Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-232/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Nümayəndə, c avabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iştirakı ilə) qarşı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1538/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İ ddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildə, anadangəlmə ürək qüsurlu, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə diaqnozu ilə xəstə doğulmuşdur. 2011-c i ilin iyun ayından 47 manat məbləğində sosial pensiya almışdır. Atası xx.xx.2009-cu ildə rəhmətə getdikdən sonra həmin ilin sentyabr ayından 2011-ci ilin may ayının 25-dək atasının pensiyasının 50%-ni kollecdə əyani təhsil aldığı müddətdə almışdır. 2011-ci ilin sentyabr ayından əvvəllər 47 manat, 2019-cu ilin aprel ayından 110 manat sosial pensiya alır. Ailə başçısını itirməyə görə pensiyasın bərpa edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondun Xüsusi və Hərbi Rütbəli Şəxslərlə iş üzrə Depertamentinə müraciət etmişdir. Müraciətinə Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********7 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsin ə əsasən ona 18 yasınadək sağlamlıq imkanlarının məhdudluquna dair məlumatlar İdarədə mövcud olmadığından, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onunla bağlı xx.xx.2019-cu il tarixli "sonuncu müayinəyə dair məlumatların verilməsi" adlı sənəddə onun əlilliyini sübuta yetirən diaqnoz: "anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin defekti, QDÇ İ dərəcə" kimi göstərilmişdir.
5. Bundan sonra işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (hal hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs) üçünc ü şəxs qismində, cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə cavabdeh qismində cəlb edilmişdir.
6. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2104/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 3.1, 4.1.3, 14.1, 17.1 və 18.3cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2 və 1.5-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması (“Anadangəlmə ürək qüsuru, Qulaqcıqlararası çəpərin defekti mitral qapaq çatmamazlığı. QDÇ İ dərəcə), ailə başçısını itirməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh orqan tərəfindən iddiaçının mürac iətini onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməməsi ilə əsaslandırması İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1538/2020 nğmrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2 və 17.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsaslanaraq cavabdehin xx.xx.2019-cu il tarixli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuş olduğunu qeyd etmişdir. Kasasiya şikayətinin dəlilləri:
12. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə Tibbi-Sosial Ekspert komissiyasından 20 yaşına keçdikdə müraciət etmişdir. İddiaçı 18 yaşınadək Tibbi-Sosial Ekspert komissiyasından keçmədiyindən onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunması barədə həmin komissiy anın heç bir rəsmi qərarı yoxdur və məhz bu səbəbdən iddiaçının 18 yaşına çatmadan çatanadək sağlamlıq imkanlarının məhdud şəxslər kateqoriyasına aid etmək olmaz. Həmin xx.xx.2019-cu il tarixli qərardan da göründüyü kimi, həmin xəstəliklər iddiaçıya əlilliyin verilməsi üçün səbəb olan xəstəliklərdi və iddiaçının istinad etdiyi xəstəliklər yuxarıda qeyd etdiyi Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarının 3-cü bölməsində (Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları) sadalanan xəstəliklər siyahısında yoxdurlar. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1538/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunma sına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
19. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilk dəfə Tibbi-Sosial Ekspert komissiyasından 20 yaşına keçdikdə müraciət etmişdir. İddiaçı 18 yaşınadək Tibbi-Sosial Ekspert komissiyasından keçmədiyindən onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunması barədə həmin komissiyanın heç bir rəsmi qərarı yoxdur və məhz bu səbəbdən iddiaçının 18 yaşına çatmadan çatanadək sağlamlıq imkanlarının məhdud şəxslər kateqoriyasına aid etmək olmaz. Həmin xx.xx.2019-cu il tarixli qərardan da göründüyü kimi, həmin xəstəliklər iddiaçıya əlilliyin verilməsi üçün səbəb olan xəstəliklərdi və iddiaçının istinad etdiyi xəstəliklər yuxarıda q eyd etdiyi Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarının 3-cü bölməsində (Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları) sadalanan xəstəliklər siyahısında yoxdurlar.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
22. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
23. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş di gər hallarda sosial təminat hüququna malikdir. 24. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. 25. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.
26. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiy a ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir.
27. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
28. Həmin Qanunun 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası növü vardır.
29. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 30. vəfat etmiş və ya həlak olmuş şəx slərin övladları 18 yaşına çatmamış; 31. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 32. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 33. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 34. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
35. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta sta jı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
36. Həmin Qanunun 18.3-cü maddəsinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir.
37. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 8 saylı Tibbi-Sosial Komissiyası tərəfindən iddiaçıya anadangəlmə ürək qüsuru, qulaqcıqların çəpərin defekti, QDÇ İ dər. diaqnoz qoyulmuşdur. A plaziya inkişaf qüsuru nəticəsində orqanın və ya onun hissəsinin olmaması. Аплазия - дефект развития, заключающийся в отсутствии всего органа, его части, участка ткани, части тела или всего зародыша.
38. Göründüyü kimi, iddiaçıya əlillik 18 yaşına çatdıqdan sonra verilsə də, əlilliyin anadangəlmə olması səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir və qanunvericiliyə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşa qların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
40. Həmin əsasnamənin 1.5-ci maddəsinə əsasən, tibbi-sosial ekspert komissiyaları 41. tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
42. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun mü bahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir (maddə 31.1, 32.3).
43. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması və ailə başçısını itirdiyi halı tam sübuta yetirildiyi səbəbindən, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur.
44. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkİ işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1538/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.