Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2319/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2421/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 15 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim:A.P.Oruczadə) iddia rədd edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində ünvan 2 ünvanında yerləşən mənzilin vətəndaş İddiaçı sahibliyi və istifadəsinə verilməsi nə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır.
4. İddiaçı 20 avqust 2021-ci il tarixdə qərardan apelyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2421/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusidov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, iddi açının şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən buraxdığından şikayət mümkün sayıla bilməz.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsindəki araşdırma zamanı xəstə kimi müalicə almış, səhhətind ə olan ciddi problemlərlə əlaqədar olaraq əməliyyatlar keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəf indən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.8 Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin mübahisələndirilən 03.09.2020-ci il tarixli qərarının surəti 09.10.2020-ci il tarixində rəsmi qaydada iddiaçının ünvanına çatdırılmışdır. İddiaçı isə konkret halda, həmin qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə (apellyasiya şikayəti əlavə edilməklə) apelyasiya instansiyası məhkəməsinə 20.08.2021-ci il tarixində, yəni qərarı aldıqdan 10 ay sonra müraciət etmişdir. Başqa sözlə, qərar ona çatdırıldıqdan sonra 30 gün ərzində şikayət verməli olduğu halda, şikayət vermə müddətini 9 ay ötürməklə məhkəməyə müraciət etmişdir.
14. İddiaçı şikayətində müddətin buraxılmasının səhhətində yaranmış problemlərlə əlaqədar olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş M.A.Topçubaşov adına X2 epikrizləri ilə bu hal təkzib olunur. Belə ki, iddiaçı 15.01.2018-ci il tarixində stasionar müalicəyə qəbul edilmiş 06.02.2018-ci il tarixində çıxmış, 09.02.2018-ci il tarixində stasionar müalicəyə daxil olmuş 19.02.2018-ci il tarixində çıxmış və 17.06.2021-ci il tarixində stasionar müalicəyə daxil olmuş 09.07.2021-ci il tarixində çıxmışdır.
15. Apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, birinci iki epikriz iddiaçının hələ məhkəmədə iddia qaldırmadığı dövrə təsadüf edir. Belə ki, iş materialların görünür ki, iddiaçı həmin epikrizlərin əhatə etdiyi müddətdən, müvafiq olaraq 10 ay və 5 ay sonra, 05.11.2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Üçüncü epikriz isə göründüyü kimi, 17.06.2021- 09.07.2021-ci il dövrlərini əhatə edir. Yəni, iddiaçı məhkəmənin qərarını aldığı 09.10.2020-ci il tarixindən 8 ay sonra müalicəyə qəbul olunmuşdur. Həmin 8 ayda isə onun qərardan şikayət verməsinə maneə törədən üzrlü səbəbinin mövcudluğu müəyyən edilmir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmu ş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
17. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməsinə əsas vermir. Odur ki, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpelyа siyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
18. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2421/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.