Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2316/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1953 -ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 21(103)-2718/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 24 noyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının mərhum X2nun adına mülkiyyət hüququ ilə reyestrdə aparılmış 30/100 saylı qeydin və həmin qeyd əsasında X5 adına aparılmış 11 mart 2004-cü il tarixli qeydin ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun X2 tərəfindən Bak ı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında ev inşa edilmişdir. O, həmin evdə doğulandan qeydiyyatdadır və ailəsi ilə birlikdə orada yaşayır. X2 25 sentyabr 2001-ci il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı X4 müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 saylı ev mərhum X2nun adına 6 avqust 2003-cü il tarixdə 30/100 qeydi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 10 fevral 2004-cü il tarixli 2v-08 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin ev cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 adına mülkiyyət hüq uqu ilə 11 mart 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının X2nun adına 30/100 saylı qeydlə mülkiyyət hüququnun qeydə alınması qanunsuzdur, reyestrdə aparılmış həmin qeydiyyat və bu qeydiyyat əsasında həmin əmlakın xüsusi mülkiyyət kimi 11 mart 2004-cü il tarixdə X4 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, işdən göründüyü kimi, X8 tərəfindən onun atasının vəfat etməsi faktı gizlədilərək və iddiaçının həmin evdə qeydiyyatda olması faktının gizlədildyi forma 2 arayışı əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına reyestrdə qeydə alınmışdır və həmin qeyd əsasında da sonrakı tarixdə əmlak vərəsəlik hüququ il ə X4 adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Bununla da cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına cavabdeh tərəfindən reyestrdə aparılan qeydiyyat qanunsuzdur və ləğv edilməlidir, eləcə də həmin qeydiyyat əsasında X4 adına aparılmış 11 mart 2004-cü il tarixli reyestrdəki qeydiyyat ləğv edilməlidir.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı 10 noyabr 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlak (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev) üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında ləğv edilə bilər. Qeyd edilən daşınmaz əmlakla bağlı dəfələrlə məhkəmə mübahisəsi olmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən əmlakın üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, İPM-in 35.1, 48.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 4, 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» 19 may 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasib ətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.
4. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi mümkünsüz sayılmalı, iddianın rədd olunması barədə qərardad qəbul edilməlidir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər Xəzər Rayon Məhkəməsində məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı 2009-cu ildə Xəzər Rayon Məhkəməsində mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona (hazırkı üçüncü şəxsə) verilmiş «reyestrdən çıxarışın və ondan irəli gələn nəticələrin ləğvi» barədə iddia qaldırmış dır. Xəzər Rayon Məhkəməsinin 2(003)- 55/2011 saylı iş üzrə 18 mart 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Ali Məhkəmənin 24 may 2012-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 813/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə İddiaçı yenə də ona qarşı mərhum atasının adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin çıxarışın ləğv olunması tələbi ilə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Rayon Məhkəməsinin 9 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Ali Məhkəmənin müvafiq qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və həmin tələbləri təmin olunmamışdır. İddiaçının mübahisələndirdiyi iddia tələbinə aidiyyəti məhkəmələrdə baxılmış, yekun məhkəmə aktı qəbul edilərək, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaları təmin olunmamış, hazırkı mübahisəyə hüquqi qiymət verilmişdir. Digər tərəfdən, Xəzər rayon Məhkəməsində X8 (hazırkı üçüncü şəxs) İddiaçı (hazırkı iddiaçıya) və digərlərinə qarşı “zəbt olunmuş evin boşaldılması“ tələbi ilə iddia qaldırmış və mülki iş məhkəmənin icraatındadır. Həmin iş üzrə cavabdeh İddiaçı işin məhkəmə baxışına süni maneə yaratmaq üçün qərəzli olaraq məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12622/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-4048/2022 nömrəli qərardadı (hakim: X12) ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınm az əmlakın dövlət reyestrində müvafiq evə dair İddiaçı mərhum atasının adına aparılmış qeydiyyat hazırda mövcud deyil, vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında üçüncü şəxs X4 adına qeydiyyat aparılmışdır (cavabdehin 29 aprel 2022-ci il tarixli məktubu və ona qoşmadan məlum olur). Bu səbəbdən mərhum adına aparılmış, lakin hazırda mövcud olmayan qeydiyyatın ləğvi tələb oluna bilməz. Nəzərə alınmalıdır ki, müvafiq mülki mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair üçüncü şəxs X4 adına qeydiyyat “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından, həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilmədiyindən, qüvvədə old uğundan və həmin şəhadətnamədə hazırkı üçüncü şəxs X8, hansı ki, müvafiq evə dair qeydiyyat onun adına aparılmışdır, tək vərəsə kimi çıxış etdiyindən, hazırkı İddiaçı evə hər hansı hüququ olmadığından, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2718/2022 nömrəli qərardadı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X6 və X19) ilə Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mərhum atasının əmlaka mülkiyyət hüququ barədə DƏDRX-də xx.xx.2003-cü il tarixdə qeyd aparıldıqdan sonra həmin əmlaka mülkiyyət hüququnun 3-cü şəxs X1 dair xx.xx.2004-cü il tarixli qeyd aparıldığı, bu səbəbdən mərhumun adına aparılmış və hazırda mövcud olmayan qeydiyyatın ləğvinin tələb edilməsinin mümkün olmadığı göstərilmişdir. Mərhum atasının adına aparılmış qeydin artıq mövcud olmadığı və hazırda mövcud olmayan qeydiyyatın l əğvinin tələb edilməsinin mümkün olmadığı barədə məhkəmənin mövqeyi səhvdir. Belə ki, aparılmış qeyd məhkəmə qərarı və digər əsasla ləğv edildikdə mövcud olmur və göstərilən əsaslarla qeyd ləğv edilməmişdirsə əmlaka hüququn digər şəxsə keçməsi əvvəlki qeydin mövcudluğunu aradan qaldırmır və həmin qeydin məhkəmə qaydasında mübahisələndirilməsi mümkündür. Mövcud mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxıldığı göstərilmişdir. Mülki məhkəmə icraatı qaydasında çıxarışın ləğvinə dair iddiaya baxılmışdır, lakin mövcud vəziyyətdə onun tərəfindən qeydiyyatın ləğv edilməsinə dair fərqli tələb irəli sürülmüşdür. Hazırkı qeydiyyatın ləğv edilməsinə dair inzibati işlə eyniləşdirilməsinin hüquqi əsası yoxdur.
13. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair 3-cü şəxs X5 adına aparılm ış qeydiyyatın “vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli,4 saylı qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Mövcud vəziyyətdə onun tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmədiyi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın və onun əsasında aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi tələb edildiyi üçün Ali Məhkəmə Plenumun qeyd edilən qərarına əsasən mübahisəyə inzibati məhkəmədə baxılmalıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hüquqi əsası yoxdur. İddiaçı həmin evdə doğulmuş, hazırkı tarixə kimi orada yaşayır, həmin evə qeydiyyatdadır birinci növbəli qanuni vərəsədir və qanunsuz qeydiyyat nəticəsində pozulmuş hüququ bərpa edildikdən sonra vərəsəlik məsələsi də həll olunacaqdır. Bununla onun həmin evə hər hansı hüququ olmadığı və bu şəbədən hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə məhkəməsinin gəldiyi nəticənin hüquqi əsası yoxdur. b. kassasiya şikayəti nə etirazın dəlilləri
14. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun mövcudluğu ilə bağlı məsələni lazımi qa ydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan v erən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
23. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmama sını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9cu bənd)
24. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələ bin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. İşin halları ilə müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair İddiaçı mərhum atasının adına aparılmış qeydiyyat hazırda mövcud deyil, vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında üçüncü şəxs X4 adına qeydiyyat aparılmışdır. Bu səbəbdən mərhum adına aparılmış, lakin hazırda mövcud olmayan qeydiyyatın ləğvi tələb oluna bilməz. Həmçinin müvafiq mülki mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair üçüncü şəxs X4 adına qeydiyyat “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından, həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilmədiyindən, qüvvədə olduğundan və həmin şəhadətnamədə hazırkı üçüncü şəxs X8, hansı ki, müvafiq evə dair qeydiyyat onun adına aparılmışdır, tək vərəsə kimi çıxış etdiyindən, hazırkı İddiaçı evə hər hansı hüququ olmadığından, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Apellyasiya m əhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 35.1, 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2718/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.