Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2319/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi barədə inzibati aktın mübahisələndirilməsi haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “i ddiaçıya ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2503/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatını müəyyən etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul ed ilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəmənin 2-1(112)-6025/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
4. Həmin qərardadın icrası qaydasında İddiaçı cavabdeh tərəfindən 2-ci dərəcə əlillik təyin olunmuşdur. Əlilliyin müddəti 2 il müəyyən edilmişdir.
5. Cavabdeh həmin Məhkəməyə vəsatətlə müraciət edərək, iddiaçıya əlilliyin təyin edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6025/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati iş üzrə icraata xitam verilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərarla Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.3.2. bəndinə uyğun olaraq 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 75% pozulmasının təyini barədə qərar (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə uyğun 2-ci (ikinci) qrup) əlillik təyin edildiyindən) verildiyindən, bununla da iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona “müddətsiz İİ qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, icraat zamanı iddia tələbini dəyişərək cavabdeh tərəfindən iddiaçıya İİ dərəcəli əlilliyin təyin edilməsi barədə qərarının “əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasında “xx.xx.2024” rəqəminin “müddətsiz” sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci il 18 aprel təvəllüdlü, xx.xx.2016-cı ildən insulindən asılı, şəkərli diabet çoxsaylı ağırlaşmaları ilə, aşağı ətrafların diabetic angiopatiyası, sinir sisteminin pozğunluqları, astenonevrotik sindromdan əziyyət çəkir. Həmin tarixdən 3 saylı M.Hüseynov adına şəhər poliklinikasında qeydiyyatda olmaqla xəstəliyinin gedişi xronikidir. Müalicələrinə baxmayaraq, vəziyyətində yaxşılaşma qeydə alınmamışdır. Əksinə səhhəti 5 ildə daha da pisləşmiş, çoxsaylı ağırlaşmalar aşkar edilmişdir, yanaşı xəstəlikləri meydana çıxm ışdır. xx.xx.2022-ci il tarixdə ona 2 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Hesab edir ki, əlilliyin səbəbi kimi göstərilən diaqnoz üzrə əlillik ona müddətsiz təyin edilməlidir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia üzrə iddiaçı cavabdehə qarşı 2-ci dərəcə müddətsiz əlilliyin təyin olunması tələbi ilə çıxış edə bilməz. Belə ki, eyni mahiyyətli mübahisə üzrə məhkəmə qərardadı ilə iş üzrə icraata xitam verildiyindən, o, inzibati orqanın müvafiq hərəkətlərini yenidən m übahisələndirmək imkanı qazanmır.
12. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2503/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual normaların tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. M addə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında ve rilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsində bir müddət əvvəl də həmin cavabdehə qarşı 2-ci dərəcə əlilliyin təyin edilməsi tələbi ilə iddia qaldırmışdır. Həmin iş üzrə materiallardan görünür ki, iddiaçı həmin iddiasında da ə lilliyin müddətsiz təyin olunmasını istəmişdir. Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının 2-ci dərəcə əlilliyinin müəyyən edilməsi barədə müraciətinə 2 ay müddətində yenidən baxılması cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tapşırılmışdır. Qərardadın icrası istiqamətində inzibati orqan tərəfindən İddiaçı 2 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş və bu səbəbdən məhkəmə İPM-in 67-ci maddəsini rəhbər tutaraq, 16 noyabr 2022-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. İddiaçı ona 2-ci dərəcə əlilliyin müddətli təyinatından narazı qalsa da, iş üzrə icraata xitam verilməsi barədə 16 noyabr 2022-ci il tarixli qərardaddan apellyasiya şikayəti verməmiş, bunun əvəzinə müddətsiz əlillik təyinatı ilə bağlı yeni dən iddia qaldırmışdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
24. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edilməsinə baxmayaraq, işin materiallarında iddiaçının əvvəlki iddiasında əlilliyin müddətsiz təyin edilməsini tələb etdiyinə dair məlumat yoxdur. Əksinə, həmin iş üzrə məhkəmə qərardadlarında iddiaçının dəqiqləşdirilmiş iddia ərizəsində ona “2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdiyi göstərilmişdir.
25. Digər tərəfdən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6025/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadının nəticə hissəsindən də görü ndüyü kimi, həmin qərardadla İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, tələb olunan əlilliyin “müddətsiz” və ya “müddətli” olduğu göstərilməmişdir. Cavabdeh görmüş olduğu tədbirlə – yeni inzibati aktla iddiaçının “əlillik dərəcəsinin təyin edilməsi” məzmunda tələbini təmin etmiş, məhkəmə də məhz həmin məzmunda tələb üzrə icraata xitam vermişdir.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı məhkəmə icraatı zamanı cavabdehin qəbul etdiyi yeni inzibati aktı onun əlverişsiz hissəsində elə həmin icraatda inzibati aktın dəyişdirilməsini tələb etməklə mübahisələndirə bilərdi. Lakin iddiaçının bunu həmin icraatda etməməsi və “əlillik dərəcəsinin tə yin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi iddiaçını cavabdehin inzibati aktını dəyişdirilməsinə dair mübahisələndirmə haqqında müstəqil iddia qaldırmaq hüququndan (imkanından) məhrum etmir.
27. Beləliklə, hazırkı məzmunda iddia apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi hallara görə mümkünsüz olmamışdır.
28. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə dair şərtlərin yoxlanılmasına da aiddir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, iddianın mümkünlüyü şərtlərinin yoxlanılması isə, təkcə yuxarıda qeyd olunanlara aid olmadığından, habelə iddianın mümkünlüyünün yoxlanılmasına dair tələb iş üzrə yekun qərarın çıxarıldığı anda da qüvvədə olduğundan, şikayət hazırkı iddianın mümkün sayılmasına dair hissədə təmin oluna bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il, 2-1(103)2503/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.