Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2315/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya A gentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli 2-1(103)-1518/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 21 noyabr 2023-cü il tarixli, 21(112)-2813/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayə ti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 04 aprel 2024-cü il tarixli, 21(103)-1518/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(112)-2813/2023 nömrəli qərarı “əlilliyin təyin edilmə tarixi xx.xx.2021-ci il” qeyd edilməklə dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiya məhkəməsinin qərarı və inzibati işlər üzrə apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanm ış, başqa sözlə həmin tarixdə elektron kabinet vasitəsilə cavabdehə rəsmi qaydada çatdırılmışdır.
6. Cavabdeh xx.xx.2024-cü il tarixdə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə ol unur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
9. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcə llənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
10. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1518/2024 nömrəli qərarı və inzibati işlər üzrə apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə elektron kabinet vasitəsilə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Belə olan halda, cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilməsi ü çün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı da məhz həmin tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, cavabdehin kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
11. İş materiallarında olan “E&R” Express Courier Service xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdən görünür ki, cavabdehin kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə çatdırılma üçün xidmətə təhvil verilmişdir.
12. Məhkəmə kollegiyası həmin göndəriş qəbzi ilə bağlı qeyd edir ki, “E&R” Express Courier Service xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdə kassasiya şikayətinin xx.xx.2024-cü il tarixdə çatdırı lma üçün xidmətə təhvil verilməsi göstərilsə də, məhz Bakı şəhəri daxilində, üstəlik sürətli poçt daşıma xidməti tərəfindən çatdırılmanın 24 gün sonra icra edilməsi ağlabatan və inandırıcı görünmür. Eləcə də, iş materiallarının xx.xx.2024-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə və birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə qərarın icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilməsi, icra məktubunun xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılması, kassasiya şikayətinin isə icra məktubu cavabdehə çatdırıldıqdan sonra apellyasiya məhkəməsinə daxil olması kassasiya şikayətinin vaxtında verilməsinə əsaslı şübhələr yaradır. Eyni zamanda, təqdim edilmiş qəbzin üzərində həmin müəssisənin rekvizitləri də (məsələn, VÖEN, hüquqi şəxs kimi adı və forması) göstərilməmiş, qəbzə müvafiq möhür vurulmamışdır.
13. Qeyd edilən səbəblərdən, məhkəmə kollegiyası həmin qəbzi kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.
14. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 7-ci bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Odur ki, şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
15. Göstərilənlərə əsasən, məhkəm ə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-1518/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.