Məhkəmə qərarları › İş №2-1(102)-2320/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2320/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2320/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul, işə bərpa giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X1, cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 2018-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi və iddiaçının İsmayıllı rayon Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-270/2019 saylı, 7 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxx 1960-cı il tarixdə anadan olmuş, 1983-cü ildə M.B.Qasımov adına Tovuz sovxoz Texnikumunu bitirmiş, 12 aprel 1983-cü il tarixdən İsmayıllı rayonunda üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, İsmayıllı rayon Xalq Məhkəməsinin 17 avqust 1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsi nin 86-cı maddəsinin 3-cü hissəsilə (mənimsəmə, israf etmə və ya qulluq mövqeyindən sui-istifadə etmə yolu ilə dövlət əmlakını və ya ictimai əmlakı talama) təqsirli bilinərək əmlakı müsadirə edilməklə, 5 il maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını möhkəm rejimli islah əmək koloniyasında çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. 27 avqust 1991-ci il tarixdə Bakı şəhəri Kirov rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən (cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanı daha yüngül cəza ilə əvəzetmə) vaxtından əvvəl (3 il 11 ay 20 gün) şərti azad olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 6 noyabr 1991-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin “v” bəndinə əsasən 4 yanvar 1992-ci il tarixd ə azad edilmişdir. İddiaçı 3 iyul 2000-ci il tarixdən 1 avqust 2006-cı il tarixədək İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində baş mühasib işləmiş, 17 mart 2010-cu il tarixdə İsmayıllı rayon Xankəndi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. İddiaçı qulluğa qəbul edilən zaman təqdim etdiyi tərcümeyi-halında və kadrlar uçotunun şəxsi vərəqəsində məhkum olunması barədə məlumatı qeyd etməmişdir. Dövlət qulluğuna qəbul edilən zaman məhkumluğunu gizlətdiyi, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyi üçün İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 2018-ci il tarixli, 115 nömrəli sərəncamı ilə həmin tarixdən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və vəzifənin müvəqqəti icrası nümayəndənin müavininə həvalə edilmişdir. İddiaçı 14 noyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 2018-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsi və İsmayıllı rayon Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayar aq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Həmin Qanunun 27.2.2-ci maddəsinə əsasən hər hansı şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişsə dövlət qulluğuna qəbul edilə bilməz. İddiaçının dövlət qulluğuna qəbul olunan zaman, yəni 17.03.2010-cı il tarixdə məhkumluğu olmamış, yəni həmin tarixdən 18 il əvvəl üzərindən məhkumluq götürülmüş və məhkumluqla bağlı bütün hüquqi nəticələr ləğv edilmişdir. Dövlət qulluğuna qəbul edilən zaman “Dövlət qulluğu haqqında” Qanunun 27.2.2-ci maddəsinin tələbləri pozulmamışdır. Mübahisələndirilən sərəncamın qəbulu üçün əsas götürülən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsində qeyd edilir ki, qanunver iciliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, dövlət qulluğuna qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmadığı üçün İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısının 12.10.2018-ci il tarixli 115 nömrəli sərəncamı qanunsuzdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-160/2019 saylı iş) 25 fevral 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı işə qəbul olan zaman tərcümeyi halında və kadrlar uçotunun şəxsi vərəqəsində İsmayıllı rayon Xalq Məhkəməsinin 17 avqust 1989-cu il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatı qeyd etməyərək həmin məlumatı gizlətmiş, işəgötürən dövlət orqanı bu haldan məlumatsız olaraq “ Dövlət qulluğu haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən yoxlama apara bilməmiş və nəticədə iddiaçını kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin etmişdir ki, iddiaçının işə qəbul olunması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X6 və X7,2-1(107)-270/2019 saylı iş) 7 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2-1(84)-160/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 2018-ci il tarixli, 115 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı İsmayıllı rayon Xankəndi kənd inzibati ərazi dai rəsi üzrə nümayəndə vəzifəsinə bərpa edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilmiş qərarda maddi normalar düzgün tətbiq edilməmiş və nəticədə iddiaçının işdən azad edilməsi qanunsuz olmaqla onun əmək hüquqlarının pozulmasına şərait yaradılmışdır. Cavabdeh 15 may 2019-cu il tarixdə qərarın surətini almış, 11 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə əsasən, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilə bilər. Yəni pozuntunun olması kifayətdir. Qanunvericilik dövl ət qulluğuna qəbul zamanı qulluğa qəbul edənin və ya qəbul olunanın təqsirini meyar kimi müəyyən etməyib. Dövlət qulluğuna qəbul zamanı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na uyğun olaraq dövlət qulluğuna qəbul edilən şəxsə məlumatların gizlədilməməsi və yalan məlumatların verilməməsi barədə xəbərdarlıq edilir. Göründüyü kimi, iddiaçı işə qəbul olan zaman tərcümeyi halında və kadrlar uçotunun şəxsi vərəqəsində İsmayıllı rayon Xalq Məhkəməsinin 17.08.1989-cu il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatı qeyd etməyərək, həmin məlumatı gizlətmiş, işəgötürən dövlət orqanı bu haldan məlumatsız olaraq “Dövlət Qulluğu haqqında” Qanunun 27.3- cü ma ddəsinə əsasən yoxlama aparan zaman üzləşmə apara bilməmiş və nəticədə iddiaçını kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin etmişdir. İddiaçının işə qəbul olunması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırı lmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı İsmayıllı rayon Xalq Məhkəməsinin 17.08.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 86-cı maddəsinin 3-cü hissəsilə (mənimsəmə, israf etmə və ya qulluq mövqeyindən sui-istifadə etmə yolu ilə dövlət əmlakını və ya ictimai əmlakı talama) təqsirli bilinərək, əmlakı müsadirə edilməklə, 5 il maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını möhkəm rejimli islah əmək koloniyasında çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. 27.08.1991-ci il tarixdə Bakı şəhər Kirov Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən (cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanı daha yüngül cəza ilə əvəzetmə) vaxtından əvvəl ( 3 il 11 ay 20 gün) şərti azad olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 06.11.1991-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin “v” bəndinə əsasən 04.01.1992-ci il tarixdə azad edilmişdir. 03.07.2000-ci il tarixdən 01.08.2006-cı il tarixədək İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində baş mühasib işləmiş, 17.03.2010-cu il tarixdə İsmayıllı rayon Xankəndi kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxs in səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı dövlət qulluğuna qəbul olunan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması” Qaydalarının 1-ci bəndində qeyd edilir ki, bu “Qaydalar” “dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, dövlət q ulluğu və kadrlarla iş sahəsinə aid digər normativ hüquqi aktlara uyğun hazırlanmışdır və dövlət qulluqçusunun fərdi məlumatlarının toplanması, işlənilməsi, saxlanılması, istifadə edilməsi və onların əsasında dövlət qulluqçusunun şəxsi işinin tərtibi qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən, dövlət qulluqçusunun fərdi məlumatları onun şəxsi və xidməti keyfiyyətlərinə aid olan, şəxsi və ailə həyatının sirrinin təşkil etməyən məlumatlardan ibarət olmaqla, onun şəxsiyyətini identifikasiya etməyə imkan verən, şəxsi işindəki, yaxud həyatında baş vermiş və bu Qaydalara əsasən onun şəxsi işinə daxil edilməli olan hadisələr haqqında informasiyanı əhatə edir. Qaydaların 7-ci bəndində qeyd edilir ki, dövlət qulluqçusunun fərdi məlumatları şəxsən özündən alınır... İddiaçının özünün tə rtib etdiyi şəxsi işində kadrlar uçotunun şəxsi vərəqəsində olan məlumatlarda “cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə” bəndinin qabağı boş olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatları qeyd etməmişdir. İddiaçı Qaydalara əsasən şəxsi işinə daxil edilməli olan hadisələr haqqında informasiyanı (əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsini) göstərməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən, dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı informasiyanı şəxsi işində göstərmədiyindən dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş iddiaçının dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılmamış, nəticədə qanunvericiliyin tələbləri pozulmaqla dövlət orqanında dövlət qulluğuna qəbul olunmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilə bilər. İddiaçı qanunvericiliyin tələbləri pozulmaqla işə qəbul edildiyindən cavabdehin onun barəsində qəbul etdiyi 12 oktyabr 2018-ci il tarixli sərəncamı əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri əs aslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-270/2019 saylı, 7 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar