Məhkəmə qərarları › İş №2-1(102)-2321/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2321/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2321/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı onun cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1247/2021 nömrəli iş üzrə 14.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 dekabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş. Ona pensiyasın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 2019-cu il tarixli məktubla iddiaçıya yaşa görə əmək pensiyasın təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırlmışdır ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün 12 ildən az olmayaraq əmək stajı tələb olunur.Təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının 11 il 01 gün əmək stajı vardır. 7 saylı cəzaçəkmə müəssisəsində 01.09.1979-cu il tarixindən 27.01.1983-cü ilə qədər işəmuzd işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün məhkəmə qaydasında təsdiq olunmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı onun cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi v ə ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, onun əmək stajı 20 ilə yaxındır. Belə ki, iddiaçı 1974-cü ilin may ayından 1978-ci ilin iyun ayına kimi Ədliyyə Nazirliyi P.X-nın 2 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuş, əməyə yaxşı münasibəti olduğu üçün o, Qazaxıstan Respublikasının Canataş şəhərində yerləşən xüsusi müəssisəyə keçirilərək, orada SNPE deyilən idarədə 7 ay işəmuzd əməklə məşğul olunmuşdur. Həmçinin, 1979-cu ildən 7 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuşdur.

4. Birinci instansiya məhkəmə sinin 06.11.2021-ci il tarixli, 2-1(112)2892/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçının 1 sentyabr 1979-cu il tarixdən 1 dekabr 1982-cü ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə ona pensiya hüququ yarandığı 25 dekabr 2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (12.11.2019) geriyə 3 il üzrə yəni, 12.11.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 38., 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 7.,23.2.,32.1-1-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsin 14.3., 52., 68.1., 73.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.11.2021-ci il tarixli, 2-1(112)-2892/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xa hiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının(bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 14.07.2021-ci il tarixli, 2-1(103)-1247/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.11.2021-ci il tarixli, 2-1(112)-2892/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeqi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı işəmuzd işlədiyini iddia etdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından və həmin dövrə dair sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlər olmadığından iddiaçının işlədiyini iddia etdiyi illər sosial sığorta stajına daxil edilə bilməz.

10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləği ndən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 7.(01.03.2017-ci il tarixədək olan redaksiya)... 62 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alı nmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

12. Cəzaların İcrası Məcəlləsi: Maddə 90.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 90.4. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir. 13. “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimat: 1.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslə r dövlət məcburi sığortalanmasına cəlb olunurlar, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və doğuşa görə müavinətlə təmin olunurlar. 1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla yaşa, əlilliyə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda pensiya təminatı hüququna malikdirlər. 2.5. Dövlət pensiyası təyin edilərkən, tələb olunan sənədlərlə birlikdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məhkuma pensiya təyin edilməsi üçün təqdimatı, onun şəxsiyyətini təsdiq edən sənədin əslini, cəzaçəkmə müəssisəsində saxlanılması haqqında (1-ci əlavə) və cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayışları təqdim etməlidir. Əgər məhkum un şəxsi işində lazımi sənədlər olmazsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti qabaqcadan bu sənədlərin əldə edilməsi üçün tədbirlər görür.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düz gün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

15. «İnzibati icraat haqqında» Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qada ğandır.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya ş ikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Cavabdehin kassasiya şik ayətində yeganə dəlili ondan ibarətdir ki, iddiaçı işəmuzd işlədiyini iddia etdiyi 01.09.1979-cu il tarixdən 01.12.1982-ci il tarixədək olan dövr əmək kitabçasında öz əksini tapmamışdır. Qanuna əsasən həmin illər əmək kitabçası ilə təsdiq olunmadığından və həmin dövrə dair sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlər olmadığından iddiaçının işlədiyini iddia etdiyi illər sosial sığorta stajına daxil edilə bilməz.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki bu dəlili əsassızdır.

22. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun 11.03.1969-cu il tarixdən 14.07.1969-cu il tarixədək (4 ay 3 gün), 02.11.1970-ci il tarixdən 10.07.1971-ci il tarixədək (8 ay 8 gün), 02.08.1971-ci il tarixdən 26.09.1973-cü il tarixədək (2 il 1 ay 24 gün ), 01.04.1983-cü il tarixindən 24.08.1987-ci il tarixədək (4 il 4 ay 23 gün) və 25.08.1987-ci il tarixdən 28.01.1990-ci il tarixədək (2 il 5 ay 3 gün) müxtəlif vəzifələrdə çalışması ilə bağlı onun əmək stajı 10 il təşkil edir.

23. İddiaçının cəzaçəkmə müəssisəsində işəmuzd qaydada işlədiyi dövrün (01.09.1979 - 01.12.1982) onun əmək stajına daxil edilməli olduğunu Cəzaların İcrası Məcəlləsi və “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimat”ın, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun müvafiq müddəalarına əsasən müəyyən edilir. (qərarın 11-13-cü bəndləri)

24. İş materiallarında olan Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə müəssisəsinin 05.11.2020-ci il tarixli 17/22-63 nömrəli arayışından görünür ki, iddiaçı 07.09.1979-cu il tarixindən 01.12.1982-ci il tarixədək 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə işəmuzd əməklə məşğul olub. 25. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.

26. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəz ərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

28. İddiaçının təqdim etdiyi məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 14.0 7.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli, 21(103)-1247/2021 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar