Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2316/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə icarə hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması və torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(103)-640/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin 49 il müddətinə iddiaçıya icarə verilməsi haqqında iddiaçı ilə bələdiyyə arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır.
2. Həmin müqaviləyə əlavə edilmiş eskizdə sözüge dən torpaq sahəsinin yeri göstərilmişdir
3. İddiaçı sözügedən torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə əlavə edilmiş protokoldan xx.xx.2020-ci il tarixli çıxarışın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə dair icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisində yerləşmiş və hasarlanma, mərzçəkmə işləri aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə hüququnun iddiaçının adına qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarına və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir və hal-hazıradək onun istifadəsindədir. Həmin torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçüsü sənədini təqdim edərək, icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir əsas gətirmədən sənədlərin qəbul edilməsindən imtina etmişdir.
7. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
9. Üçüncü şəxsin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında ona ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m olan torpaq sahəsini bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. İdd iaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 911 nömrəli sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2000-ci il tarixli ayrıc aktına əsasən, Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılan 330 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd edilən ayrıc aktında göstərilən koordinatlara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritə hazırlanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasına tərəflərindən etiraz edilmir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertizanın nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi t ərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6803 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarına əsasən iddiaçıya Bakı şəhəri, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə və hazırda bələdiyyənin mülkiyyətində olan ərazinin hüdudlarında yerləşdiyi və torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edilmədiyi müəyyən olunur.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 15 aprel 2022-ci il tarixli, 21(112)-1475/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan Nizami bələdiyyəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati akt kimi xx.xx.2006-cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir. Torpaq sahəsinin yaşıllıq ərazisində, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal onun hüququnun qeydiyyata alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətində olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyənin qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıb-aparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cə milova və Aytən Oruczadə) 18 aprel 2023- cü il tarixli, 2-1(103)-532/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 28 sentyabr 2023cü il tarixli, 2-1(102)-1906/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qəra rı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına görə, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı əsasında iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m olan torpaq sahəsi icarə verilmişdir. Lakin iddiaçı iddia tələbində onun torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasının əsası kimi Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarına istinad etmiş, məhkəmələr də iddiaçının qeyd etdiyi qərara əsaslanmaqla iddianı təmin etmişlər. İş materiallarında Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarix li, 10 nömrəli qərarı yoxdur.
19. Digər tərəfdən, iddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin xx.xx.2006-cı il tarixdə bağlandığını göstərsə də, iş materiallarına əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin tarixi xx.xx.2005-ci il göstərilmiş, müqavilədə Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarına istinad edilmişdir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə bələdiyyə qərarında və müqavilədə aşkar uyğunsuzluqlar var. Birinci instansiyası məhkəməsi həmin uyğunsuzluqları və ziddiyyətləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, iş materiallarında olmayan Bakı şəhəri Nizami bələdiyyəsinin “xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı”na istinad etməklə id dianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmadan həmin nəticə ilə razılaşmışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. İş üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsində Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarının səhvən 10 nömrə ilə göstərildiyini bildirmişdir. Nümayəndə həmçinin, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışını təqdim edərək, həmin arayışda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
21. Həmin arayışda qeyd edilmişdir ki, Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən 360 kv.m. torpaq sahəsi 49 il müddətinə ticarət və iaşə məqsədilə iddiaçının icarəsinə verilmiş və xx.xx.2005-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanılmışdır. Lakin mexaniki səhv olaraq qərarın tarixi xx.xx.2006-cı il qeyd olunmuşdur. Sözügedən qərarın xx.xx.2005-ci il tarixli olduğu Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli iclas protokolundan xx.xx.2020-ci il tarixli çıxarışla da təsdiq olunur. Ona görə də həmin qərarın tarixi xx.xx.2005-ci il kimi oxunmalıdır.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 16 aprel 2024-cü il tarixli, 2-1(103)-640/2024 nömrəli qərarı ilə cavabdehin apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilənlər baxımından araşdırma aparılmış və yeni apellyasiya baxışı zamanı iddia ərizəsində və təqdim edilmiş sənədlərdə səhvən qeyd edilmiş Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarının 03 nömrəli, tarixinin xx.xx.2005-ci il olduğu və iddiaçı ilə torpaq icarə müqaviləsinin xx.xx.2005-ci il tarixdə bağlanıldığı müəyyən olunmuşdur
24. Cavabdeh apellyasiya şikayətində beş dəlil gətirmişdir: 1) protokoldan xx.xx.2020-ci il tarixli çıxarışın qanunvericiliyə uyğun olmadığının müəyyən edilməsi; 2) bələdiyyə torpaqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsinin mümkünlüyü; 3) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması; 4) bələdiyyə qərarına və müqaviləyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin olmaması; 5) torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi və hasarlama, mərzçəkmə işlərinin aparılmaması. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakılara diqqət çəkir.
25. Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 03 nömrəli qərarını təqdim etmişdir. Tərəflər inzibati icraatda xx.xx.2020-ci il tarixli protokolla bağlı aşkar olunmuş xüsusat ları məhkəmə icraatında bildirməmişlər. Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 03 nömrəli qərarına münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən xx.xx.2005-cı il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-c i maddəsi və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 03 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir.
26. Həmçinin məhkəmə icraatında tədqiq olunmuş, iş üzrə xx.xx.2022-ci il tarixli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir.
27. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan olan Nizami bələdiyyəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memar lıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati akt kimi xx.xx.2005-ci il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir.
28. Torpaq sahəsinin yaşıllıq ərazisində, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal hüququn qeydiyyata alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətində olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıb-aparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.
29. Odur ki, məhkəmənin qənaətinə görə, Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə əsasında iddiaçıya ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
31. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qa nunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqınd a” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgənink iləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində ə ldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada eti barsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ər izənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti o rqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hü quqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı ol malıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşd ırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağır ılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apell yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mah iyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazı mi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Belə ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu q əbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(103)-640/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.