Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2316/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəli k ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-1(103)-1607/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 19 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı 2020-ci il 25 aprel tarixli müraciəti əsasında işsiz kimi qeydiyyata alınmışdır. 2020-ci il 28 aprel tarixdə ona 190 manat birdəfəlik ödəmə təyin olunmuşdur. Aprel, may ayları üçün ödəmələr həyata keçirilmi şdir. Lakin 2020-ci il 20 iyun tarixdə "xxxx" MMC-də adına əmək müqaviləsi aşkarlandığından ona təyin olunmuş 190 manat birdəfəlik ödəməyə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 14 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək pandemiya dövründə işsizlərə ödənilən 190 manat müavinətin iddiaçıya verilməməsini qanunsuz hesab edilməsini və 190 manat vəsaitin tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il 24 aprel tarixdə işsiz kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin portalından qeydiyyatdan keçmiş, pandemiya ilə əlaqədar işsizlərə verilən 190 manatı 2 ay almışdır. 2020-ci il 20 iyun tarixdə n işə düzəldiyi üçün sistemdən avtomatik çıxarılmışdır. Lakin, 2020-ci il 23 iyul tarixdə işdən azad edilmişdir. İşsiz kimi yenidən 190 manat vəsaitin verilməsi ilə əlaqədar, iddiaçı yenidən işsiz kimi qeydiyyatdan keçə bilməmiş, çünki qeydiyyat dayandırılmışdır. Hazırkı tələblə cavabdehə müraciət etsə də, ona cavab verilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 2020-ci il 25 aprel tarixdə işsiz kimi qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası ”na uyğun olaraq aprel və may ayları üçün cəmi 380 manat məbləğində birdəfəlik ödəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı 2020-ci il 20 iyun tarixdə “YOL TİKİNTİSERVİS" MMC ilə xxxxxxx000200 nömrəli əmək müqaviləsi bağlamışdır. “Məşğulluq haqqında” Qanunun 5.11-ci maddəsinə əsasən şəxs “məşğul şəxs” hesab edildikdə onun işsiz kimi qeydiyyatı ləğv edildiyi üçün iddiaçının da işsiz kimi qeydiyyatı qanunamüvafiq surətdə ləğv edilmişdir. Sonradan, 2020-ci il 28 iyul tarixdə sözügedən əmək müqaviləsinə xitam verilmiş və iddiaçı “Məşğulluq haqqında” Qanuna müvafiq olaraq MAS-da qeydiyyata alınmış və ona işsiz statusu verilmişdir. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iyun və avqust ayları üçün aylıq 190 (yüz doxsan) manat məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağ lı Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 216 nömrəli və 2020-ci il 7 avqust tarixli, 283 nömrəli Qərarlarının 1-ci hissəsinə əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilir. Həmçinin edilməlidir ki, iddiaçının 2020-ci il 28 iyul tarixdə əmək müqaviləsinin xitamından sonra MAS-da işsiz statusu verilməsi gələcəkdə ona, pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi üçün əsas deyildir. Çünki Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı əsasən 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qeydiyyat tarixi 2020-ci il aprel ayının 27-də dayandırılmışdır. Bu tarixdən sonra işsiz kimi qeydiyyatdan keçən şəxslərə Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı şamil olunmur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli, 2-1(112)3198/2021nömrəli qərarı ilə iddia təmin edilmiş, xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar işsiz kimi qeydiyyatdan keçmiş iddiaçıya ödənilməli olan 190 manat məbləğində birdəfəlik müavinətin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün müvafiq qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 190 manat birdəfəlik ödəməni aprel və may ayları üçün alması, 2020- ci il 20 iyun tarixdən 2020-ci il 28 iyul tarixə kimi olan müddət ərzində işləsə də, əmək müqaviləsinə xitam verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-1(103)-1607/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2021-ci il 15 mart tarixli dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın m ümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən cavabdehə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmiş dir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel- may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X1 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır.
13. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt i yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.
14. Bundan başqa “Mediasiya haqqında" Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dö vlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur.
15. Cavabdeh, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.
16. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağl ı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi nəzərdə tutulmuş və müvafiq tədbirin icraçısı qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Nazirliyə vəsait ayrılmış və həmin dövrdə müvafiq vəsaitdən təyinatı üzrə istifadə olunmuşdur. Beləliklə, dövlətin maliyyə dayanıqlığının qorunması, sosial təminat sisteminin bütövlüyünün təmini, işin adekvat həllinə nail olunması, eləcə də, oxşar işlərə baxılmasında məhkəmə təcrübəsinin formalaşması baxımından müvafiq işə məhkəmə iclasında baxılması zəruri hesab olunur.
17. Məhkəmə kollegiyası cavabdehin vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
18. Hazırkı halda, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi ilə bağlı iddianın hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
19. Cavabdeh tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA Şİ KAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, b eləliklə də, prosessual pozuntuya yol vermişdir.
26. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.
27. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 21(103)-1607/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.