Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2319/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xxxnə qarşı “çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(107)9/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Qax rayon Qaxbaş kəndində yaşayır və onun əvvəlki soyadı Seyidova olmuşdur. X2 iddiaçının əmisidir.
2. Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə iddiaçıya kolxoz fondundan 0,06 ha torpaq sahəsi ayrılmışdır.
3. Həmin qərarla ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək, iddiaçıya verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir
4. Qax rayon Şota Rustaveli adına kolxozun “Torpaq kadastrı kitabı”nda 1081-ci sırada iddiaçının 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. 5. “Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi iddiaçının adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha göstərilmişdir.
6. JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 7. xx.xx.2 011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır.
8. Həmçinin, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən, Qax İngiloy kənd sakini X3 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X4 verilərək 0,12 ha-ya çatdırılması qərara alınmış və bununla bağlı kolxoz tərəfindən xx.xx.1995-ci il tarixli akt tərtib edilmişdir. 9. 2004-cü ilin iyul ayında tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən, X3 adına texniki pasport verilmişdir (fərdi yaşayış evinin yerləşd iyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,12 ha göstərilmişdir). 10. “Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X3, X6, X10, X7 və X8 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmişdir.
11. Qax rayon Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Qax rayon Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 192 saylı şəxsi hesabında X3 adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
12. Qax rayon Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə (114,7 kv.m) X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
13. X5 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax rayon Notariat Ofisi tərəfindən X6 adına xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.
14. Qax rayon Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X6 mülkiyyət hüququ (vərəsəlik qaydasında) xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
15. İddiaçı X1 adına xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv olunması ilə bağlı cavabdehə müraciət etmişdir.
16. İddi açının ərizəsi məhkəməyə müraciət edənədək cavabdeh tərəfindən cavablandırılmamış, sonradan isə xx.xx.2022-ci il tarixli imtina məktubunda ona tələbi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşı tərəfin saxta sənədlər əsasında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməsinə imkan ver ilməmişdir. Halbuki, sözügedən torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur.
19. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, X3 adına olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci ildə Qax rayon Notariat ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi X6 adına qeydiyyata alınmışdır. Həmçinin, çıxarışın ləğv edilməsi cavabdehin səlahiyyətinə aid deyildir.
20. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
21. Cavabdeh tərəfindən ver ilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi mərhum Xürrəm Seyidovun adına qeydiyyata alınmış çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür.
22. Şəki İnzibati Məhkəməsinin (hakim: Vidadi Qasımov) 23 avqust 2022-ci il tarixli, 2-1(116)-676/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və koordinatları aşağıda göstərilmiş 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Döngə X nö qtələrinin nömrəsi 1 664098,46 Y Döngə nöqtələri Məsafə (metrlə) 4589009,33 1-2 15,2 2 664102,82 4589023,85 2-3 5,5 3 664105,95 4589028,38 3-4 34,5 4 664139,38 4589036,74 4-5 11 5 664143,48 4589026,49 5-1 48,2
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsi Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika Dövlət Arxivinin Şəki filialında mövcuddur. X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədl ər arasında Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarış da vardır.
24. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə sorğu edilərək, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun X4 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X4 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxivdə mühafizə olunan Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunda X4 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas: fond № 41, si yahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə təkrar sorğu edilərək, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınıb işə əlavə olunmuşdur.
25. X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X4 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müə yyən edildi ki, iddiaçıya kolxoz qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi faktiki olaraq 0,0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
26. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində birinci icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Günay Cavadova) 16 noyabr 2022-ci il tarixli, 2-1(107)-340/2022 nömrəli qərarı ilə cavabdeh və üçüncü ş əxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Q ax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X4 verilmiş 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır.
29. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 18 aprel 2023-cü il tarixli, 2-1(102)-513/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bir şəxs digər şəxsin adına aparılmış qeydin onun hüquqlarını pozması halından çıxış edirsə, o halda aşağıdakı məzmunda iddialarla məhkəməyə müraciət edə bilər: birinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu iddia edirsə, bu halda qeydin əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməlidir; ikinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olmadığını, lakin cavabdeh orqan tərəfindən qeydin aparılması zamanı şəxsin hüquqlarının pozuntusu halından çıxış edirsə, bu zaman mübahisənin predmetini həmin qeydin düzgün icra olunmadığı təşkil etməlidir.
32. Hazırk ı halda, cavabdehin arxivində saxlanılan sənədlərə əsasən belə qənaətə gəlmək olur ki, mərhum Xürrəm Seyidovun adına aparılmış qeydin əsasında Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarış, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktı və 2004-cü ilin iyul ayında tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” dayanır. İddiaçı iddia ərizəsində Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli, 02 nömrəli ümumi iclas protokolundan çıxarışın və Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli aktının mötəbər olmadığına istinadən, Xürrəm Seyidovun adına aparılmış qeydi mübahisələndirir. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-müəyyəndir.
33. Be lə ki, əgər qeydin əsasında hüquqmüəyyənedici sənədlər varsa, bu halda, həmin sənədlər müvafiq icraatda müstəqil mübahisələndirilməlidir. Əgər, iddiaçı qeydin əsasında duran hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini mübahisələndirmədən, qeydin aparılmasının düzgün icra edilməməsini iddia edirsə, onda həmin qeydi aparmış inzibati orqanın faktiki xarakterli hərəkətini mübahisələndirməlidir. Başqa sözlə, iddiaçının Xürrəm Seyidovun adına aparılmış qeydin mübahisələndirilməsinin əsasında duran dəlili dəqiqləşdirilməlidir. Yəni müəyyən edilməlidir ki, iddiaçı Xürrəm Seyidova 0,12 ha torpaq sahəsi verilmədiyini, yaxud torpaq sahəsi verilsə də, bu torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyinə baxmayaraq, inzibati orqan tərəfindən Xürrəm Seyidovun adına qeyd aparılarkən qanunsuzl uğa yol verildiyini mübahisələndirir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi məsələ dəqiq müəyyən edilməli və bu məqsədlə, iddia tələbinin hüquqi marağına uyğun formalaşdırılmasında ona hüquqi yardım edilməlidir.
34. Bununla yanaşı, iddiaçıya aid sənədlərin (Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı, JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) əsli tələb edilməli və arxivə bununla bağlı müvafiq sorğular verilməli, eləcə də, iddiaçının iddia tələbinin əsasını Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təşkil etməsi məsələsi də aydınlaşdırılmalıdır. Belə ki, iddiaçı subyektiv hüququnun əsasında duran hüquqm üəyyənedici sənədi dəqiq müəyyən etməlidir ki, məhkəmə araşdırmasının predmeti və istiqaməti müəyyənləşdirilə bilsin.
35. Digər tərəfdən, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X4 verilmiş 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır.
36. Qeyd edilməlidir ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı iş materiallarında yoxdur. Torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsinin aydınlaşdırılması ilə bağlı birinci instansiya məhkəməsində əldə edilmiş və cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi mərhum Xürrəm Seyidovun adına qeydiyyata alınmış çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür.
37. İşə baxan apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının nümayəndəsinin izahatı əsasında torpaq s ahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlsə də, nəzərə alınmalıdır ki, bu izahat sübut kimi o halda qəbul edilə bilərdi ki, işdəki digər sübutlarla təkzib olunmasın. Hazırkı halda isə, torpaq sahələrinin üst-üstə düşməsi məsələsi mübahisəlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
38. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mahir Əsədli /sədrlik edən və məruzəçi/, Ələddin Məcidov və Elçin Mehdiyev) 23 may 2024-cü il tarixli, 2-1(107)-9/2024 nömrəli qərardadı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə k ollegiyası tərəfindən təklif göndərilmiş, lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında da iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif verilmiş, lakin iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir.
40. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-1616/2-10/1242 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin və xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə ə sasən Qaxbaş bələdiyyəsi tərəfindən iddiaçıya satılmış **********57 nömrəli çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinin coğrafi yerləşməsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də göstərilmişdir. JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi naturada faktiki olaraq 623 kv.m olub döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də göstərilmişdir. Üçüncü şəxsin istifadəsində olan X4 məxsus reyestr nömrəsi **********96-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,12 ha torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. Həmin 0,12 ha torpaq sahəsi, TEKUİS (X9 X13) məlumat bazasına əsasən Nümayəndə2 və üçüncü şəxsin istifadəsində olub, tərəflər arasında ortaq sərhəddə mübahisəli olan torpaq sahələri sxem 2-də göstərilmişdir. Tərtib edilmiş yerquruluşu planı sxem 1 və sxem 2-də göründüyü kimi JN-721A/0,06 ha torpaq sahəsi ilə üçüncü şəxsin istifadəsində olan (X4 məxsus **********96-10301 reyestr nömrəli 0,12 ha) torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir. Həmin torpaq sahələrinin coğrafi yerləşməsi tamamilə fərqlidir, üst-üstə düşməsi yoxdur. JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə görə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi üçüncü şəxs tərəfindən istifadə edilməmişdir.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
42. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
43. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda ona iddia tələbinin konkret olaraq hansı istiqamətdə dəqiqləşdirilməli olduğu göstərilməmiş, həmçinin dəqiqləşmə olmayacağı təqdirdə iddianın mümkün sayılmayacağı barədə ona hər hansı məlumat verilməmişdir. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsi iddiaçıya hüquqi yardım göstərmədən onun iddiasını mümkün saymamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdi rilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin qərardad ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə g öndərilməlidir.
49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
50. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi X1 adına xx.xx.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə yönəlmişdir. İddiaçı tələbinin əsası kimi, Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyat aparıldığına və müvafiq qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlərin mötəbər olmadığına istinad edir.
51. İşə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi ekspert rəyi i lə JN-721A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatı aparılmış sözügedən 0,12 ha torpaq sahəsinin ayrı-ayrı ərazilərdə yerləşdiyinin, üst-üstə düşmə halının olmadığının və şəhadətnamə ilə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin X1 vərəsəsi olan hazırkı iş üzrə üçüncü şəxs tərəfindən istifadə edilmədiyinin müəyyən olunduğunu qeyd edərək iddianı mümkün saymamışdır.
52. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
53. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
54. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
55. İddianın mümkünlük şərtləri inzibati məhkəm ə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
56. Qeyd edildiyi kimi, iddiaçı ona 0,06 ha torpaq sahəsinin Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə ayrıldığına istinad edir. İş üzr ə materiallardan görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsinə dair JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin təkrar apellyasiya baxışı zamanı iddiaçıya Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsinin satılmış olduğu müəyyən edilmişdir.
57. İşə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçıya Qax rayon Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi ilə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığını, həmçinin sözügedən şəhadətnamədəki torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılan torpaq sahəsi olub-olmadığını, Aqrar İslahat Komissiyasının həmin qərarının qüvvədə olubolmadığını, eləcə də iddiaçının həmin sənədlər əsasında hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını müəyyən etmədən, bu istiqamətdə lazımi araşdırma aparmadan, o cümlədən yerli baxış keçirmədən, sözügedən şəhadətnamədəki iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyinə istinadən iddianı mümkün saymamışdır.
58. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin əsasını hansı sənədin (Qax rayon Şota Rustaveli adına kol xozun xx.xx.1996-cı il tarixli, 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin) təşkil etməsi məsələsinin aydınlaşdırılmasına dair iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişini yerinə yetirməmiş, bununla yanaşı araşdırma zamanı iddiaçıya Qax rayon Qaxbaş bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsinə əsasən 0,06 ha torpaq sahəsinin satıldığını müəyyən etdiyi halda, iddiaçının tələbinin əsasını təşkil etməsi baxımından həmin hala hüquqi qiymət verməmiş, həmçinin həmin alqı-satqı müqaviləsinin qüvvədə olub-olmadığını, həmin müqavilə əsasında satılmış torpaq sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını və ən əsası, həmin torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydi yyatı aparılmış 0,12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir.
59. İşə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırarkən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin onun adına tərtib edilmiş sözügedən şəhadətnamədəki torpaq sahəsi ilə eyni olmadığını və ya mübahisənin bələdiyyə tərəfindən satılmış torpaq sahəsi ilə bağlı olduğunu aşkar etdiyi təqdirdə, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatı aparılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməli, üst-üstə düşdüyü halda, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində X3 adına 0,12 ha torpaq sahəsi ilə bağlı qeydiyyatı hansı hüquqmüəyy ənedici sənəd əsasında apardığını aydınlaşdırmaldır.
60. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərardadı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfin dən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
62. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edi lməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
63. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(107)-9/2024 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.