Məhkəmə qərarları › İş №2-1(102)-2321/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2321/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2321/2020 22.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-257/2020 nömrəli qərarda dından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək X2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş *** nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-411/2020 nömrəli qərardadına əsasən (hakim – İ.H.Cabbarov) iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, işdə mübahisə olu nan *** nömrə ilə uçota alınmış Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixinədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Eyni zamanda, iddiaçı torpaq sahəsinin başqa ş əxslərin mülkiyyətinə verilməsini ən azından 2003-cü ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, hələ 2013-cü il tarixində X1 adına çıxarış verilməsindən xəbərdar olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-257/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – V.İ.Məlikov v ə İ.H.Şükürov) apellyasiya şikayətinin rədd edilməsi və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-411/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Məhkəmə qərardadı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

8. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)257/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinə görə iddi açının məhkəməyə təqdim etdiyi xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işə mahiyyəti üzrə baxmayaraq iddia müddətini tətbiq etməklə kifayətlənmişdir. Halbuki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanunvericilik məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Məhkəmə isə mübahisənin mahiyyətini araşdırmamış, beləliklə həqiqətin müəyyən edilməsində maraqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştira kçılarının izahatları

11. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

12. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

13. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübah isələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

15. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

16. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuldu ğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasın ı, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının n izamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və ş ikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Hazırkı qərarın 15-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.

25. Hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

26. Birinci instansiya məhkəməsi də göstərilən tələb lərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və müəyyən etmişdir ki, cavabdehin xx.xx.2003-cü il tarixli aktını iddiaçı xx.xx.2019-cu il tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.

27. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul etmişdir.

28. İddiaçının kassasiya şikayətinin əsas dəlilləri məhkəmənin işin mahiyyətinə qiymət verməməsi və cavabdehin bununla bağlı vəsatəti olmadan məhkəmə tərəfindən iddia müddətinin tətbiq olunmasının qanunvericiliyin tələblərinə zidd olmasıdır.

29. İddiaçının bu dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası ilk dəlilə münasibətdə qeyd edir ki, Ali Məhkəmə Ple numunun hazırkı qərarın 18-ci bəndində qeyd olunan hüquqi mövqeyindən göründüyü kimi iddianın mümkünlüyünün yoxlanılması həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılır və belə olan halda iddia mümkün sayılmadıqda iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə ehtiyac yoxdur.

30. İddiaçının digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yenə Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtlərinin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülmədiyinin yoxlanılması tərəflərin vəsatəti ilə deyil, məhkəmənin öz təşəbbüsü ilə aparılır.

31. Beləliklə, apellyasiya instansiya məhkəm əsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-257/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar