Məhkəmə qərarları › İş №2-1(102)-2319/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2319/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2319/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması barədə inzibati aktın dəyişdirilməsi, mübahisələndirmə haqqında iddianın mümkünlüyü, iddia müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1963, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın dəyişdirilməsi və birinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-69/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi 2018-ci il 2 noyabr tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA-da kisəli an evrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 2019-cu il 23 iyul tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə Cavabdehna qarşı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupun 2018-ci il 25 sentyabr tarixli xəstəliyi ilə bağlı verdikləri tibbi rəyi nəzərə almaqla ona xəstəliyinə uyğun 1-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı iş üzrə cavabdehin dəyişdirilməs i barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs ilə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli məhkəmə iclas qərardadı ilə cavabdehin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-ci il 2 noyabr tarixli qərarın dəyişdirilməsi və ona həmin tarixdən 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə 2020-ci il 16 noyabr tarixli məhkəmə iclas qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiaçının əsaslandırması:

5. İddianın əsaslarına görə, iddiaçı 1963-cü il 29 noyabr tarixdə anadan olmuşdur. 2016-cı il 22 dekabr tarixdə beyindaxili qansızma xəstəliyi ilə koma vəziyyətinə düşmüş və beyin əməliyyatı keçirmişdir. Müalicədən sonra 2017-ci ilin oktyabr ayında sənədlərini cavabdeh orqana təqdim edərək, ona əlillik dərəcəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin mütəxəssislərindən ibarət xüsusi işçi qrupun tibbi rəyinə əsasən ona 1-ci qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu səbəblə də hazırkı tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət və etiraz lar təqdim etmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, 2020-ci il 16 yanvar tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq ed ən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. 7. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itiri lməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.”

8. Sənədlərin təhlili göstərir ki, səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi 2018-ci il 2 noyabr tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişatlı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA-da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

9. Göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatlar (sağ ətrafdabəzələ g ücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə görə “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun”. İddiaçı aid göndərişin "status lokalis” bölməsində əks olunan məlumatlara (nevroloji status a) əsaslanaraq ekspert xəstəyə İİ dərəcə əlillik təyin etmişdir. Göndərişdə diaqnoz ağırlaşması kimi sağ tərəfli hemiplegiya qeyd olunmuşdur. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1ci dərəcə əlilliyin təyininə əsas verməmişdir.

10. İddiaçı İİ dərəcə əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. ərazi aidiyyəti üzrə icraat:

11. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli, 2-1(84)1235/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupunun 2018-ci il 25 sentyabr tarixli xəstəliyi ilə bağlı verdikləri tibbi rəyi nəzərə almaqla ona xəstəliyinə uyğun 1-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(84)1235/2019 nömrəli inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatına qaytarılmasını xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 019-cu il 23 oktyabr tarixli, 2-1(107)-578/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 sentyabr tarixli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibatiİqtisadi Məhkəməsinə qaytarılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-19/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda qeyd olunan xəstəlik olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən tələb olunan əsas - kənar şəxsin yardım və ya qulluğu na daimi ehtiyacı olmasına meyarına cavab verməmişdir. İddiaçı bütün məhkəmə proseslərinə özü gəlmiş, məhkəmə iclaslarında izahatlar vermiş, işin faktiki və hüquqi tərəflərini məhkəmə ilə sərbəst formada, heç kimin yardımı və köməyi olmadan müzakirə etmişdir. Məhkəmə iclaslarında onun kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması müəyyən edilməmişdir. Həmçinin göndərişdə diaqnoz ağırlaşması kimi sağtərəfli hemiplegiya qeyd olunub. Həmin diaqnoz öz təsdiqini tapmamışdır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas verməmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-228/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-19/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1677/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-228/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddia tələbinə qarşı etirazında təsdiq edir ki, göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatlar (sağ ətrafda əzələ gücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Göndərişdə diaqnoz ağırlaşması kimi sağtərəfli hemiplegiya qeyd olunmuşdur. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilmə sinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur.

22. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərarında özü də təsdiq edir ki, göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağ tərəfli hemiplegiya G81.0 qeyd olunmuşdur ki, bu da uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.2-ci bəndinə uyğundur (davamlı, nəzərəçarpan hərəkət pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)).

23. İstər cavabdehin etiraz və mülahizələrində göstərilənlər, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarındakı istinadlar və əsaslandırma, – hər biri həm ayrı-ayrılıqda, həm də məcmu halda, - səhiyyə müə ssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların ziddiyyətli olduğunu, deməli, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmadığı nəticəsinə gəlməyə əsas verir. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır.

24. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.

25. Göndərişdə yuxarıda qeyd olunan aşkar uyğunsuzluqların olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində olan göndərişə münasibətdə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığına aydınlıq gətirməli idi. Həmin bəndin tələbinə gör ə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmişdir.

26. Şəxslərin əlilliyini ilk növbədə və bilavasitə səhiyyə müəssisəsi tərəfindən təqdim olunmuş məlumatlar əsasında qiymətləndirməli olan cavabdeh, iddiaçı barədə gəldiyi nəticəni, məhz təqdim olunmuş həmin ziddiyyətli məlumatlar əsasında təsbit etmişdir. Belə ki, cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur.

27. Cavabdehin qənaətinə görə, xəstənin əzə lə gücünün 3 balla qiymətləndirilməsi hemiplegiyaya deyil, hemiparezə uyğundur. Belə olan halda, cavabdeh istinad və keyfiyyətli hesab etdiyi göndərişdə diaqnoz ağırlaşması kimi “sağtərəfli hemiplegiya” barədə qeydi deyil, xəstənin “əzələ gücünün 3 balla qiymətləndirilməsi” barədə qeydi daha mötəbər və əsaslı hesab etməsinin səbəblərini göstərməli idi.

28. Göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağtərəfli hemiplegiya G81.0 qeyd olunduğuna, lakin həmin kodun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.2-ci bəndinə uyğun gəldiyinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi bu uyğunsuzluğun səbəblərini araşdırmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi k i, ağırlaşma kimi qiymətləndirilmiş xəstəliyin kodunun göndərişdə hətta qeyri-dəqiq göstərilməsi ağırlaşma kimi qiymətləndirilən vəziyyəti özü-özlüyündə aradan qaldırmır və ya dəyişmir.

30. İddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olmasının müəyyən edilmədiyinə dair qənaətlə bağlı apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması məhkəmənin bilavasitə məhkəmə iclasındakı müşahidələrinə görə deyil, səlahiyyətli orqan tərəfindən tibbi-sosial göstəricilərə əsasən müəyyən edilir. Həm də, kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyac xəstənin təkcə yerdəyişmə hərəkəti ilə məhdudlaşmır, onun bütün həyat fəaliyyətini əhatə edir (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti). ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-69/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T239/2022 saylı rəydə göstərilmişdir: 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma tərtib edilm iş göndərişdə qeyd edilən şəxsin səhhətini əks etdirən “beyindaxili qansızma, hemorragik gedişaltı kəskin beyin-qan dövranı pozulması, spontan subaraxnoidal mədəcikdaxili qansızma, baş beyin AcoA da kisəli anevrizma, endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət, essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dər., etiologiyasından asılı olmayaraq aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması” diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patomorfoloji dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin 2.3.3. (İİİ dərəcə) bəndinin əhatə dairəsinə düşü r.

33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-69/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.T.Məcidov /sədrlik edən və məruzəçi/, A.M.Eyvazov və A.A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-19/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1677/2022 nömrəli qərarındakı göstərişləri icra edərək məhkəmə-tibbi ekspertizаsı təyin etmiş və alınmış ekspert rəyini inzibati işin materialları əlaqəli şəkildə tədqiq edərək birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyi qənaətinə gəlmişdir. 35. 16 yanvar 2020-ci il tarixədə k qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. 36. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərə k adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur.

37. Səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişaltı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

38. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klini k proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar."

39. Həmin Qərar ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”.

40. İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHGK saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHGK saylı göndərişin təhlili göstərdi ki, əsas xəstəlik kimi “Beyindaxili qansızma, Hemorragik gedişaltı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Sağ tərəfli hemiplegiya,” xəstəlikləri göstərilmişdir. Bildiririk ki, göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatlar (sağ ətrafda əzələ gücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə görə “Birinci dərəcə əlillik xəstəlik, travma və ya anada ngəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun'. Buna görə də birinci dərəcə əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.

41. Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(107)-69/2022 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T239/2022 saylı rəydə göstərilmişdir: 1963-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkə mə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin səhhətini əks etdirən “beyindaxili qansızma, hemorragik gedişaltı kəskin beyin-qan dövranı pozulması, spontan subaraxnoidal mədəcikdaxili qansızma, baş beyin AcoA da kisəli anevrizma, endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət, essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dər., etiologiyasından asılı olmayaraq aşağı ətrafın parezi, çanaq orqanlarının funksiyalarının pozulması” diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patomorfoloji dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin 2.3.3. (İİİ dərəcə) bəndinin əhatə dairəsinə düşür.

42. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

43. Əlilliyin düzgün təyin edilməməsinə səbəb olan göstərici isə TSEK-in çıxarışlarında xəstəliyin adının “X1”na uyğun düzgün göstərilməməsidir ki, məhkəmələr bu faktı ümumiyyətlə araşdırmaq istəməmişdir.

44. Belə ki, iddiaçının xəstəliyi “beyindaxili qansızma-insult”, yəni İ60- İ66.9 kod adları ilə göstərilməli olduğu halda, çıxarışlarda, “ümumi xəstəlik” adı altında, ümumiyyətlə, iddiaçıya aid olmayan xəstəliklərin kod adı qeyd edilmişdir ki, bu hal, başqa TSEK-lər tərəfindən alınmış çıxarışlara əlilliyin təyin edilməsinə imkan verməmişdir.

45. Göndərişlərdə iddiaçıya aid xəstəlik: - “beyindaxili qansızma-insult”, yəni İ60İ66.9 kod adları ilə göstərilməli olduğu halda, çıxarışlarda, “ümumi xəstəlik” adı altında, ümumiyyətlə, iddiaçıya aid olmayan xəstəliklərin kod adlarının qeyd edilməsi, TSEK-lərin düzgün qərar qəbul etmələrini məhdudlaşdırmışdır.

46. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı və icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ElmiTəcrübi və Tədris Birliyinə həvalə edilməsi ilə təy in edilmiş, məhkəmə tibbi ekspertizasının, hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin mütəxəssisi tərəfindən tək aparılması və ekspertizanın keçirilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin heç bir mütəxəssisinin iştirak etməməsi ilə iş üzrə iddiaçının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi ciddi şəkildə pozulmuşdur.

47. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyinin formalaşmasını, təkcə özünün iştirakı ilə təmin etmiş, iş üzrə cavabdeh qurum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabil itasiya Agentliyi publik hüquqi şəxsinin mütəxəssisi X2, ekspertizada iştirakı və rəyi tərtib edilməsi ilə iş üzrə düzgün sübutun araşdırılmasına maneçilik törətmiş və iddiaçının bu faktla bağlı məhkəməyə etdiyi etirazı təmin etməməklə məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmadan sübutetmə vəzifəsinin dönüşünü də təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

49. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hər əkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcəni n bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 50. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrə li Qərarı 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

54. İddiaçıya əlilliklə bağlı təyin edilən 02 noyabr 2018-ci il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun əlilliyinin müəyyən edilməsi barədə inzibati aktın dəyişdirilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələn dirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 nömrəli Qərarı ilə ləğv edilmişdir) 4.3-cü bəndində qeyd edil ir ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və mə hkəməyə şikayət verilə bilər.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.4-cü bəndində qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə verilir. 58. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələ rindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

59. İşin mübahisə olunmayan hallarına görə iddiaçıya 2 noyabr 2018-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

60. İddiaçı əlilliyin müddətlə müəyyən edilməsindən narazı qalaraq 23 iyul 2019cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesab etmişdir ki, 2 noyabr 2018-ci il tarixli qərar dəyişdirilməli və ona həmin tarixdən 1-ci dərəcə əlillik təyin olunmalıdır.

61. Əlilliyin müəyyən edilməsi barədə cavabdehin 2 noyabr 2018-ci il tarixli qərarının iddiaçıya təqdim edilm əsi barədə işdə məlumat olmasa da, iddiaçıya əlillik müddətlə müəyyən olunduğundan aşkar surətdə o, bundan məlumatlı olmuş, bununla bağlı, yəni əlilliyin müddətlə müəyyən olunması barədə cavabdehin qərarının dəyişdirilməsi ilə bağlı yalnız 23 iyul 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

62. İddiaçı əlilliyin müddətlə (5 il müddətinə) müəyyən olunması barədə cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir.

63. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vax tdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir.

64. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır.

65. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtl ərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

66. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolv eriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

67. Nəticə etibarı ilə, iddiaçı cavabdeh inzibati orqanın 2 noyabr 2018-ci il tarixli inzibati aktının dəyişdirilməsi ilə bağlı 23 iyul 2019-cu il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. İddiaçının mübahisələndirilən qərarın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürmə si müəyyən edilmişdir. Odur ki, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır.

68. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol vermiş, iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Odur ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kasasiya şikayəti təmin olunmamalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir. 2-1(107)-69/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar