Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2320/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə əlili kimi mənzil uçotuna götürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.11.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-296/2023 nömrəl i qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2019-cu il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Əlilliyin müddəti xx.xx.2024-cü il tarixinə kimidir.
2. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən xx.xx.2018-ci il tarixli, M/V № 084862 nömrəli vəsiqəyə iddiaçı müharibə veteranıdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa görə, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.
4. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmi şdir ki, iddiaçının müharibə əlili kimi mənzillə təmin edilməsinə köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra məsələyə baxılacaqdır. Halhazırda Cavabdeh balansında boş mənzil olmadığından vətəndaşların mənzillə təmin edilməsi məsələsinə baxılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etmiş və nəticədə müəyyən ciddi travmalar almışdır. Ona “keçirilmiş qapalı KBT-sının davamlı fəsadı. Hipertenzion sindromu. Tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları (ayda 4-5 dəfə). Postravmatik serebrosteniya. Keçirilmiş ağ ciyər vərəminin qalıq əlamətləri. OS-görmə sinirinin tam atrofiyası, postravmatik genezdə. OD-görmə sinirinin hissəvi atrofiyası. VİSOD=0/,3 (onda üç). Visos=0 (sıfır)” diaqnozu qoyulmuşdur. Həkim tərəfindən təyin edilmiş diaqnoz əsasında ona 3 (üçüncü) dərəcəli əlillik verilmiş, həmçinin müddətsiz “gözdən əlillik” verilmişdir. İddiaçı bacısı Nümayəndə köməkliyi ilə ailəsini dolandırır. Aldığı pensiya mənzil şəraitinin yaxşılaşdırılmasına kifayət etmir.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Həmin məktuba əlavə edilmiş qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 22/40 hissədə paylı mülkiyyət hüququ ilə Nümayəndə adına ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Krılov A.İ. küçəsi, ev 28 ünvanında yaşayan Nümayəndə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədə ona məxsus ünvan 1 ünvanına İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir.
9. Sabunçu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı və xx.xx.1983-cü il təvəllüdlü X2 Sabunçu bələdiyyəsində torpaq sahəsi ayrılmamışdır.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ehtiyatda olmanın son yaş həddini keçdiyi üçün hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmış xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı 01 iyun 1990-cı il tarixdə Əli-Bayramlı rayon Hərbi Komissarlığı tərəfindən Sovet Ordu sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və 07 iyun 1990-cı il tarixdən 22 may 1991-ci il tarixədək 34403 saylı 24 may 1991-ci il tarixdən 17 noyabr 1992-ci il tarixədək N saylı hərbi hissələrdə hərbi xidmətdə olmuşdur (Əsas: Hərbi uçot kartası).
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızına verilən xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, onun adına Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi ümumi birgə (9 nəfər ailə üzvü ilə birlikdə) JN-359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, Sabirabad rayonu, Şəhriyar kəndində 6.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ (9 nəfər ailə üzvü ilə birlikdə) xx.xx.1998-ci il tarixdə, JN-359 nömrəsi ilə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən X4 verilən xx.xx.2022-ci il tarixli, 1854 nömrəli arayışa əsasən onun adına ünvan 3 ünvanında fərdi yaşayış evi 3/4 hissə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1679/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ailə üzvləri anası X6, xx.xx.1983-cü il təvəllüdlü X5 və oğlu X7r. İş üzrə müəyyən olunur ki, iddiaçının adına respublika ərazisində daşınmaz əmlak olmasa da, onun ailə üzvü olan arvadı Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızının adına JN-359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi var. Eyni zamanda, iddiaçı ilə birgə yaşayan valideyni X3 a dına ünvan 3 ünvanında fərdi yaşayış evi 3/4 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahələrinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçının və onun ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin, eləcə də onunla birgə yaşayan anasının adına fərdi yaşayış evinin qeydə alınması müəyyən olunur. Bu hal da iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir.
15. İddi açı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-296/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində Azərbaycan Respublikası Mənzil M əcəlləsinin 48.1-ci, 51.1-ci, 56.3-cü, İnzibati Prosessual Məcəllənin 34.1-ci, 73.1-ci, 73.2-ci maddələrinə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.3-cü bəndinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının anası X6 valideyni olsa da onun ailə üzvü deyil və onunla birlikdə yaşamır. Anası atasından qalmış Şirvan şəhərində yerləşən fərdi yaşayış evində qardaşı X8 ilə birlikdə yaşayır. Həmin ev də faktiki olaraq qardaşı Familə verilmişdir.
20. İddiaçının ailə üzvləri həyat yoldaşı və oğlundan ibarət olmaqla onlar Bakı şəhərində yaşayır, yaşadıqları ev isə bacısı Nümayəndə məxsusdur. Orada bacısının həyətində olan bir otaqlı tikilidə çox çətinliklə yaşayırlar.
21. Məhkəmə aktlarında iddiaçının həyat yold aşı X1 adına fərdi yaşayış evinin tikintisi üçün olan torpaq sahəsinə dair sənədlər düzgün deyildir. Həmin sənədlər əvvəllər mövcud olan sənədlərdir, hazırda onun (Rəhmiyyənin) adına çox cuzi miqdarda yalnız kənd təsərrüfatı təyinatlı pay torpaqları vardır. Həmin torpaq sahələrindən biri Sabirabad rayonunun Şəhriyar kəndində yerləşən ümumi birgə mülkiyyət (10 nəfərin) hüququ əsasında olan 1.3362 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İkinci torpaq sahəsi həmin kənddə (Sabirabad rayonunun Şəhriyar kəndində) yerləşən ümumi birgə mülkiyyət (10 nəfərin) hüququ əsasında olan 0.115 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir (Torpaq sahələrinin çıxarışları və plan-ölçüləri əlavə olunur). Adlarından da göründüyü kimi həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sa hələridir və 10 nəfərin ümumi birgə mülkiyyətidir. Onun payına cəmi 0.14512 ha (0.13362ha + 0.0115ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi düşür ki, orada da fərdi yaşayış evinin tikintisi mümkün deyil.
22. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassız olduğundan iddia tələbi təmin olunmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31.1. əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.5. dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsa slara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsd iq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
26. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 3.9.6-cı bənd. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və i darə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 6.8-ci bənd. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı nın ailə üzvləri - anası X6, həyat yoldaşı - xx.xx.1983-cü il təvəllüdlü X5 və oğlu X7r. İddiaçının adına respublika ərazisində daşınmaz əmlak olmasa da, onun ailə üzvü olan arvadı Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızının adına JN-359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi var. Eyni zamanda, iddiaçı ilə birgə yaşayan valideyni X3 adına ünvan 3 ünvanında fərdi yaşayış evi 3/4 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır.
35. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının və onun ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə imkan verən həyətyanı torpaq sahəsinin, eləcə də onunla birgə yaşayan anasının adına fərdi yaşayış evinin qeydə alınması iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismi ndə uçota alınması üçün qanunvericiliklə tələb edilən şərtlərin mövcudluğunu istisna edir.
36. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-296/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.