Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-232/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(104)-231/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, “Fəxralı” adına kolxozda 1973-cü ildə 298 gün, 1976-cı ildə 31 gün, 1977-ci ildə 152 gün, 1978-ci ildə 41 gün, 1979-cu ildə 72 gün, 1980-ci ildə 91 gün, 1982-ci ildə 129 gün, 1983-cü ildə 197 gün, 1988-ci ildə 76 gün, 1989cu ildə 75 gün, 1990-cı ildə 54 gün və 1991-ci ildə 84 gün işləmişdir.
2. Goranboy rayon “Fəxralı” adına kolxozda 1973-1983-cü illərdə kişilər üçün adam günü norması 220, 1986-1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün müəyyən edilmişdir.
3. X1 Ust-Vımski rayon xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli qərardadı ilə iddiaçının cəzaçəkmə müəssisəsində məskunlaşması xx.xx.1983-cü il tarixdən sayılmaqla, məskunlaşma koloniyasında 15.08 - xx.xx.1988-ci il tarixədək işləmə müddəti əmək stajına daxil edilmişdir.
4. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, onun sığorta stajı 7 il 5 ay olmaqla, tələb olunan 25 il müddətdən azdır. Eyni zamanda, pens iya yaşı tamam olan tarixdə pensiya kapitalı 2734,08 manat olmaqla tələb olunan 23040 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 06 aprel 2022-ci il tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1.İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən, 6 il 8 ay kolxozdakı iş stajı, 2 il 7 gün hərbi xidmət müddəti və 4 il 9 ay 24 gün cəza çəkdiyi müddət olmaqla, ümumilikdə 13 il 6 ay sığorta stajı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunurdu. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü i l təvəllüdlü olmaqla 63 yaşa xx.xx.2017-ci il tarixdə çatdığı üçün yaş tələbini də ödəmişdir. Beləliklə, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, Ə.G.Abdullayev və Ş.Q.Rzaquliyev) 11 avqust 2022-ci il tarixli, 2-1(104)-322/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdı r.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “g” bəndini əsas götürmüşdür. Həmin maddəyə əsasən, şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət iş stajına daxil edilir. İş materiallarında iddiaçının qanunsuz tutulma, həbsdə olma və cəza çəkməsinə dair hər hansı sübut yoxdur. Göründüyü kimi, iddiaçının məskunlaşma koloniyasında işləmə müddəti cəmi 10 gün müəyyən olunur. Bu hal isə onu göstərir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.
13. İ ddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) 07 dekabr 2022-ci il tarixli, 2-1(102)-2276/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(104)-322/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya məhkəməsi iddianın mahiyyətini təşkil edən halların (konkret şəkildə iş s tajının az olması) araşdırılması nəticəsində, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, sözügedən məsələ iddianın mümkün olub-olmaması barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, sözügedən amilin, yəni iş stajının düzgün hesablanıbhesablanmamasının, yəni iş stajının az və ya çox olmasının iddianın mümkün olubolmaması ilə bağlı heç bir əlaqəsi yoxdur, həmin məsələ işə mahiyyəti üzrə baxıldıqda, araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq ona müvafiq hüquqi qiymət verilərək məhkəmə qərarı qəbul edilir. Lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 35.1-ci maddəsinin tələblərini pozaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və N.T.Əliyev) 12 iyul 2023-cü il tarixli, 2-1(104)-231/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının kolxozda işlədiyi müddət məhkəmə qərarında qeyd edildiyi kimi 6 il 8 ay dey il, 6 il 4 ay 23 gün kimi nəzərə alınmalı idi. Həmçinin, məskunlaşma koloniyasında 10 gün işləmə müddəti qərardad əsasında əmək stajına daxil edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmu ş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... g) şəxsin qanunsuz tutulma, həbs də olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;...
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:... 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; …
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahi sə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... M addə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüq uq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının kolxozda işlədiyi dövrlə bağlı hesablamanın düzgün aparılmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı “Fəxralı” adına kolxozda 1973-cü ildə 298 gün, 1976-cı ildə 31 gün, 1977-ci ildə 152 gün, 1978-ci ildə 41 gün, 1979-cu ildə 72 gün, 1980-ci ildə 91 gün, 1982-ci ildə 129 gün, 1983-cü ildə 197 gün, 1988-ci ildə 76 gün, 1989-cu ildə 75 gün, 1990-cı ildə 54 gün və 1991-ci ildə 84 gün işləmişdir. Goranboy rayon “Fəxralı” adına kolxozda 1973-1983-cü illərdə kişilər üçün adam günü norması 220, 1986-1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün müəyyən edilmişdir.
33. Apellyasiya məhkəməsi iddiaçının kolxozda iş stajını aşağıdakı qaydada hesablamışdır: 33.1. 1973-1983-cü illər üzrə: 298+31+152+41+72+91+129+197=1011; 1011x12=12132; 12132/220 = 55 ay (4 il 7 ay); 33.2. 1988-1991-ci illər üzrə: 76+175+54+84=389; 389x12=4668; 4668/180 = 25 ay (2 il 1 ay) olmaqla, ümumilikdə 6 il 8 ay.
34. Məhkəmə kollegiyası iddiaçının kolxozda iş stajının apelyasiya məhkəməsi tərəfindən düzgün hesablanmaması ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə razılaşır.
35. Belə ki, iddiaçının minimum əmək iştirakı normasından artıq işlədiyi müddət ona tam əmək stajı kimi hesablanmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki müddət üzrə hesablama qaydası tətbiq edilmişdir. İddiaçının minimum əmək iştirakı normasından artıq işlədiyi illər ona tam əmək stajı kimi hesablanmalı, əmək iştirakı normasından az işlədiyi illər üzrə isə faktiki müddət nəzərə alınmaqla, yəni faktiki işlənmiş günlərin sayının 12 aya vurulması və alınan rəqəmin kolxozda minimum əmək iştirakı norması kimi müəyyən edilmiş günə bölünməsi ilə aparılmalıdır.
36. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, belə hesablama aparıldığı təqdirdə, iddiaçının kolxozda iş stajı apellyasiya i nstansiyası məhkəməsinin qərarında qeyd olduğu kimi, 6 il 8 ay deyil, 6 il 4 ay 23 gün təşkil edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda iş stajının cavabdehin özünün də bildirdiyi kimi, 6 il 4 ay 23 gün hesablanması aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməsi barədə gəldiyi nəticəni dəyişmir. Çünki, kolxozda iş stajı cavabdehin bildirdiyi kimi 6 il 4 ay 23 gün hesablansa belə, iddiaçı pensiya yaşı çatanadək 12 il sığorta stajı şərtini ödəmiş olur.
38. Belə ki, iddiaçının kolxozda işlədiyi müddət ( 6 il 4 ay 23 gün), hərbi xidmətdə olduğu müddət (2 il 7 gün ) və X1 Ust-Vımski rayon xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli qərardadı ilə cəzaçəkmə müəssisəsində məskunlaşması xx.xx.1983-cü il tarixdən sayılmaqla, cəzaçəkmə müəssisəsində işlədiyi müddət (4 il 9 ay 24 gün) nəzərə alınmaqla, onun ümumilikdə 12 ildən artıq sosial sığorta stajı vardır.
39. Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İslah-əmək qanunvericiliyinin dəyişilməsi nəticəsində məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanması nəzərdə tutulmuşdur. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilmiş müddəaları, habelə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın və Avropa penitensiar qaydalarının tələbləri də təmin olun muşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, 1997-ci il fevralın 7-də islahəmək qanunvericiliyinin dəyişilməsi nəticəsində məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan müddəa məhkumların hüquqi vəziyyətini yaxşılaşdırdığından geriyə şamil edilməlidir.
40. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmaqla, xx.xx.2017-ci il tarixədək qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə çatdığından və həmin tarixdə iş stajı qanunvericiliklə müəyyən edilmiş həddən - 12 ildən artıq olduğundan, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilmə lidir.
41. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(104)-231/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.