Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2314/2025 17.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: İddianın mümkünlük şərti, iddia müddəti, elektron inzibati akt və onun təqdim edilməsi; əməliyyatın əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)- 1315/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı "xxxx" MMC (VÖEN: **********); xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********); xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********) və xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********) riskli vergi ö dəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********195700 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il fevral ayı üçün əlavə dəyər vergisi üzrə 92.689,48 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 may 2024-cü il tarixli, **********686200 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il fevral ayı üçün əlavə dəyər vergisi üzrə 5.521,73 manat əlavə vergi məbləği hesablanmışdır.
4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabla nması barədə” 30 may 2024-cü il tarixli, **********041500 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 122.646,00 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2024-cü il tarixli, **********524800 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il aprel ayı üçün əlavə dəyər vergisi üzrə 119.742,02 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəf indən "xxxx" QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********195700 saylı, xx.xx.2024-cü il tarixli **********686200 saylı, xx.xx.2024-cü il tarixli **********041500 saylı və xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarların ləğv edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Halbuki iddiaçı "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar apararkən onlar riskli vergi ödəyicis i siyahısında olmamışlar. Həmin şirkətlər real mal təqdim edən şirkətdir, belə ki, onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. İddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx", "xxxx", "xxxx", "xxxx"MMC-lər riskli vergi ödəyicisi olmayan müəssisələr kimi aparmışdır. Eyni zam anda, bu cür işlər üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-10396/2024 nömrəli qərarı (X2) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********195700 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********686200 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********041500 nömrəli qərar və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli qərar ləğv edilmişd ir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: ******* ***) və "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı QSC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1315/2025 nömrəli qərarı (X5 (sədrlik edən və məruzəçi), X4 və X6) ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10396/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın d əlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edilmişdir, məhz bu araşdırma istiqamətində araşdırma aparıldığından sonra vergi orqanı tərəfindən müvafiq qərar qəbul edilə bilərdi və edilmişdir. Əks hal isə mümkünsüzdür, məhkəmə isə qeyd ediləni nəzərə almamışdır. Həmçinin, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların fəaliyyətinə uyğunluğun o lub-olmaması(misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır.
16. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ”xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavədə qeyd etdiyi qərardan kifayət qədər məlumatlı olmasına baxmayaraq Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürülmüşdür.
17. Hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********686200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə həmçinin cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********524800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə oxumuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırkı iddianın qaldırılması ü çün müddətə və bu da öz növbəsində hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
70. Vergi ödəyiciləri ilə yazışma... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikd ə), lazımi qaydada çatdırılmış sayılır:... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt ya zılı formada qəbul edilir. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Maddə 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. Maddə 62.2.... elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərd ə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 21. “Elektron imza və elektron sənəd haqqında” Qanun Maddə 1.1.5.Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilm iş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Maddə 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Maddə 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Maddə 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Maddə 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi v ə ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 10 may 2024-cü il tarixli, **********686200 nömrəli və 5 iyul 2024-cü il tarixli, **********524800 nömrəli qərarlar üzrə iddia tələbinə dair işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur. 10 may 2024-cü il tarixli, **********686200 nömrəli və 05 iyul 2024-cü il tarixli, **********524800 nömrəli qərarlardan verilən iddia üzrə tələbinin mümkünlüyü
27. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şər tlər ödənildiyi təqdirdə yolveriləndir.
28. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, tərəflər arasındakı mübahisənin publik hüquq münasibətlərindən irəli gələn mübahisə olması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.
29. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 30. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağ lı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəx s inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
31. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinintəqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.).
32. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarları X1 Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. 33. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.16-cı maddəsinə əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən isə elektron sənəd elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir.
34. Göründüyü kimi, “elektron sənəd” və “elektron üsul” anlayışlar ı bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir. 35. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
36. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanu nun 21.1-ci maddəsinə əsasən elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
37. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********686200 nömrəli Qərarın və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli Qərarın iddiaçıya elektron sənəd formasında təqdim edildiyi iddia olunsa da, mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR kod) yoxdur. Başqa sözlə, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elektron sənəd göndərilməmiş hesab edilir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
38. Bu mövqe ilə bağlı qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələrinin istinad etdiyi hallar – elektron sənədin mətnində rəqəmsal məlumatın -QR Code-un olması – qanunvericilikdə birbaşa imperativ tələb kimi nəzərdə tutulmamışdır. Qanunvericilik elektron sənədin xüsusi hissəsində elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) barədə məlumatların əks etdirilməsini tələb edir. Bu tələbin pozulması isə elektron sənədin forma tələbinin pozulması, başqa sözlə, onun özünün həqiqiliyinə-etibarlılığına təsir edən haldır. Lakin elektron sənədin-mübahisələndirilən inzibati aktların özünün mövcud olması (elektron sənəd formasında) həm tərəflər ara sında mübahisələndirilmir, həm də aşağı instansiya məhkəmələri elektron sənədi-inzibati aktı etibarlı hesab edərək qanuniliyinə qiymət vermişlər.
39. Digər tərəfdən, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektr on sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
40. Qanunverici elektron sənədin həqiqiliyinin müəyyən edilməsini sənədin göndərilməsinin əsas şərtlərindən biri kimi müəyyən etmiş və elektron sənədin həqiqiliyi elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsidir (Qanunun 1.1.23-cü maddə).
41. Göründüyü kimi, elektron sənədin həqiqiliyinin yoxlanılması elektron imzanın həqiqiliyin yoxlanılması yolu ilə baş verir ki, bu sənədin üzərindəki QR kod vasitəsilə ilə həqiqiliyin yoxlanılması kimi dar mənada şərh edilməməlidir.
42. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Həmin Qanunun 5.3 və 5.4-cü bəndlərinə əsasən elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir, yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır və elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron imzanın yoxlanılma” Qaydasının 3.1 və 3.2ci bəndlərinə əsasən elektron imzanın yoxlanılması proseduru elektron sənəddəki imzanın və imza sahibinin imzanı yoxlama məlumatları ilə əlaqələndirilən münasibətin yoxlanılmasından ibarətdir. Elektron imzanın yaradılması və yoxlanılmasının konkret proseduru istifadə olunan texnologiyalar və standartlarla müəyyən olunur. Gücləndirilmiş elektron imzanın yoxlanılması proseduru gücləndirilmiş elektron imzanı, yoxlanılan sənədin heş-funksiyasının (heş-funksiya ikilik simvollar ardıcıllığı şəklində ixtiyari verilənlər blokunun riyazi və ya alqoritmik çevirməsidir) qiymətini və imza sahibinin imzanı yoxlama məlumatlarını əlaqələndirən münasibətin yoxlanılmasından ibarətdir.
44. Qeyd olunan qanunvericilik normalarında elektron sənədin həqiqiliyinin onun təsviri formasındakı ştrix kod, QR kod və s. kimi metodlarla yoxlanılmalı olmasına dair imperativ tələblər mövcud deyildir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati aktlar vergi orqanı tərəfindən istifadə edilən ASAN imza - gücləndirilmiş elektron imza ilə imzalanmışdır. Hazırda inzibati aktın kağız daşıyıcısında olan zahiri görünüşündən bunu müəyyən etmək mümkün olmasa da, elektron sənədin özünü (elektron qaydada imzalanıb-imzalanmadığını, imzalanma tarixini və imzalayan şəxsi) ictimaiyyətə açıq və əlçatan olan ASANDOC portalı vasitəsi ilə yoxlamaq mümkündür.
46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin “elektron sənədin həqiqiliyinin təsdiqlənməməsi” ilə bağlı mövqeyi əsassızdır.
47. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********524800 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə əlavə olaraq iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********686200 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən həmçinin Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdik dən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********686200 saylı qərarı xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuş, cavabdehin xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarı isə xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. 49.Beləliklə, hazırkı iş üzrə iddiaçı İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürmüşdür.
50. Odur ki, iddiaçı tərəfindən 10 may 2024-cü il tarixli, **********686200 nömrəli və 05 iyul 2024-cü il tarixli, **********524800 nömrəli qərarları üzrə iddia müddətinin ötürüldüyündən və müddətin bərpası barədə vəsatət verilmədiyinə istinadla həmin qərarlar barəsində iddia mümkün sayılmamalıdır. 02 may 2024-c ü il tarixli, **********195700 nömrəli və 30 may 2024-cü il tarixli, **********041500 nömrəli qərarlar barəsində
51. İşin halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul olunmuş 2 may 2024-cü il tarixli, **********195700 nömrəli və 30 may 2024-cü il tarixli, **********041500 nömrəli qərarlara əsasən iddiaçıya 92.689,48 manat və 122.646,00 manat əlavə vergi məsuliyyəti müəyyən edilmişdir.
52. Həmin qərarlar üzrə iddiaçıya vergi hesablanılmasının əsası elektron qaiməfaktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməməsi olmuşdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqə tən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
54. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli; xx.xx.2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)305/2024 nömrəli qərarları; xx.xx.2024-cü il tarixli 2-1(102)-1502/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-1644/2024 nömrəli qərardadları).
55. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbin in 02 may 2024-cü il tarixli, **********195700 nömrəli və 30 may 2024-cü il tarixli, **********041500 nömrəli qərarları hissəsində zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
56. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “xx.xx.2024-cü il tarixli **********686200 nömrəli və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli qərarların ləğv edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.
57. Yuxarıda gö stərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)-1315/2025 nömrəli qərarı “xx.xx.2024-cü il tarixli **********686200 nömrəli və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli qərarların ləğv edilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia mümkün sayılmasın. Qərar “xx.xx.2024-cü il tarixli **********195700 nömrəli və xx.xx.2024-cü il tarixli **********041500 nömrəli qərarların ləğv edilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.