Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2315/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik səbəbinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü ş əxs 27 nömrəli Şəhər Poliklinikası) qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1346/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 oktyabr 1960-cı ildə doğulmuş İddiaçı 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 aprel 2003cü ildən 2-ci qrup ümumi xəstəliklə əlaqədar iddiaçıya müddətsiz əlillik təyin olunmuşdur.
2. İddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər “Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. Kəskin asteno-nevrotik sindrom. Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə stabil gərginlik stenokardiyası llf.s Hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3944/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı aldığı xəsarətin növünün “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair idd iası təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1368 saylı qərarında İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehə həvalə edilmişdir.
4. Göstərilən qərarın icrası ilə bağlı Müdafiə Nazirliyinin MHHK-sı 19 sentyabr 2018ci il tarixli qərarı ləğv edərək 7 dekabr 2019-cu il tarixdə yeni “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” xəstəlik qərarı verilmişdir. 5. 27 nömrəli şəhər poliklinikası tərəfindən Agentliyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0098003AABX8 №-li, xx.xx.2020-ci il tarixli, 0098003AAB1N №-li TQS № Forma 088 tibbi arayışlarına görə, İddiaçı TSEK-ə gön dərilən zaman vəziyyəti - status localis: göz yarıqları D<A. Bəbəklər D=S. Göz almaların hərəkəti tam həcmdədir. B/d büküşü asimmetrikdir. Dil orta xətt üzrədir. Udma aktı saxlanılıb. Paravertebral nöqtələr bütün onurğa sütunu boyu, ağrılıdır, əsasən boyun nahiyəsində. Palpasiyada oynaqları ağrılıdır, hərəkət zamanı ağrılar kəskinləşir. Xəstə İİ qrup müddətsiz əlildir. Əlilliyin səbəbini dəyişmək üçün TSEK-ə göndərilir. HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. ƏSAS:
1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3944/2019 nömrəli qərarı.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bənd inin a) yarımbəndi. MN MHHK-nın 852 nömrəli, xx.xx.2019-cu il tarixli protokolu. TSEK-ə göndəriş zamanı əsas diaqnoz: G45.0 Vertebrobaziyar arterial sistem sindromu. Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Ağırlaşma: G81 Hemiplegiya Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Yanaşı xəstəliklər: M42 Onurğanın osteoxondrozu Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. 125 Ürəyin xroniki işemik xəstəliyi Stabil gərginlik stenokardiyası İİ f.s. M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyasl Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindiromu ilə. F48.0 Nevrasteniya Kəskin astenonevrotik sindrom. M15 Poliartroz Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. TSEK-ə göndərilməsi üçün əsas Az ərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar.
6. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 964 nömrəli qərarına əsasən əlilliyinin 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar səbəb əlaqəsinin dəyişdirilməsinə, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq təyin edilməsinə kömək edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddiaçının ərizəsinin təmin edilməsi ilə bağlı imtina məktubunda qeyd etmişdir k i, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti səhiyyə müəssisənin göndərişinə (88 №-li forma) əsasən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. O səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı, hərbi xidmətdə aldığı travmaların əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edildiyi halda səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirdiyi halda Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 446 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilmə lidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ikinci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ər izə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
10. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildən 2-ci qrup ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2019-cü ildən 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar 5 illik əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2018ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına mü raciət etmiş, ona yanlış olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı verilmiş və bu qərara əsasən Agentlik ona 5 il müddətinə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin etmişdir. Sonradan yenidən bu barədə o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, köhnə qərar dəyişdirilərək hərbi xidmətdə olarkən aldığı xəstəliklərlə bağlı xx.xx.2019-cu il tarixdə yeni “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 5 avqust 2020-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) onun əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə elektron qaydada Agentliyə göndərilmişdir. Eyni z amanda Agentliyə xx.xx.2020-ci ildə ərizə ilə müraciət etmişdir. Agentlik xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsinin göndərişinə (88 nömrəli forma) əsasən elektron qaydada olduğu üçün dəyişiklik etmək mümkün deyildir, yenidən qiymətləndirilməsi məqsədi ilə onun iştirakı olmadan qiymətləndirilməlidir. Onun əlilliyi səbəb əlaqəsinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2019-cu ildə qiymətləndirilmişdir və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlildir. Agentliyin ona yazdığı cavab məktubu tam əsassızdır, bu səbəbdən də Agentlik tərəfindən onun əlilliyi səbəb əlaqəsi dəyişdirilməlidir. Lakin Agentlik qanunsuz olaraq onun əlilliyinin səbəb əlaqəsini dəyişməkdən imtina edir
12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Həmin “Qayda”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, bu-baradə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
13. Bakı şəhər 27 nömrəli Şəhər Poliklinikasının 0098003AABX8 saylı göndərişi xx.xx.2019-cu il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən, son bir ildə xəstəliyin ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilmədiyindən iddiaçının əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamış və natamam doldurulduğundan göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Bakı şəhər 27 nömrəli Şəhər Poliklinikasının 0098003AAB1N saylı göndərişi xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticəsi v ə həkim mütəxəssislərin rəyi ətraflı qeyd olunmadığından iddiaçının əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamış və natamam doldurulduğundan göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komis siyaya məlum olmur. Səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün deyil. Hazırkı işdə vətəndaşın əlilliyin müəyyən olunması prosesi tamamlanmamış, göndəriş tibb müəssisəsinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı nəticəsində dəfələrlə natamam doldurulmuş, vətəndaşın hüquqları Agentlik tərəfindən deyil tibb müəssisəsi tərəfindən pozulmuşdur. Beləliklə də, İddiaçı əlilliyin təyini istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.
14. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə 27 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibat i məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1472/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyinin səbəbi dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” müəyyən edilmişdir. İddiaçının ikinci dərəcəli əlil olması məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmışdır. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya ca vabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamı ş, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1346/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eyni məzmunda tərtib edilmişdir. Əlavə olaraq cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
22. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”, Nazirlər Kabinetinin 2015-ci il 30 dekab r tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndi, Mülki Prosessual Məcəllənin 385.1.1 və İnzibati Prosessual Məcəllənin 2, 33, 81.1, 90.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurul uşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını v ə ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;
25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert ko missiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyal arı (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial eksper tiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəx si əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gə lən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən 2019-cu ildə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” müəyyən edilmiş və hal-hazırda 5 illik əlillik müddəti başa çatmamışdır.
35. Hazırkı mübahisənin predmeti iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılmasıdır.
36. Məhkəmə qərarının icrası nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.x x.2019-cu il tarixli qərarı ilə əlilliyin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
37. İddiaçının əlilliyinin səbəbini dəyişmək üçün üçüncü şəxs tərəfindən Forma 88 göndərişləri cavabdehə göndərilsə də, cavabdeh göndərişlərin natamam doldurulmasını əsas gətirərək səbəb əlaqəsinin dəyişdirilməsindən imtina etmişdir. İddiaçı özünün cavabdeh inzibati orqana əlilliyinin səbəbinin dəyişdirilməsi barədə müraciəti isə cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda qərar verilməsi əsas gətirilərək imtina edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin müəyyən edilməsi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır ki bu da q anuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır.
40. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilsə də əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamı ş, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1346/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.