Məhkəmə qərarları › İş №2-1(102)-2320/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2320/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2320/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-12005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilmə si vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(108)20/2024 nömrəli, qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli, 4/3-12005 nömrəli imtina məktubunda göstərilmişdir ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202 1-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 761 nömrəli arayışına və hərbi biletdə olan qeydlərə əsasən hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N5-xx.xx.N8-ci il tarixlərə) təsadüf etdiyinə görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli, 4/3-12005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbayca n Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Babək rayon Cəhri qəsəbəsində anadan olmuşdur. xx.xx.N5-ci ildə Babək rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq xidmətə göndərilmişdir. Hərbi xidmətə həmin tarixdən N nömrəli hərbi hissədə başlamış, xx.xx.N5-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və N nömrəli əmrlə N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Sonra xx.xx.N5-ci ildə yenidən xidmət yeri dəyişdirilmiş və N nömrəli hərbi hissə komandirinin həmin tarixli 275 nömrəli əmri ilə xidmətini həmin hərbi hissədə davam etdirmişdir. N nömrəli hərbi hissə Qazax rayonunda yerləşirdi və o da əsgər yoldaşları ilə birlikdə Qazax rayonunun Ermənistanla sərhəd döyüş zonasında (mövqelərində) postlarda xidmət aparmışdır. xx.xx.N7-ci il tarixdə hərbi hissə komandirinin göstərişi ilə digər əsgər yoldaşları ilə birlikdə döyüş zonasında müvafiq döyüş tapşırığını yerinə yetirərkən Qazax rayonunun Məzən kəndi yaxınlığında mina partlayışı zamanı yaralanmışdır. Həmin vaxt N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə 195 nömrəli hərbi hospitala müalicəyə göndərilmişdir. "Qəlpə yarası" diaqnozu ilə əvvəlcə 195 nömrəli hərbi hospitalda, sonra isə həkimlərin məsləhəti və yaralıların sayının çox olmasına görə N nömrəli hərbi hospitala köçürülərək müalicəni orada davam etdirmişdir. 5. xx.xx.N7-ci ildə N nömrəli hərbi hissənin komandirinin əmri ilə 1-ci tabor, 1-ci bölük, 1-ci ta ğımın tərkibində tağım komandirləri baş leytenant Şahəddin İsgəndərovun tabeliyində döyüş tapşırığını yerinə yetirərkən Qazax Rayonunun Məzən kəndi yaxınlığında (Aşağı Əskiparada) düşmən tərəfindən basdırılmış mina partlaması nəticəsində yaralanaraq xəsarət almış və hal-hazırda da bədənində qəlpə daşıyır. Həmin tapşırığı yerinə yetirərkən 18 nəfərlik tağımın 5 əsgəri - X22 (Babək rayon Nehrəm qəsəbəsi), Ceyhun Əlverdiyev (Qusar rayonu), Valeh İbrahimov (İmişli rayonu), Fuad Babayev (Bərdə rayonu) və Şahəddin Nurəliyev (Ağsu) şəhid olmuş, 13 nəfəri isə müxtəlif şəkildə qəlpə yarası ilə yaralanmışlar.

6. Onunla birlikdə yaralanan Azərbaycan Respublikasının digər bölgələrindən olan əsgər yoldaşlarından başqa, Naxçıvan Muxtar Respublikasından onunla birlikdə hərbi xidmətdə olan və həmin vaxt döyüş tapşırığını yerinə yetirən əsgər yoldaşlarından X12 müalicə olunaraq xidmətini davam etdirib ordudan tərxis olunmuş və döyüş tapşırığını yerinə yetirən zaman yaralandığına görə "müharibə veteranı" adı və vəsiqəsi almışdır.

7. N nömrəli hərbi hospitalda müalicəsi bitdikdən sonra yenidən N nömrəli hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmiş və xx.xx.N8-ci ildə Müdafiə Nazirinin əmri ilə ehtiyata tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N8-ci il tarixli, 103 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq Babək RHK-na göndərilmişdir.

8. Naxçıvan Muxtar Respublikası SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi ilə Azərbaycan Respublikası MN-nin Naxçıvan Qarnizonu Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş və həmin Komissiyanın xx.xx.2022-ci il tarixli, 10 nömrəli Qərarı (MN NQ MHHK-nin 1394 saylı, xx.xx.2022-ci il tarixli protokolu) ilə bir daha təsdiq olunmuşdur ki, "İddiaçı N7-ci ilin mart ayında N nömrəli hərbi hissənin postunda olarkən mina partlayışı zamanı travma almış və N nömrəli hərbi hissədə çanağın sağ yarısının kor qəlpə yarası diaqnozu ilə stasionar müalicədə olmuşdur. Göstərilən qərar Naxçıvan MR SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi, N nömrəli hərbi hissənin çıxarış epikrizinin kserosurəti, SHXÇDX-nin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 382 nömrəli arayışı və onunla birlikdə xidmət edən 2 vətəndaşın şahid ifadələri və MN NQ MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir.

9. Yuxanda qeyd olunanlara əsaslanaraq tərəfindən "müharibə veteranı" adın ın və vəsiqəsinin alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı müraciət edilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-12005 nömrəli məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsas olaraq isə göstərilmişdir ki, “hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N5-xx.xx.N8) təsadüf edir. cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı etirazı təqdim edərək bildirmişdir ki, Gəncə Hərbi Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 55 nömrəli məktubundan və ona əlavə edilmiş 01 aprel N8-ci il tarixli, 1-34 N8 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olan zaman şəxsi heyətlə bir likdə xx.xx.N7-ci il tarixdə xidmət etdikləri taqımın döyüş mövqeyinin ərazisində səngərdə qazıntı işləri apardıqdan sonra yataqxanaya qayıdan zaman mina partlayışı zamanı xəsarət almışdır. Həmçinin etiraza əlavə edilmiş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-1115 nömrəli məktubunda N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir.

11. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi bölməsinin şəxsi heyəti ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Bununla da İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin (...12 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir) tələblərinə ziddir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(122)-41/2023 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

13. Birinci instansiya məhkəməsi qeyd et mişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edibetməməsi məsələsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, məhkəmə araşdırması zamanı bu məsələ istər göstərilən hüquq normaları baxımından, istərsə də iddiaçının məhkəməyə verdiyi ifadələrdən öz təsdiqini tapmamışdır.

14. İddiaçının bildirdiyinə görə hərbi biletinin müvafiq səhifələrində onun döyüşlərdə iştirakını təsdiq edən hər hansı qeyd aparılmadığına görə həmin səhifələrin notarial təsdiqli surətini məhkəməyə təqdim edə bilmir. Həmçinin məhkəmə icraatı gedişində iddiaçının (N4-cü il 12 may tarixindən sonra) döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməli yyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. İş materiallarından isə aydın olur ki, İddiaçı N7-ci ildə mina partlaması nəticəsində xəsarəti xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı almışdır.

15. Nəzərə almaq lazımdır ki, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. İş üzrə bu hal, iddiaçının döyüş əməliyyatlarında iştirakına münasibətdə baş vermədiyindən, cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoyula bilməz.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2xx.xx.2024-cü il tarixli 21(108)-20/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, xx.xx.2022-ci il tarixli, 4/3-12005 nömrəli imtina məktubu əsassız hesab edilərək iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xidmət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinin redaksiyasında müharibə veteranı adının... həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqəl ər, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi təsbit edilmişdir.

19. İş materiallarına əlavə edilmiş, Qazax Qarnizonu Hərbi Məhkəməsinin 01 aprel N8-ci il tarixli, 1-34 nömrəli hökmünün təsdiq edilmiş surəti ilə müəyyən edilmişdir ki, baş leytenant X13 döyüş şəraitində yerləşən N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində xidmət edərkən 30 mart N7-ci il tarixdə Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı döyüş mövqeyini minalamış, minalanmış ərazinin qarşısında N saylı hərbi hissənin 1-ci taborunun tağımının əsgərləri mühəndis istehkam işlərini apardıqlarını bildiyi halda q ulluğa səhlənkar yanaşması nəticəsində həmin əsgərləri minalanmış sahədən təhlükəsiz çıxmaları üçün heç bir tədbir görməmiş, nəticədə həmin tağımın əsgərləri minalanmış ərazidən bələdçisiz özləri çıxarkən minaya düşmüş, partlayış baş vermişdir, nəticədə sıravi əsgərlər X14, X22, X17, X27, X7 həlak olmuşlar, kiçik leytenant X2, gizir X4 və sıravi əsgərlər X28, X8, X29, X5, X9, X18, İddiaçı və X19 müxtəlif dərəcəli bədən xəsarəti almışlar.

20. Hökmə əsasən İddiaçı məhkəmə-tibb ekspertizasının rəyinə görə ağır dərəcəli, X6 az ağır dərəcəli bədən xəsarətləri almaları, həmin xəsarətlərin mina partlaması nəticəsində qəlpələrin təsirindən törəndiyini və yetirilmə vaxtına görə 30 mart N7-ci il tarixə uyğun olması təsdiq edilir.

21. Həmçinin hökmdə göstərilmişdir ki, N saylı hərbi hissə komandirini n N mart N7-ci il tarixli əmrindən görünür ki, 2-ci taborun qoruduğu Məzən, Aşağı Əskipara və QuşçuAyrım yaşayış məntəqələrində yeni səngərlərin qazılması barədə 1-ci taborun komandanlığına göstəriş verilmişdir. Hökmdə qeyd edilmiş zərərçəkmişlər X20, X3 və İddiaçı və digərlərinin ifadələrindən aydın olur ki, onlar və digərləri N7-ci ilin mart ayının 29-dan 30-na keçən gecə Aşağı Əskipara kəndinin yaxınlığında döyüş mövqelərinin qarşısında səngər qazılması işi görməklə mühəndis istehkam işləri aparmışlar. Hökmdən həmçinin aydın olur ki, İddiaçı hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə həmin vaxt döyüş şəraitində yerləşmişdir....

22. Beləliklə, həmin hökmdən aydın olur ki, İddiaçı döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə xidmət keçərkən həmin hərbi hissə komandirinin N mart N7- ci il tarixli əmrinə əsasən Məzən, Aşağı Əskipara və Quşçu-Ayrım yaşayış məntəqələrində yeni səngərlərin qazılması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən xx.xx.N7-ci ildə mina partlayışı nəticəsində ağır dərəcəli bədən xəsarəti almışdır. 23....məhkəmədə şahid qismində dindirilmiş X19 İddiaçı ilə eyni hərbi hissədə birlikdə xidmət etmiş, eyni vaxtda və eyni səbəbdən yaralanmış, ona cavabdeh tərəfindən xx.xx.2001-ci il tarixdə 051167 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmiş, lakin iddiaçının hərbi xidmətinin atəşkəs dövrünə (xx.xx.N5-xx.xx.N8-ci il tarixlərə) təsadüf etdiyinə görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

24. İddiaçıya məxsus hərbi biletlə, iddiaçının xidmət etmiş olduğu N nömrəli hərbi hissə komandirinin döyü ş tapşırığının yerinə yetirilməsi barədə N mart N7-ci il tarixli əmri ilə, Qazax Qarnizonu Hərbi məhkəməsinin 01 aprel N8-ci il tarixli, 1-34 nömrəli hökmü ilə və iş üzrə toplanmış digər sübutlarla İddiaçı xx.xx.N7-ci il tarixdə döyüş əməliyyatının müdafiə növü üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması təsdiq olunur.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.

27. Bundan əlavə, şikayətdə qeyd olunur ki, şəxsə m üharibə veteranı adının verilməsi üçün onun N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və məhz həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması tələb olunur. Digər tərəfdən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-1115 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, lakin yuxarıda qeyd edilən hadisə baş verən zaman N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olan zaman şəxsi heyətlə birlikdə xx.xx.N7-ci il tarixdə xidmət etdikləri taqımın döyüş mövqeyinin ərazisində səngərdə qazıntı işləri apardıqdan sonra yataqx anaya qayıdan zaman mina partlayışı zamanı xəsarət aldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Veteranlar haqqında” Qanun: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməli yyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının əra zi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərb i hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hə rbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

31. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Şikayətin dəlillərinə görə, N nömrəli hərbi hissə xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyy atlarında iştirak etmiş, lakin iddiaçı mina partlaması nəticəsində xəsarət alan zaman N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, N saylı hərbi hissə komandirinin N mart N7-ci il tarixli əmrinə görə, 2-ci taborun qoruduğu Məzən, Aşağı Əskipara və Quşçu-Ayrım yaşayış məntəqələrində yeni səngərlərin qazılması barədə 1-ci taborun komandanlığına göstəriş verilmiş, iddiaçı da, həmin tapşırığın icrası ilə əlaqədar döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən xx.xx.N7-ci ildə mina partlayışı nəticəsində ağır dərəcəli bədən xəsarəti almışdır.

39. Belə olan halda, iddiaçı xx.xx.N7-ci il tarixdə döyüş əməliyyatının müdafiə növü üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən mina partlaması nəticəsində ağır də rəcəli bədən xəsarəti alması təsdiq olunur.

40. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 iddiaçı ilə birlikdə döyüş tapşırığını yerinə yetirərkən yaralanmış və bununla bağlı ona 2001-ci ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

41. X1 ifadəsi işdə olan Qazax Qarnizonu Hərbi məhkəməsinin 01 aprel N8-ci il tarixli, 1-34 nömrəli hökmü ilə də öz təsdiqini tapır. Belə ki, həmin hökmdən müəyyən olunur ki, baş leytenant X13 döyüş şəraitində yerləşən N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində xidmət edərkən 30 mart N7-ci il tarixdə Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı döyüş mövqeyini minalamış, minalanmış ərazinin qarşısında N saylı hərbi hissənin 1-ci taborunun t ağımının əsgərləri mühəndis istehkam işlərini apardıqlarını bildiyi halda qulluğa səhlənkar yanaşması nəticəsində həmin əsgərləri minalanmış sahədən təhlükəsiz çıxmaları üçün heç bir tədbir görməmiş, nəticədə həmin tağımın əsgərləri minalanmış ərazidən bələdçisiz özləri çıxarkən minaya düşmüş, partlayış baş vermişdir, nəticədə sıravi əsgərlər... İddiaçı və X19 müxtəlif dərəcəli bədən xəsarəti almışlar. 42. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmçinin həmin maddədə qeyd edilmişdir ki, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik prinsipi di skresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Qanunvericiliyin tələbinə əsasən inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

44. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(108)-20/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar