Məhkəmə qərarları › İş №2-1(102)-2318/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2318/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2318/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tə rəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2-1(103)-124/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün Lənkəran şəhər Təhsil Şöbəsinə müraciət etmişdir.

2. Lənkəran şəhər Təhsil Şöbəsi iddiaçının ərizəsinə münasibət bildirməsi üçün hazırki iş üzrə cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rə hbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilməsini əsas gətirilərək iddiaçının hərbi rəhbər vəzifəyə təyin olunmasını məqsədəmüvafiq hesab etməmişdir.

3. İddiaçı tərəfindən oxşar tələblə cavabdehə müraciət edilsə də, iddiaçının tələbi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə iddiaçı 1997-ci ildə Şıxəkəran tam orta məktəbini bitirmişdir. 1997-1998-ci illər arasında Lənkəran Dövlət Universitetinin Pedaq oji Hərbi Hazırlıq fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə Lənkəran Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003 illər arasında ali təhsilli şəxs kimi Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsində döyüş hazırlığı bölməsində xidmət etmişdir. 2003-cü ildə hal-hazırki vaxt qədər Lənkəran rayonunun bir neçə orta məktəblərində hərbi hazırlıq və idman müəllimi ixtisası üzrə işləmişdir. 2009-cu ildən X1 hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. Sonuncu dəfə 2018-2019-cu illərdə Şürük kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. X3 Lənkəran Dövlət Universitetinə birləşdiyindən işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara düşdüyündən qeyd olunan təhsil ocağında hərbi müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hə r bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməsinin, gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənilməsi, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olması, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnməsi, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənilməsində səylə çalışmışdır. Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, ş agirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və "İbtidai hərbi hazırlıq müəllimi” ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar işlər aparmışdır. Fəaliyyəti ilə bağlı müəllim kollektivi tərəfindən müsbət qiymətləndirilmişdir. Bu faktı Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin direktoru N.C.Bağırov və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamələr də təsdiq edir. Şürük kənd orta məktəbinin direktoru tərəfindən verilən 09 sentyabr 2021-ci il tarixli, arayışı da təsdiq edir ki, 14 sentyabr 2018-ci il tarixdən 30 sentyabr 2019-cu il tarixə kimi 63 nömrəli əmr əsası nda GÇH rəhbəri vəzifəsində işləmişdir. X2 X4 Universitetinin strukturuna daxil olduğundan, bunun nəticəsində kollecdə işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara salındığından, Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər kimi çalışmaq istəmişdir. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Müraciətinin cavabı olaraq, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva ona məktub ünvanlayaraq, təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə ünvanlanan 38(01)-01436/13 nömrəli məktub ünvanlanmışdır. AR SHXÇDX Lənkəran rayon şöbəsi tərəfindən yuxarıdakı ünvanlanan məktuba cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 119 nömrəli qərarına əs asən hərbi rəhbər vəzifəsində yalnız gizir və zabitlərin təyin olunduğu bildirilmiş və onun həmin vəzifəyə təyin olunması məqsədəmüvafıq sayılmamışdır. Bundan sonra pozulmuş hüquq və azadlıqlarını ancaq məhkəmə vasitəsi ilə həyata keçirə biləcəyini başa düşərək, qarşı tərəfin inzibati orqan olduğunu və mübahisənin inzibati xarakter daşıdığını nəzərə alaraq, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli (hakim S.F.Həsənov) qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə mövqeyini onunla əsas landırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2-1(103)-124/2023 nömrəli qərardadı (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, E.İ.Əliyev və P.T.Əhmədov) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsin in 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

11. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, hərbi rəhbərlərin vəzifəyə təyin və azad edilməsi təhsil müəssisələrinin direktorlarının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan əmək mübahisələrinin dairəsi İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsi ilə müəyyən olunub. Belə ki, həmin ma ddənin məzmununa görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsinin təsir dairəsinə düşmür. Bu səbəbdən də iddiaçı ilə məktəb arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinə istinadən iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. 14. “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsindən bir başa görünür ki, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər.

15. Lakin məhkəmə özü qərardadında Əsasnaməyə 2 dəfə istinad etsə də, hər dəfə həmin Əsasnamədə qeyd edilmiş “hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir" tələbinə heç bir hüquqi qiymət verməmişdi r.

16. İddia tələbindən aydın görünür ki, iddiaçının hüquqi marağı hərbi rəhbər vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və onun həmin vəzifəyə təyin edilməsidir.

17. Məhkəmənin müəyyən etdiyi hallar iş üzrə gəldiyi nəticə ilə əlaqəli olmadığı üçün sözügedən qərardad qanunsuz və ədalətsizdir, ləğv edilməlidir.

18. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 14, 35, 87-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Nazirlər Kabineti nin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnamə: V. Hərbı̇ rəhbərlərı̇ n hazirlanmasi və təhsı̇ l müəssı̇ sələrı̇ ndə yerləşdı̇ rı̇ lmə ı̇ rbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər....... 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddi anın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatət inə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər........ Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, mə cburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə 91.Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsini n qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

27. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsinin 5-ci bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə məktəb arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hərbi rəhbər vəzifəsinə təyin edilmə ilə bağlı səlahiyyətli orqan qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi deyil, təhsil müəssisələri direktorları müəyyən edilmişdir.

28. Lakin istinad edilən Əsasnamənin 5-ci bəndinin birinci abzasında qeyd edilir ki, hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəy ə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər.

29. Göründüyü kimi qanunverici hərbi rəhbərlərin vəzifəyə təyin edilməsi yolunda ilkin şərt kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilməni müəyyən etmişdir.

30. Yəni bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən rəy verilməlidir ki, həmin şəxs təhsil müəssisələrinin direktorları tərəfindən vəzifəyə təyin edilsinlər.

31. Beləliklə iddiaçının hazırkı iş üzrə tələbi vəzifəyə təyin edilməsi ilə bağlı deyil, vəzifəyə təyin edilə bilməsi üçün rəyin verilməsi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi ilə bağlı mübahisəni hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsi kimi qiymətləndirməkdə səhvə yol vermişdir.

32. Qeyd edilməlidir ki, hazırkı qərarın 22-ci bəndində istinad edilən normaların tələblərinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı da kassasiya şikayətini məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyinə uyğun əsaslandırdığından, şikayət təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, qeyd edilən məsələlərə qiymə t verilməsinə görə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2-1(103)124/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar