Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-232/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-232/2019) Bakı şəhəri 09 yanvar 2019-cu il 09.01.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçının vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 üçüncü şəxs olmaqla) sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2623/2018 saylı, 23 oktyabr 2018ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Bxxxx evin 32 saylı mənzilə dair Qaradağ rayon XDS İK-nın 16 saylı 11.08.1967-ci il tarixli qərarına əsasən X7 adına 4 nəfər ailə üzvlərinin adları göstərilməklə 1967-ci il tarixli 53532 N-li Order verilmişdir. Həmin orderdə F.xxxxdən başqa, X9, X13, X10 və X3 adları göstərilmişir. Bakı şəhəri Cavabdeh 31.07.2015-ci il tarixli, 118 saylı Sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə X8 Bxxxx evin 32 saylı mənzilin kirayədarı hesab edilmişdir. İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri Cavabdehnə qarşı (bundan so nra cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31.07.2015-ci il tarixli, 118 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bxxxx evin 32 saylı mənzili Qaradağ rayon XDS İK-nın 16 saylı 11.08.1967-ci il tarixli qərarına əsasən X7 adına 4 nəfər ailə üzvlərinin adları göstərilməklə 16.08.1967-ci il tarixli, 53532 N-li Order verilmişdir. Həmin orderdə F.xxxxdən başqa, arvadı X4, uşaqları X6, X5 və X3 adları göstərilmişir. Mənzilin kirayədarı X16 26.03.1995-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra həmin mənzildə onunla birlikdə yaşayan və orderdə adları göstərilən şəxslərdən heç biri ilə müqavilə bağlanılmamışdır. Belə ki, orderdə adları göstərilən X11 ölmüş, X10 və X12 nikaha daxil olaraq başqa ünvanlara köçmüşdür. Mübahisəli evdə yalnız xxxx (xxxx) Ramiz Fərrux oğlu yaşamış o, mənzil kirayə müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirmişdir. X14 isə 2014-cü il tarixdə ölmüşdür. Həmin vaxta qədər və ondan sonra da iddiaçı mübahisəli evdə yaşayır. Lakin, İcra Hakimiyyəti orderdə adı olmayan X8 ilə kirayə müqaviləsi bağlamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli, 2-1(81)3109/2018 saylı qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2-1(81)3109/2018 saylı qərardadı ilə (hakim:T.Ə.Əsədova) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2623/2018 saylı qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3109/2018 saylı, 31 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasi ya instansiyası məhkəməsi qərar qəbul edərkən prosessual hüquq normalarını pozmuş, heç bir əsas olmadan birinci instansiya məhkəməsinin qanunsuz qərardadını qüvvədə saxlamışdır. Belə ki, iddiaçı X15 ilə 2006-cı ildə evlənmiş və onun yaşadığı Bxxxx evin 32 saylı mənzilinə gəlin köçərək özünə məxsus olan cehiz əşyalarını həmin mənzilə yerləşdirmişdir. İddiaçı X15 ilə nikah münasibətlərinə daxil olarkən onun ərinin soyadı xxxx olmuşdur və onun xxxx soyadını xxxx soyadı ilə dəyişdirməsi və qeydə aldırması iddiaçıya məlum olmamışdır. İş üzrə üçüncü şəxs qismində cəlb edilən E.Məlikova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddiaçıya qarşı cavabdeh qismində mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddiaçının Bxxxx evin 32 saylı mənzilindən çıxarıl ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli mənzildə mərhum əri R.F.xxxxla faktiki olaraq yaşamışdır. İşdə olan 126 saylı MKİS-nin 238 saylı 10.05.2018-ci il tarixli arayışından görünür ki, mənzilə aid mənzil kirayə haqqını İddiaçı ödəmişdir. O, mübahisəli mənzildə faktiki olaraq 2006-cı il tarixdən yaşayır, mərhum əri ilə birlikdə ümumi təsərrüfatın aparılmasında, mənzil kirayə haqqının və kommunal xərclərinin ödənilməsində iştirak etmişdir. İşdə olan sənədlər sübut edir ki, E.Məlikovanın mübahisəli mənzilə dair orderdə adının olmadığına görə onunla icra hakimiyyət orqanları arasında mənzil kirayə müqaviləsinin bağlanması qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin E.Məlikovanın daimi yaşayış yeri və mənzili vardır. Məhkəmə ic raatı iştirakçılarının izahatları: İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Üçüncü şəxs E.Məlikova məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olun muşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bil ən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsin ə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahis ələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun 30 iyul 2008-ci il tarixli Qərarı) Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, işdə olan doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə iddiaçının əri X1 qeyd olunsa da, mübahisəli mənzilə dair verilmiş orderdə isə ailə üzvü olaraq X6 adı qeyd edilmişdir və işdə olan sənədlərlə həmin ad soyadın eyni şəxsə məxsusluğu sübut olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Ona görə də məhkəmə kollegiyası hazırkı iddia tələbləri ilə iddiaçın hansı hüquqlarının və maraqlarının pozulduğu əsaslandırılmadığından iddianın mümkü n sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2623/2018 saylı iş üzrə 23 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-232/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-232/2019
09.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver