Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-232/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi; düzgün cavabdehə qarşı qaldırılmış iddia; iddianın mümkünlüyü. (iş № 2-N(N02)-232/22) Bakı şəhəri 5 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 20N9-cu il tarixli, 2-N(N03)-NN9/20N9 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı (Ş/V: AZE 0*******, FİN:xxxxxxx2) xx xxx N967-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur, ünvan N ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı N985-N987-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletə əsasən, o, NN.03.N992ci ildən 0N.07.N992-ci ilədək N nömrəli hərbi hissənin tərkibində olan Suraxanı batalyonunda Ağdərə döyüşlərində iştirak etmişdir.
4. Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendantı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38N93 nömrəli arayışa əsasən,İddiaçı NN.03.N992-ci ildən 0N.07.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.05.20N7-ci il tarixli, 9/2-8797 saylı məktuba əsasən 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 6. 39N93 nömrəli Azərbayc an Vətən Müharibəsi Veteranları Birliyinin vəsiqəsinə əsasən İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş N8.09.20N8-ci il tarixli N247 məktuba əsasən N967-ci il tarixli X2 həqiqətən 24.06.N994-cü il tarixdə SHXÇDXnin Suraxanı rayon idarəsi (keçmiş Suraxanı RHK) tərəfindən səfərbərlikdə hərbi xidmətə çağırılmışdır.
8. İddiaçı cavabdehə müracət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
9. Cavabdeh N9 may 20N7-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirm işdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N7.05.20N7-ci il tarixli iclasında baxlmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mart-iyul N992-ci il tarixdə xidmətiniz barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat N0. İddiaçı N2 sentyabr 20N7-ci il tarixdə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən veteran vəsiqəsinin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və cava bdehin üzərinə veteran vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasını barədə qərarın qəbul edilməsini xahiş etmişdir. NN. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-5320/20N7 saylı 29 noyabr 20N7-ci il tarixli qərardadı ilə hazırkı işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. N2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(85)-742/N8 saylı 02 aprel 20N8-ci il tarixli qərardadı ilə hazırkı işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. N3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüşdür. Belə ki, NN.03.N992-ci ildə Suraxanı rayon hərbi komissarlığı tərəfindən hərbi xid mətə göndərilmiş və NN.03.N992-ci ildən 0N.07.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir.Daha sonra AR Müdafiə Nazirlyinin əmri ilə ordudan tərxis olunmuş və bu barədə hərbi komissarlıq tərəfindən arayış verilmişdir.O, həmin döyüşlərdə iştirak etdiyinə görə AR Müdafiə Nazirliyinə müraciət edərək veteranlıq vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən göndərilən N9.05.20N7-ci il tarixli məktubda qeyd olunur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın N7.05.20N7-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən gön dərilən 08.05.20N7-ci il tarixli məktubda qeyd olunur ki, 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, Müdafiə Nazirliyi onun döyüşlərdə iştirakını təsdiqləyən sənədlər olmasına baxmayaraq ona veteranlıq vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki Müdafiə Nazirliyi NN.03.N992-ci ildən 0N.07.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iddiaçının iştirak etməsi barədə arayış vermişdir. Eyni zamanda müharibə iştiarkını təsdiq edən digər sənədlər və şahidlər də var. N4. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında göstərilmişdir ki, iddiaçıya mənsub hərbi biletdə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən hər hansı məlumat yoxdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 08.05.20N7-ci il tarixli 9/2-8797 nömrəli məktubunda da arxivdə iddiaçının xidməti barədə məlumatın aşkar olunmadığı bildirilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə hər hansı xidməti hüquq münasibətlərində olmasına dair sübuta malik deyildir. İddiaçının yalnız NN.03.N992-ci ildən 0N.07.N992-ci il tarixədək “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirakına dair arayışı vardır. Aərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Aərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnamənin dördüncü bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsa sən verilir. N5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.N0.20N8-ci il tarixli, 2-N(82)26N9/20N8 saylı qərarı ilə (hakim Z.Tağıyev) iddianın təmin edilməsi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. N6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı NN.03.N992-ci ildən 0N.07.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə könüllü iştirak etməsi iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiqini tapdığından iddia tələbi əsaslıdır. N7. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) ape N8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.20N9-cu il tarixli, 2-N(N03)-NN9/20N9 nömrəli (sədrlik edən: Elmira Nağıyeva, hakimlər: Həmid Həmidov və Vüsalə Baxışova) qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddiasının mümkün sayılmaması qərara alınmışdır. N9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırı ş üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı “Suraxanı” könüllülər batalyonun tərkibində AR ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, lakin iddiaçı veteran vəsiqəsi və adının verilməsi ilə bağlı AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə deyil, AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Yəni, hazırkı iş üzrə cavabdeh qismində çıxış edən AR Müdafiə Nazriliyi yuxarıda qeyd edilən normalara əsasən iddiaçıya veteran vəsiqəsi və adının verilməsi səlahiyyətinə malik olmadığı üçün iddia mümkün sayılmamışdır.
20. İddiaçı kasasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSA a) kassasiya şikayətinin dəl illəri 2N. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan mötəbər sənədlərlə (arayış, hərbi bilet və s.) iddiaçı “Suraxanı” könüllülər batalyonun tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin cavabdeh iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə sübutu təqdim etməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 08.06.20N8-ci il tarixli HP 03/30-4626 saylı məktubundan görünür ki, hərbi xidmətdə olduğu müddətdə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı cinayət işi istintaq olunmamışdır.
22. İşə baxan apellyasiya instansiya məhkəməsi əsassız olaraq cavabdehi düzgün seçməməsi səbəbi ilə iddiaçının iddiasını mümkün saymamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməsi” Maddə N. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə ola rkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin əsasnaməyə görə “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Döv lət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilməsi nəzərdə tutulur. Həmin əsasnaməyə görə “Müharibə veteranı adı”nın verilməsi N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2007-ci il tarixli “XN” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərar ının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərar
26. İnzibati Prosessual Məcəllə: Maddə N2.N Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N4.N Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 35.N Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəti cəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.N apellyasiya instansiyası məhkəməsində icraat zama nı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2 apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9 Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.NN Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. İddiaçı kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının N5 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilərək şikayət mümkün sayılmışdır.
29. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 3N. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmamışdır.
32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı “Suraxanı” könüllülər batalyonun tərkibində AR ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı veteran vəsiqəsi və adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi özünü səlahiyyətli orqan kimi hesab etmiş və iddiaçının ərizəsinə cavab olaraq bildirmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N7.05.20N7-ci il tarixli iclasında baxlmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mart-iyul N992 -ci il tarixdə xidmətiniz barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”.
33. Apellyasiya məhkəməsinin dəlilinə görə hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazriliyi yuxarıda qeyd edilən normalara əsasən iddiaçıya veteran vəsiqəsi və adının verilməsi səlahiyyətinə malik deyildir.
34. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyul 2007-ci il tarixli “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
36. Beləliklə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə N99N-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xidmət etməsi məsələsini hərtərəfli araşdırmadan və qiymətləndirmədən iddianın düzgün cavabdehə qaldırılmaması ilə bağlı nəticəyə gəlmiş, bununla da, hazırkı qərarın 26-cı bəndində qeyd olunan prosessual hüquq normasının tələblərinə zidd olaraq işin obyektiv və hərtərəfli araşdırılması prinsipini pozmuşdur. Halbuki, hazırkı qərarı n 24 və 25-ci bəndində qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından bu halların araşdırılması zəruridir. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi işin hallarını ətraflı araşdırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2007-ci il tarixli qərarında qeyd olunan mövqeyini nəzərə alaraq iddia ərizəsinə mahiyyəti üzrə baxarkən qanuni və əsaslı qərar qəbul etməlidir.
38. Belə olan halda, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 20N9-cu il tarixli, 2N(N03)-NN9/20N9 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.