Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2315/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüququn olmaması, iddianın verilmə müddətinin ötürülməsi, prosessual həmiştirakçılığın yol verilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyy əti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamların, aktın, müqavilələrin etibarsız hesab edilməsi və bağ sahələrinə hüquqların tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2-1(103)-2326/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı2 və qızı Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızına Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 nömrəli qərarı ilə Ləhic bağlar sahəsində hər birinə müvafiq olaraq 0,12 ha ölçüdə 1247-12 və 1246-11 nömrəli bağ sahələri ayrılmış və həmin bağ sahələrinə dair on lara Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 74 nömrəli bağlar təsərrüfat kooperativi tərəfindən 47 və 46 nömrəli orderlər verilmişdir. 2. “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı əsasında iddiaçıların istifadələrinə verilmiş həmin bağ sahələri geri alınmış və orderləri etibarsız hesab edilmişdir.
3. Bakı Şəhər Bağlar Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, daxil olma nömrəsi 6906, tarixi xx.xx.2004-cü il olan akta əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 74 nömrəli BTK tərkibindəki heç bir abadlıq və işləri ap arılmamış, çəpərə alınmamış, bərbad vəziyyətə düşüb zibilxanaya çevrilmiş bağ sahələrinə, o cümlədən kimlərə verilməsi müəyyən olunmayan 1246 və 1247 nömrəli bağ sahələrinə dair orderlər Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı əsas götürülərək ləğv olunmuş və həmin bağ sahələrinin Bağlar Təsərrüfatı Birliyinin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamına əsasən, Ləhiş bağ massivində 1246 nömrəli bağ sahəsi İİİ qrup müharibə əlili X4 və 1247 nömrəli bağ sahəsi İİ qrup müharibə əlili X5 verilmiş və həmin şəxslərlə bağ sahəsinin istifadəyə verilməsi haqqında müvafiq müqavilələr bağlanmışdır.
5. Həmçinin Bakı şəhəri, Ləhiş bağ massivi 0,1 2 ha torpaq sahəsi olan 1246 nömrəli bağ sahəsi xx.xx.2005-ci il tarixli, 34415 nömrəli müqavilə və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-1562/2015 nömrəli qərarına əsasən xx.xx.2016-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
6. İddiaçıların sözügedən bağ sahələrinin yerləşmə sxeminin təqdim edilməsi və bölgü sxeminin tərtib edilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə etdikləri müraciətlərə müxtəlif məzmunlu (sözügedən bağ sahələrinin ayrılmasına dair qanuna müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra, habelə müvafiq bağ sahəsi hasarlandıqdan sonra müraciətə baxıla biləcəyi, müvafiq bağ sahəsi mübahisəli olduğundan ölçü işlərinin a parılmasına şəraitin yaradılmadığı və s.) cavab məktubları verilmişdir.
7. Həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, göstərilən bağ sahəsi 1200 kv.m olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1246 nömrəli bağ sahəsi kimi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bu səbəbdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamının, həmin sərəncam əsasında 2000-ci il tarixli a ktın Ləhiş bağlarında yerləşən 1246 və 1247 nömrəli bağ sahələrinə olan 46 və 47 nömrəli orderlərin ləğv edilməsi hissəsində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamının həmin bağ sahələrinin üçüncü şəxslər X6 və X5 verilməsi hissəsində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X6 arasında 1246 nömrəli bağ sahəsinin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 34415 nömrəli və X7 arasında 1247 nömrəli bağı sahəsinin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 34421 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Ləhiş bağ sahəsindən 1246 və 1247 nömrəli bağ sahələrinə hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən başlayaraq iddiaçılar bir neçə dəfə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq tələb olunan sənədləri təqdim etməklə ərizə ilə müraciət edərək sözügedən bağ sahələrinə dair mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdirlər. Cavabdehin xx.xx.2015-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Bundan sonra cavabdeh tərəfindən bağ sahələrinə baxış keçirilərək, bu sahələrin yerləşmə cizgisi tərtib olunmuş “arxivdə saxlanılan əsasasın nüsxəsi ilə eynidir” ştampı və 3 əməkdaşın imzası ilə xx.xx.2015-ci il tarixdə təsdiqlənmiş surəti verilmişdir. Lakin sonradan cavabdeh tərəfi ndən süründürməçiliyə yol verilərək, müxtəlif bəhanələrlə (torpaq sahəsinin döngə nöqtələrinin olmaması, torpaq sahəsinin hasarlanması, həmin bağ sahələrinə aid torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınmış 1358 və 1359 nömrəli və istifadədə olan 1357 nömrəli bağ sahələrinə aid olması, 1246 nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi, 1247-12 nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı2 adına 47 nömrəli orderin idarənin arxivində aşkar edilməməsi və s.) adlarına torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur.
10. İddiaçılar tərəfindən məhkəməyə iddianın dəqiqləşdirilməsinə (dəyişdirilməsinə) dair ərizə təqdim edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İ darəsinin üçüncü şəxs kimi əvəz olunması, cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti olmaqla Bakı Şəhər Bağlar Təsərrüfat Birliyinin noyabr 2004cü il tarixli aktının 10-cu bəndində qeyd olunan 1246 və 1247 nömrəli bağ sahələrinə dair orderlərin ləğv olunması hissəsində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamının həmin bağ sahələrinin üçüncü şəxslər X6 və X5 verilməsi hissəsində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X6 arasında 1246 nömrəli bağ sahəsinin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 34415 nömrəli və X7 arasında 1247 nömrəli bağ sahəsnin istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli, 34421 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Ləhiş bağ sahəsində 1246 və 1247 nömrəli bağ sahələrinə iddiaçıların hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
11. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubla idarədə saxlanılan günü qeyd olunmayan noyabr 2004-cü il tarixli akt təqdim olunmuşdur ki, həmin aktın 10-cu bəndində qeyd olunan 1246-1247-ci bağ sahələrinin müəyyən olunmayan şəxslərin adına olması qeyd edilməklə həmin bağ sahələrinə verilmiş orderlər ləğv edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bakı Şəhər Bağlar Təsərrüfatı Birliyinin 2004cü il tarixdə iddiaçıların istifadəsində olmuş 1246-1247 nömrəli ba ğ sahələrinə dair verilmiş orderlərin ləğv edilməsi üçün səlahiyyətləri olmamış və bunun nəticəsində də bu bağ sahələrinin üçüncü şəxslər X6 və X5 verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamı qanunsuz olduğuna görə etibarsız hesab olunmalıdır. İddiaçılara məxsus olmuş bağ sahələrinin başqa şəxslərə verilməsi və hansı əsaslarla verilməsi məhkəməyə müraciət etməzdən bir az əvvəl daha dəqiqliklə isə məhkəmə zamanı əldə olunmuş sənədlərlə tanış olduqdan sonra bəlli olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununundan və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamından da müəyyən olunur ki, iddiaçıların istifadələrinə verilmiş 1246 və 1247 nömrəli bağ sahələrinə dair verilmiş orderlər idd iaçıların notarial qaydada tələb olunan razılıqları olmadan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilə bilməz. Bağ sahələrindən imtina ərizələri olmadığı təqdirdə noyabr 2004-cü il tarixli aktda Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamına istinad edilərək iddiaçılara bağ sahələrinə dair verilmiş orderlərin ləğv edilməsi qanunsuzdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununu və bu Qanun əsasında qəbul olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, “Bağçılıq yoldaşlığı üzvlərinin istifadələrindəki bağların xüsusi mülkiyyətlərinə verilməsi barədə” 1342 nömrəli sərəncamına qədər hüquqi təsirə malik olmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 14 mart 2023-cü il tarixli, e-2-1(112)-2693/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıların vaxtilə istifadələrinə verilmiş 1246 və 1247 nömrəli bağ sahələri “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı əsasında geri alınmış və orderləri etibarsız hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində 1246 nömrəli bağ sahəsi İİİ qrup müharibə əlili X4 və 1247 nömrəli bağ sahəsi İİ qrup müharibə əlili X5 verilmişdir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi 1996-cı il tarixdə iddiaçıların qanuni istifadəsində torpaq sahəsi olmamışdır. Odur ki, iddiaçıların həmin torpaq sahəsi ilə bağlı mübahisə açmağa subyektiv hüququ yoxdur.
14. Digər tərəfdən iddiaçıların mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, həmin aktlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hazırkı işdən iddiaçıların 2011ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi təl əbi ilə məhkəməyə müraciət etmələri müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirmələrinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür. Bu səbəbdən də idd iaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdıqları hallar mövcud deyildir.
15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ilkin iddia tələbində həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində göstərilmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olmadığından və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmədiyindən hazırkı iddia tələbləri üzrə qeyd edilən şəxslər birgə cavabdeh kimi çıxış edə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələ ri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçılar tərəfindən təqdim edilən iddianın dəqiqləşdirilməsinə (dəyişdirilməsinə) dair ərizə iddianın lazımi qaydada qaldırılması tələbinə uyğun gəlmədiyindən və iddianın yuxarıda qeyd edilən mümkünsüzlük şərtlərini aradan qaldırmadığından (bir tərəfdən 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində deyil üçüncü şəxs qismində nəzərə alınmasına dair vəsatə t təqdim edilir, digər tərəfdən faktiki olaraq həmin quruma qarşı bağ sahələrinə hüquqların tanınması tələbi irəli sürülür) məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddianın dəyişdirilməsinin qəbulundan imtina etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçıların hüquqi marağına uyğun şəkildə iddia tələbinin dəyişdirilməsini mümkün saymır. İddia mümkün sayılmadığından Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməli və bununla bağlı vəsatət təmin edilməməlidir.
16. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması, iddianın qəbulundan imtinanın əsassız olması və Daşınmaz Əmlakın Kadastrı v ə Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 12 iyun 2023cü il tarixli, 2-1(103)-2326/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması, iddianı n qəbulundan imtinanın əsassız olması və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçıların kassasiya şikayətinin dəlilləri onların iddia ərizəsinin, iddianın dəqiqləşdirilməsinə (dəyişdirilməsinə) dair ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 23. “Torpaq islahat ı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpa qları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ü çün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında veril miş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətləri nə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
33. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb e dib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
34. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
35. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılmas ı üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçıların belə bir hüququnun mövcudluğu işi n apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
37. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçıların vaxtilə istifadələrinə verilmiş 1246 və 1247 nömrəli bağ sahələri “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı əsasında geri alınmış və orderləri etibarsız hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 62 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində 1246 nömrəli bağ sahəsi İİİ qrup müharibə əlili X4 və 1247 nömrəli bağ sahəsi İİ qrup müharibə əlili X5 verilmişdir. Həmçinin Bakı şəhəri, Ləhiş bağ massivi 0,12 ha torpaq sahəsi olan 1246 nömrəli bağ sahəsi xx.xx.2005-ci il tarixli, 34415 nömrəli müqavilə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-1562/2015 nömrəli qərarına əsasən xx.xx.2016-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
38. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi 1996-cı il tarixdə iddiaçıların qanuni istifadəsində torpaq sahəsi olmamışdır. Odur ki, iddiaçıların həmin torpaq sahəsi ilə bağlı mübahisə açmağa subyektiv hüququ yoxdur.
39. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin h üquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli bağ sahələrinin hər bir halda iddiaçılara aid olması barədə ilkin hüquqmüəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçılar həmin bağ sahələrinə dair özlərinin titul sahibliklərini aşkara çıxarda bilməmişdirlər ki, hazırkı iddianı qaldıra bilsinlər. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçıların subyektiv hüququnu istisna edir.
40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yar anır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmamasının digər əsası qismində qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış etmişdir.
42. Belə ki, iddiaçıların mübahisə açdığı məsələ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İddiaçılardan sözügedən bağ sahələrinin geri alınması və orderlərinin etibarsız hesab edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 nömr əli sərəncamı verilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tu tulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, həmin aktlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hazırkı işdən iddiaçıların 2011ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilin də iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etmələri müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirmələrinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdırlar. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür. Bu səbəbdən də iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdıqları hallar mövcud deyildir.
43. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilkin iddia tələbində həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində göstərilmişdir. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olmadığından və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmədiyindən hazırkı iddia tələbləri üzrə qeyd edilən şəxslər birgə cavabdeh kimi çıxış edə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçılar tərəfindən təqdim edilən iddianın dəqiqləşdirilməsinə (dəyişdirilməsinə) dair ərizə iddianın lazımi qaydada qaldırılması tələbinə uyğun gəlmədiyindən və iddianın yuxarıda qeyd edilən mümkünsüzlük şərtlərini aradan qaldırmadığından (bir tərəfdən 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində deyil üçüncü şəxs qismində nəzərə alınm asına dair vəsatət təqdim edilir, digər tərəfdən faktiki olaraq həmin quruma qarşı bağ sahələrinə hüquqların tanınması tələbi irəli sürülür) məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddianın dəyişdirilməsinin qəbulundan imtina etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçıların hüquqi marağına uyğun şəkildə iddia tələbinin dəyişdirilməsini mümkün saymır. İddia mümkün sayılmadığından Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməli və bununla bağlı vəsatət təmin edilməməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən m əhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(103)-2326/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.