Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-232/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü ş əxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(105)-632/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hərracın yekunları barədə 14 yanvar 2021-ci il tarixli, 04/02 nömrəli protokola görə, ipoteka predmetinin mülkiyyətçisi X1 məxsus, dəyəri 28687.50 manat olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 46/61 nömrəli xx.xx.2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin 17 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən hərraca çıxarılmışdır. 2. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 14 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən, “İxtisaslaşdırılmış təşkilat” "xxxx" MMC və ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" ASC arasında X1 məxsus, dəyəri 28687.50 manat olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil barədə hərracın yekunları barədə 14 yanvar 2021-ci il tarixli, 04/02 nömrəli protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-388-2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı hərra c və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(005)-2312/2021 nömrəli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7995/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir.
5. İddiaçı cavabdehə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29-05101-03017 olan çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh 4 fevral 2022-ci il tarixli, **********89 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hərrac təşkilatının hərracın yekunları barədə protokolunda sifarişçi icra idarəsinin möhür və imzasının labüdlüyü qanunvericilikdə öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraa t
6. İddiaçı cavabdehə qarşı 18 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29-05101-03017) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzili ilə bağlı qanunsuz olaraq iki hərrac keçirilmişdir. "xxxx" MMC xx.xx.2020-ci i l tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" ASC-yə göndərmişdir. Lakin "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə 04/02 saylı protokol Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçi rirlər. Sifarişə icra sənədinin surəti də əlavə olunur (61.3.1). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, hərracın yekunları barədə protokol hərrac keçirən qurum, hərracı sifariş verən icra şöbəsi və ipoteka saxlayan (ipoteka əldə etmə hüququna malik olan) tərəfindən imzalanmalıdır. Lakin iddiaçıya təqdim edilmiş hərracın yekunları barədə protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmamış və təs diq edilməmişdir. Cavabdehin etirazları:
8. Cavabdehin yazılı etirazının dəlilləri onun iddiaçıya ünvanladığı 4 fevral 2022-ci il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
9. Məhkəmənin 29 mart 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərracın keçirilməsinin nəticələri barədə protokolun icra məmuru tərəfindən təsdiqlənməsi qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Bundan başqa, bu hal hüquqların daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınmasından imtinaya əsas kimi göstərilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnu qeydə almaqda haqlı olmuşdur, onun imtina üçün hər hansı əsası olmamışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(105)-632/2022 nömrəli qərardadı (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(118)-1420/2022 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
14. Ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 21 nömrəli mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğu iş materialları ilə müəyyən edilmir. İddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Əvvəllər iddiaçının mülkiyyətində olmuş mənzil üzərində hərracın nəticələrinə dair protokol əsasında "xxxx" ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Hərracın və onun nəticələri barədə 04/02 nömrəli protokol iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndir ilmiş, lakin onun iddia tələbi rədd edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı hesab edir ki, onun cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhər i Nərimanov Rayon Məhkəməsində irəli sürdüyü iddia ilə hazırkı iddia tələbi tamamilə fərqli tələblərdir. Belə ki, iddiaçının hərrac təşkilatına qarşı qaldırdığı iddianın əsasını yekun məhkəmə qərarı olmadan (işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan vaxt) hərrac təşkilatı tərəfindən qanunsuz olaraq hərracların keçirilməsi təşkil etmişdir. Həmin iddia tələbi təmin olunsa idi, keçirilmiş hərraclar və yekunları barədə protokol ləğv ediləcək və icra vərəqəsi əsasında yenidən hərrac keçiriləcəkdi. Hazırkı iddia tələbi isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən üçüncü şəxsə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsidir. Cavabdeh inzibati orqanın qanunvericiliyin tələblərini nəzərə almadan, yəni hərracın yekunları barədə protokol lazımi qaydada təsdiqlənmədən dövlət reyestrində müvafiq qeydləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İnzibati orqan protokolun imzalanmamış olması əsası ilə hüquqların dövlət qeydiyyatını aparmaqdan imtina etməli idi. Hərracın yekunları barədə protokol üçtərəfli əqd formasında hərrac təşkilatı tərəfindən hazırlanmış və protokoldan da göründüyü kimi, orada 3 tərəfin imzası olmalı idi: hərrac təşkilatı, ipoteka saxlayan və icra şöbəsi. İcra şöbəsi müvafiq məhkəmənin icra vərəqəsi əsasında icra prosedurunu həyata keçirən bir təşkilatdır. Bu prosedurlara hərracın keçirilməsini sifariş vermək və buna nəzarət etmək də daxildir. Əlbəttə ki, hərracın yekunları barədə protokolun imzalanması da i cra şöbəsinin birbaşa vəzifəsidir. Hətta, protokolun özündə də qeyd edilib ki, “protokol imzalanmadan, möhürlə təsdiq edilmədən və xidmət haqqı ödənilmədən hüquqi qüvvəyə malik deyil”. Belə çıxır ki, cavabdeh inzibati orqan hüquqi qüvvəyə malik olmayan əqd əsasında reyestrdə müvafiq qeydi aparmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda müb ahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həcmdə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağ a borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yo lveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. İşin müəyyən edilmiş hallarından görünür ki, hərracın yekunları barədə 14 yanvar 2021-ci il tarixli, 04/02 nömrəli protokola əsasən ipoteka predmetinin mülkiyyətçisi X1 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı binada yerləşən 21 saylı mənzil Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 46/61 nömrəli xx.xx.2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin 17 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən hərraca çıxarılmış və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 14 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-yə (üçüncü şəxsə) satılmışdır. İddiaçı tərəfindən hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokol mülki mühakimə qaydasında mübahisələndirilmiş, nəticə etibarı ilə iddiası rədd edilmiş və kassasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
26. Hazırda iddiaçının mübahisələndirdiyi daşınmaz əmlak məhkəmə ilə mübahisələndirilən hə rrac və onun nəticələri barədə 04/02 nömrəli protokol əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyata alınmışdır.
27. Ona görə də, daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmadığından və ya onun mülkiyyət hüququnun yaranmasını nəzərdə tutan qanuni əsaslar mövcud olmadığından, iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malik deyildir.
28. Hərracın nəticələrinə dair protokolun imzalanmadığına, bu səbəblə də, protokolun hüquqi qüvvəyə malik olmadığına dair dəlilə gəldikdə, məhkəmə kollegiyası şikayətin bu dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.
29. Məhkəmə kollegiyası, ilk növbədə, nəzərə alır ki, iddiaçı müqavilə qüvvəsinə malik olan həmin protokolun iştirakçısı (müqavilənin tərəfi) deyil. Digər tərəfdən, “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsinin tələbinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
30. Normanın tələbindən göründüyü kimi, hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol hərracı udmuş şəxs və hərracın təşkilatçısı tərəfindən imzalanmalıdır. İşdə olan və iddiaçının da istinad etdiyi protokolda da qeyd olunur ki, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında müqavilə qüvvəsinə malik protokol imzalanmalıdır.
31. Göründüyü kimi, istər “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsində, istərsə də istinad edilən protokolda onun icra məmuru (sifarişçi) tərəfindən imzalanması məcburi şərt kimi göstərilməmişdir. Bunu görə də, iddiaçı həmin fakta istinadla hüququnun pozulduğunu iddia edə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(105)-632/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.