Məhkəmə qərarları › İş №2-1(102)-2321/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2321/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2321/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2321/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: mülkiyyət hüququnun qeydində düzəliş, aqrar islahat komissiyasının qərarı əsasında torpağın ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxs XXXnın vəkili XXXu n iştirakları ilə, üçüncü şəxs XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş XXX kəndində yerləşən 0,3227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş aparılaraq, iş üzrə üçüncü şə xs XXXnın (bundan sonra mətndə üçüncü şəxs) adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, XXX kəndində bir-birinə birləşik ümumi sahəsi 0,3227 hektar olan 2 ədəd (0,2301 və 0,1381 hektar) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində onun hüquqları 01 noyabr 2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxariş”la rəsmiləşdirilmişdir. Torpaq sahəsinin yalnız onun mülkiyyətinə verilməsinə baxmayaraq, texnik i səhv nəticəsində iddiaçı ilə yanaşı onun keçmiş həyat yoldaşı da həmin torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd olunmuşdur. İddiaçı göstərilən səhvin aradan qaldırılması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə məktubu ilə imtina etmişdir. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, AN 406896 və AN 406895 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan 0,1381 və 0,2301 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının və üçüncü şəxsin ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 01 noyabr 2013-cü il tarixli, ********** saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, həmin çıxarışın ləğv edilməsi məqsədilə müraciət etmiş, cavabdeh isə Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və ya d əyişiklik edilməsi, o cümlədən subyektlər siyahısında düzəlişin edilməsinin onun səlahiyyətləri daxilində olmadığını bildirməklə aidiyyəti üzrə məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-19/2019 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin konkret dairəsini müəyyən etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxoz və kolxozun ərazisində olan şəxslər həmin siyahıya aid edilmişdir. İddiaçının keçmiş həyat yoldaşı olan hazırki iş üzrə üçüncü şəxsin adının sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüq uqu olan subyektlər siyahısında olmamasına baxmayaraq, cavabdeh tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” hazırlanarkən iddiaçı ilə yanaşı onun da adı qeyd edilmişdir. Məhkəmə həmçinin, iddianın cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi formasında öhdəliyin icrası növünə aid olduğunu istinad etməklə, prosessual qanunvericiliyin nəzərdə tutduğu iddia müddətinin hazırki hala tətbiqini istisna etmişdir. Həmin qərardan, üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı i lə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 12, 14, 26, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 3.1, 19, 46.3- ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs kassasiya şikayətində bildirilmişdir ki, torpaq sahəsinin birgə mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı iddiaçı hər hansı bir etiraz və ya şikayət etməmiş, yalnız üçüncü şəxsin iddiası əsasında məhkəmə qətnaməsi ilə tərəflər arasındaki nikah pozulduqdan sonra, yəni çıxarışın verildiyi tarixdən 4 il 6 ay müddət keçdikdən sonra məhkəmə qarşısında çıxarışın dəyişdirilməsinə dair iddia qaldırmışdır. Cavabdehin iddiaçının tələbinin yerinə yetirilməsindən haqqlı imtinası onun öhdəliklərinin icrası ilə bağlı deyil, inzibati aktın ləğvindən imtina ilə bağlı olmuşdur ki, bu da iddianın öhdəliyin icrası növünə aid olunmasını istisna edir. Bu səbəbdən, məhkəmə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tarixini əsas götürməklə iddia m üddətini tətbiq etməli idi. Üçüncü şəxs hesab etmişdir ki, onun adının çıxarışda qeyd olunması texniki səhv nəticəsində deyil, iddiaçının təqdim etdiyi müvafiq sənədlər əsasında aparıldığından məhkəmə tərəfindən iddianın təmin edilməsi onun qanunla qorunan mülkiyyət hüquqlarına xitam verilməsindən ibarət olmuşdur. Başqa bir dəlillə bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasına inzibati akt olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı əsas olmuşdur və həmin qərar ləğv olunmadan üçüncü şəxs öz mülkiyyət hüquqlarından məhrum edilə bilməz. Bundan başqa bildirilmişdir ki, Zaqatala rayon Göyəm kənd “Bakı fəhləsi” kolxozundan torpaq payı alacaq vətəandaşların siyahısında iddia çıya verilməli olan torpaq sahəsi ümumilikdə 0,23 hektar, həyətyanı torpaq sahəsi isə 0,0642 hektar olaraq göstərilmişdir. İddiaçıya verilməli olan əkin sahəsi 0,1658 hektardan çox ola bilməzdi. Halbuki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı ilə iddiaçıya ayrılan sahə 0,3682 hektardan ibarət olmuşdur. Göstərilənlərə əsasən üçüncü şəxs hesab edir ki, verilən sahə verilməli olan sahədən 0,2024 hektar çox olduğundan artıq olan sahə onun mülkiyyətinə aid olan sahədir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi üçüncü şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149, 141, 203, 375.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 12.1, 12.2, 16.6, 8.0.5, Azərbaycan Respublikası “To rpaq Məcəlləsinin” 66.2, 68, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, 14, 21, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 2.1, 2.2, 14, 34.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmışdırlar. Müvafiq olaraq 04 və 05 noyabr 2019-cu il tarixlərində məhkəmə kollegiyasına daxil olmuş teleqram və məktubla iddiaçı və cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-ni n 62-ci maddəsinə əsaslanmaqla işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Zaqatala rayon qeydiyyat şöbəsinin 14 avqust 2018-ci il tarixli, 1278 və 1279 nömrəli nikahın bağlanması və pozulması haqqında məlumatdan və Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1840/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə XXXnın nikahı haqqında 26 oktyabr 1996-cı ildə 69 №-li, nikahın pozulması haqqında isə 30 yanvar 2018-ci ildə 11 №-li akt qeydi tərtib edilmişdir. Zaqatala rayonu Göyəm kəndi XXX kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, İddiaçı cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur. A seriyalı, 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmişdir. A seriyalı, 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 №-li qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmişdir. DTXK-nin Zaqatala rayon şöbəsi və Göyəm Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planından görünür ki, həmin planda 0,230 1 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. RX seriyalı, ******* nömrəli 01 noyabr 2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və XXXnın adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Göyəm kəndi XXX kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında İddiaçı adı qeyd olunmuş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81saylı qərarı ilə ona 2301,85 k v.m və 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin sözügedən torpaq sahəsi ilə bağlı RX seriyalı ******* nömrəli 01 noyabr 2013cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" hazırlanarkən İddiaçı ilə yanaşı XXXnın adı da qeyd olunmuşdur. Halbuki, XXXnın adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamışdır. İddiaçı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, XXX kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, X 1 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 16 fevral 2018-ci il tarixli, **********63 nömrəli məktubla bildirmişdir ki, hazırkı məsələnin həlli idarənin səlahiyyətləri daxilində deyil. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 iyul 2018-ci il tarixli, **********13 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin bazasında XXXya torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. XXX kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız İddiaçı adı vardır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onlara uyğun olaraq işin hallarını tam müəyyən etməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay almaq hüququ olan şəxslərin dairəsinə daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər aid edildiyindən, üçüncü şəxsin adının sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamasına baxmayaraq, cavabdeh tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” hazırlanarkən iddiaçı ilə yanaşı onun da adı qeyd edilmişdir. Bu mövqeyi mübahisələndirən üçünçü şəxsin bir dəlilinə görə, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasına inzibati akt olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli qərarı əsas olmuşdur və həmin qərar lə ğv olunmadan üçüncü şəxs öz mülkiyyət hüquqlarından məhrum edilə bilməzdi. Məhkəmə kollegyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun): - 16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; - 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərd ə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; - 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət reyestrində hüququ düzgün qeydə alınmamış şəxs qeyddə düzəlişin aparılmasını tələb edə bilər. Belə düzəlişin aparılması düzəlişlə hüququna toxunulan şəxsin razılığı əsasında, razılıq olmadığı halda məhkəmə qərarı əsasında aparıla bilər. İddiaçı dövlət reyestrində aparılmış qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmadığı əsası ilə düzəlişin edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti ortqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi, reyestrdə 0,3227 ha torpaq sahəsi üzərində iddiaçının və üçüncü şəxsin ümumi birgə mülkiy yəti Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı əsasında qeydə alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər;2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən isə, kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. Apellyasya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə məh kəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsası torpaq sahəsinin qanunvericliyin bu tələblərinə görə düzgün ayrılıb-ayrılmaması təşkil etmədiyindən, apellyasiya məhkəməsinin yalnız bu maddəyə istinadı əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, iddianın qanuni əsasını mülkiyyət hüququnun həqiqi hüquqi vəziyyətə uyğun aparılıb-aparılmaması təşkil etdiyindən, qiymətləndirmə qüvvədə olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına uyğun olaraq mülkiyyət hüququnun ümumi birgə mülkiyyət kimi qeydə alınması üçün əsas təşkil edilib-edilməsinə qiymət verilməli idi. Bunun üçün isə ilk olaraq həmin qərar və onunla təsdiq edimiş torpaq sahələrinin ayrılmasına dair siyahının mpvcudluğu müəyyən edilməli idi. İşin hallarından göründüyü kimi, Zaq atala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı əsasında aşağıdakı torpaq sahələri ayrılmışdır: (1) fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsinin kolxozun 28 noyabr 1994-cü il tarixli, Zaqatala XDS 05 sentyabr 1995-ci il tarixli qərarlarına uyğun olaraq (iş vər.83) və nəməlum mənbəyi olan siyahının “258”-ci sıra nömrəsi ilə həyatyanı torpaq sahəsi iddiaçının adına qeyd olunmuşdur (iş vər.6); (2) XXX kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı” adlı sənədə əsasən, iddiaçının adı “64” sıra nömrəsi ilə qeydə alınmaqla həyatyanı torpaq sahəsi 0,06 və əkin sahəsi 0,21, cəmi 0,23 ha torpaq sahəsinin ayrılması göstərilmişdir; (3) 1381,06 kv.m torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər işdə mövcud olmamışdır. Beləliklə, göstəri lmiş işin hallarından göründüyü kimi, iddiaçıya və ya üçüncü şəxsə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinə dair həm istinad olunan qərar, həm də ona əlavə edilmiş siyahı müəyyən edilməmiş, məhkəmənin istinad edilən siyahıların mənbəyi isə qeyri-müəyyən olmaqla, iddiaçının adı müxtəlif sıra nömrələri ilə qeyd olunmuşdur ki, bu halda torpaq qanunvericiliyin tələblərinə əsasən ilkin sənədlərin hansı sənədlər təşkil etdiyi aydın deyildir. Eyni zamanda, ilkin sənədlərin mövcudluğu ilə bağlı məhkəmələr tərəfindən yalnız cavabdehə sorğular verilmiş, lakin həmin qərarın və ona əlavə edilmiş siyahı ilə bağlı Zaqatala rayon İcra hakimiyyətinə və ya Zaqatala rayon Dövlət Arxivinə sorğular verilməmişdir. Bundan başqa, Azə rbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dairsənədlərin hazırlanması, qeydiyyatı vəverilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Maddənin göstərilməsi onunla bağlıdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi “Zaqatala rayonu Göyəm kəndi XXX kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından” (iş vər.38) göründüyü kimi, iddiaçıya 0,23 torpaq sahəsinin ayrılması 52 A1176 saylı aktla qeydə alınmışdır ki, həmin sənəddə işdə mövcud olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının və üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınamsı üçün əsas olan sənədlər tam təqdim edilmədiyindən, iddiaçının hüququnun düzgün qeydə alınmaması barədə apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı kimi qəbul oluna bilməz. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikay ətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mülkiyyət hüququnun qeydə alıması üçün əsas olmuş ilkin sənədləri əldə etməklə, onlarda əks olunmuş məlumatların hüquqların qeydə alınması üçün düzgün olaraq əsas yaradıb-yaradılmamasına qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcm də sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6 8, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-216/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar