Məhkəmə qərarları › İş №2-1(102)-2315/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2315/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2315/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-682/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və rəsmi nikahda olduğu şəxs X7, onların üç azyaşlı uşaqları Azərbaycan Respublikasının vətəndaşlarıdır.

2. İddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 2017-ci ilin sentyabr, oktyabr və 2018-ci ilin sentyabr, noyabr aylarında cavabdehə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, müraciəti təmin edilməmiş, imtinanın əsası kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması, iddiaçının adına əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, ə mək bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adı çəkilən şəxsin əmək haqqının 2456,03 manat olmalı olduğu halda 203,0 manat göstərilməsi, müraciətdə qeyd olunan **********1 sığortaedənin uçot nömrəsinin ailə üzvünə aid olmaması, müraciətdə göstərilən torpağın X5 adına rəsmiləşdirilməsi, müraciətin iddiaçının adına rəsmiləşdirilmiş telefon nömrəsindən bəyan edilməməsi, iddiaçının ailə üzvü X6 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, ailə üzvü İddiaçı torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, elektrik enerjisi üzrə xərclərin düzgün bəyan edilməməsi, ərizə bəyannamədə 250,0 manat göstərilməsi, "xxxx" ASC-nin məlumatına əsasən 711,41 manat göstərilməsi, ailə üzvü olan İddiaçı adına rəsmiləşdirilmiş telefon nömrəsi nin gizlədilməsi, ailənin adına olan torpaq sahəsinin mülkiyyətdə olması barədə məlumatın gizlədilməsi əsasları ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. 3. “Torpağa mülkiyyət hüququna dair” JN-315 №li dövlət aktına əsasən X1 rayonunun ərazisində yerləşən 3,5 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir. 4. “Torpağa mülkiyyət hüququna dair” JN-109 №li dövlət aktına əsasən iddiaçı Xızı rayonunun ərazisində yerləşən 4,0 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş ELEKTRON İnformasiya Sisteminin iş yerinə dair 18.02.2019-cu il tarixli arayışına əsasən iddiaçı "xxxx" MMC-də fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 17 yanvar 2017-ci il tarixdə cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu il təvəllüdlüdür, ailəlidir, üç övladı var, hazırda Xızı rayonunun Giləzi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, uşaqlarının hər üçü məktəblidir, ailəsinin maddi vəziyyəti çox pisdir, belə ki, məktəb yaşında olan uşaqlarını onlara paltar, ayaqqabı ala bilmədiyi üçün məktəbə də göndə rə bilmir. Göstərilənlərə əsasən “VEMTAS” vasitəsilə cavabdehə müraciət edərək ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir, lakin 2017-ci ildən göndərdiyi bütün müraciətləri nəticəsiz qalmışdır. Hər dəfə cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya və ailəsinə ÜSY ayrılmasına mane olmuşdur. Cavabdehə qarşı bir dəfə ünvanlı sosial yardımın təyin edilməsi məsələsini məhkəmədə qaldırmış, 2013-cü ildə məhkəmə iddiaçıya və ailəsinə sosial yardımın ödənilməli olması qərarına gəlmişdir. Həmin vaxtdan iddiaçının ailəsinin maddi vəziyyətinə heç bir dəyişiklik olmamasına baxmayaraq cavabdeh yenə də növbəti dəfə iddiaçıya imtina cavabı vermişdir. Səbəb kimi iddiaçının pay torpağa malik olmasını göstərmişdir. Həqiqətən də iddiaçının həyat yoldaşının adına 0,50 ha pay torpağı vardır, hə min pay torpağına görə iddiaçının həyat yoldaşı 24.09.2018ci ildə sosial sığorta haqqı da ödəmişdir. İddiaçı özü də işləyir, lakin əldə etdikləri qazanc ailənin maddi ehtiyaclarını ödəmir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ünvanlı sosial yardım almaq üçün 26.09.2017, 24.10.2017, 21.09.2018, 19.11.2018-ci illərdə cavabdehə müraciət etmiş, lakin iddiaçının ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanması zamanı məlumatlarda uyğunsuzluq olduğuna görə onun ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İddiaçının qeyd edilmiş 4 müraciətinin bəzilərində iddiaçı tərəfindən bir-birindən fərqli məlumatlar göstərilmişdir. Belə ki, iddiaçının 24.10.2017-ci il tarixli müraciətində iddiaçının ailəsinin torpaq mülkiyyəti barədə düzgün məlumat verilmədiyindən VEMTAS həmin məlumatların gizlədilməsini əsas gətirərək imtina haqqında qərar vermişdir.19.11.2018-ci ildə iddiaçı əksinə özünün və həyat yoldaşının mülkiyyətində pay torpağının olması barədə məlumatı qeyd etmiş, lakin VEMTAS tərəfindən məlumat araşdırılarkən onların torpaq mülkiyyətçiləri olması barədə məlumat təsdiqlənməmişdir, iddiaçının özünün mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsinin onun atası X5 mülkiyyətində olması aşkar edilmiş, bu səbəbdən də imtina barədə qərar qəbul edilmişdir. VEMTAS iddiaçının təqdim etdiyi məlumatları və müxtəlif dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarında və sistemlərindəki məlumatları qarşılaşdıraraq elektron qaydada (insan müdaxiləsi olmadan) qərar qəbul edir. Odur ki, iddiaçının Nazirliyin üzə rinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin qoyulması tələbi mümkünsüzdür və məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilsə belə cavabdeh tərəfindən VEMTAS-a hər hansı məlumatın əlavə edilməsi mümkün olmadığından qərarın icrası mümkün olmayacaqdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-2671/2020 saylı iş) 22 sentyabr 2020-ci il tarixli qərarı ilə iddian təmin edilərək cavabdehin 26.09.2017, 24.10.2017, 21.09.2018, 19.11.2018-ci il tarixli müraciətlərə imtinaları qanunsuz hesab edilərək iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 230 manat əmək haqqı alması, özünün və ərinin paylı mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olmaları ünvanlı sosi al yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh iddiaçının ailəsinin həmin torpaq sahələri ilə bağlı nə qədər gəlir əldə etməsini məhkəmədə sübuta yetirməmişdir. Bundan başqa yuxarıda qeyd edilən qaydalarda iddiaçının məhz onun adına alınmış telefon vasitəsilə müraciət etməli olması göstərilməmişdir, eyni zamanda iddiaçının müraciətdə ailə gəlirlərinin məlumatın düzgün göstərilməməsini səbəb kimi göstərsə də, məhz hansı uyğunsuzluqların aşkar edilməsini qeyd etməmişdir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsind əki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4 Qədim Xalid oğlu və X8, 2-1(103)682/2021 saylı iş) 23 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh 8 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 5 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Nadirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 № li qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir.

15. Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

16. Qaydaların 3.7.1-ci bəndinə əsasən, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin edilməsindən imtina edilir.

17. İşin halları üzrə qeyd edilməlidir ki, iddiaçı ona məxsus məlumatları VEMTAS sistemində qeyd edərkən əmək haqqı məbləğində yanlış məlumat göstərmiş və bu səbəbdən sistem tərəfindən uyğunsuzluq olduğu üçü imtina verilmişdir.

18. Həmçinin, iddiaçı məlumatları daxil edərkən telefon nömrəsini də gizlətmiş faktiki olaraq telefon üçün aylıq nə qədər məbləğ istifadə etdiyini bildirməmişdir. Bu isə imtina əsasdır.

19. Qaydaların 5.22-ci bəndində qeyd edilmişdir ki, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və dana çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi i lə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sos ial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məl umat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 22. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. 23. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2- ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.

24. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X11 və X19 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ond an yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan y uxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ dərəcə əlilliyi olan şəxs ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:..

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Mad də

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. İddiaçı ərizə göndərərək Ali Məhkəmədə məhkəmə iclasında iştirak etmək üçün dövlət vəsaiti hesabına vəkillə təmsil olunmasını xahiş etmişdir. İPM-in 96.4-cü maddəsinə görə Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxıldığından və bu zaman şifahi dinləmələr keçirilməsi nəzərdə tutulmadığından iddiaçının xahişi təmin edilmir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçı, rəsmi nikahda olduğu əri və üç azyaşlı uşaqları olduğunu, işləmədiklərini, uşaqlarının məktəbli olduğunu bildirib ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh imtinanın əsası kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması, iddiaçının adına əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, əmək bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adı çəkilən şəxsin əmək haqqının 2.456,03 manat olmalı olduğu halda 203,0 manat göstərilməsi, müraciətdə qeyd olunan **********1 sığortaedənin uçot nömrəsinin ailə üzvünə aid olmaması, müraciətdə göstərilən torpağın Zeynalov Yaqub Həbib oğlunun adına rəsmiləşdirilməsi, müraciətin iddiaçının adına rəsmiləşdirilmiş telefon nömrəsindən bəyan edilməməsi, iddiaçının ailə üzvü Qafarov Elqar Qurban oğlunun torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, ailə üzvü Qafarova Aypara Yaq ub qızının torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, elektrik enerjisi üzrə xərclərin düzgün bəyan edilməməsini göstərib müraciəti təmin etməmişdir.

31. İşdə olan torpağa mülkiyyət hüququna dair ayrı-ayrı dövlət aktlarında iddiaçının və ərinin adına başqaları ilə birlikdə pay torpaq sahəsi olması müəyyən edilmiş və iddiaçı təqdim etdiyi müraciətində bu barədə məlumat vermişdir.

32. Lakin cavabdeh imtinasında Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş məlumata əsaslanıb iddiaçının və ərinin torpaq mülkiyyətçisi olması barədə məlumatın təsdiqini tapmadığını bildirmiş, bu səbəbdən sosial yardım təyin etməkdən imtina etmişdir.

33. Cavabdeh imtina bildirişində göstərdiyi iddiaçının əmək haqqının 2.456,03 manat olması əsası iş materialları ilə təkzib edilmişdir, cavabdehin özünün iş yerinə dair 18.02.2019-cu il tarixli arayışına əsasən iddiaçı "xxxx" MMC-də fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. Cavabdeh tərəfindən iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir.

34. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə iddiaçı məlumatları daxil edərkən telefon nömrəsini gizlətmiş, faktiki olaraq telefon üçün aylıq nə qədər məbləğ istifadə etdiyini bildirməmişdir.

35. Cavabdeh imtinasının əsası kimi də iddiaçının adına rəsmiləşdirilmiş telefon nömrəsini gizlətdiyini bildirmişdir.

36. Lakin cavabdeh imtinasında qeyd etdiyi telefon nömrənin iddiaçının adına rəsmiləşdi rilməsi ilə bağlı məhkəmələrə müqavilə təqdim etməmişdir.

37. İşdə olan sübutlarla iddiaçının adına mobil telefon nömrəsi olması təsdiqini tapmamışdır.

38. Cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır.

39. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara a ldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-682/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar