Məhkəmə qərarları › İş №2-1(102)-2319/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2319/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2319/2020 22.12.2020 ALİ MƏHKƏMƏ X1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-249/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlü yü məsələsinə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın imtinasının qeyri-qanuni hesab edilərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə həmin komissiyanın xx.xx.2019-cu il tarixli cavab məktubunun rədd edilməsi və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-607/2020 saylı, xx.xx.2020-ci i l tarixli qərarı ilə (hakim – İ.H.Cabbarov) iddianın rədd edilməsi qərara alınmışdır.

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-249/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev və E.Ş.Hüseynov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-607/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

6. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə il ə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-249/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev və E.Ş.Hüseynov) ərizə təmin edilmiş, iddiaçı kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir.

8. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-249/2020 nömrəli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, TƏR ƏFLƏRİN İZAHATLARİ a) Kassasiya şikayətinin mümkünlüyü

9. İddiaçı məhkəmə qərarını xx.xx.2020-ci il tarixində almış, kassasiya şikayətini isə xx.xx.2020-ci il tarixində vermiş, bununla da kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

11. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

12. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edil mədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

15. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

16. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Hazırkı qərarın 5-8-ci bəndlərindən göründüyü kimi, iddiaçı kassasiya şikayəti vermə müddətini ötürmüşdür.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən qərarı xx.xx.2020ci il tarixində almış, kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni isə xx.xx.2020-ci il tarixində vermişdir.

20. Göründüyü kimi, iddiaçı göstərilən ərizə ilə məhkəməyə müraciət edərkən artıq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)249/2020 nömrəli qərarı qanuni qüvvəyə minmiş və iddiaçı həmin qərardan kassasiya şikayəti vermə müddətini ötürmüşdür.

21. Bununla bağlı iddiaçıya məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixində bildiriş göndərilsə də, iddiaçı prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

22. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün kassasiya şikayəti mümkün sayılmamalıdır.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-249/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar