Məhkəmə qərarları › İş №2-1(102)-2317/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2317/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2317/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1269/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus 19.07.1978-ci il tarixli 4638 nömrəli attestata əsasən o, 01.09.1977-ci il tarixdən 18.07.1978-ci il tarixədək 12 nömrəli texniki peşə məktəbində soyuducu avadanlıqlarının təmiri və xidməti mexaniki peşəsi üzrə təhsil almış, 18.10.1978ci il tarixdən 27.09.1980-cı il tarixəd ək Sovet ordusunda hərbi xidmətdə olmuşdur.

3. Həmçinin, iddiaçı 1981-ci ildən 1985-ci ilə qədər Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı Sovet Ticarət Texnikumunda texnik-mexanik ixtisası üzrə təhsil almış, 20.12.1996-cı ildə Bakı Mətbuat yayımı firması 243 nömrəli qəzet-jurnal köşkünə köşkçü vəzifəsinə qəbul edilmişdir. 05.11.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edimişdir. 25.11.2014-cü il tarixdən 31.12.2014-cü il tarixədək "xxxx" ASC-nin 243 saylı köşkün köşkçüsü vəzifəsinə işə qəbul edilmiş, 30.04.2016-cı il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işdən azad edilmişdir.

4. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1133/2014 nömrəli 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 01 iyun 1981-ci ildən 25 yanvar 1984-cü il tarixə kim i Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu və quraşdırıcı maşinist vəzifəsində, 19 aprel 1984-cü ildən 15 noyabr 1996-cı il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində, 20 dekabr 1996-cı il tarixdən 10 fevral 2014-cü il tarixədək Bakı "xxxx" ASC-də köşkçü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona pensiya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Cavabdeh **********9 saylı, 22 aprel 2019- cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 3 ay sığorta stajı, 15 il güzəştli sığorta stajı vardır. Lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində pensiya təminatına imkan vermir. Bu səbəbdən də 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan diplomların, hərbi biletin, eləcə də Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)1133/2014 saylı 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş və ona məxsus olan ******* sa ylı dublikat əmək kitabçasında göstərilən 25 ildən çox olan əmək stajının, həmin stajın 15 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməsinin nəzərə alınmaqla, onun güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı 06.08.2017-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra, iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar ç ıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı 25.05.1960-cı il tarixdə doğulmuşdur. Lakin müəyyən səbəblərə görə doğum haqqında şəhadətnamə xx.xx.1960-cı il tarixdə alınmışdır. 01.09.1977-ci il tarixdə 12 nömrəli texniki peşə məktəbinə daxil olub, 18.07.1978-ci il tarixdə mexanik peşəsinə yiyələnmişdir. 18.10.1978-27.09.1980-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. 1981-ci il tarixdə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı sovet ticarəti texnikumuna daxil olaraq 1985-ci il tarixdə texnik-mexanik ixtisası üzrə təhsilini başa vurmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla, ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Lakin ona məxsus olan İT1049 5666 saylı əmək kitabçası naməlum şəraitdə itirdiyinə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(002)-1133/2014 saylı 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, 01 iyun 1981-ci ildən 25 yanvar 1984-cü il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində, 19 aprel 1984-cü ildən 15 noyabr 1996-cı tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində, 20 dekabr 1996-cı il tarixdən 10 fevral 2014-cü il tarixədək Bakı "xxxx" ASCdə köşkçü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir. 05 noyabr 2014-cü ildən öz arzusu ilə tutduğu vəzifə dən azad edilmişdir. 25 noyabr 2014-cü il tarixdən yenidən "xxxx" ASC-də 243-cü köşkdə köşkçü vəzifəsinə qəbul edilmişdir. 30 aprel 2016-cı il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda 60 yaşı var. Artıq 3 ildir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Qaradağ rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, sonuncu dəfə pensiya kapitalının az olmasını əsas gətirməklə ona imtina cavabı verilmişdir. Halbuki, onun həmin dövrdə həmin müəssisədən gələcəkdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq VÖEN və SUN tələb etmək öhdəliyi olmamışdır. Hər hansı köçürmələr isə onun tərəfindən deyil, müəssisə tərəfindən aparılmışdır və aparılmadığı halda da məsuliyyəti o, daşıma mışdır.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Həmçinin, onun 57 yaşının tamam olduğu 10.08.2017-ci il tarixinə əmək pensiyasının minimum məbləği 110 manat olduğu halda, qeyd olunan tarixə onun fərdi hesabında toplanmış pensiya kapitalına əsasən hesablanmış pensiya məbləği 86,7 manat olmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1359/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu, yəni 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdu r.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixinə 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

13. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1269/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1359/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarmışdır. Belə ki, iddiaçının güzəştli şərtlərlə pens iya hüququnun yaranması üçün tələb edilən ümumi və xüsusi iş stajı olmamış, eyni zamanda iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməmişdir.

18. Bundan əlavə şikayət müəllifi qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən onun pensiya hüququ yaranmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş şikayət əsassız olduğundan, formal xarakter daşıdığından və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün heç bir əsas olmadığından təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasə n 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında veri lmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından görünür ki, cavabdeh hər dəfə fərqli mövqe nümayiş etmişdir. Belə ki, cavabdeh 22.04.2019-cu il tarixli, **********9 saylı məktubla iddiaçının 01.01.2006cı il tarixədək 26 il 3 ay sığorta stajının və 15 il güzəştli iş stajının olduğunu bildirmiş, son radan iddia ərizəsinə etirazında iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini qeyd etmiş, apelyasiya və kassasiya şikayətlərində isə iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb edilən ümumi və xüsusi iş stajı olmadığını, eyni zamanda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilmədiyini bildirmişdir.

28. Cavabdehin hər dəfə fərqli mövqe nümayiş etdirməsi qanunvericiliyin tələbləri baxımdan düzgün hesab edilə bilməz. Bununla belə, məhkəmə tərkibi cavabdehin kassasiya şikayət ində əks etdirdiyi mövqeyə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, 01.01.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

29. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus attestat, diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz tə sdiqini tapmışdır.

30. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

31. İş materiallarına əlavə edilmiş, Azərbaycan Televiziya və Radio verilişləri QSC tərəfindən verilmiş 012/2-102 saylı 23 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 01.06.1981-ci il tarixdən 15.11.1996-cı il tarixə kimi “Azərbaycan Teleradio Verilişləri” şirkətində santexnika sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində işləmişdir. İddiaçı çalışdığı bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olan “Ümumi peşələr” bölməsinin 33-cü bölmə, kod 23200000—14341) ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarına əsasən, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olan (ümumi peşələr bölməsinin 35-ci bölmə) ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri qrupuna aid edilir.

32. İddiaçı tərəfindən, ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvəd ə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri. İstər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olaraq müəyyən edilmişdir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının 01.01.2006-cı il tarixədək azı 25 ümumi və azı 12 il 06 ay güzəştli iş stajı topladığı təsdiq olunur.

34. Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.

35. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya münasibətdə 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır.

36. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edild iyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (10.08.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

37. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1269/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar