Məhkəmə qərarları › İş №2-1(102)-2320/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2320/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2320/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlərin aparılması və təsdiqi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X3 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “əmək kitabçasında müva fiq qeydlərin aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1652/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə “SANAS” hüquq bürosu arasında bağlanmış 15.06.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 iyul 2017-ci il tarixdə hüquq əməkdaşı kimi həmin büroda fəaliyyətə başlamışdır.

2. İddiaçıya məxsus sosial sığorta üzrə qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçı Almaniya Federativ Respublikasında 21.07.2017-ci il, 10.08.2017-ci il, 19.12.2017ci il, 10.08.2017-ci il tarixdən sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır.

3. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 2017-ci ilin iyul-dekabr aylarını əhatə edən dövr üçün, 2018-ci ilin yanvar - noyabr aylarını əhatə edən dövr üçün, 2019-cü ilin yanvar və fevral ayları üçün ümumi/xalis ödənişlərin göndərilməsi barədə məlumatlara əsasən iddiaçı Almaniya Federativ Respublikasında 14050890H031 sosial sığorta nömrəsi ilə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmış və onun adına sosial sığorta haqları Almaniya Federativ Respublikasında ödənilmişdir.

4. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən 2017-ci il üçün işəgötürən tərəfindən işçiyə verilmiş fərdi gəlir vergisinin ödənilməsi haqqında arayışa əsasən iddiaçı HSNVMNİE90H05Z saylı VÖEN-lə Almaniya Federativ Res publikasında qeydiyyata alınmışdır.

5. Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosu tərəfindən verilmiş 29.11.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı 01.07.2017-ci il tarixindən 01.03.2019-cu il tarixinə kimi əmək müqaviləsi əsasında hüquq üzrə əməkdaş kimi fəaliyyət göstərmişdir. Əmək müqaviləsi pozulmamış və müddətsiz olmuşdur.

6. İddiaçı əmək fəaliyyətinin onun əmək kitabçasında qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 4 dekabr 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. İddiaçının əmək müqaviləsi əsasında işləməsi və məcburi dövlət sığorta ödənişlərinin ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasında qeydlərin aparılması qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 22 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq onun əmək kitabçasında 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublik asında yerləşən “SANAS” hüquq bürosunda hüquqşünas vəzifəsində işləməsi barədə qeydlərin aparılmasının və təsdiq edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmişdir.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində əsaslandırdığı iddia tələbi təmin edilməməlidir. Başqa dövlətin ərazisində əmək fəaliyyəti dövrü “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni lə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə mə şğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanına dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı vəziyyətində isə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Bununla yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək k itabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək kitabçasında onun xarici ölkədəki məcburi dövlət sığortasının həyata keçirilməsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Xarici dövlətin ərazisində Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmağa başladıqda həyata keçi rilən hərəkətlər: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeyd iyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-509/202 1 saylı iş) 13 aprel 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən iddiaçının 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “SANAS” hüquq bürosunda hüquqşünas kimi fəaliyyət göstərməsi ilə əlaqədar vergilərin, həmçinin, sığortaedən tərəfindən sosial sığorta haqqının Almaniya Federativ Respublikasının müvafiq orqanlarına ödənilməsinə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına isə heç bir sosial sığorta haqqının ödənilməməsinə, eləcə də iddiaçı tərəfindən məcburi dövlət sosial sığortanın Azərbaycan Respublikasında həyata keçirdiyini təsdiq edən sübutun təqdim edilməməsinə istinad etmişdir.

12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X4, 2-1(103)-1652/2021 saylı iş) 8 sentyabr 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. İddiaçı 1 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 12 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

15. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.6-cı maddəsində nəzərdə tutulmayan şərtləri göstərməklə iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Həmin maddəyə əsasən, xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Məhkəmənin qeyd edilən qənaəti Əmək Məcəlləsinin 87.6-cı maddəsini əhəmiyyətsiz etməklə həmin normanın tətbiqi şərtlərini izah etməmişdir. Belə ki, həmin normada məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməsi şərtilə əmək kitabçasında qeyd aparılmasına dair imperativ tələb mövcud deyildir. Odur ki, məhkəmə q eyd edilən normanı olduğu kimi tətbiq etməməklə iddiaçının hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri (-).

6. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. (-). “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbay can Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999cu il tarixli 122 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

3. Əmək kitabçasının doldurulması 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerl i qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. (-). 3.2.b. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır və təsdiq edilir. (-). 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərar ası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 saylı Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25ci, 29.3-cü, 30.1-ci (birinci və ikinci cümlələrində), 30.1-1-ci, 31.1-ci, 31.1-1-ci, 31.2-ci və 32.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

21. Miqrasiya Məcəlləsi: Maddə

58. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti 58.1. 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. 58.3. Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. 58.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. 58.5. Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. 22. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 saylı Fərmanının 5.6-cı və 5.15-ci bəndlərinə əsasən Miqrasiya Məcəlləsinin 58.4-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir, 58.4-cü maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə isə, Azərbaycan Respublikasının D övlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətl i sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

27. İddiaçı xarici ölkədəki əmək fəaliyyətinin onun əmək kitabçasında qeyd edilməsi ilə bağlı cavabdeh inzibat i orqana müraciət etmiş, cavabdeh müraciəti təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsi əsasında işləməsi və məcburi dövlət sığorta ödənişlərinin ölkə hüdudlarından kənarda keçirildiyi üçün əmək kitabçasında qeydlərin aparılması qeyri-mümkündür.

28. İddiaçının şikayətinin dəlillərinə görə işin faktiki halları Əmək Məcəlləsinin 87.6-c maddəsinin tələbinə cavab verdiyindən əmək kitabçasında onun xarici ölkədə əmək fəaliyyəti barədə cavabdeh tərəfindən qeyd aparılmalıdır.

29. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçı Almaniya Federativ Respublikasında yerləşən “SANAS” hüquq bürosunda 01.07.2017-ci il tarixdən 01.03.2019-cu il tarixə kimi əmək mü qaviləsi əsasında hüquq üzrə əməkdaş kimi fəaliyyət göstərmiş, Almaniya Federativ Respublikasında 21.07.2017-ci il, 10.08.2017-ci il, 19.12.2017-ci il, 10.08.2017-ci il tarixdən sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmış, onun adına sosial sığorta haqları Almaniya Federativ Respublikasında ödənilmişdir.

31. İddiaçı üçün Almaniya Federativ Respublikasında işlədiyi müəssisə tərəfindən dövlət sosial sığorta haqqı həmin ölkədə həyata keçirilmişdir.

32. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olaraq xarici dövlətin ərazisində yerləşən iş yerində işləməsi ilə bağlı sosial sığorta ödəmələrinin sığortaçı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi orqana ödənilməsi tələb olunur. Bu qaydada ödəmə olmadığından iddiaçının tələbi haqlı sayıla bilməz.

33. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun və “Sosial sığorta haqqında” Qanunun müddəalarına istinad etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın hüquqi əsasını Əmək Məcəlləsinin 87.6-cı maddəsi təşkil edir.

35. İddiaçı əmək kitabçasında Almaniya Federativ Respublikasındakı əmək fəaliyyətinin qeyd edilməsini arzu edir.

36. İddianın faktiki əsası kimi həmi ölkədə əmək fəaliyyəti ilə məşğul olmasına dair sənədlərə və əmək haqqından sosial sığorta ödəmələrinə istinad olunur.

37. Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı bəndinə görə xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xar ici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir.

38. Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini cavabdeh həyata keçirir.

39. Eyni norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2.b bəndində də nəzərdə tutulmuşdur.

40. İstinad olunan hər iki normada məcburi dövlət sığortasının hansı ölkəyə köçürülməsi barədə məcburi şərt nəzərdə tutulmamışdır.

41. Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı bəndinin və Qaydaların 3.2.b bəndinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı xarici işəgötürənlə bağlanan əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədin olması cavabdeh tərəfindən əmək kitabçasında qeydin aparılması və təsdiq edilməsi üçün əsasdır.

42. Sadalanan normalarda xarici ölkədə işləmiş Azərbaycan Respublikasının vətəndaşından tutulan məcburi dövlət sığortasının Azərbaycan Respublikasında ödənilməsinə dair müddəa mövcud olmamışdır. 43. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.

44. İddiaçı iddia ərizəsində xarici ölkədə işlədiyi dövrün sığorta stajına daxi l edilməsini xahiş etməmişdir.

45. İddiaçı iddiasında xarici ölkədə işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş etdiyi halda, mübahisəyə “Əmək pensiyaları haqqında” Qanun, o cümlədən həmin Qanunun 23.1-ci maddəsinin müddəaları tətbiq edilə bilərdi. Belə tələb olmadığından mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsini tətbiq etməklə məhkəmə haqlı olmamışdır.

46. Apelyasiya məhkəməsinin istinad etdiyi Miqrasiya Məcəlləsinin 58.3-cü maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya k onsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər.

47. İddiaçının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı aidiyyəti dövlət orqanına məlumat verməsi işdə olan sübutlarla təsdiq olunmur. Belə məlumatın verilməməsi onun məhkəməyə müraciət hüququnu məhdudlaşdıra, həmçinin Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı bəndində təsbit edilmiş hüquqdan məhrum edə bilməz.

48. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının xarici ölkədə iş fəaliyyəti ilə bağlı qeydin əmək kitabçasında aparılması və təsdiq edilməsi üçün əsaslar mövcud olduğundan iddia təmin edilməlidir.

49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1652/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı X3 əmək kitabçasında 1 iyul 2017-ci il tarixdən 1 mart 2019-cu il tarixədək Almaniya Federativ Respublikasında işləməsi barədə qeydlərin aparılması və təsdiq edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar