləğvi artıq yeni inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında ba xılmalı olduğundan icra icraatı qaydasında baxıla bilməz. Çünki şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə hesab etmişdir ki, İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehə cərimə tətbiq olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2768/2023 nöm rəli iş üzrə 27 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsasları birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olmuşdur.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2565/2023 nömrəli iş üzrə 04 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçının kassasiya ş ikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
17. Ali Məhkəmənin qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.
18. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Hazırkı hald a qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya altsistemində etibarsız sayılması qanunsuz hesab edilərək həmin altsistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra baş tutmuş sayılır. Cavabdehin belə bir inzibati akt qəbul edib-etmədiyini müəyyən etmək üçün isə onun qəbul etdiyi yeni qərarın məzmun və mahiyyəti təhlil olunmalıdır. Qeyd edilənlər baxımından, qanuni qüvvəyə minmiş məhkəmə qərarından irəli gələn icranın baş tutubtutmadığı məsələsinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi sözügedən qaydada təhlil və qiymətləndirmə aparmamışdır. Ona g örə də, qərardad ləğv edilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
19. Qərarda vurğulanmışdır ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-960/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə qərarının icra edilməməsinə görə 500 manat məbləğində cərimə edilməsi və tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
21. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla cavabdehə sorğu ünvanlamaqla göstərilən işin obyektiv araşdırılması məqsədilə məhkəmə qərarının icra edilib-edilməməsi, icra edilibsə, hansı müddətlər ərzində icra edilməsi, həmçinin iddiaçının daha sonra əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı icraatın aparılıb-aparılmaması barədə məlumatın, icraat aparılıbsa, icraat materiallarının məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarının icra olunması üçün 18 fevral 2022-ci il tarixli xidməti məruzə əsasında iddiaçının ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlilliyi bərpa edilsə də, 1 (bir) il sonra 2023-cü ilin fevral ayında iddiaçının əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdeh i nzibati orqan sözügedən qərarı qəbul edərkən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçının 08 fevral 2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsinə istinad etmişdir.
22. Lakin iş materiallarından görünür ki, iddiaçı faktiki olaraq əyani müayinəyə cəlb olunmamış, inzibati icraat məhkəmə qərarlarında qeyd edildiyi kimi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçının əyani müayinəyə dəvət olunduğu halda müayinədə iştirak etməməsinə dair dəlillərə münasibətdə qeyd edilmişdir ki, vətəndaşın əyani müayinəyə dəvət olunması hələ onun faktiki olaraq əyani müayinə olunması, inzibati icraatın qanunvericiliyə uyğun aparılması anlamına gəlmir. Həmçinin, iddiaçının əyani mü ayinəyə dəvət olunması barədə bildiriş iddiaçı tərəfindən deyil, kim olması və iddiaçı ilə nə kimi qohumluq əlaqəsinin olduğu bəlli olmayan “Astanova Əntiqə” adlı şəxs tərəfindən qəbul edilmişdir, məhkəmə iclasında verdiyi izahatında iddiaçı həmin şəxsi ümumiyyətlə tanımadığını bildirmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçının barəsində təyin edilmiş əlilliyin ləğv edilməsi barədə qərarın qəbul edilməsi ilə nəticələnən hərəkətləri məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilən hərəkətlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək qərarın ləğv edilib, ərizənin təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. a) kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətində cavabdeh ərizəyə etirazda istinad etdiyi dəlillərə təkrar müraciət etməklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edildiyini, sonradan isə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iddiaçının əyani müayinəyə gəlməməsi səbəbindən mövcud sənədlər əsasında onun əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu kimi hallara düzgün hüquqi qiymət verməmiş, iş üzrə əsassız qərardad qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etirazını belə əsaslandırmışdır ki, onun cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilməsi barədə təqdim edilmiş sənəd mötəbər deyildir, həmin bildirişdə imza və tarix yoxdur, bildirişin alınması barədə qəbz isə “Aslanova Əntiqə” kimliyi qeyri-müəyyən olan şəxs tərəfindən imzalanmışdır. Aşkar görünür ki, cavabdeh inzibati icraat qaydalarına riayət etməməkdə davam edir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
28. İnzibati Prosessual Məcəllə Maddə 120.1 Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2 bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3 Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4 Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 29. “İnzibati mübahisələ rə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı.....
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və bu na görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddə sində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməs i və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcbu ri icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ
30. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. Kassasiya şikayətində qərardad ın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin aktı şikayət həddində tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Mahiyyəti etibarilə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilməklə, qəbul edilmiş qərardadın nəti cələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırki iş üzrə icraat cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik təyinatının müvafiq altsistemdə etibarsız sayılmasından sonra sonuncunun həmin hərəkətin qanunsuzluğunu mübahisələndirməklə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciəti ilə başlamışdır.
35. İşə mahiyyəti üzrə baxıb iddianın əsaslı olması barədə qərar qəbul edən məhkəmələrin qənaətinə görə, cavabdeh iddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarı etibarsız hesab edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın aparılması bağlı normalarının, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi bağlı müddəalarının tələblərini pozmuşdur.
36. Sözügedən qərar qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh tərəfindən “Əlillik” altsistemində müddəti, dərəcəsi, səbəbi göstərilməklə iddiaçının əlillik statusu bərpa edilmişdir.
37. Bir müddətdən sonra inzibati orqan “müxtəlif risk qrupları üzrə araşdırma” adı altında iddiaçını əyani müayinə olunmaq üçün dəvət etdiyini, lakin sonuncunun müayinəyə gəlmədiyini bildirməklə onun əlilliyinin müəyyən edilməsi barədə qərarı təkrar ləğv e tmişdir.
38. Prosesin gedişatı iddiaçının məhkəmə qərarının icra edilmədiyinə istinad edərək məhkəməyə cavabdehin cərimələnməsi barədə ərizə verməsi ilə davam etmişdir.
39. Hazırki kassasiya baxışının predmetini təşkil edən apellyasiya məhkəməsinin aktı ilə “Əlillik” altsistemində müvafiq düzəlişin edilməsi barədə qərar “formal icra” kimi qiymətləndirilmiş və məhkəmə qərarının icrasından yayınan cavabdeh barəsində 500 manat məbləğində cərimə tətbiq edilməsinə qərar verilmişdir.
40. Məhkəmə kollegiyası bu hüquqi mövqeyi əsaslı sayaraq qeyd edir ki, əks yanaşma məhkəmə qərarlarının icrasının məcburiliyi prinsipinə xələl gətirməklə, bu institutun mahiyyətinə uyğun olmazdı, digər tərəfdən inzibati orqanın bu qərarına görə yeni məhkəmə icraatının başlanması, yol verilməsi ehtimalı istisna edilm əyən növbəti analoji məzmunlu qərarların da hər dəfə yeni məhkəmə icraatında mübahisələndirilməsinə gətirib çıxarmaqla vətəndaş prizmasından da usandırıcı və nəhayətsiz bir prosesə çevrilərdi.
41. Belə ki, icraya yönəldilən məhkəmə qərarının motivasiyasından görünən odur ki, cavabdehin iddiaçının əlillik təyinatının etibarsız hesab edilməsinə dair qərarı inzibati icraatın aparılması qaydalarını bəyan edən qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməklə, onun üzərinə əvvəlki vəziyyətin bərpa edilməsi barədə öhdəlik qoyulmuşdur. Sözügedən məhkəmə qərarında necə davranmalı olması diqqətinə çatdırılmasına rəğmən, göstərilənlər cavabdeh tərəfindən nəzərə alınmamaqla, bir qədər fərqli formada təzahür edən qanunazidd hərəkətlər təkrarlanmışdır.
42. Məhkəmə kollegiyası onu da vurğ ulayır ki, belə yanaşma, əlilliyi məhkəmə qaydasında bərpa edilmiş şəxsə əlillik təyin edilməsi barədə ilkin qərarın sonradan yoxlanılması ilə bağlı inzibati icraatın ümumiyyətlə aparılmasının yolverilməz olması anlamında da təfsir edilməməlidir.
43. Bu zaman yoxlamanın yolverilənliyi şəxslərin əvvəlki statuslarının bərpa edilməsi ilə bağlı işlər üzrə çıxarılmış məhkəmə qərarlarının motivasiyasından asılıdır. Belə ki, yalnız cavabdeh tərəfindən inzibati icraat qaydalarına riayət edilməməsinə söykənən əsaslarla məhkəmə qərarları çıxarılmışdırsa, inzibati orqan həmin qərarı icra etməklə əlilliyi bərpa etdikdən sonra yenidən lazımi icraat aparmaqla və maddi hüquqa dair qanunvericiliyin tələblərinə riayət etməklə şəxsə təyin edilmiş əlilliyin qanuniliyi və əsaslılığı məsələsinə mahiyyəti üzrə yenidən baxa bilər. Həlledici amil kimi şəxsin xeyrinə çıxarılmış məhkəmə qərarındakı motivasiya çıxış edir.
44. Bununla belə, məhkəmə tərəfindən icraatla bağlı qaydalara riayət etmə məsələsi ilə yanaşı, həm də şəxsin əlillik vəziyyətinin müəyyən edilməsi istiqamətində mahiyyəti üzrə araşdırma aparılıbsa və məhkəmə qərarı ilə şəxsin əlillik statusu onun sağlamlıq vəziyyəti yoxlanılmaqla, tələb həm də mahiyyəti üzrə əsaslı olduğu üçün təmin edilibsə, bu zaman inzibati orqan yuxarıda qeyd edilən hərəkətləri həyata keçirməkdə səlahiyyətli olmayacaqdır.
45. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı kollegiya hesab edir ki, cavabdeh məhkəmə qərarını icra etdikdən sonra iddiaçının əlilliyini bir müddət sonra yenidən ləğv edərkən qanunvericiliyin tələblərinə uyğun olaraq və əvvəlki məhkəmə q ərarlarında müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək lazımi qaydada icraat aparmadığından, onun bu hərəkətləri məhkəmə qərarının icrasının qarşısını almağa yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Çünki məhkəmə qərarları cavabdehə iddiaçının əlilliyinə yenidən baxmaq səlahiyyətini yalnız lazımi icraat aparmaq şərtinə riayət etməklə vermişdir. Yalnız belə icraat aparmaqla yeni qərar qəbul ediləcəyi halda, iddiaçı hüquqlarını yeni iddia qaldırmaqla müdafiə etməli olacaqdır. Qeyd edilənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının baş tutmuş hesab edilməsi barədə qənaətə gəlməyə imkan vermir. İşin hallarının məcmusu nəzərə alındıqda, bu halda, tələbkarın hüquqi müdafiə vasitəsi kimi yeni bir iddia qaldırmasına lüzum yoxdur.
46. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-960/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.