Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2317/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı3, İddiaçı4, İddiaçı2 və X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxs xxxxının vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (xxxxı, X15, X13, X5 və Qax rayonu Güllük Bələdiyyəsi üçüncü şəxs olmaqla), “xxxxı və ailə üzvlərinin adına verilən JN- 315 nömrəli X21 Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və onlara verilən 2.65 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-247/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs xxxxı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 28 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı3, İddiaçı4, İddiaçı2 və X4 (bundan sonra - iddiaçılar) məhkəməyə müraciət edərək göstərmişlər ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.65 ha torpaq sahəsi onların ailəsinə ayrılmış, ayrılan sahənin plansxemi işlənmiş və müvafiq qaydada təsdiq edilmişdir. Daha sonra isə həmin torpaq sahəsinin onların mülkiyyətinə verilməsi barədə Qax rayon Güllük bələdiyyəsi tərəfindən 26.09.2000-ci il və 30.08.2000-ci il tarixli qərarlar qəbul edilmişdir. Onların ailəsinə verilmiş bu torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi üçün DƏDRX-in 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin cavabdeh inzibati orqan onların tələbinin təmin olunmasından imti na etmişdir. Məlum olmuşdur ki, iddiaçılara verilən torpaq sahəsinin bir hissəsinə qonşuluqda olan xxxxnın və onun ailə üzvlərinin adına Dövlət Aktı verilmişdir. xxxxnm və onun ailə üzvlərinin adına olan JN-315 nömrəli Dövlət Aktının koordinatları onların torpağı ilə üst-üstə düşməsi səbəbindən həmin torpaq sahəsinə sənəd ala bilmirlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim: R.A.Məcidov) 03 aprel 2018-ci tarixli, 21(84)-50/2018 saylı qərarı ilə iddia qismən təmin edilərək, DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə xxxx və ailə üzvlərinin adına verilən JN seriyalı 315 nömrəli X18 İsayev, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən X 646344.080-Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786 koordinatlarda yerləşən 1.28 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması, DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə 1.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin örüş və kolluq ərazidə yerləşən 0.66 ha torpaq sahəsi (646164,401, 4594306,669) üzərində İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulmas ı hissəsində rədd edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qərara alınmışdır. xxxx, xxxx, xxxx, xxxx və xxxxnın vəkili X16 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 305/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) ilə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2-1(84)-50/2018 nömrəli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə xxxxı və ailə üzvlərinin adına verilən JN seriyalı 315 nömrəli Dövlət Aktının iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən X 646344.080-Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786 koordinatlarda yerləşən 1.28 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından İddiaçı3 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)394/2019 saylı iş üzrə 05 fevral 209-cu il tarixli qərarı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: R.S.Nəbizadə və A.S.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 305/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-247/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2018-ci tarixli, 2- 1(84)-50/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından üçüncü şəxs xxxxı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-247/2019 saylı iş üzrə 2 5 aprel 2019-cu il tarixli qərarının tam ləğv edilməsini və iddianın mümkün hesab edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddia tələblərindən də görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.65 ha torpaq sahəsi iddiaçıların ailəsinə ayrılmış, ayrılan sahənin plan-sxemi işlənmiş və müvafiq qaydada təsdiq edilmişdir. Daha sonra isə həmin torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi barədə Qax rayon Güllük bələdiyyəsi tərəfindən 26.09.2000-ci il və 30.08.2000-ci il tarixli qərarlar qəbul edilmişdir. Onların ailəsinə verilmiş bu torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi üçün DƏDRX-in 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş, lakin cavabdeh inzibati orqan onların müraciətini təmin etməmişdir. Məlum olmuşdur ki, iddiaçılara verilən torpaq sahəsinin bir hissəsinə qonşuluqda olan xxxxnın və onun ailə üzvlərinin adına Dövlət Aktı verilmişdir. xxxxnın və onun ailə üzvlərinin adına olan JN-315 nömrəli Dövlət Aktının koordinatları onların torpağı ilə üst-üstə düşməsi səbəbindən həmin torpaq sahəsinə sənəd ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Daha sonra qeyd edilir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsinin plansxeminin işləndiyi və müvafiq qaydada təsdiq edildiyi bildirilsə də, həmin sənəd qanunvericiliyin tələblərinə cavab vermədən hazırlanmış, hazırlanarkən isə çox primitiv sə hvlərə yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı Şəki İnzibatiİqtisadi Məhkəməsinin qərarı qəbul edilərkən, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmasını, yəni Qax rayon AİK-nin 28.12.2001-ci il tarixli 09 nömrəli qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verildiyi iddia olunan 2.65 ha torpaq sahəsinin, JN seriyalı 315 nömrəli Dövlət Aktına əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini iş materiallarında olan - Qax rayonu Güllük bələdiyyəsi və keçmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxemlə əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında" Əsasnamənin 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib etdiyi kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla 10 gün müddətində rayon torpaq şöbəsi təsdiq edir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır, eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında" Əsasnamənin 6-cı maddəsinə əsasən, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı təsdiq edir. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Göründüyü kimi, Q ax rayon AİK-nin 28.12.2001-ci il tarixli 09 nömrəli qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verildiyi iddia olunan 2.65 ha torpaq sahəsinin, JN seriyalı 315 nömrəli Dövlət Aktına əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edən sənəd - Qax rayonu Güllük bələdiyyəsi və keçmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən tərtib edilmiş sənəd yox, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq tərtib edilmiş yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş kompleks yerquruluşu layihəsi və həmin layihə əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair sənəd olmalı idi. Yəni, hazırki iş üzrə "nə vaxt?", "hansı əsasla?" və "hansı şəraitdə?" tərtib olunması məlum olmayan hansısa maraqlar naminə 2018-ci il tarixdə çəkilmiş mötəbərliyi şübhə doğuran sxemi və həmin sxemin Qax rayonu Güllük bələdiyyəsi tərəfindən təsdiq edilməsini sübut kimi qiymətləndirmək, ən azından qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, artıq qüvvəsini almış və hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malik qətnaməni isə məhkəmə kollegiyası görməməzlikdən gəlmişdir. Belə ki, Qax rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 saylı qətnaməsi ilə iddiaçıların məhkəməyə sübut olaraq təqdim etdiyi sxemdə əks olunan torpaq sahəsinin, iş üzrə üçüncü şəxslərin sahibliyində və mülkiyyətində olduğu tam olaraq öz təsdiqini tapmış, həmin qətnamədən İddiaçı3 Yəhya oğlu apelyasiya şikayəti verməsinə baxmayaraq, Qax rayon məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 2(024)-997/2017 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı3 apellyasiya şikayəti verməsinə baxmayaraq Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2017ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qax rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 saylı qətnaməsinə nəzər salsaq görərik ki, hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətində olan 2.43 ha torpaq sahəsinin 1.0 ha hissəsi kəsir olduğu üçün Qax rayonu Güllük bələdiyyəsinə qarşı iddia qaldırılmış və torpaq islahatı zamanı Qax rayon Aqrar İslahat Komis siyasının səhvi nəticəsində iş üzrə iddiaçılara (hazırki iş üzrə üçüncü şəxslərə) verilməmiş 1.0 ha torpaq sahəsinin Qax rayonu Güllük bələdiyyəsinin ehtiyat fondundan ayrılaraq iddiaçılara verilməsi xahiş edilmiş, Qax rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və icra zamanı hazırki kassasiya şikayətinə əlavə edilən sxematik plan tərtib edilmişdir. Şikayətdə daha sonra qeyd edilir ki, məhkəmə qərarında qanunsuz olan digər məqam isə guya üçüncü şəxslər tərəfindən onlara ayrılan torpaq sahələrindən imtina etmələri səbəbindən iddiaçıların iddiasının təmin olunması ilə bağlı hissədədir ki, bu hissədə ümumiyyətlə məhkəmədə qeyd edilənlərlə razılaşmaq mümk ün deyil və bu hissədə də məhkəmə kollegiyası qərəzli və ədalətsiz qərar çıxarmışdır. Belə ki, məhkəmə bu hissədə qətnaməsini onunla əsaslandırmışdır ki, guya üçüncü şəxslər onlara məxsus olan torpaq sahələrindən imtina etmiş və bu torpaq sahələri Güllük bələdiyyəsi tərəfindən bələdiyyə torpaqlarına birləşdirilməklə sonradan sahibkarlıq məqsədi ilə başqa şəxsin istifadəsinə verilmişdir. Amma bunun belə olmadığını sözügedən pay torpaqlarının bələdiyyə torpaqlarına birləşdirilmədiyini və həmin pay torpaqlarının siyahıda adları olan kənd sakinlərinin bir neçəsinin mülkiyyətində olduğunu, bəzilərinin isə həmin torpaqları alqı-satqı yolu ilə satdığını, Qax rayonu Güllük kənd bələdiyyəsinin sədri məhkəməyə təqdim etdiyi arayışında bildirmişdir. Bundan başqa, bir neçə adı pay torpağı geri alınanl arın siyahısında olan kənd sakinləri öz izahatlarında həmin torpaqlardan özlərinin istifadə etdiyini, bəziləri isə notarial qaydada alqı-satqı həyata keçirdiklərini bildirmişdir. Etiraz: İddiaçılar üçüncü şəxs xxxxı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Etirazda qeyd edilir ki, qanunvericiliyə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmaq səlahiyyətinə malikdirlər. Eləcə də, yerli aqrar islahat komissiyasının qərarı rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edildikdən sonra torpaq ayırmanın özü baş tutmuş sayılır və ya əvvəllər aparılmış torpaq ayırmada d əyişiklik baş verir. İş materialları ilə müəyyən edilmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı ilə xxxx və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə 2.43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilsə də, (həmin torpağa dair hüquqlar JN seriyalı 315 nömrəli (KOD-********), 22 dekabr 1998-ci il tarixli Dövlət Aktı ilə rəsmiləşdirilmişdir) daha sonra xxxx və onun ailə üzvləri Qax rayon Güllük YAİK-na ərizə ilə müraciət edərək sözügedən dövlət aktı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən ailəvi istifadə edə bilmədiklərini nəzərə alaraq torpağın 2.43 hektarının qeyd-şərtsiz geri götürülməsinə köməklik göstərilməsini xahiş etmişlər. Həmin kəndin başqa bir neçə sakini də islahat zamanı onlara ayrılmış torpaq sahəsind ən istifadənin mümkün olmadığını bildirməklə oxşar məzmunlu ərizələrlə yerli aqrar islahat komissiyasına müraciət etmişlər. Bundan sonra sakinlərin həmin müraciətlərinə baxılması nəticəsində qəbul edilmiş Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə Güllük kənd sakinlərindən adları konkret göstərilmiş 41 ailədən, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə verilmiş 2.43 ha torpaq sahəsinin, cəmi 60.98 ha torpaq sahəsinin geri alınaraq Güllük bələdiyyəsinə birləşdirilməsi qərara alınmışdır. Qax RAİK-ın 17.05.2000-ci il tarixli 06 nömrəli qərarı ilə isə Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli iclas qərarı təsdiq edilmişdir. xxxx və onun ailə üzvlərinin Qax rayon Güllük YAİK-na ərizə ilə müraciət edərək dövlət aktı ilə mülkiyyətlərinə veri lmiş torpaq sahəsindən ailəvi istifadə edə bilmədiklərini nəzərə alaraq torpağın 2.43 hektarının qeydşərtsiz geri götürülməsinə köməklik göstərilməsi barədə ərizə ilə özlərinin müraciəti var. Üçüncü şəxslərin ərizələrini nəzərə almaqla qəbul edilmiş Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı və onun təsdiqinə dair Qax RAİKın 17.05.2000-ci il tarixli 06 nömrəli qərarı inzibati aktlar kimi özündən əvvəl qəbul edilmiş olan inzibati aktda, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarında dəyişikliyə səbəb olmuşdur. Bu isə o mənaya gəlir ki, torpaq sahəsinə münasibətdə hüquq sahibliyi ilə bağlı məsələ Aqrar İslahat Komissiyasının sonrakı qərarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Çünki, Aqrar İslahat Komissiy asının sonrakı qərarları artıq əvvəlki qərarla həll edilmiş məsələlərdə, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi məsələsində dəyişikliklərə səbəb olmuşdur. Müvafiq olaraq Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinadla JN seriyalı 315 nömrəli (KOD-********), 22 dekabr 1998-ci il tarixli Dövlət Aktı da mübahisəli torpaq sahəsi üzərində hüquq subyektliliyini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin dövlət aktının əsaslandığı hüquqmüəyyənedici sənədin (Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarının) özündə artıq dəyişiklik baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05.02.2019cu il tarixli qərarında yuxarıda qeyd edilənlərdə n başqa haqlı olaraq göstərilmişdir ki, məhz rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin qərarları torpaq sahəsinə dair hüquqmüəyyən edən əsas inzibati aktlardırlar. Torpaq sahəsinə dair hüququ müəyyən edən həmin inzibati aktlara istinadla dövlət reyestrində aparılmış qeydiyyat isə daha sonra baş verən passiv legitimləşdirməyə yönəlmiş hərəkətdir və qeydiyyat yalnız sözügedən hüquq müəyyənedici inzibati aktların mövcudluğunda aparıla bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini və iddianın mümkün hesab edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxt ı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və iddiaçılar məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh və iddiaçılara təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmə k, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddənin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fondunaayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islah at komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. İş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qax rayon Aqrar islahat Komissiyasının 22.04.1998-cı il tarixli 05 nömrəli protokol qərarına əsasən, 2.43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üçüncü şəxslər xxxxı və onun ailə üzvləri X8, X7 və X2 birgə mülkiyyətinə verilmiş, sonuncular, habelə həmin kəndin bir neçə sakini islahat zamanı onlara ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmadığını bildirməklə yerli aqrar islahat komissiyasına müraciət etmişlər. Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş 2.43 ha torpaq sahəsi geri alınaraq Güllük bələdiyyəsinə birləşdirilmiş, yerli aqrar islahat komissiyasının həmin qərarı Qax rayon AİK-nın 17.05.2000-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Üçüncü şəxslər həmin qərarla razılaşmış, yuxarıda sadalanan hüquqlarından istifadə etməməklə qeyd olunan qərarları mübahisələndirməmişlər. Yerli və rayon aqrar islahat komissi yasının qeyd olunan qərarları qüvvədə olmasına baxmayaraq həmin torpaq sahəsinə dair JN seriyalı 315 nömrəli Dövlət Aktı hazırlansa da, həmin dövlət aktı üçüncü şəxslərə münasibətdə hər hansı hüquqi əhəmiyyətə malik olmamışdır. Bundan sonra, Qax rayon AİK-in 28.12.2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 2.65 ha torpaq sahəsi iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş, torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsində məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə verilmiş 2.65 ha torpaq sahəsinin 1.28 hissəsi üçüncü şəxslərdən geri alınmış 2.43 ha torpaq sahəsi ilə (X 646344.080-Y 45942.3.915. X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.01 3, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786) üst-üstə düşür. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərə verilmiş torpaq sahəsi yerli aqrar islahat komissiyasının qərarı ilə geri alındığından, həmin qərar rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edildiyindən cavabdeh orqan həmin hissədə JN seriyalı 315 nömrəli Dövlət Aktını ləğv etməməkdə və həmin hissədə iddiaçıların mülkiyyət hüququnu dövlət qeydiyyatına almamaqda haqlı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, Aqrar İslahat Komissiyasının sonrakı qərarları artıq əvvəlki qərarla həll edilmiş məsələlərdə, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi məsələsində dəyişikliklərə s əbəb olmuşdur. Müvafiq olaraq Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel1998-ci il tarixli 05 nömrəli qərarına istinadla JN seriyalı 315 nömrəli (KOD-********), 22 dekabr 1998-ci il tarixli Dövlət Aktı da mübahisəli torpaq sahəsi üzərində hüquq subyektliliyini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin dövlət aktının əsaslandığı hüquqmüəyyənedici sənədin (Qax rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli 05 nömrəli qərarının) özündə artıq dəyişiklik baş vermişdir. Məhz rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin qərarları torpaq sahəsinə dair hüquqmüəyyən edən əsas inzibati aktlardır. Torpaq sahəsinə dair hüququ müəyyən edən həmin inzibati aktlara istinadla dövlət reyestrində aparılmış qeydiyyat isə Ali Məhkəmənin hazırki iş üzrə qər arında qeyd edildiyi kimi, daha sonra baş verən passiv legitimləşdirməyə yönəlmiş hərəkətdir və qeydiyyat yalnız sözügedən hüquqmüəyyənedici inzibati aktların mövcudluğunda aparıla bilər. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, artıq qüvvəsini almış və hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malik qətnaməni isə məhkəmə kollegiyası görməməzlikdən gəlmişdir. Belə ki, Qax rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 saylı qətnaməsi ilə iddiaçıların məhkəməyə sübut olaraq təqdim etdiyi sxemdə əks olunan torpaq sahəsinin, iş üzrə üçüncü şəxslərin sahibliyində və mülkiyyətində olduğu tam olaraq öz təsdiqini tapmış, həmin qətnamədən İddiaçı3 Yəhya oğlu apelyasiya şikayəti verməsinə baxmayaraq, Qax rayon məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 2(024)-997/20 17 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı3 apellyasiya şikayəti verməsinə baxmayaraq Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2017ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qax rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 saylı qətnaməsinə nəzər salsaq görərik ki, hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətində olan 2.43 ha torpaq sahəsinin 1.0 ha hissəsi kəsir olduğu üçün Qax rayonu Güllük bələdiyyəsinə qarşı iddia qaldırılmış və torpaq islahatı zamanı Qax rayon Aqrar İslahat Komissiyasının səhvi nəticəsində iş üzrə iddiaçılara (hazırki iş üzrə üçüncü şəxslərə) verilməmiş 1.0 ha torpaq sahəsinin Qax rayonu Güllük bələdiyyəsinin ehtiyat fondundan ayrılaraq iddiaçı lara verilməsi xahiş edilmiş, Qax rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(024)-997/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və icra zamanı hazırki kassasiya şikayətinə əlavə edilən sxematik plan tərtib edilmişdir. Apelyasiya instansiya məhkəməsi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətlə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin normanın mənasına görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırı r. Bu hal, mübahisə predmeti barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Buna görə, məhkəmə qərarının preyudisiallığı yalnız proses iştirakçılarına (və ya onların hüquq varisləri) münasibətdə yaranır və bu zaman xüsusi şərt kimi mübahisə predmetinin eyniliyi şərti də mövcud olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi, üçüncü şəxslər xxxxı, X15, X13, X5 və Qax rayonu Güllük Bələdiyyəsidir. Qax Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(024)-997 nömrəli qətnaməsi ilə həll etdiyi iş üzrə tərəflər isə xxxxı və cavabdeh Qax rayon Güllük Bələdi yyəsi olmuşdur. İşə baxılarkən hazırki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və X4 əvvəli iş üzrə tərəflər olmamışlar. Bundan başqa da, əvvəlki iş üzrə məhkəmə qətnaməsi ilə aqrar islahatı zamanı verilməmiş 1 ha torpaq sahəsinin verilməsi tələbi ilə bağlı məsələ həll edilmişdir. Hazırki iş üzrə iddia tələbi isə xxxxı və ailə üzvlərinin adına verilən JN- 315 nömrəli X21 rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və onlara verilən 2.65 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən ibarətdir ki, hazırkı işdəki mübahisə predmetləri ilə əvvəlki məhkəmə qətnaməsinin mübahisəli predmet ləri eynilik təşkil etmir. Ona görə də İddiaçı3, İddiaçı4, İddiaçı2 və X4 əvvəlki iş üzrə tərəflər olmadığından və iddia tələbi onlara qarşı yönəlmədiyindən, məhkəmə qətnaməsində onların tələb və etirazının əsaslandırdığı hallar müəyyən edilmədiyindən həmin məhkəmə qətnaməsində müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəs i ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısalmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti, eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmamalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-247/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərarı iş üzrə üçüncü şəxs X3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2317/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2317/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver